Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

 
47 
muş  ideya  istiqaməti  sayəsində  müəllifin  xüsusi 
rəğbətini  qazanan  “Həyat”  barədə  deyilib.  Bu  sözlər 
“Həyat”  qəzetinin  Azərbaycan  xalqının  mədəni-mə-
nəvi intibahında, eləcə də Rusiya türklərinin milli mü-
barizə  tarixindəki  mühüm  rolunu  birincilər  sırasında 
Asan  Səbrinin  qiymətləndirdiyini  söyləməyə  əsas  ve-
rir.  
Yalnız  milli-mədəni  deyil,  həm  də  ictimai-siyasi 
istiqaməti  ilə  seçilən  digər  mətbu  orqanın  –  Əhməd 
bəy Ağayevin redaktorluğu ilə çıxan “İrşad”ın fəaliy-
yəti  də  Asan  Səbrinin  Azərbaycan  jurnalistikası  ilə 
bağlı  məqaləsində adekvat  qiymətini  almışdı:  “İrşad” 
da  bir  sənədən  bəri  millətimizi  ədalət,  hürriyyət,  mü-
savat  kibi  nemətlərə  təşviq  və  irşad  etməkdədir.  Bu 
gün  qəzetələrimizin  miyanında  həqiqətən  qəzet  deyi-
ləcək bir cəridə var isə o da “İrşad”dır”
1

Bədii-publisist  irsinin  təhlilindən  də  göründüyü 
kimi,  Asan  Səbri  həm  nəzəri,  həm  də  praktiki  cəhət-
dən  maarifçi  idi:  müasiri  olduğu  Azərbaycan  ziya-
lılarının çoxu kimi o da, millətin üzləşdiyi əksər prob-
lemlərin  kütlənin  savadlanması  yolu  ilə  aradan  qal-
dırılacağına inanırdı. Həm də bu məsələdə ilkin mər-
hələ kimi uşaqların təhsilinə daha böyük önəm verirdi. 
Yeri  gəlmişkən,  məcmuə  özünün  müxtəlif  saylarında 
onun yuxarıda adını çəkdiyim  “Üsuli-tədris və təlim-
tərbiyə” kitabının reklamlarını yerləşdirərək əsərin ge-
niş dairədə yayılmasına çalışmışdı. Pedaqogika məsə-
lələri,  xalq  təhsilinin  təşkili  Asan  Səbri  Ayvazovun 
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Krımlılar  nə  üçün  tənqid  edilmiyor?,  “Füyuzat”, 
1906, say 6, s. 95. 


 
48 
“Füyuzat”dakı  bir  sıra  yazılarının  əsas  mövzusunu 
təşkil edirdi.  
Bütün  türk  dünyasının  maarif  nuruna  qərq  olma-
sını  arzulayan  Asan  Səbri  həqiqi  bir  Krım  vətənpər-
vəri  kimi  bu  işığı  öz  kiçik  vətəni  üçün  daha  mühüm 
sayırdı.  Müəllifin  fikrincə,  son  120  il  ərzində  Krım 
tatarları  çarizmin  müstəmləkə  əsarətindən  yeganə  xi-
las  yolunu  yalnız  ata-baba  torpaqlarını  atıb  Osmanlı 
imperiyasına  mühacirətdə  görmüşdü.  Artıq  bu  acına-
caqlı  vəziyyətə  son  qoymaq  zamanı  gəlmişdi.  Asan 
Səbri  səmimi  şəkildə  inanırdı  ki,  həmvətənləri  yalnız 
yaxşı təhsil aldıqları, haqlarını müdafiə etməyi bacar-
dıqları, yeni dövrün tələblərinə uyğun fəal vətəndaşlar 
kimi  yetişdikləri  təqdirdə  doğma  yurdun  həqiqi  sa-
hiblərinə çevrilə bilərdilər. Belə insanların ortaya çıx-
madığı müddətdə isə hər şey əvvəlki qaydada davam 
edəcəkdi.  Aşağıdakı  sətirlərin  necə  bir  ürək  ağrısı  ilə 
yazıldığını  sezməmək  çətindir:  “Ah,  qərib  Vətənim! 
Əcdadımızın  xuni-əmiyyəti  ilə  təxmir  olunmuş  yaşıl 
ovaların,  bağların,  bağçaların  bu  gün  naəhl  əlində 
qalaraq  inliyor,  bizə  lənət  oxuyor.  Fəqət,  çi  fayda  ki, 
bu  iniltilərə  mütəəssir  olaraq  əlindən  iş  gələcək  bir 
kimsəmiz yoxdur. Yüz sənədən bəri qoyun sürüsü kibi 
ələləmya  Türkiyəyə  hicrət  ilə  yollarda,  vaporlarda, 
Anadolu  yaylalarında  ac  və  səfil  olaraq  yüz  binlərcə 
tələf  olan  Krım  müsəlmanları  arasında  qoca  İstanbu-
lun  məktəblərinə,  mədrəsələrinə  girib  ikmali-təhsil 
edən bir adamımız varmı?”
1
 
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Krımlılar  nə  üçün  tənqid  edilmiyor?,  “Füyuzat”, 
1906, say 6, s. 95. 


 
49 
Asan  Səbri  Krım  tatarlarının  düşdüyü  acınacaqlı 
vəziyyəti  yalnız  Rusiya  imperiyasının  türk-müsəlman 
əhaliyə  münasibətdə  yürütdüyü  milli  ayrı-seçkilik  si-
yasətində görmürdü. Təbii ki, bu amilin də rolu güclü 
idi. Amma digər tərəfdən həmvətənlərinin ana yurdun 
taleyinə,  milli-mənəvi  dəyərlərə  laqeyd,  yabançı  mü-
nasibəti  də  müəllifin  fikrincə,  vəziyyətin  daha  acı-
nacaqlı  xarakter  almasına  təsirsiz  qalmırdı:  “Əcdadi-
üzamımızın  mədrəsələri  yıxıldı,  vəqflər  yuduldu,  ru-
hanilər ilə zadəganlarımız təhti-əsarətində qalan Krım 
səkənəsi də topraksız, məarifsiz olaraq bir qismi hicrət 
edərək  tələf  oldu,  bir  qismi  də  bu  gün  işgəncələr 
içində  sıxılmaqdadır.  Vaxtı  ilə  gülüstanı-mərifət  və 
fəsahət,  bəlağət  bazarı  olan  Bağçasaray  əlli  sənədən 
bəri  əski  bir  qəbiristan  şəklində  bulunuyor.  Bir  çox 
müqəddəm  fazillər,  şairlər  yetişdirən  Bağçasaray  bu 
gün  işsiz-gücsüz  tənbəllərdən  başqa  bir  şey  veremi-
yor.  Hər  addımbaşı  bir  qəhvəxana  (rəzalətxana)  açı-
laraq  lağlağiyyət  ilə  vaxt  keçiriliyor!  Yalı  boyu  isə 
məhv olmaqdadır...”
1
 
Krım tatarlarının problemlərini işıqlandırmaq, on-
ları  hərəkətə  gətirmək  baxımından  “Tərcüman”ın 
dörddə  bir  əsrlik  fəaliyyəini  təqdir  etməklə  bir  sırada 
Asan  Səbri  müəllimi  saydığı  İsmayıl  bəyin  konsep-
siyasına müəyyən tənqidi münasibətini də gizlətmirdi: 
“Əvət, müəzziz “Tərcüman” bir rübi-əsrdən bəri bağı-
rıyor,  fəryad  ediyor.  Fəqət sədası,  seyhəsi  Krıma  əks 
etmiyor. Çünki Krıma dair, Krım müsəlmanlarına dair 
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Krımlılar  nə  üçün  tənqid  edilmiyor?,  “Füyuzat”, 
1906, say 6, s. 95. 


 
50 
əhval  “Tərcüman”da  pək  az  yazılıyor”
1
.  Amma  nə-
dənsə bu zaman “Füyuzat”ın demək olar ki, eyni yolla 
getdiyi  –  öz  səhifələrində  ən  az  Azərbaycan  türklə-
rindən bəhs etdiyi müəllifin diqqətini çəkməmişdi.  
Bütünlükdə  isə,  türklərin  məskun  olduqları  digər 
ərazilərlə  bir  sırada  daha  həssas  bölgə  kimi  Krımın 
müşküllərini  üzə  çıxarmaq,  diqqətdə  saxlamaq  baxı-
mından  “Füyuzat”  milli  mətbuatımızda  ardıcıllığı, 
prinsipiallığı  ilə  seçilirdi. Bu bir tərəfdən məcmuənin 
aydın  ümumtürk  mövqeyi  ilə  bağlı  idisə,  digər  tərəf-
dən  də  Əli  bəy  Hüseynzadənin  Asan  Səbri  və  digər 
krımlı  müəllifləri  məcmuənin  işinə  yaxından  cəlb  et-
məsinin nəticəsi idi.  
Türk-müsəlman cəmiyyətində qadınların mövqeyi, 
milli  dəyərlərə  əsaslanan  sağlam  cəmiyyətin  təməli 
kimi ailə institutunun rolu Asan Səbri publisistikasın-
da  mühüm  yer  tuturdu.  “Millətlər  ailələrdən  təşəkkül 
etdiyindən  bir  millətin  tərəqqi  və  tədənnisinə,  səadət 
və  səfalətinə,  ittihad  və  nifaqına  ən  ziyadə  xidmət 
edən  ailələrdir.  Ailələrin  tərzi-həyatı,  üsuli-məişəti 
münəzzəmsə,  təşkil  etdikləri  millətin  həyati-ictimaiy-
yəsi  və  sairəsi  də  müntəzəm  və  mükəmməl  olur”
2

“Əcəba, bizdə həyati-ailə nə surətdə cərəyan ediyor, o 
həyati-ailə ki, həm bir millətin tərəqqi və tədənnisində 
böyük  rolu və  cəmiyyəti-bəşəriyyəyə  təəllüqi-əziməsi 
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Krımlılar  nə  üçün  tənqid  edilmiyor?,  “Füyuzat”, 
1906, say 6, s. 95.  
2
  Asan  Səbri  Ayvazov.  Həyati-ailə  və  ailəçilərimiz,  “Füyuzat”,  1907,  say 
10, s. 155-156. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə