Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə56/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   49   50   51   52   53   54   55   56   57

 
211 
Kamala  nə  qədər  diqqətlə,  ehtiramla  yanaşdıqlarını, 
onun  milli  mətbuat  və  maarif  sahəsindəki  bəlli  xid-
mətini  unutmadıqlarını  ortaya  qoyur.  Belə  münasibə-
tin qarşılığında türk müəllifin də ömrünün sonuna hə-
yatının çətin günlərində ona sahib çıxmış, həyan dur-
muş  Azərbaycanın,  azərbaycanlıların  ən  yaxın  dostu 
kimi  qalacağını  düşünmək  olardı.  Amma  təəssüf  ki, 
bu qənaətdə də yanıldığımızı etiraf etməliyik. Məmlə-
kətimiz  mövcudluğunun  nə  faciəli,  nə  də  möhtəşəm 
günlərini  yaşayanda  Əhməd  Kamalın  səsi  eşidilmə-
mişdi.  Əksinə,  ölkəmiz,  xalqımızla bağlı  məsələlərdə 
qəribə bir etinasızlıq nümayiş etdirmişdi. 
Ümumiyyətlə,  onun  1920-1930-cu  illər  Türkiyə-
sində  həyatının  Azərbaycan  dövrü  haqqında  son  də-
rəcə xəsisliklə yazdığı qeydlər müəyyən anlaşılmazlıq 
doğurur. Elə təəssürat yaranır ki, sanki o, hadisələr və 
şəxsiyyətlərlə zəngin bir dövrdə, dörd il Bakıda yaşama-
mışdı,  mətbuat  aləmində  isə  “Füyuzat”  redaksiyasın-
dan kənarda hər hansı bir şəxslə, insanla, fərdlə ünsiy-
yət saxlamamışdı.  
Məsələn, onunla  eyni  dövrdə  Bakıda  maarif sahə-
sində  çalışmış  müəllim  Mehmet  Cövdət  haqqında 
1935-ci  ildə  qələmə  aldığı  xatirələrində  Əhməd  Ka-
mal  Azərbaycana  gəlişini  hansısa  mifik  mərkəzdən 
idarə  olunan  xüsusi  missiya  kimi  qələmə  verəndən 
sonra ədəbi həyata, hətta daim içərisində olduğu milli 
mətbuata  səthi  bələdliyini  nümayiş  etdirərək  yazırdı: 
“...Mənim Bakıda, türk mühitində yeni doğan inqilaba 
yardım etməkliyim üçün oraya getməkliyim qərarlaş-
dırıldı və həmən getdim. Orada möhtərəm ustad Ağa-


 
212 
oğlu Əhmədin gündəlik “Günəş” və Hüseynzadə Əli-
nin həftəlik “Füyuzat” və Tiflisdə mizahi “Molla Nəs-
rəddin”  qəzetələri  ilə  yeniləşmək  istəməyən  və  əksə-
riyyəri-əziməni təşkil edən təbəqeyi-mütəəsibəyə qar-
şı  atəşli  bir  cidal  açıldığını  və  cəmaəti-islamiyyə  tə-
rəfindən  Qafqazın  ötəsində-bərisində  məktəblər  açıl-
mağa başlandığını gördüm. Bu qəzetlərdən başqa İran 
konsolosxanası  tərəfindən  “Həqayiq”  və  Haşım  bəy 
ismində birisi tərəfindən də Axundlar (mətndə bu söz 
böyük hərflə və qəzet adı kimi də başa düşülə bilər – 
V.Q.)  və  təbəqəyi-mütəəssibə  orqanı  olan  “Tazə  hə-
yat” nəşr ediliyordu. Mən “Füyuzat”da bunlarla uzun 
müddət  və  pək  yorucu  qeyrətlə  (səylə)  didindikdən 
sonra  “Füyuzat”  qapandı.  Fəqət  bu  zamana  qədər  də 
məktəblər  keyfiyyət  və  kəmiyyətcə  xeyli  yol  almış-
dı”
1

Bir abzaslıq mətndə özünü Bakı mətbuat mühitinin 
aparıcı simalarından biri kimi təqdim edən müəllif bir 
neçə  yanlışlığa  yol  vermişdi.  Məsələn,  Əhməd  Ağa-
oğlu  heç  zaman  "Günəş"  adlı  qəzet  nəşr  etməmişdi. 
Burada,  aydın  məsələdir  ki,  "İrşad"dan  söhbət  gedir. 
"Füyuzat" və "Molla Nəsrəddin" qəzet deyil, məcmuə 
idi.  Əgər  Əhməd  Kamalın  "Füyuzat"dakı  fəaliyyəti 
altı aydan da az çəkmişdisə, hansı "uzun müddətli və 
pək  yorucu"  mübarizədən  söhbət  gedə  bilərdi?  Müəl-
lifin  eyni  suçdan  ittiham  olunduğu,  eyni  həbsxana 
kamerasını  bölüşdüyü,  Azərbaycan  milli  mətbuat  və 
ictimai  fikir  tarixində  özünəməxsus  yeri  olan  məşhur 
                                                 
1
 Osman Ergin. Adıçəkilən əsəri, s. 486. 


 
213 
pedaqoq  və  qəzetçi  Haşım  bəy  Vəzirovdan  "birisi" 
kimi  bəhs  etməsi  də  ədəbi  etikadan  uzaqdır.  "Tazə 
həyat"ın  az  qala  irticanın  başlıca  tribunası  kimi  qə-
ləmə  verilməsi,  yaxud  müəllifin  guya  bu  nəşrə  qarşı 
mübarizəsi  haqqında  deyilənlərin  də  heç  bir  əsası 
yoxdur. Şübhəsiz, “Tazə həyat”ı cəmiyyətə təsir gücü 
baxımından  “Molla  Nəsrəddin”lə  bir  sıraya  qoymaq 
olmaz.  Lakin  onu  “axundlar  və  təbəqəyi-mütəəssibə-
nin  (fanatik  təbəqənin)  orqanı”  kimi  qələmə  vermək 
də ən azı ədalətsizlik, qərəz, yaxud cahillikdir.  
“Tazə həyat”ın milliyyətçilik mövqeyində dayanan 
baş redaktoru (Əhməd Kamaldan fərqli olaraq, o, bir 
deyil, bir  neçə dəfə həbsə düşmüş, təqiblərə  uğramış, 
lakin sona qədər türkçü, milliyyətçi mövqeyindən geri 
çəkilməmişdi),  müəlliflər  heyəti,  səhifələrində  toxu-
nulan  mətləblər  Əli  Kamalın  obyektivlik  hissindən 
çox  uzaq  durduğunu  göstərməkdədir.  Onlarla  misal-
dan biri: qəzetin 19 sentyabr 1907-ci il tarixli sayında 
dövrün böyük söz ustadı Mirzə Ələkbər Sabir “Zaman 
nə  istəyir?  Amma  biz...”  adlı  məqaləsində  yazırdı: 
“Hər bir dərdin, illətin çarəsini tapmaq zamanı yetişdi. 
Bəs  bizim  dərdimizin  çarəsi  varmı?...  Bilmirsən  ça-
rəmiz  nədir?  Bəli,  çarəmiz  məktəbdir!  Məktəb,  yenə 
məktəb!  Elə  isə  hər  şəhərdə,  bacardıqca  hər  kənddə 
ittifaq ilə, iştiyaq ilə məktəb açmalı, məktəbi-islamiy-
yə  açmalı, islamın  o məsum  balalarının  saf  qəlblərini 
islamiyyət nuru ilə tənvir etdikdən sonra əcnəbi dillə-
rini də nə qədər oxunursa oxunsun – oxutmalı, övladi-
vətəni tərəqqiyə, mədəniyyətə irsal etməli! Əcnəbi tə-
rəqqiyə  islamiyyə  tərəqqisi  demək  olmaz,  islam  özü 


 
214 
tərəqqi etməli, bunun üçün də çalışmalı!”
1
 Belə nümu-
nələrdən  yenə  gətirmək  olar.  Və  təbii  ki,  axundların, 
təəssübkeş  ünsürlərin  qəzetində  belə  materiallara,  ça-
ğırışlara yer olmamalı idi.  
Yaxud  Əhməd  Kamalın  Azərbaycana  səbəblərini 
bilmədiyimiz  qeyri-dost,  ən  azı  laqeyd  münasibəti  ilə 
bağlı başqa bir nümunə. Tanınmış türk tarixçisi Osman 
Nuri  Ergün  (1883-1961)  Mehmet  Cövdət  İnancalp 
haqqında  “Müəllim  Cövdət:  həyatı,  əsərləri,  kitabxa-
nası”
2
  tədqiqatı  üzərində  işləyərkən  Azərbaycan  haq-
qında  təəssürat  və  xatirələrə  daha  geniş  yer  vermək 
məqsədilə həmin dövrün canlı şahidlərindən biri kimi 
Əhməd Kamala üz tutmuşdu. 13 may 1936-cı il tarixli 
məktubunda ona bir sıra digər sorularla birlikdə “Hə-
yatınızın  Bakı  dövrü?  Azərbaycanlılar  haqqında  qə-
naətiniz nədir?” sualları ilə müraciət etsə də, bütün sə-
yinə rəğmən konkret cavab ala bilməmişdi. Doğrudur, 
Əhməd Kamal kitab üçün xatirələrini qələmə almışdı
3

Lakin  əsər  müəllifini  maraqlandıran  konkret  məsələ-
lərə  aydınlıq  gətirməmişdi.  Əslində  onun  ölkəmiz  və 
xalqımız haqqında obyektiv, xeyirxah sözünə  ehtiyac 
vardı.  İstəsəydi,  həyatının  Bakı  dövrü  barədə,  ona 
qucaq  açan,  xeyirxahlıq  göstərən  azərbaycanlı  qələm 
                                                 
1
  Mirzə  Ələkbər  Sabir.  Zaman  nə  istəyir?  Amma  biz...,  “Tazə  həyat”,  19 
sentyabr 1907-ci il. 
2
  Müəllim  Mehmet  Cövdət  haqqında  Əhməd  Ağaoğlu,  Əhməd  Cəfəroğlu, 
Şərif Bilgəxan kimi azərbaycanlı müasirlərinin də xatirələrinin yer aldığı 
bu  fundamental  kitab  İstanbulda  iki  dəfə  –  1937  və  2005-ci  illərdə  çap 
olunmuşdur.  Bax.  Osman  Erfin.  Muallim  M.Cevdet.  Hayatı.  Eserleri. 
Kütübhanesi. İstanbul, 2005, 645 s. 
3
 Osman Ergin. Adıçəkilən əsəri, s. 485-490. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə