Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

 
39 
Qarşı  tərəf  isə  belə  düşünmürdü.  (Doğrudur, 
aradan  illər  keçəndən  sonra  Tiflisdə,  “Molla  Nəs-
rəddin” redaksiyasında Mirzə Cəlillə görüşən Əli bəy 
Hüseynzadə sadə, xalqın anladığı dildə yazmağın bö-
yük  bir  hünər  olduğunu  söyləyib  opponentinin  haqlı-
lığını  etiraf  etmək  böyüklüyü  göstərəcəkdi!  Mirzə 
Cəlil  “Xatirələr”ində  həmin  ibrətamiz  epizodu  belə 
xatırlayırdı: “Əli bəy Bakıdan axırıncı dəfə Türkiyəyə 
köçən  vaxt  Tiflisə  gəldi  ki,  buradan  Batuma  getsin. 
Tiflisdə  idarəmizə  də  təşrif  gətirdi...  Söhbət  dildən 
düşdü və möhtərəm ədibimiz mənə belə dedi: “Yaxşı 
yazırsınız”.  Mən  Əli  bəyə  ərz  etdim  ki,  onun  tək  bir 
şəxsdən eşidilən bu sözü mən “havayı” danışılan söz-
lərin  cərgəsinə  qoya  bilmərəm.  Çünki  Əli  bəy  Hü-
seynzadə kimi bir yazı ustadı mən tək cavan yazıçıya 
yazı  barəsində  dediyi  sözü  mən  ciddi  bir  söz  hesab 
edəm gərək. Əli bəy mənə dediyi sözü təkrar və təsdiq 
etdi və həmişə adət etdiyi kimi başını aşağı salıb guya 
öz-özünə  genə  dedi:  “Yaxşı  yazmağı  da  bacarmaq 
lazımıdr”)
1
. Əksinə, digər mətbuat orqanlarını da “Fü-
yuzat”ın  dil  siyasətini  dəstəkləməyə  çağırırdı.  Bu 
mövqe  Asan  Səbrinin  yazılarında  daha  israrlı  şəkildə 
ortaya  qoyulurdu.  O,  “Molla  Nəsrəddin”in  “xalqın 
açıq  ana  dilində  yazmaq”  xəttinə  qarşı  birbaşa  çıx-
masa da, “Füyuzat”ın dilini etalona çevirir, milli mət-
buatı məcmuənin dil siyasətini təqib etməyə çağırırdı: 
“Füyuzat”  isə  bütün  cəraidi-milliyyə  və  məcmuələri-
miz miyanında ən fəsih, ən bəliğ, ən mükəmməl lisan 
                                                 
1
  Cəlil  Məmmədquluzadə.  Əsərləri.  3  cilddə.  3-cü  cild.  Azərb.  EA  nəşriy-
yatı, Bakı, 1967, s. 681. 


 
40 
kullanan  bir  məcmueyi-nadirədir.  Ümid  ediyorum  ki, 
er-gec  bütün  Rusiya  müsəlmanlarının  nəhayət  varıb 
dayanacaqları lisan  “Füyuzat” lisanıdır.  Bunu  qarelər 
belə söylüyor, təsdiq ediyor”
1
. Əslində, oxucuların be-
lə  düşündüyünü  söyləmək  üçün  əldə  tutarlı  əsas  yox 
idi.  “Türkün  açıq ana  dilində”  yazan  “Molla  Nəsrəd-
din”in  xalq  arasındakı  qeyri-adi  populyarlığı  Asan 
Səbrinin haqlı olmadığının ən yaxşı göstəricisi idi.  
“Lisan qovğası” adlı məqaləsində Asan Səbri daha 
da  irəli  gedərək  Bakı  qəzet  və  məcmuələrini  sadəlik 
axtarışına  uyub  sıravi  oxucunun  zövq  və  tələbatına 
uyğunlaşmamağa, əksinə, onların səviyyəsini yüksəlt-
məyə çağırırdı: “Bundan sonra lisanımızın tənaqüsünə 
deyil,  tövsiinə,  zənginləşməsinə  çalışmalıyız...  Övla-
di-vətən  qeyri  hər  şeyə  maraq  ediyor,  məktəbdən  qa-
lanlar  mütaliə  üçün,  məlumatlarının  tərəqqisi  üçün 
əxlaqlarını təhzib, fikirlərini tənvir və tövşü için kitab 
istiyor. Övladi-vətəndəki bu hissiyyatı görə-görə nasıl 
olur da yarın-yurtu qullandığımız lisanı daha da əskil-
də  bilirik?  Lisanın  zənginləşməsi  ədəbiyyat  ilə,  ədə-
biyyatın tərəqqidi də ulum və fünunun tərəqqisi ilədir. 
Ülum və fünunun tərəqqi etmədiyi bir yerdə ədəbiyya-
tın tərəqqi etdiyi heç görülməmişdir”
2

Prinsip etibarı ilə doğru fikir idi. Lakin müəllif bir 
vacib  məqamı  unudurdu:  elm  də,  ədəbiyyat  da  yalnız 
xalqın anladığı, qəbul etdiyi, özününkü saydığı bir dil-
də yarananda gözlənilən faydanı gətirə bilərdi.  
Asan  Səbri  dil  məsələsi  ilə  bağlı  “Füyuzat”  tribu-
                                                 
1
 Asan Səbri Ayvazov. Lisan qovğası, “Füyuzat”, 1907, say 16, s. 252. 
2
 Orada, s. 253. 


 
41 
nasından Krım tatarları arasındakı opponentlərinə qar-
şı da istifadə edirdi. Çünki Bakıda olduğu kimi Bağ-
çasarayda da milli ziyalılar “ortaq türkcə” məsələsin-
də  iki  qrupa  ayrılmışdılar.  Osmanlı  heyranları  ilə  bir 
sırada Krımda formalaşan, mətbuata və ədəbiyyata yol 
tapan  yerli  türkcənin  də  kifayət  qədər  tərəfdarları 
vardı. Müəllif üzünü onlara tutaraq yazırdı: “Sən bizi 
türkləşdirmək,  osmanlılaşdırmaq  istiyorsun.  Biz  tata-
rız,  dilimiz  də  tatarca  olmalıdır!”  –  deyə  qulaq  pər-
dələrimi  patlatan  bəy  əfəndilərimiz  də  boş  yerə  nəfəs 
sərf  ediyorlar.  Zira,  əvvəli-əmrdə  tatar  deyil,  türk-
sünüz. Bunu həm heç inkar edəməzsiniz. Saniyən, bu 
günə qədər çox kitablar, risalələr, əlyazısı, Krım tarixi 
mütaliə etdim. Heş birisində sizin tələb etdiyiniz açıq 
ərəbi  və  farsı  lüğətlərdən  ari  bir  lisan  görmədim  və 
görməyəcəyimə  də  əminim.  Siz  madam  ki,  osmanlı-
laşmaqdan  qorxuyorsunuz,  türkləşmək  istəmiyorsu-
nuz, o halda  nə  üçün  kəndi təbirinizdə bir  “tatar  ədə-
biyyatı” meydana gətirmiyorsunuz?”
1
 
Vahid ədəbi dil seçimində Osmanlı türkcəsinə üs-
tünlük  verməsinə  baxmayaraq,  əvvəldə  də  qeyd  et-
diyim  kimi,  Asan  Səbri  sözün  həqiqi  mənasında  bir 
Azərbaycan vurğunu idi. Rusiya türklərinin mədəniy-
yətə,  maarifə, ictimai  tərəqqiyə  qovuşmaları və  milli-
mədəni  haqlar  uğrunda  mübarizə  baxımından  təməl 
işlərin  ən  çox  Bakıda  görüldüyünə  inanır,  gələcəkdə 
də  ümumi  rəhbərlik  və  irəliləyişi  Azərbaycandan 
gözləyirdi.  Ziyalılarımızın  səmimiyyətinə,  hünərinə 
                                                 
1
 Asan Səbri Ayvazov. Lisan qovğası, “Füyuzat”, 1907, say 16, s. 252-253. 


 
42 
bel bağlayırdı.  Onları  türk  dünyasının  lokomotivi  sa-
yırdı.  Hətta  bu  məsələdə  əslində  özünə  daha  yaxın 
saymalı  olduğu  Krım-tatar  həmkarları  ilə  kəskin  po-
lemikaya  girməkdən  də  çəkinmirdi.  Yaradıcılıq  bioq-
rafiyasındakı  bəzi  nümunələr  Asan  Səbrinin  həmin 
prinsipiallığını aydın göstərməkdədir.  
Məsələn,  1906-cı  ildə  “Tərcüman”  qəzeti  özünün 
üç  sayında  N.Y.  inisialı  arxasında  gizlənən  müəllifin 
“Qafqazlılar  və  qazanlılar”
1
  adlı  məqaləsini  dərc  et-
mişdi.  Silsilə  yazılarda  milli  mədəniyyətin  inkişafı, 
ziyalıların  xalqla  bağlılığı  baxımından  Qafqaz  və 
Qazan türkləri arasında müqayisə aparılır, birincilərin 
bu  sahədə  öz  tatar  qardaşlarından  geri  qalmaları, 
xalqdan  uzaq  düşmələri,  Avropa  təsirinə  uymaları  ilə 
bağlı  mülahizələr  irəli  sürülürdü.  Mülahizələr  sub-
yektiv  səciyyə  daşıyır,  milli  birlikdən  və  səylərin  bir 
istiqamətə yönəldilməsindən daha çox fikir ayrılığına, 
qarşıdurmaya yol açırdı.  
Əslində o qədər də xoş niyyət güdməyən müəllifə 
Asan  Səbri  “Füyuzat”  səhifələrində  “Krımlılar  nə 
üçün tənqid edilmiyor?”
2
 adlı prinsipial yazı ilə cavab 
vermişdi.  Məqsəd  tərəflərdən  birinə  üstünlük  verərək 
Rusiya  türklərinin  iki  mühüm  fikir  mərkəzini  – 
Volqaboyu  ilə  Qafqazı  üz-üzə  qoymaq  deyildi.  Asan 
Səbri sadəcə mətbuat və çağdaş ədəbiyyat, xüsusən də 
dramaturgiya  sahəsində  birinciliyin  Qafqaz  türklərinə 
                                                 
1
 "Tərcüman", 1906, say 130, 131, 132. Məqalə müəllifinin şəxsiyyətini müəy-
yən etmək mümkün olmadı.  
2
  Asan  Səbri  Ayvazov.  Krımlılar  nə  üçün  tənqid  edilmiyor?  ,”Füyuzat”, 
1906, say 6, s. 93-96. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə