Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   2   3   4   5   6   7   8   9   ...   57

 

riciləri,  əlyazmaları  sadəcə  yeni  və  əhəmiyyətli  oldu-
ğuna  görə  deyil,  daha  çox  dərin  mahiyyəti,  elmi  və 
ictimai  dəyəri,  obyektiv  qiyməti,  nəzəri  təhlil  və  də-
yərləndirmələri  ilə  bir  yerdə  ifadə  olunduğu  üçün 
fərqli səviyyəyə malikdir.  
Sözün geniş mənasında Vilayət Quliyev elmi əsər-
lərində  ədəbiyyat  tarixçiliyi  ilə  nəzəriyyəçiliyin  üzvi 
sintezini yaratmaq vəzifəsini yüksək səriştə ilə yerinə 
yetirir.  Ədəbiyyat  nəzəriyyəsi  məsələlərindən  bəhs 
edən  «Müasir  Azərbaycan  nəsrində  üslub  müxtəlif-
liyi» mövzusunda namizədlik (1982), ədəbi əlaqələrin 
tarixinə həsr olunmuş «Azərbaycan filoloji fikri və rus 
ədəbi-ictimai  mühiti»  probleminə  dair  doktorluq 
(1990)  dissertasiyaları  müdafiə  edən  Vilayət  Quliye-
vin  elmdə  keçdiyi  yol  onun  tədqiqatlarında  faktoloji, 
sənədlilik istiqamətindəki yeniliklərin nəzəri şərhlərlə 
birlikdə təqdim  olunmasının  təmin  edilməsinə kömək 
edir.  Vilayət  Quliyev  nəzəri  dünyagörüşə  malik  ədə-
biyyat tarixçisidir, ədəbi əlaqələr üzrə yüksək ixtisaslı 
elm  adamıdır.  Bundan  başqa,  Vilayət  Quliyevin  ədə-
biyyat  aspektindəki  tədqiqatlarında  elmi-nəzəri  şərh-
lərlə  yanaşı,  çoxillik  diplomatik  fəaliyyəti  sayəsində 
qazandığı  ictimai-siyasi  baxışların  da  xüsusi  yeri 
vardır. O, ədəbiyyat hadisələrinə, ədəbi şəxsiyyətlərin 
həyatı  və  fəaliyyətinə  təkcə  ədəbiyyatşünaslıq  cəhət-
dən  yox,  həm  də  ictimai-siyasi  baxımdan  da  qiymət 
vermək  vəzifəsini  uğurla  həyata  keçirir.  Yaxud  da 
əksinə,  Vilayət  Quliyev  üçün  görkəmli  siyasi  şəxsiy-
yətlərin, böyük tarixi simaların çoxcəhətli fəaliyyətini 
araşdırıb qiymətləndirərkən, onların tərcümeyi-halının 


 

həm  də  ədəbiyyat  üçün  əhəmiyyətli  ola  biləcək  mə-
qamlarını  seçib  ayırmaq,  ədəbiyyatşünaslıq  istiqamə-
tində  təhlil  edib  dəyərləndirmək  heç  bir  çətinlik  ya-
ratmır. Beləliklə, Vilayət Quliyev haqqında söz açdığı 
şəxsiyyətə və ya problemə dair elmi-nəzəri və ictimai-
tarixi  baxışları  bir  yerdə  ifadə  etmək  dünyagörüşünə 
və  istedadına  malik  yaradıcı  simadır.  Onun  Azərbay-
can  ictimaiyyətinə  təqdim  olunan  çoxsaylı  əsərləri, 
təcrübəli  elm  adamı  ilə  birlikdə  geniş  ictimai  dünya-
görüşü və ciddi mütaliə imkanları ilə fərqlənən vətən-
daş  ziyalı  şəxsiyyətin  dərin  təfəkkürünün  və  böyük 
zəhmətinin məhsuludur.  
İctimai-siyasi  fəaliyyətə  ölkəmizin  müstəqillik  il-
lərindən etibarən başlayan Vilayət Quliyevin taleyində 
Ümummilli  lider  Heydər  Əliyevin böyük  rolu  olmuş-
dur.  O,  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  eti-
madı  ilə  Azərbaycan  Respublikasının  Xarici  İşlər 
Naziri vəzifəsində çalışmışdır. Milli Məclisin deputatı 
kimi də Vilayət Quliyev Ulu öndərin adı ilə bağlı olan 
epoxanın  ictimai-siyasi  həyatında  yaxından  iştirak 
etmişdir.  Onun  Polşa  və  Macarıstanda  Fövqəladə  və 
Səlahiyyətli Səfir qismində göstərdiyi fəaliyyət müstə-
qil dövlətimizin beynəlxalq əlaqələrinin genişləndiril-
məsi  və  daha  da  möhkəmləndirilməsinə  xidmətə  həsr 
olunmuşdur.  Ölkəmizə  35  ildən  çox  böyük  uğurla 
rəhbərlik  etmiş  Heydər  Əliyevin  ədəbiyyatla,  yazıçı-
larla bağlı nitqlərini, məruzələrini, çıxışlarını toplayıb 
“Ədəbiyyatın  böyük  borcu  və  amalı”  adı  ilə  kitab 
halında nəşr etdirməsi (1999) ilə o, elmi-ədəbi mühi-
timizi  qiymətli  siyasi  irslə  zənginləşdirmişdir.  Azər-


 

baycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
Sərəncamı  ilə  Vilayət  Quliyev  “Heydər  Əliyev  və 
Azərbaycan  ədəbiyyatı” kitabının  müəlliflərindən biri 
kimi Dövlət Mükafatına layiq görülmüşdür (2010). 
Vilayət  Quliyevin  bir  çox  tədqiqat  əsərləri  möv-
zuya  dair  ensiklopedik  kitablar  təəssüratı  yaradır. 
Xalq  yazıçısı  Elçinlə  birlikdə  hazırlayıb  nəşr  etdir-
dikləri  «Özümüz  və  sözümüz»  kitabı  yeni  təfəkkür 
işığında yaradılmış əhəmiyyətli ədəbiyyatşünaslıq-so-
raq  kitabıdır.  «Ədəbiyyatda  Nobel  mükafatı  laureat-
ları»  kitabı  nobelçi  yazıçıların  ədəbiyyat  ensiklope-
diyasıdır.  Bu  qəbildən  olan  tədqiqatlarında  Vilayət 
Quliyev özünün ciddi ədəbiyyatşünaslıq biliklərini, əl-
də  etdiyi  ədəbi-tarixi  materialları  yığcam  və  ümumi-
ləşdirilmiş şəkildə ifadə etməyi bacaran kamil bir elm 
adamı kimi çıxış edir.  
Alim-tədqiqatçı  və  diplomat  kimi  Vilayət  Quliye-
vin obrazını onun çoxillik tərcüməçilik fəaliyyəti üzvi 
surətdə tamamlayır. Azərbaycan oxucusu Lev Qumil-
yovun məşhur «Qədim türklər» əsəri ilə hələ 1993-cü 
ildə  Vilayət  Quliyevin  rus  dilindən  böyük  səriştə  ilə 
etdiyi tərcümə vasitəsilə tanış olmuşdur. Dünya xalq-
larının «Molla Nəsrəddin lətifələri»ni də ilk dəfə ola-
raq  Azərbaycan  dilində  xalqımıza  Vilayət  Quliyev 
çatdırmışdır. Ceyms  Coysun, C.Selincerin, R.Bredbe-
rinin,  Corc  Oruelin  əsərlərini  Vilayət  Quliyev  ingilis 
dilindən orijinal mətnlər əsasında azərbaycancaya tər-
cümə  edib,  kitab  halında  və  ədəbi  jurnallarda  nəşr 
etdirmişdir.  Tərcümə  nəzəriyyəçiləri  və  professional 


 

tərcüməçilər  Vilayət  Quliyevin  bu  sahədəki  yaradıcı 
fəaliyyətini yüksək qiymətləndirirlər. 
Müşahidələrimizə  görə,  Vilayət  Quliyevin  tədqi-
qatlarında  müəyyən  bir  publisist  ahəng  də  vardır.  Bu 
isə  onun  araşdırdığı  şəxsiyyətlərin  elmi-ədəbi  obrazı 
ilə yanaşı, tale romanını da yaratmasına meydan açır. 
Buna  görədir  ki,  Vilayət  Quliyevin  bir  çox  tədqiqat 
əsərləri elm ağırlıqlı «JZL» təəssüratı yaradır.  
Oxuculara  təqdim  olunan  «Füyuzat»ın  iki  yazarı» 
monoqrafiyası  da  ciddi  və  əhəmiyyətli  bir  elmi  əsər 
olmaqla yanaşı, həm də oxunaqlı və təsirli bir «JZL»-
dir.  Bu,  Krımlı  Asan  Səbri  Ayvazovun  (1878-1938) 
və  Türkiyədən  Bakıya  gəlib  burada  ədəbi-pedaqoji 
fəaliyyətlə, mətbuat işi ilə məşğul olan Əhməd Kamal 
Akünalın  (1873-1942)  həm  ilk  dəfə  yazılmış  elmi 
tərcümeyi-halları, həm də tale romanı olan orijinal bir 
tədqiqatdır.  Mühüm  elmi  əhəmiyyətə  malik  olan  bu 
monoqrafik  tədqiqat  Vilayət  Quliyevin  çoxillik  axta-
rışlarının, o cümlədən Türkiyə Cümhuriyyətinin Ərzu-
rum Atatürk Universitetinin professoru kimi çalışdığı 
illərdə  əldə  etdiyi  materialların  tədqiqi  nəticəsində 
meydana  çıxmışdır.Təqdim  olunan  kitab  Azərbaycan 
ədəbi-ictimai  fikrinin  inkişafında  böyük  rolu  olmuş 
«Füyuzat» ədəbi məktəbini bütün reallıqları ilə təsəv-
vür  etmək  və  qiymətləndirmək  üçün  də  geniş  imkan 
yaradır. Ciddi ədəbi-tarixi araşdırmalar əsasında yara-
dılmış  «Füyuzat»ın  iki  yazarı»  monoqrafiyası  tərcü-
meyi-halının  65-ci  ilinə  qədəm  qoymuş  səfir-tədqi-
qatçı  Vilayət  Quliyevin  ölkələrarası  münasibətlər  və 
ədəbi  əlaqələr  sahəsindəki  növbəti  mükəmməl  hesa-


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə