Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   49   50   51   52   53   54   55   56   57

 
199 
buat”  adlı  yazının  müəllifi  həmin  dövrdə  Osmanlı 
paytaxtında yaşayan və qəzet redaksiyasında şərq dil-
ləri  mütərcimi  vəzifəsində  çalışan  tanınmış  Azərbay-
can şairi Məhəmməd Hadi idi
1

İki  həftə  sonra  Məhəmməd  Hadi  “Kafkasiya  xa-
tiratı” adlı  məqaləsində türk  ictimaiyyətinin  diqqətini 
yenidən  Əhməd  Kamalın  həbsinə  yönəldərək  yazırdı: 
“Tam  bu  parlaq,  bu  əməlfüruzi-istiqbal  olan  zaman-
larda idi. Əli bəyin təhti-müdiriyyətində bu gün ancaq 
namı  yaşayan  “Füyuzat”  məcmueyi-ədəbiyyəsi  nəşr 
olunurdu.  Naçiz  də  heyrəti-təhririyyəyə  daxil  idim. 
Təsadüf  bizə  hür  fikirli  bir  qələm  arkadaşı  göndər-
mişdi. O, şimdi zindani-əsarətdə yaşayır – Əhməd Ka-
mal.  Bu  arkadaş  da  bizimlə  birlikdə  çalışır,  məhsuli-
fikriyyəsini  əvraqi-“Füyuzat”a  nəşr  edirdi.  Badehu 
(bundan  sonra),  Bakı  qəryələrindən  olan  Balaxanıda 
millət  tərəfindən  güşad  edilən  məktəbə  müdir  təyin 
olunaraq iki sənə ərzində əhalini məmnun edəcək mü-
vəffəqiyyətlər  göstərdi.  Bir  çox  münəvvər  dimağlar 
yetişdirdi.  Aqibət  bu  məktəbə  də  sair  məkatibi-isla-
miyyə  kimi  şayani-tətil  görüldü.  Bağlandı.  Məktəbin 
tətilindən sonra ərbabi-şəbabın arzusuyla son zamanlar 
tətil  edilən  “Yeni  füyuzat”  məcmuəsinin  sərmühər-
rirliyində bulunurdu. Şimdi arayişi-zindani-əsarətdir”
2

“Kafkasiya xatiratı” qələm dostunun həbsi ilə bağ-
lı  Məhəmməd  Hadinin  türk  mətbuatında  çap  olunan 
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 77. 
2
 Mehmet Hadi. Kafkasiya Hatıratı. “Tənin” qəzeti, 1911-ci il, say 954. Sitat 
M.Kayahan  Özgülün  “Son  Jon  Türk  Kalesi.  Ahmet  Kemal  Akünal” 
kitabından (İstanbul, 2010, s. 77) götürülüb. 


 
200 
ikinci  məqaləsi  idi. Bundan  əvvəl  də  İstanbulda  Bakı 
qəzetlərinin  bağlanmasından  və  redaktorların  həbs 
edilməsindən  yazmışdı.  Şair  bu  yolla  həyəcan  təbili 
çalır,  hökuməti,  ilk  növbədə  isə  ittihadçıların  lider-
lərini  Rusiyada  zindana  atılmış  əqidə  dostlarının  ta-
leyinə laqeyd qalmamağa səsləyirdi.  
Bakı  polisinin  milli  mətbuata  hücumu  arxasında 
siyasi  motivlər  dayanırdı.  Lakin  Mirzə  Bala  Məhəm-
mədzadə
1
,  ardınca  isə  M.Kayahan  Özgül
2
  hadisələri 
sadəcə  xəyanətə  bağlayaraq  Əhməd  Kamalın  türk 
həbsini  sonralar  Azərbaycan  Cümhuriyyəti  Məclisi-
Məbusanında  “İttihad”  fraksiyasına  rəhbərlik  etmiş 
ictimai-siyasi  xadim  doktor  Qara  bəy  Qarabəyovun 
xəyanəti ilə əlaqələndirirlər.  
1907-1908-ci  illərdə  Bakıda  yaşayan  və  qəzetçi 
həmvətəni  ilə  yaxın  dostluq  əlaqələri  saxlayan  Müəl-
lim Cövdət haqqında fundamental  əsər müəllifi Osm-
an Ergin də eyni iddianı təkrarlayır: “O zaman Əhməd 
Kamalı  Qafqasiyaya  siyasi  bir  vəzifə  ilə  göndərən 
“İttihad  və  Tərəqqi”  firqəsi  kəndi  aralarında  bulunan 
doktor  Qara  bəyin  bir  rus  casusu  olduğunun  fərqində 
belə  deyildi.  Əhməd  Kamalın  siyasi  vəzifəsini  bu 
doktor  ruslara  xəbər  vermiş  və  Müəllim  Cövdətin 
siyasətlə  əlaqəsinin  bulunmadığını  da  yenə  bu  zatın 
söyləmiş olması mühtəməldir”
3

Hər  üç  tədqiqatçının  iddiasına  görə,  Qara  bəy 
İttihad  və  Tərəqqi  rəhbərliyinin  Bakıda  Əhməd  Ka-
                                                 
1
 Mirze Bala Mehmetzade. Milli Azerbaycan Hareketi. Ankara, 1991, s. 103. 
2
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 76. 
3
 Osman Ergin. Adıçəkilən əsəri, s. 99. 


 
201 
mala  çatdırmaq  üçün  verdiyi  pulları  xərcləmiş,  işdən 
xəbər  tutan  partiya  funksionerlərinin  təzyiqlərdən  ca-
nını qurtarmaq üçün vəsaitin çatmayan hissəsini ailə-
sinin  yerində  ödəyəcəyini  bildirmişdi.  Bu  yolla  Os-
manlı hüdudlarından çıxmaq imkanı qazanmış, o biri 
tərəfdən  isə  Qafqaz  canişini  İ.İ.Vorontsov-Daşkova 
gizli  məktubla  müraciət  edərək  ittihadçıların  Azər-
baycandakı  planları  ilə  bağlı  əlində  vacib  sənədlərin 
olduğunu xəbər vermişdi. Beləliklə, ruslar tərəfdən də 
sərhəddi  maneəsiz  keçməsinə  şərait  yaradılmışdı. 
Sonradan  isə  təqdim  etdiyi  materiallar  əsasında  bir 
sıra  şəxslər,  o  cümlədən  Əhməd  Kamal  həbsə  atıl-
mışdı. 
Bu  məlumatın  həqiqətə  uyğunluğu  müəyyən  şüb-
hələr doğurur. Çünki həbs edilən təkcə Əhməd Kamal 
deyildi.  Onunla  birlikdə  milli  mətbuatın  Haşım  bəy 
Vəzirov,  Əlabbas  Müznib  kimi  tanınmış  simaları  da 
saxlanmışdı.  Həm  də  birinci  dəfə  yox!  1906-cı  ildən 
sonra  çar  xəfiyyəsi  əsasən  Qafqaz  Senzura  Komitə-
sinin erməni əsilli senzorlarının təlqini ilə Azərbaycan 
mətbuatını  panislamizm  və  pantürkizm  təbliğatının 
əsas  ruporlarından  biri  kimi  daim  diqqət  mərkəzində 
tutur,  ara-sıra  şübhələndikləri  jurnalistlər  arasında 
profilaktiki dindirmə və həbslər keçirirdilər. 1911-ci il 
martın  19-da  həmin  iş  sadəcə  daha  geniş  miqyasda 
görülmüşdü. Nəhayət, nəzərə almaq lazımdır ki, poli-
sin  də  Bakıda  gizli  agentura  şəbəkəsi  vardı.  Yəni 
həbslər yalnız kiminsə şəxsi-qərəzliyi, yaxud “şeytan-
çılığı” əsasında deyil, alınan xəbərlərin təhlili, əməl və 
fəaliyyətin izlənməsi nəticəsində həyata keçirilirdi.  


 
202 
Əhməd  Kamalın  həbs  müddəti  müxtəlif  mənbə-
lərdə fərqli şəkildə göstərilir. M.Kayahan Özgül onun 
martın  19-dan  avqustun  12-nə  qədər  Bayılda  saxlan-
dığını iddia edir
1
. Qəzetçi özü həmin həbsxanada yaz-
dığı “Şaka” şeirinə qeyddə “altı bucuq ay sürən məh-
bəs həyatı”
2
 (təxminən 19 mart – 3 oktyabr) haqqında 
danışır.  Əslində  isə  aşağıda  da  görəcəyimiz  kimi,  o, 
məhbəsdə dörd aydan çox qalmamışdı. Ümumiyyətlə, 
macəraçı  təbiətə  malik,  bir  az  da  özündən  müştəbeh 
Əhməd  Kamal  xatirələrində  həbsi  ətrafında  sirli  halə 
yaratmağa çalışmışdır. Edam cəzasına məhkum olun-
ması, xalqın hücum çəkib onu həbsxanadan qaçırma-
ması  üçün  saxlandığı  yerlərin  tez-tez  dəyişdirilməsi, 
Sibirə  aparılması,  burada  sibirli  türk  əsgər  tərəfindən 
zindandan  qaçmasına  kömək  göstərilməsi  və  s.  daha 
çox  xəyal  məhsulu  olan  əsassız  versiyalar  da  məhz 
fəaliyyəti  və  şəxsiyyəti  ətrafında  sirli-romantik  aura 
yaratmaq  təşəbbüsünün  nəticəsi  kimi  meydana  çıx-
mışdır. Bütünlükdə isə haqqında qüvvəyə minmiş hər 
hansı məhkəmə hökmünün olmaması daha ağlabatan-
dır. 
Mövcud  fakt  və  tarixlərin  müqayisəsindən  aydın 
olur ki, Əhməd Kamal iyunun sonlarında Bayıl həbs-
xanasından Tiflisə aparılmışdı. Təxminən iyulun orta-
larına qədər burada saxlandıqdan sonra həmin tarixdə 
Batumidə  Trabzon  valisi,  Atatürk  hökumətinin  gələ-
cək  xarici  işlər  naziri  Bəkir  Sami  bəyə  təhvil  veril-
mişdi.  Azadlığa  qovuşmasında  köhnə  dostu,  Məclisi-
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 72. 
2
 Orada, s. 285. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə