Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

 
51 
vardır...”
1
  –  deyə  millətin  gələcəyi  baxımından  ailəni 
əvəzsiz  məktəb  sayan  müəllif  mənsub  xalq  həyatının 
digər sahələri kimi, burada da kədərli mənzərələr çək-
məkdən  özünü  saxlaya  bilmirdi:  “Əvət,  bizdə  ailənin 
qailədən  heç  bir  fərqi  yoxdur.  Hanki  ailə  gözə  alı-
narsa,  ya  bir  darül-hüzn  və  yəsdir,  ya  ki,  bir  darül-
fəlakət  və  səfalətdir.  Heç  bir  ailədə  əsəri-həyat  və 
fəaliyyət  görünməz.  Ümuri-beytiyyə  (ev  işləri)  vəzi-
fələri, cocuqların tərbiyə və təlimi həp zavallı validə-
lərə  (analara)  tövdi  edilmişdir.  O  validələrə  ki,  zövc-
ləri  nəzərində  yalnız  əsirə,  xidmətkar  və  alətdir.  O 
validələrə  ki,  tərbiyə  və  təlimdən  bibəhrə,  elm  və 
irfandan,  hüquqi-insaniyyədən  məhrumə...”
2
  Bu  sətir-
lərlə “Molla Nəsrəddin”də eyni mövzunu işıqlandıran 
felyeton  və  karikaturaları  arasındakı  yaxınlığı görmə-
mək mümkün deyildir... 
Ağrılı  tənqidlə  bir  sırada  Asan  Səbri  öz  mühiti 
üçün  qanunauyğunluqdan  daha  çox,  istisna  təsiri  ba-
ğışlayan idillik ailə modelini də ortaya qoyurdu: “Ah, 
qibtə  edirəm  o  ana  və  babalara  ki,  hər  axşam  gülüs-
tanı-ailələrinin səmərələri olan mini-mini yavrucuqla-
rına  şəfqət  və  mərhəmət  qapılarını  açaraq  onlar  ilə 
həsbi-hal  ediyorlar,  tənviri-əfkar  və  təzhibi-əxlaqları-
na çalışıyorlar, qəlblərinə həmiyyəti-milliyyə, məhəb-
bəti-diniyyəyi  təlqin  ediyorlar,  yürəklərində  insaniy-
yət,  islamiyyət  toxumları  əkiyorlar,  əzayi-bədəniyyə-
lərində  şəfqət  və  mərhəmət,  məhəbbət  və  üxüvvət, 
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Həyati-ailə  və  ailəçilərimiz,  “Füyuzat”,  1907,  say 
10, s. 157. 
2
 Orada, s. 155. 


 
52 
iffət və ismət hissi oyandırıyorlar”
1

Müəllifin  məcmuədə  yer  alan  “Təlimi-ətfal  mə-
sələsi”
2
  məqaləsinin  əsas  leytmotivini  də  millət  və 
cəmiyyət üçün sağlam ruhlu, sağlam bədənli vətəndaş 
yetişdirilməsi  təşkil  edir.  Pedaqoji  fəaliyyətlə  yalnız 
ilk  gənclik  çağlarında  məşğul  olmasına  baxmayaraq, 
pedaqogika məsələləri, məktəb və maarifin qarşısında 
duran  vəzifələr  Asan  Səbrini  bütün  həyatı  boyu  ya-
xından  maraqlandırmışdı.  Əsərlərində  aparıcı  xəttə 
çevrilən didaktika ruhu da məhz oxucularına, həmvə-
tənlərinə  daim  nə  isə  öyrətmək,  təlqin  etmək  istəyin-
dən irəli gəlirdi.  
“Qadın gülərsə, şu issız mühitimiz güləcək, Sürük-
lənən  bəşəriyyət  qadınla  yüksələcək!”  –  deyən  Hü-
seyn  Cavidin  ardınca  Asan  Səbri də  cəmiyyətdə  ger-
çək  mənəvi  dəyərlərin,  millətin  gələcəyinin,  yetişən 
nəslin təlim və tərbiyəsinin qadınların adı və mədəni-
mənəvi  səviyyəsi  ilə  bağlılığı  fikrini  israrla  vurğu-
layırdı.  Onun  “Füyuzat”da  dərc  olunan  “Qadınlıq  və 
qadınların  əhəmiyyəti”
3
  məqaləsi  qadınlığı,  ananı  tə-
rənnüm  edən  lirik-patetik  esse  idi.  “Qadın!  Nə  mü-
qəddəs kəlmə, nə ali ünvan! Şu beş hərfdən mürəkkəb 
qadın ünvani-cəliləsi təhtində nə qədər mühüm məsə-
lələr, nə dərəcə ali və nazik vəzifələr mövcuddur! Qa-
dın  nədir?  Şəfqət,  riqqət  və  mərhəmətdən  xəlq  olun-
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Həyati-ailə  və  ailəçilərimiz.  “Füyuzat”,  1907,  say 
10, s. 155. 
2
  Asan  Səbri  Ayvazov.  Təlimi-ətfal  məsələsi,  “Füyuzat”,  1907,  say  13, 
s.200-203. 
3
 Asan Səbri Ayvazov. Qadınlıq və qadınların əhəmiyyəti, "Füyuzat", 1907, 
say 25, s. 415-416. 


 
53 
muş  bir  vücudi-narındır  ki,  nazikanə  nəzərləri,  xali-
sanə sözləri, məhcubanə ədaları həp mələkanədir. Saf, 
vicdanlı, həzin ədalı bir qadının təbəssümü ruhumuza 
inbisat verdiyi  kibi, giryəsi  də ən qatı  yürəkləri  yum-
şaldır,  insanı  hönkür-hönkür  ağladır...”
1
  Bu  sətirlər 
Asan  Səbrinin  bədii-publisist  üslubunun  hissi  dərin-
liyi, lirizmi haqqında da təsəvvür yaradır.  
Daha  çox  tənqidi-publisistik  əsərləri  üzərində  da-
yandığımız  Asan  Səbri  milli  ədəbiyyat  tarixinə  həm 
də  nasir  və  dramaturq  kimi  daxil  olmuşdu.  Yeganə 
irihəcmli  bədii  əsəri  “Füyuzat”da  çap  olunan  “Nədən 
bu  hala  qaldıq?”  pyesi  idi.  Üçpərdəli  pyesdə  dövrün 
Azərbaycan  maarifçi  dramaturgiyasının  təsiri  aydın 
hiss  edilirdi.  Yuxarıda  xatırlatdığım  kimi,  pyes  1907-
ci  ildə  Bakıda  ayrıca  kitab  halında da çıxmış, dövrün 
ədəbiyyat həvəskarlarının diqqətini çəkmişdi.  
Doğrudur,  aradan  iyirmi  il  keçəndən  sonra  Azər-
baycan  proletar  tənqidçisi  Əli  Nazim  İstanbulda, 
“Türk yurdu” məcmuəsindəki “Yeni Azəri ədəbiyyatı 
haqqında”  məqaləsində  Asan  Səbri  yaradıcılığının 
“Füyuzat”  ədəbiyyatında  elə  mühüm  bir  iz  buraxma-
dığı  fikrini  irəli  sürərək  yazırdı:  “Məcmuədə  pək 
yaxından  iştirak  edən  Krım  mühərrirlərindən  Hasan 
Səbri Ayvazov və türkiyəli Əhməd Kamalın da rolları 
pək  ibtidai  qaldı.  Hasan  Səbri  ədəbi  cəhətdən  heç  bir 
cazib xüsusiyyətə malik olmayan bəzi pyesləri (əslin-
də isə, söhbət yalnız bir pyesdən gedə bilərdi – V.Q.), 
Əhməd  Kamal  isə  yalnız  basılmaqla  qalan  bir  takım 
                                                 
1
 Asan Səbri Ayvazov. Qadınlıq və qadınların əhəmiyyəti, "Füyuzat", 1907, 
say 25, s. 415. 


 
54 
şeirləri  və  tənqidi  məqalələri  ilə  bu  ədəbiyyatda  bir 
mövqe  tuta  bilmədilər.  Bundan  dolayı  biz  “Füyuzat” 
ədəbiyyatının  başlanğıc dövrəsinin  yeganə  müməssili 
olan  Məhəmməd  Hadini  göstərməyə  kəndimizi  haqlı 
sayırıq”
1
.  
“Füyuzat”  ədəbi  məktəbinin  yaradıcılarından  biri 
kimi  Məhəmməd  Hadini  digər  həmkarlarından  fərq-
ləndirməkdə,  tənqidçi,  təbii  ki,  haqlı  idi.  Amma  bu-
rada zaman amilini də  mütləq nəzərə almaq lazımdır. 
“Füyuzat”ın  nəşri  cəmisi  bir  il  sürmüşdü.  Bir  ilə 
ədəbiyyat, üstəlik də yeni istiqamətin manifestini elan 
etmiş  ədəbiyyat  yarana  bilməz.  Sadəcə,  Əli  Nazim 
azərbaycanlı  şairin  “Füyuzat”dakı  fəaliyyəti  ilə  son-
rakı  ədəbi  yaradıcılığını  vəhdət  halında  götürmüşdü. 
Asan  Səbri,  yaxud  Əhməd  Kamal  irsinə  münasibətdə 
isə  eyni  prinsip  diqqətdən  qaçırılmışdı.  Onların  “Fü-
yuzat”dan kənar yaradıcılıq yolu izlənməmişdi.  
“Nədən  bu  hala  qaldıq?”  pyesinin  Azərbaycan 
dramaturgiyasının  eyni  dövrdə  yaranmış  nümunələri 
ilə  müqayisədə  qüsurları  və  zəifliyi  göz  önündədir. 
Yəqin,  başqa  cür  də  ola  bilməzdi.  Əsər  milli  ədəbiy-
yatında  dramaturji  ənənələr  mövcud  olmayan  müəl-
lifin, həm də ədəbi yaradıcılıqda ilk addımlar atan hə-
vəskar  müəllifin  əsəridir  və  bu  baxımdan  təcrübəsiz-
likdən,  naşılıqdan  sığortalanmaq  o  qədər  də  asan  de-
yildi.  Məsələn,  pyesdə  hərəkət,  demək  olar  ki,  yox 
dərəcəsində idi. Bədii  konfliktin  parametrləri  zəif  nə-
zərə  çarpır.  İştirakçıların  uzun-uzadı  dialoqlarında 
                                                 
1
  Ali  Nazim.  Yeni  Azeri  Edebiyatı  Hakkında.  "Türk  Yurdu"  məcmuəsi,  il 
16, cild V, sayı 31, iyul 1927, s. 670-671. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə