Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
63 
gün yeri kimi Bakını seçərək burada yaşadığı və mət-
buat sahəsində çalışdığı haqda sənədlərlə təsdiq olun-
mayan  məlumatlar  mövcuddur. Türkçü və  milliyyətçi 
əqidəyə  xidmət  edən  insanların  Azərbaycanda  da  çar 
polisinin təqibinə uğradığını gördükdən sonra isə daha 
uzaqlara çəkilməyi qərara almışdı.  
Təhsilini  davam  etdirmək,  habelə  ərəbcəsini  daha 
da  təkmilləşdirmək  üçün  Qahirəyə  yollanmışdı.  Çox 
güman ki, həmin dövrdə müəllimi və həmkarı İsmayıl 
Qaspiralının  Misir  paytaxtında  olması  da  səfər  mar-
şrutunun seçilməsində təsirsiz qalmamışdı. Asan Səbri 
həyatının səyahət və hadisələrlə zəngin olan bu dövrü 
haqqında  aşağıdakıları  yazırdı:  “1908-ci  il  yanvarın 
ilk  günlərində  astma  xəstəliyindən  müalicə  olunmaq 
üçün  Misirə  getdim.  Növbəti  il  yenidən  Moskvaya 
qayıtdım.  Burada  evlərdə  dərs  verir,  habelə  Lazarev 
institutunda  mühazirələri  dinləyirdim.  Moskvada  üç 
dəfə  həbs  olundum.  1911-ci  ildə  İsveçrəyə  getdim. 
Bazeldə təsadüfən yoldaş Leninlə tanış oldum. Kons-
tantinopol üzərindən Rusiyaya qayıtdım və Moskvada 
yaşamağa başladım”
1

Əvvəlcə, Misirlə bağlı məsələyə aydınlıq gətirmə-
yə  ehtiyac  var.  Çox  ehtimal  ki,  bu,  tərcümeyi-halda 
göstərildiyi  kimi  həqiqətən  də  müalicə  məqsədi  daşı-
yan  səfər  deyildi.  Sadəcə,  sovet  məhbəsində  qələmə 
aldığı  bioqrafiyada  Asan  Səbri  Böyük  Britaniyanın 
protektoratı  altındakı  Misirə  gedişinin  əsil  səbəbini 
göstərə bilməzdi. Çünki  əks-təqdirdə onu ən azı daha 
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, с. 17. 


 
64 
bir  ölkəyə  casusluq  etməkdə,  panislamizm  təbliğində 
günahlandırmağa kifayət qədər əsas yaranardı.  
Birdən-birə uzaq Misirin seçilməsinə gəldikdə isə, 
Qahirəyə  çox  ehtimal  ki,  həbsxana  qeydlərində  hər 
vasitə ilə gözdən salmağa çalışdığı İsmayıl  Qaspiralı-
nın  tapşırığı  ilə  getmişdi.  O  dövrdə  “Tərcüman”  re-
daktoru  dünya  müsəlmanlarının  konqresini  keçirmək 
istəyirdi. Bu məqsədlə özü 1907-ci ildə Misir paytax-
tında  olmuşdu.  Səfərlə  bağlı  təəssüratlarını  qəzetin 
1907-ci  ilin  oktyabrından  1908-ci  ilin  aprelinə  qədər 
çıxan saylarında təfriqə halında dərc etdirdiyi “Misir-
dən  məktub”  (cəmisi  10  məktub)  silsilə  yazısında
1
 
oxucularla  bölüşmüşdü.  Konqreslə  bağlı  fikirlərini 
ərəb və ümumən müsəlman ictimaiyyəti ilə bölüşmək 
məqsədi  ilə  Qahirədə  qaldığı  aylarda  siyasi  mühacir 
kimi burada yaşayan Qazan tatarı Abdulla Battal Tay-
masla birlikdə cəmisi üç sayı çıxan “Ən-Nəhzə” (“Re-
nessans”) adlı qəzet də çıxarmışdı
2
. Düşünmək olar ki, 
Asan  Səbri  bütün  bu  məsələlərdən  xəbərsiz  deyildi. 
Əksinə,  yaxın  çevrəsinə daxil  olduğu, ustadı və  vəli-
neməti kimi göylərə qaldırdığı İsmayıl bəyin ən yaxın 
köməkçilərindən biri idi.  
Ümumdünya  müsəlman  konqresinə  hazırlıq  işləri 
İsmayıl  bəy  Qahirədən  geri  döndükdən  sonra  da  da-
vam  etdirilmişdi.  Qaspiralı  irsinin  tanınmış  tədqiqat-
                                                 
1
  Məktubların  tam  mətni  ilə  tanış  olmaq  üçün  bax:  İsmayıl  Qaspiralı. 
Seçilmiş  əsərləri.  3  cilddə.  3-cü  cild.  Dil-Ədəbiyyat-Səyahət  Yazıları. 
“Ötükən” nəşriyyatı, İstanbul, 2008, s. 454-476. 
2
  Yavuz  Akpınar.  İsmayıl  Qaspiralının  Faaliyyetlerine  Genel  Bir  Bakış. 
İsmayıl Qaspiralı. Seçilmiş əsərləri. 2-ci cild, İstanbul, 2008, s. 49. 


 
65 
çısı  Yavuz  Akpinarın  göstərdiyi  kimi,  “İlgiyle  qarşı-
lanan bu konuşmalardan sonra (ideya müəllifinin Qa-
hirədəki çıxış və mətbuat konfransları nəzərdə tutulur 
– V.Q.) konqrenin nizamnaməsi türkcə, ərəbcə, farsca, 
ingiliscə  və  fransızca  basılıb  dağıtılmış  və  konqrenin 
tərtibçilərinin  rəisi  sifəti  ilə  Əl-Əhzar  camisinin  əski 
şeyxi Səlim əl-Bəşri (və ya Büşra) tərəfindən bir elan 
yayımlanmış və Osmanlı qəzetləri xaric, bir çox müs-
lim və qeyri-müslim qəzetlərdə bu elan basılmışdır”
1
.  
Bir  ara  artıq  bütün məsələlərin  yoluna  qoyulduğu 
və konqresin hətta 1909-cu ildə keçiriləcəyi barəsində 
məlumat yayılmışdı. Bir sözlə, müsəlmanların beynəl-
xalq toplantısının baş tutacağına konkret ümidlər bəs-
lənirdi  və  çox  güman  ki,  görüləcək  işlərin  koordina-
sıyası  üçün  Asan  Səbri  əlaqələndirici  sifəti  ilə  Qa-
hirəyə  göndərilmişdi.  Hər  halda  bu  versiya  daha  ağ-
labatandır.  Yoxsa,  astma  xəstəliyinin  müalicəsi  üçün 
dünyanın o biri başına getməyə ehtiyac yox idi. Rusi-
yanın  cənub  vilayətlərində,  hətta  Krımın  özündə  də 
kifayət qədər müalicə ocaqları və sanatoriyalar tapmaq 
imkanı vardı.  
Asan  Səbrinin  çox  güman  ki,  inqilabi  fəaliyyətə 
görə  Moskvada  dəfələrlə  həbs  edilməsi  və  saxlandığı 
Butırka həbsxanasından qaçışı, habelə Leninlə görüşü 
barəsində  yazdıqları  hər  hansı  məxəz,  yaxud  sənəd-
lərlə  təsdiq  olunmadığından,  bu  epizodların  sadəcə 
sovet  rejimi  ilə  dil  tapmaq,  bolşeviklərə  yaxınlığını 
göstərmək  məqsədi  ilə  əl  atılmış  sadəlövh  üsul  da 
                                                 
1
  Yavuz  Akpınar.  İsmayıl  Qaspiralının  Faaliyyetlerine  Genel  Bir  Bakış, 
s.50. 


 
66 
saymaq  mümkündür.  Eyni  zamanda  Bazeldə  Leninlə 
təsadüfi  görüş  və  tanışlığının  mümkünlüyünü  istisna 
etməyə  də  tutarlı  əsas  yoxdur.  Həmin  dövrdə  İsveç-
rədəki  rus  icmasının  hər  bir  üzvü  siyasi  mühacir 
Vladimir Ulyanovla görüşə, hətta maraqlandığı məsə-
lələrlə  bağlı  fikir  mübadiləsi  apara  bilərdilər.  Bü-
tünlükdə, belə iddialar sənədlərlə təsdiq edilmədiyi ki-
mi, onların tam şəkildə istisna olunmaları imkan xari-
cindədir.  
Yenə də öz etiraflarına görə, 1910 və 1912-ci illər-
də Türkiyədə olarkən daha əvvəldən tanıdığı “pantür-
kist cərəyanın (unutmayaq ki, bu sətirlər sovet istintaq 
orqanlarına  verilmiş  ifadədən  götürülüb!)  Yusif  Ak-
çura, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Mehmet 
Emin  Yurdaqul,  Xalidə  Ədib  Adıvar  (müəllif  sonun-
cunun  sonralar  panturanizmin  manifestinə  çevrilən 
“Turan”  romanının  müəllifi  olduğunu  xüsus  vurğula-
yırdı)”
1
 kimi ünlü simaları ilə əlaqə yaratmışdı. Adları 
sadalanan şəxslərlə mühüm milli düşüncə mərkəzinin 
–  “Türk  ocaqları”nın  qurulmasında  iştirak  etmişdi. 
Dolayısı  yolla  İttihad  və  Tərəqqi  partiyası  ilə  əlaqə-
lərini  də  boynuna  almışdı.  Çox  güman,  əslində  zərə-
rinə  işləyən  etiraflar  istintaq  orqanının  əlində  müəy-
yən məlumatın olmasından irəli gəlmişdir.  
O,  Rusiyaya,  Krıma  yalnız  1913-cü  ildə,  Roma-
novlar sülaləsinin taxt-taca sahiblənməsinin  300  illiyi 
münasibəti  ilə  ümumi  əfv  elanı  nəticəsində  qayıda 
bilmişdi. Bir il sonra, 1914-cü ilin sentyabrında Bağ-
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, с. 19. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə