Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə45/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

 
168 
dələri istanbullu qonaqla  mübahisə  aparmağı  özlərinə 
yaraşdırmamışdılar.  Yalnız  İbrahim  Tahir  sərt  həqi-
qəti  iddialı  türk  qəzetçisinin  üzünə  deməyə  özündə 
hünər  və  dəyanət  tapmışdı:  “İştə,  bəy  əfəndim,  mən-
zumələrimizi  bu  tezliklə  tənqiddən  dilxahınız  bizlərə 
Osmanlı  qaşığı  ilə  ərəb  şorbası  içirməkdir.  Bizlərin 
isə  bu  şorbaya  iştahamız  yoxdur.  Bizlərə  ana  dilində 
mənzumələr  lazımdır”
1
  –  deyə  onun  Azərbaycandakı 
milli  ədəbi  hərəkata,  ana  dilinə  yad  mövqedə  dayan-
dığını,  hətta  bəlli  bir  səviyyədə  emissar  funksiyası 
daşıdığını açıq söyləmişdi. 
Əvvəldə  də  qeyd  etdiyim  kimi,  Əhməd  Kamalın 
tənqidi  bir  tərəfdən  o  qədər  də  əhəmiyyətli  olmayan 
təfərrüatlar, xırdalıqlar üzərində qurulmuşdu (sözlərin 
düzgün yazılmaması, üslub və ifadə anlaşılmazlıqları, 
yanlış  oxunuşlar,  imla  səhvləri  və  s.),  o  biri  tərəfdən 
isə  iddialı-qərəzli  xarakter  daşıyırdı.  Bir  sıra  hallarda 
isə heç bir əndazə gözləməyərək açıq təhqirə, şəxsiy-
yətin  alçaldılmasına  keçirdi.  Etik  normaların  bu  şə-
kildə pozulmasını İbrahim Tahirin son iradına verilən 
kobud,  təhqiramiz  cavabdan  da  görmək  mümkündür: 
“Biz Musayevi Osmanlı qaşığı ilə ərəb şorbası içməyə 
heç bir  zaman  dəvət etmədik və  etməyiriz. Çünki  biz 
Musayevin Əcəm kəfçəsi ilə (İran çömçəsi – V.Q.) nə 
yediyini pək əla bilənlərdəniz”
2

Yaxud aşağıdakı nümunələr: “Əgər səndə əmsali-
lətifeyi-ruhiyyə demək olan ədəbiyyatı anlaya biləcək 
                                                 
1
 “Füyuzat”, 1907, say 21, s. 332. 
2
 Əhməd Kamal. Müxtəsər bir cavab, “Füyuzat”, 1907, say 21, s. 333. 


 
169 
azacıq  bir  nəsibeyi-ədəbiyyə  olsaydı...”
1
,  “Bən  səndə 
təhqirə  dəyə  biləcək  bir  mövcudiyyət  və  mahiyyət 
görməm  ki,  hətta  səni  təhqir  edəyim...  Sən  kəndinin 
bir  “xəşi-naçiz”  olduğunu  söyləmiyormusun?  Mahiy-
yətinin  çör-çöp  olduğunu  kəndin  etiraf  eləmiyormu-
sun”
2
  və  s.  və  i.a.  Əli  bəy  Hüseynzadə  kimi  yüksək 
mədəniyyət sahibinin, ədalətli fikir və qələm adamının 
baş redaktorluğu ilə çıxan məcmuədə (həm də Bakıda, 
Azərbaycanın  mərkəzində!)  bu  cür  qeyri-ədəbi  və 
ədəbsiz ifadə tərzinin yer alması ən azı təəccüb doğu-
rur... 
Əhməd Kamalın qəzet və məcmuə səhifələrinə gə-
tirdiyi bayağılıq və küçə leksikonu həmin dövrdə tam 
əsasla  Rusiyadakı  türk  mətbuatının  patriarxı  sayılan 
İsmayıl  Qaspiralının  diqqətindən  yayınmamışdı.  O, 
“Tərcüman”da dərc olunan “Bakı qəzetləri”
3
  məqalə-
sində  bu  xoşagəlməz  məsələ  üzərində  ətraflı  dayan-
mışdı.  
Aşağıda  istinad  edəcəyimiz  yazının  meydana  çıx-
masının  özünəməxsus  tarixçəsi  vardı.  Əhməd  Kama-
lın  ədəbi  dil  kimi  Azərbayan  türkcəsinin  Osmanlı 
türkcəsi  ilə  əvəz  olunması  yönündə  apardığı  təbliğat 
yalnız Qarabağda yaşayan İbrahim Tahirin deyil, Bakı 
mətbuatının  tanınmış  simalarından  biri,  jurnalist  və 
naşir Sənətulla İbrahimovun (1881-?) da kəskin etira-
zını doğurmuşdu. Doğrudur, o, dil münaqişəsinə “Fü-
yuzat” öz nəşrini dayandırandan üç il sonra qoşulmuş-
                                                 
1
 Əhməd Kamal. Müxtəsər bir cavab, “Füyuzat”, 1907, say 21, s. 330. 
2
 Orada, s. 333. 
3
 İsmayıl Qaspiralı. Bakı qəzetələri, “Tərcüman”, 1910-cu il, say 37.  


 
170 
du.  S.İbrahimov  əslən  Simbirsk  tatarı  idi.  Tale  onu 
gənc  yaşlarında  Bakıya  gətirib  çıxarmışdı.  Jurnalist 
fəaliyyətinə  ilk  dəfə  1905-ci  ildə  “Həyat”  qəzetində 
başlamış, sonra isə əsasını Əhməd Ağayevin qoyduğu 
və bir müddət Üzeyir Hacıbəylinin redaktəsi ilə çıxan 
“Tərəqqi”  qəzetində  davam  etdirmişdi.  Daha  sonra 
“Məlumat”,  “Yeni  irşad”  kimi  mətbu  orqanlarda 
işləmişdi.  1912-1913-cü  illərdə  isə  “İqbal”  qəzetinin 
naşiri  və  baş  mühərriri  olmuşdu.  Türklüyə  xidməti 
özünə amal  seçən  Sənətulla  İbrahimov  Azərbaycanda 
milli  şüurun  formalaşmasında  müstəsna  rolu  olan 
M.Ə.Rəsulzadənin təsis etdiyi “Açıq söz” qəzetinin də 
fəal  müəlliflərindən  biri  kimi  tanınmışdı.  Maraqlıdır 
ki,  1918-ci  ilin  martında  ermənilərin  Bakıda  törət-
dikləri  dəhşətli  soyqırım  başlanmazdan  üç  gün  əvvəl 
o,  S.İbrahim  imzası  ilə  “Açıq  söz”də  çap  olunan 
“Dəhşətli  saət  gəlir,  birlik  gərək!”
1
  adlı  həyəcanlı 
yazısında vətəndaşları daşnak-bolşevik alyansının ha-
zırladığı qırğınla bağlı duyuq salmışdı.  
Lakin  səkkiz  il  əvvəlin  daha  sivil  xarakterli  hadi-
sələrinə  qayıdaq.  Beləliklə,  dil  məsələsində  Əhməd 
Kamalla  açıq  polemikaya  girən  Sənətulla  İbrahimov 
qələm  dostu  Haşım  bəy  Vəzirovun  “Səda”  qəzetində 
“Osmanlılarda dil varmı?”
2
  adlı  məqalə  çap  etdirmiş-
di.  Yazıda  sadə  Anadolu  türkünün  yüksək  İstanbul 
dairələrində  istifadə  olunan  Osmanlı  türkcəsini  anla-
madığı, anlaya  bilmədiyi  fikri irəli  sürülüb  əsaslandı-
                                                 
1
 S.İbrahim. Dəhşətli saət gəlir, birlik gərək! “Açıq söz”, 1918, 15 mart, say 
63. 
2
 Sənətulla İbrahimov. Osmanlılarda dil varmı?, “Səda”, 1910, say 164. 


 
171 
rılmışdı. Vəziyyətdən çıxış yolu kimi xalqa qayıtmaq, 
dili sadələşdirmək və türkcələşdirmək tezisini müdafiə 
etmişdi.  Hamının,  xüsusən  də  geniş  xalq  kütlələrinin 
anlaya  bildiyi  dil  çağdaş  türk  cəmiyyətində  milli  bir-
liyə  nail  olmağın  başlıca  vasitələrindən  biri  kimi  də-
yərləndirilmişdi. Əhməd Kamal isə köhnə xasiyyətinə 
sadiq  qalaraq  “əksər Osmanlı  ədiblərinin kani bulun-
dukları” (İsmayıl Qaspiralı) və milli duyğulardan, türk 
birliyi arzusundan qaynaqlanan qeydlərə “Günəş” qə-
zetində “Səndə din varmı?”
1
 adlı eyni dərəcədə sərt və 
öcəşkən ruhlu yazı ilə cavab vermişdi.  
Əslində, Sənətulla İbrahimovun məqaləsində həqi-
qətə  dayanan  məqamlar  az  deyildi.  İsmayıl  bəyin  də 
haqlı  müşahidə  etdiyi  kimi,  mövzu  “əski  və  məlum” 
idi.  Məsələnin  özünəqədərki  digər  araşdırıcıları  kimi 
S.İbrahim  də  Osmanlı  türklərinin  ədəbi  dilinin  ərəb-
fars  tərkibləri  ilə  dolu  olduğunu,  öz  sərf-nəhvinə  de-
yil,  ərəb-fars  qrammatikasına  əsaslandığını  önə  sürə-
rək,  bu  dili  bütün  türklərin  ədəbi  ünsiyyət  vasitəsinə 
çevirməzdən  əvvəl  onda  ciddi  islahat  aparılmasının 
zəruriliyini  önə  çəkirdi.  Bu  islahat  ilk  növbədə  dilin 
sadələşdirilməsi,  anlaşıqlı  şəklə  salınması,  bir  sözlə, 
həqiqi mənbəyinə və mahiyyətinə qaytarılmalı idi. Os-
manlının öhdəsindən gələ bilmədiyi digər  mühüm iş-
lər  kimi  dil  islahatı  da  aradan  on  il  keçəndən  sonra 
Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Ka-
mal Paşanın səyi ilə gerçəkləşmişdi.  
Məqalənin  başdan-başa  həqiqətə  söykənən  və  zə-
                                                 
1
 Əhməd Kamal. Səndə din varmı? “Günəş”, 1910, say 9. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə