Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

 
78 
di.  Ərəb  yazısını  cəhalət  və  irtica  rəmzi  adlandırıb 
onun sadəcə islahını yarımçıq, ziyanlı addım kimi də-
yərləndirmişdi.  Onun  fikrincə, hər  şeyi  kökündən  də-
yişdirməyin  tələb  olunduğu  bir  vaxtda  mədəni  inqi-
labın başlıca şərti kimi köhnəlmiş əlifbadan əl çəkmək 
lazım  idi.  Tərəddüddə  qalanları,  qətiyyətsizlik  göstə-
rənləri həyat özü tezliklə buna vadar edəcəkdi. Krım-
tatar  nümayəndəsinin  çıxışı  Azərbaycan  hökumətinin 
rəsmi  orqanının  –  “Kommunist”  qəzetinin  də  diqqə-
tindən yayınmamışdı
1

Nəticədə Asan Səbri də təklif və düzəlişləri nəzərə 
almaqla  yeni  əlifba  layihəsi  ilə  bağlı  qətnamə  hazır-
layan redaksiya şurasının tərkibinə seçilmişdi
2
.  
Növbəti çıxışı isə ertəsi gün – martın 5-də Səməd-
ağa  Ağamalıoğlunun  sədrliyi  ilə  keçən,  türk  xalqla-
rının dil və ədəbiyyatına həsr edilən toplantıda olmuş-
du
3
. Burada toxunduğu mövzu və məsələlər haqqında 
qurultay sənədlərində və öz qeydlərində hər hansı mə-
lumata  təsadüf  edilmir.  Nəhayət,  Asan  Səbri  türko-
loqların  Bakı  forumu  zamanı  sonralar  şəraitin  tələbi 
ilə əleyhinə çıxdığı, siyasi damğalar vurmağa məcbur 
olduğu bir sıra görkəmli şəxsiyyətlərlə, o cümlədən də 
Əli bəy Hüseynzadə ilə görüşüb fikir mübadiləsi apar-
mışdı. Türk tədqiqatçısı Ömər Özcanın yazdığına gö-
rə,  qurultay  zamanı  o,  həm  Əli  bəy,  həm  də  digər 
nüfuzlu qonaq – İstanbul Darülfünunu tarix-ədəbiyyat 
                                                 
1
 Yeni əlifba haqqında Ayvazov yoldaşın nitqi, “Kommunist”, 7 mart 1926-
cı il, say 1036. 
2
 Первый Всесоюзный Тюркологический Съезд, с. 417. 
3
 Orada, s. 426. 


 
79 
fakültəsinin  dekanı,  professor  Mehmet  Fuad  Köprülü 
ilə söhbətləri zamanı bundan sonra da Sovet İttifaqın-
da  yaşamağın  həyatına  böyük  təhlükə  olduğunu  bil-
dirərək  mümkün  qədər  tezliklə  Türkiyəyə  dəvət  edil-
məsi üçün hər ikisinin yardımını istəmişdi
1

Krıma  qayıtdıqdan  sonra  yarımadada  Yeni  Türk 
Əlifbası Komitəsinin sədri kimi regionda yeni  əlifba-
nın atəşin tərəfdarlarından biri kimi tanınmışdı. Krım 
tatarları  üçün  latın  qrafikası  əsasında  əlifba  hazır-
lanması  işində  yaxından  iştirak  etmişdi.  Bütünlükdə, 
1920-ci illərin ortalarında həyatı hələlik nisbətən sakit 
axarda  keçsə  də,  gələcək  fırtınaların  yaxınlaşdığını 
özü  də  hiss  edirdi.  Etirafına  görə,  hələ  də  müəyyən 
gizli  tellərlə  bağlandığı  “Milli  Firqə”dən  olan  keçmiş 
həmkarları ona şübhə və inamsızlıqla yanaşırdılar. Sə-
mimiyyətinə  inanmırdılar.  Həm  “köhnələrin”,  həm  də 
“yenilərin”  yanında  etibarını  itirməsi  Asan  Səbriyə 
əzablı anlar yaşadırdı. Keçirdiyi stress yaradıcılığına da 
təsirsiz  qalmırdı.  Əslində,  1930-cu  illərdə  bir  tərəfdən 
tam  siyasi-mənəvi  təcrid  vəziyyətinə  salınması,  digər 
tərəfdən isə düşdüyü gərgin ruhi vəziyyət bir zamanlar 
fəallığı  ilə  seçilən  müəllifi  susmağa,  bir  küncə  çəkil-
məyə və sadəcə xilas yolları aramağa məcbur etmişdi. 
 
*** 
 
1920-ci  illərin  ikinci  yarısından  etibarən  Krımda 
milli hərəkat təmsilçilərinə, ilk növbədə də yarımada-
                                                 
1
  Omer  Özcan.  Hasan  Sabri  Ayvazof`un  Huseyinzade  Ali`ye  Mektupları, 
s.237. 


 
80 
da  müstəqil  tatar  dövləti  qurmaq  iddiasına  düşən 
“Milli  Firqə”  üzvlərinə  qarşı  geniş  miqyaslı  təqiblər 
başlanmışdı.  Krım  Xalq  Cümhuriyyəti  Parlamentinin 
sədri, “Millət” qəzetinin baş redaktoru, Milli Direkto-
riyanın  Türkiyə  təmsilçisi  kimi  adları  təmtəraqlı  səs-
lənən  vəzifələrin  sahibi  kimi  Asan  Səbrini  ilk  dəfə 
birinci dalğa ötəndən sonra, 1930-cu ildə həbs etmiş-
dilər
1
.  Amma  həmin  dövrə  qədər  də  daim  çekistlərin 
sayıq  nəzarəti  altında  olmuşdu.  Keçmiş  Milli  Firqə 
üzvləri  (əslində  Krımın  tatar  əhalisinin  seçkin,  ziyalı 
nümayəndələri  olan  bu  şəxslər  müxtəlif  sovet  orqan-
larında  çalışırdılar  və  nəyi  isə  dəyişmək  qüdrətində 
deyildilər) ilə əlaqələri diqqətlə araşdırılmışdı. Bir ne-
çə ay çəkən rəsmi Türkiyə ezamiyyəti də daxil az qa-
la,  hər  addımı  izlənmişdi.  Bütün  görüşləri,  şəxsi  ya-
zışmaları  nəzarətdə  saxlanmış,  yaxın  əhatə  və  ünsiy-
yət dairəsi müəyyən edilmişdi
2
. Nəticədə, həbsin zəru-
riliyini əsaslandıran sənəddə “günahı” tam şəkildə or-
taya qoyulmuşdu.  
Belə  əsaslı  “hazırlıq”  işlərindən  sonra  nə  ictimai 
statusu,  nə  də  özünü  sovet  yanlısı  kimi  göstərmək 
cəhdləri  onu  illərdən  bəri  başı  üzərində  dolaşan  fəla-
kətdən  xilas  edə  bilmişdi.  Krımlı  tədqiqatçı  A.V.Ye-
fimovun  sovet  çekistlərinin  Asan  Səbrinin  şəxsiyyət 
və  fəaliyyəti  ilə  yeni  quruluşun  ilk  illərindən  maraq-
                                                 
1
  Люди  и  судьбы.  Биобиблиографический  словарь  востоковедов  – 
жертв  политического  террора  в  советский  период.  Асан  Сабри 
Айвазов. Санкт-Петербург, 2003, с. 41. 
2
 А.В.Ефимов. Тюремные записки Асана Сабри  Айвазова, «Ватаным», 
2005, № 4, с. 67. 


 
81 
lanmaları haqda yazdıqları da dairənin bir gün mütləq 
qapanacağını göstərirdi
1

OQPU-nun  1929-cu  ildə  “Tam  məxfi”  qrifi  ilə 
hazırladığı  “Tatarların  Krımda  milli-azadlıq  hərəka-
tının mənşəyi və inkişaf yolları haqda tarixi arayış”da 
Asan  Səbri  ilə  bağlı  aşağıdakı  sətirlər  yer  almışdı: 
“Ayvazov Asan Səbri, 1878-ci il təvəllüd, ali pedaqoji 
təhsilli,  hazırda  Krım  Pedaqoji  İnstitutunun  türk  dili 
müəllimi.  İxtisasca  ədəbiyyatçıdır.  Eser  partiyasının 
(1906-1908) keçmiş üzvü. 1907-1913-cü illərdə Krım-
dan  kənarda,  sürgündə  yaşayıb.  1915-1916-cı  illərdə 
(əslində  1906-1908  olmalıdır  –  V.Q.)  panislamist 
“Vətən  xadimi”  qəzetini  nəşr  edib.  1917-ci  il  fevral 
inqilabından  sonra  “Millət”  qəzetinin  redaktoru  olub 
və  Krımın  tam  muxtariyyəti  ideyasını  yayıb.  Müəs-
sislər  Məclisinin  üzv  seçilib.  Oktyabr  inqilabından 
sonra Qurultaya sədrlik edib. Almaniyanın Krım üzə-
rində himayə xahişi ilə II Vilhelmə müraciət məktubu 
imzalayanlardan biridir. 1918-ci ilin ortalarında Krım 
Milli  Hökumətinin  (Qurultay)  səfiri  kimi  Türkiyəyə 
göndərilmişdi”
2

Arayışın sonuna 1929-cu il tarixi qoyulsa da, onun 
tərtibi  üçün  agentura  məlumatlarının  daha  əvvəllər, 
hələ  Asan  Səbrinin  humanitar  missiya  ilə  Türkiyəyə 
göndərildiyi  dövrdən  toplandığı  aydın  olur.  Bunu 
mətndəki  aşağıdakı  sətirlər  də  aydın  göstərir:  “Ay-
vazov Qasprinskinin silahdaşıdır, Krım MİK-nin üzvü 
                                                 
1
 А.В.Ефимов. Тюремные записки Асана Сабри Айвазова, «Ватаным», 
2005, № 4, c 67. 
2
 Orada, с. 68. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə