Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

 
59 
rus  və  türk  dillərinə  aşina,  mütəfənnin  (fənlərə  bələd 
olan)  bir  lektora  müəllimlərimizin  ehtiyacı  vardır  ki, 
bu da ancaq siz olacaqsınız. Əgər müəllimlərimizin bu 
mətləblərini  isaf  buyurarsanız  pək  böyük  bir  xidmət 
etmiş olursunuz. Buraya gəlməyə razı olursanız da, ol-
masanız da səriən bir cəvab verməniz səlaməti-millət 
naminə  rica  olunur.  Bən  ümid  edərim  ki,  Zati-aliniz 
böylə  bir  xidmətdən  əl  çəkməzsiniz.  Binaənəleyh, 
Krımı da ziyarət etmiş olursunuz. Siz bir cəvabi-mü-
vafakat verirsəniz, kurslar avqust başında başlayacaq-
dır”
1
.  
Yenə  də  Alupkadan  göndərilən  və  “Ustadi-əkrə-
mim  Əli  bəy  əfəndi”  müraciəti  ilə  başlayan  16  sent-
yabr  1909-cu  il  tarixli  məktub  azərbaycanlı  maarif-
çinin Müəllimlər İttihadı Cəmiyyətinin dəvətini qəbul 
edib avqust ayında Alupkada, habelə yarımadanın di-
gər  bölgələrində  olduğunu,  kurslarda  silsilə  mühazi-
rələr  oxuduğunu  aşkara  çıxarır.  Bakıya  döndükdən 
sonra  o,  səfər  təəssüratlarını  bölüşmək  və  minnətdar-
lıq  hisslərini  bildirmək  üçün  sentyabrın  7-də  Asan 
Səbriyə  kiçik  məktub  ünvanlamışdı. Əli  bəy  Hüseyn-
zadənin  Krıma  ilk  səyahəti  hər  cəhətdən  yaddaqalan 
hadisəyə  çevrilmişdi.  Müvəqqəti  dil  kurslarında  mü-
hazirələr  oxumaqla  bir  sırada  yerli  ziyalılarla  görüş-
müş,  Krım  türklərinin  vəziyyəti  və  problemləri  ilə 
yaxından maraqlanmışdı. Onun Asan Səbrinin evində 
olduğu da aydınlaşır. Çünki növbəti məktubunda Asan 
Səbri  anası  və  xanımının  salamlarını  çatdırmağı  da 
                                                 
1
  Omer  Özcan.  Hasan  Sabri  Ayvazof`un  Huseyinzade  Ali1ye  Mektupları, 
s.241. 


 
60 
özünə borc bilmişdi. Əminliklə demək mümkündür ki, 
Krım  səfəri  Əli  bəylə  nisbətən  gənc  dostu  arasında 
həmin vaxta qədər daha çox rəsmi xarakter daşıyan və 
birgə  fəaliyyətə  əsaslanan  münasibətləri  səmimiyyət 
çalarları ilə zənginləşdirmiş, dostluğa çevirmişdi.  
Çox  güman,  Krım  səfəri  zamanı  qarşılıqlı  fikir 
mübadiləsi əsnasında Asan Səbrinin yenidən Bakı qə-
zetləri  ilə  əməkdaşlığa  başlaması  məsələsi  gündəliyə 
gəlmişdi.  Çünki  onun  xahişi  ilə  Əli  bəy  Bakıya  qa-
yıdandan az sonra “Tərəqqi” qəzetinin naşiri, filantrop 
milyonçu  Murtuza  Muxtarovla  görüşüb  məsələnin 
mali tərəfi ilə bağlı fikir mübadiləsi aparmışdı
1
. Krım-
dan  Əhməd  Ağayevə,  Əhməd  Kamala,  Məhəmməd 
Hadiyə,  Üzeyir  Hacıbəyliyə  Əli  bəy  vasitəsi  ilə  ün-
vanlanan  səmimi  salamlar  da  iki  illik  fasilədən  sonra 
bu şəxslərin aparıcı rol oynadıqları Bakı mətbuat mü-
hiti  ilə  əlaqələrin  bərpası  niyyətindən  xəbər  vermək-
dədir.  
Asan  Səbrinin  Əli  bəyə  əlimizdə  olan  üçüncü  və 
sonuncu  məktubu  (bunlardan  başqa  16  oktyabr  və  11 
noyabr  1905-ci  il  tarixlərində  Krımdan,  21  sentyabr 
1909-cu  il  tarixində  Alupkadan,  9  oktyabr  və  14  no-
yabr 1910-cu il tarixində Moskvadan, 10 iyul 1911-ci 
il  tarixində  Veqqis  şəhərindən  (İsveçrə)  və  nəhayət, 
1914-cü  ilin  avqust,  yaxud  sentyabr  ayında  Bağçasa-
raydan  göndərilən  poçt  açıqcaları  da  mövcuddur) 
1910-cu  il  noyabrın  23-də  Moskvada  yazılmışdır. 
“Möhtərəm ədibimiz və ustadi-əkrəmimiz Əli bəyəfən-
                                                 
1
  Omer  Özcan.  Hasan  Sabri  Ayvazof`un  Huseyinzade  Ali1ye  Mektupları, 
s.241. 


 
61 
di həzrətləri” müraciəti ilə başlanan məktubda ilk növ-
bədə  Bakının  mətbuat  aləmindəki  yeniliyə  –  “Həqi-
qət”  qəzetinin  nəşrinə  toxunulurdu:  “Bu  gün  “Tərcü-
man” qəzetəsinin 2 nömrəli nüsxəsində (mətndə belə-
dir,  səhifə  nəzərdə  tutulur  –  V.Q.)  oxuduğuma  görə 
Bakıda,  Orucov  Bəradərləri  tərəfindən  “Həqiqət”  na-
mında  yeni  bir  qəzetənin  nəşrinə  başlanmışdır.  Cəri-
deyi-məzkurənin  mühərrir  və  müdiri-məsulu  Üzeyir 
bəy Hacıbəyov cənabları imiş. “Həqiqət”ə Ağayevlər, 
A.Surlar (Əhməd bəy Ağayev və Abdulla Sur) məqa-
lələr  yazdığı  gibi  Zati-aliniz  də  iştirak  edirmişsiniz. 
Təbrik  edərim.  Zati-aliniz  gibi  bir  ədibi-müqtədirin, 
bir  sahibi-mümarisinin  “Həqiqət”də  iştirak  etməsi 
“Həqiqət”in  məsləkinin  təmyizinə  kafidir,  zənn  edə-
rim”
1

Özünün də imkan daxilində qəzetdə yaxından işti-
rak etmək niyyətində olduğunu dilə gətirən Asan Səb-
ri  həmkarının  məşhur  “Siyasəti-fürusət”  (“At  oynat-
maq siyasəti”) əsərinin təfriqələr şəklində yeni nəşrin 
səhifələrində çapından məmnunluğunu bildirir, “Ağa-
yev  bəradərimiz  İstanbula  hicrət  etdi  deyə  bir  xəbər 
eşitdim. Doğrumu?”
2
 – deyə həmin dövrdə aramsız tə-
qiblərdən  bezərək  Osmanlı  paytaxtına  köçən  Əhməd 
bəyin mühacirət səbəbləri ilə maraqlanırdı.  
Daha  sonra  özü  barədə  məlumat  verərək  yazırdı: 
“Bəndəniz təşrini-əvvəl (oktyabr) ibtidasından etibarən 
Moskvadayam. Buradakı Lazarevski Əlsineyi-Şərqiy-
                                                 
1
  Omer  Özcan.  Hasan  Sabri  Ayvazof`un  Huseyinzade  Ali`ye  Mektupları, 
s.243. 
2
 Orada. 


 
62 
yə  Məktəbi  (Lazarev  Şərq  Dilləri  İnstitutu)  tələbələ-
rindən  üç-beş  kişiyə  xüsusi  surətdə  olaraq  türk  lisanı 
və türk tarixi-ədəbiyyat dərsləri verməkdəyim. Başqa 
heç  bir  vəzifəm  yoxdur”
1
.  Eyni  zamanda  Asan  Səbri 
tələbələrindən birinin məşhur türk şairi Tofiq Fikrətin 
şeirlərini rus dilinə çevirdiyini, indi kitab şəklində ça-
pa hazırladığını bildirir və nəşrə daxil etmək üçün Əli 
bəy Hüseynzadədən şair haqqında bioqrafik məlumat-
lar və portretini istəyirdi.  
Çox  ehtimal,  məktublaşma  sonrakı  illərdə,  xüsu-
sən  Əli  bəyin  İstanbulda  yaşadığı  dövrdə  də  davam 
etmişdi. Lakin təəssüf ki, onun arxivinin kiçik hissəsi 
günümüzə qədər çatıb. Asan Səbrinin arxivi isə yerli-
dibli yox olub... 
  
*** 
 
Tərcümeyi-halında  göstərdiyinə  görə,  Birinci  rus 
inqilabından  sonra  çarizmə  qarşı  fəal  mübarizəyə 
qoşulan  Asan  Səbri  eser  partiyasının  sıralarına  daxil 
olmuşdu. Krımın kurort şəhərlərində gizli iş aparmış, 
dəfələrlə  həbs  təhlükəsi  ilə  üzləşmişdi.  Fəaliyyəti  çar 
jandarmının diqqətindən yayınmamışdı. Nəticədə Sto-
lıpin  irticasının  şiddətlənməyə  başladığı  1907-ci  ildə 
Krım yarımadasının da tərkibinə daxil olduğu Tavriya 
quberniyasından sürgün edilmişdi
2
. Bundan sonra sür-
                                                 
1
  Omer  Özcan.  Hasan  Sabri  Ayvazof`un  Huseyinzade  Ali`ye  Mektupları, 
s.243. 
2
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, с.16. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə