Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

 
74 
Bolşevik  Rusiyasının  Ankaradakı  diplomatik  nüma-
yəndəsi  S.İ.Aralov  (1880-1969)  tədbirlərdə  yaxından 
iştirak  etmişdi
1
.  Rəsmi  təmasların  mühüm  qismi  də 
əsasən nümayəndəliyin binasında keçirilmişdi. 
Krım tatarlarının tarixi, dili, folkloru, musiqisi ilə 
yaxından  maraqlanan  Mustafa  Kamal  Paşa  ilə  Asan 
Səbrini  qısa  müddətdə  üç  dəfə  qəbul  etmişdi.  Həmin 
görüşlərdən ikincisi Ankaradakı Azərbaycan Səfirliyi-
nin bağçasında, səfir İbrahim Əbilovun ev sahibliyi ilə 
baş  tutmuşdu
2
.  Məclisə  bir  neçə  tanınmış  türkoloq, 
jurnalist  və  millət  vəkili  də  qatılmışdı.  Bu  da  həmin 
dövrdə  Səfirliyin  yeni  paytaxtın  mədəni-siyasi  həya-
tında oynadığı mühüm roldan, Atatürkün səfir İbrahim 
Əbilova, eləcə də Sovet Azərbaycanına xüsusi müna-
sibətindən xəbər verir. 
Müəllifin  Atatürkün  dilindən  eşidib  yazıya  aldığı 
aşağıdakı  sözlər  yeni  Türkiyə  qurucusunun  Azərbay-
canın  zorla  sovetləşdirilməsinə  münasibətini  aşkara 
çıxarmaq baxımından maraqlıdır. Pantürkizm və slav-
yanofilliyin  keçmişdə  qaldığını,  bu  ideya  təmayül-
lərinin Osmanlı imperiyası ilə çar Rusiyası arasındakı 
rəqabət və münaqişədən qaynaqlandığını bildirən Ata-
türk Asan Səbri ilə söhbətində milli müstəqillik tərəf-
darlarını  yox,  sovet  Krımını  dəstəklədiyini  gizlətmə-
mişdi: “Sizin rəhbərləriniz çar zabitlərinin təsiri altına 
düşərək  sovetlərə  qarşı  vuruşmaqla  böyük  səhvə  yol 
                                                 
1
 Daha  geniş  məlumat  üçün bax. С.И.Аралов. Воспоминания  советского 
дипломата. 1922-1923. М., ИМО, 1960. 
2
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 4, с. 53. 


 
75 
vermişlər.  Bu  səhv  zavallı  tatar  xalqını  bolşeviklərlə 
savaşa sürükləyənlərə bir ibrət dərsi olmalıdır. 1918-ci 
ildə  buraxılan  səhvin  üstündən  artıq  dörd  il  keçib, 
Krımda  sovet  hakimiyyəti  tam  möhkəmlənib.  Bildi-
yim  qədər  bolşeviklərin  proqramı  çox  genişdir,  onla-
rın milli siyasəti bütün millətlərə öz ədəbiyyatını, mə-
dəniyyətini inkişaf etdirmək, iqtisadi vəziyyətini yax-
şılaşdırmaq imkanı verir”
1
.  
Asan Səbri Türkiyəyə səfəri, yüksək səviyyəli gö-
rüşlər  üçün  kimə  borclu  olduğunu  bildiyindən,  bol-
şeviklərin etimadını doğrultmağa çalışmışdı – bir sıra 
türk və  Avropa  qəzetlərinə  verdiyi  müsahibələrdə  so-
vet  quruluşu,  yeni  üsuli-idarə  haqqında  tərifli  dolu 
sözlərini  əsirgəməmişdi.  Ankarada  qaldığı  müddətdə 
yeni  formalaşan  sovet  nümayəndəliyinin  fəaliyyətinə 
də  bacardığı  qədər  kömək  göstərmişdi.  Tərcüməçilik 
missiyasını  üzərinə  götürmüş,  nümayəndəlik  yanın-
dakı məktəbdə türk uşaqlarına rus dilini tədris etmişdi. 
Amma bu yolla hər addımını izləyən çekistləri arxayın 
salmaq  mümkün  olmamışdı.  Türk  ziyalıları,  ilk  növ-
bədə  isə  mühacir  həmvətənləri  ilə  əlaqələri  sovet  xü-
susi  xidmət  orqanlarında  şübhə  doğurmuşdu.  Bir  ara 
onu  hətta  bacarıqlı  mütəxəssis  kimi  nümayəndəlikdə 
saxlamaq  istəyən  S.İ.Aralov  əlaqələrin  getdikcə  daha 
təhlükəli  xarakter  aldığını  görüb  təcili  şəkildə  geri 
çağırılması ilə bağlı məsələ qaldırmışdı.  
1922-ci  ilin  sonunda  Krıma  qayıdandan  sonra  ba-
rəsində  hər  hansı  ölçü  götürülməmişdi.  Burada  bəlkə 
                                                 
1
  История  национального  движения  в  Крыму,  «Ватаным»,  2005,  №  4, 
c.54. 


 
76 
səfər  yoldaşı  Mahmud  Nədimin  şübhəli  hərəkətləri, 
Cəfər  Seyidəhmədin  “təxribatları”  barəsində  lazımi 
orqanlara dərhal məlumat verməsi də öz rolunu oyna-
mışdı. Digər tərəfdən, 20-ci illərin əvvəllərində müəy-
yən siyasi tolerantlıq mövcud idi. Amma hər ehtimala 
qarşı  gələcək  üçün  “qeydlər”  aparmağı  da  unutmur-
dular.  Sonradan  barəsində  ilk  məxfi  dosyenin  hələ 
Türkiyəyə  ezamiyyət  dövründən  hazırlanmağa  başla-
dığı məlum olacaqdı
1
.  
 Növbəti  1923-cü  il  Asan  Səbrinin  təntənəsinin 
zirvəsi və tənəzzülünün başlanğıcı kimi dəyərləndirilə 
bilər.  İyun  ayında  ədəbi-bədii  və  pedaqoji  fəaliyyə-
tinin 25 illiyi muxtar respublika səviyyəsində bayram 
edilmişdi
2
. Yubiley sessiyasında xidmətləri qeyd olun-
muş,  bir  sıra  dilçilik  tədqiqatları,  habelə  üçcildlik 
türk-tatar ədəbiyyatı tarixi üzərində işi vurğulanmışdı. 
Həmvətəni,  gənc  və  enerjili  professor  Bəkir  Çoban-
zadənin  simasında  özünə  ciddi  rəqib  görsə  də,  sovet 
Krımının  tanınmış  ədəbi  simalarından  sayıla  bilərdi. 
Bədii-publisist  əsərləri,  xüsusən  də  vətəndaş  mühari-
bəsi illərində soydaşlarının üzləşdiyi dəhşətli aclıqdan 
bəhs  edən  “Anneciyim,  nerdesin, gel...”  hekayəsi  bö-
yük populyarlıq qazanmışdı.  
Asan Səbri Ayvazov 1926-cı ildə Bakıda keçirilən 
                                                 
1
 А.В.Ефимов. Тюремные записки Асана Сабри Айвазова, «Ватаным», 
2005, № 4, с. 69. 
2
  Riza  Fazil-Safter  Naqayev.  Krımtatar  Edebiyatının  Tarihi,  Akmescit, 
2001, s. 226. 


 
77 
Türkoloji qurultayın işində iştirak etmişdi
1
. Türkoloq-
ların  SSRİ-dəki  ilk  forumunda  Krım  tatarları  kifayət 
qədər  geniş  nümayəndə  heyəti  ilə  təmsil  olunmuşdu. 
Səkkiz  nəfərdən  ibarət  heyətin  tərkibinə  professor 
Bəkir  Çobanzadə,  Hüseyn  Akçokraklı,  Asan  Səbri 
Ayvazov,  Həbibulla  Odabaşlı,  Şefki  Bektörə,  İsmayıl 
Lemanov, Mahmud Nədim və Yaqub Kamal daxil idi. 
Fevralın  26-dan  martın  5-nə  qədər  davam  edən  qu-
rultayda  müxtəlif  türk  xalqları  təmsilçilərinin,  Rusiya 
və  Avropanın  bir  sıra  tanınmış  türkoloqlarının,  şərq-
şünaslarının  iştirakı  ilə  türk  dili,  tarixi,  ədəbiyyatı, 
etnoqrafiyası, etimologiyası, habelə yeni əlifba ilə bağlı 
çoxsaylı aktual məsələlər müzakirəyə çıxarılmışdı.  
Qurultayın  stenoqrafik  hesabatlarından  da  görün-
düyü kimi, Asan Səbri həmvətəni Bəkir Çobanzadə ilə 
müqayisədə xüsusi fəallığı ilə seçilməmişdi. O, yalnız 
iki  iclasda,  hər  ikisində  də  türk  dilində  çıxış  etmişdi. 
Çox  güman,  stenoqramlar  rus  dilində  aparıldığından 
çıxışı  barədə  yalnız  ümumi  məlumat  verilmiş,  mətn 
əlavə  olunmamışdı.  Asan  Səbri  ilk  dəfə  martın  4-də, 
Həbib  Cəbiyevin  sədrliyi  ilə  keçən  iclasda  kürsüyə 
qalxmışdı
2
.  Fikirlərin  haçalandığı,  bəzi  iştirakçıların 
zəngin milli tarixi irslə əlaqələri qırmamaq üçün ərəb 
əlifbasında sadəcə islahat aparmaq təklifini səsləndir-
dikləri  müzakirələr  zamanı  Krım-tatar  təmsilçisi  latın 
əlifbasına keçidin qətiyyətli tərəfdarı kimi çıxış etmiş-
                                                 
1
  Первый  Всесоюзный  Тюркологический  Съезд.  26  февраля  –  5  марта 
1926  г.  Стенографический  отчет.  Общество  Обследования  и  Изуче-
ния Азербайджана, Баку, 1926, с. 541. 
2
 Первый Всесоюзный Тюркологический Съезд, с. 400. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə