Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

 
94 
çəkinmirdi.  
Asan  Səbri  tarixi  ekskurslardan  istifadə  yolu  ilə 
çar  Rusiyasının  müstəmləkəsinə  çevrildikdən  sonra 
Krımda  milli  ruhu,  dil  və  dini  yaşatmaq  uğrunda  sə-
ləflərinin,  eləcə  də  mənsub  olduğu  nəslin  mübarizə-
sinin  əsas  məqamlarını  özünün  həyat  yolu  fonunda 
işıqlandırmışdı.  Bu,  Rusiya  imperiyasında  yaşayan 
müsəlman  və  türk  xalqlarının  ortaq  dəyərlər  uğrunda 
mücadiləsinin  bir  hissəsi  olduğundan  təbii  ki,  müba-
rizənin önündə gedən bir sıra azərbaycanlı həmkar və 
məsləkdaşlarının  adı  üzərindən  də  sükutla  keçmək 
məqbul sayılmamışdı.  
Özünün  Azərbaycanla  əlaqələri,  habelə  1905-ci  il 
inqilabından  sonra  Bakının  panislamizm  və  pantür-
kizm cərəyanlarının əsas mərkəzlərindən birinə çevril-
məsi  haqda  Asan  Səbri  yazırdı:  “Türk-yapon  müha-
ribəsi  zamanı  Əli  bəy  Hüseynzadə  Bakıya  qayıtdı  və 
burada  milyonçu  –  panislamist  Tağılının  (H.Z.Tağı-
yev  nəzərdə  tutulur  –  V.Q.)  vəsaiti  ilə  panislamist 
(sonralar  pantürkist)  Əhməd  bəy  Ağalı  ilə  birlikdə 
1905-ci  ildə  gündəlik  “Həyat”  qəzetini  nəşr  etməyə 
başladı. Qəzet nəşri ilə bir sırada Əli bəy Hüseynzadə 
Bakıda  “Səadət”  məktəbinin  də  əsasını  qoydu.  Bura-
dakı müəllimlərin bəziləri İstanbul türkləri idi.  
1907-ci  ildə  (müəllif  yanlışlığa  yol  vermişdir,  əs-
lində 1906 olmalıdır – V.Q.) “Həyat” qəzeti rus haki-
miyyəti tərəfindən bağlanandan sonra Əli bəy türk şair 
və  yazıçılarının  iştirak  etdikləri  “Füyuzat”  məcmuə-
sinin  çapına  başladı.  “Türk”  qəzetinin  baş  redaktoru 
Əhməd  Kamal  bəy  xüsusi  olaraq  Qahirədən  dəvət 


 
95 
edilmişdi  (Burada  bilərəkdən,  yaxud  bilməyərəkdən 
iki  yanlışlığa  yol  verilmişdi.  Əhməd  Kamal  “Türk” 
deyil,  “Doğru  söz” qəzetinin  redaktoru  olmuşdu,  Ba-
kıya Qahirədən deyil, Bolqarıstanın Varna şəhərindən, 
həm  də  öz  təşəbbüsü  ilə  gəlmişdi  –  V.Q.).  O,  demək 
olar  ki,  imperialist  müharibəsi  (Birinci  Dünya  müha-
ribəsi  –  V.Q.) başlanana qədər  Bakıda  yaşayırdı. Əh-
məd  Kamal  bəy  qatı  ittihadçı-pantürkist  idi.  “Həyat” 
qəzeti və “Füyuzat” məcmuəsi ilə mən də əməkdaşlıq 
edirdim”
1

Göründüyü kimi, tarixi gerçəklik baxımından ümu-
milikdə  hər  şey  həqiqətəuyğun  idi.  Faktlar  təhrif 
edilməmişdi.  Sadəcə,  onlar  sovet  çekistlərinin  işinə 
yarayan  və  “cinayətin”  dairəsini  genişləndirməyə  im-
kan  yaradan  şəkildə  təqdim  olunmuşdu.  Hamı,  hətta 
hər cür izmlərdən uzaq və həyatının mənasını xeyriy-
yəçilikdə  görən  Hacı  Zeynalabdin  Tağıyev  də  qatı 
panislamist, pantürkist kimi qələmə verilmişdi. 
Müəllif  təkcə  ayrı-ayrı  şəxslərə  yox,  bütöv  nəşr-
lərə,  mətbuat  orqanlarına,  ictimai  həyat  tendensiya-
larına  da  eyni  asanlıqla  qatı  islamçılıq  və  türkçülük 
damğasını  vurmağa  tərəddüd  etməmişdi.  Bunu  bir 
vaxtlar  özünün  də  yaxından  əməkdaşlıq  etdiyi  mətbu 
nəşrlər  haqqında  yazılan  aşağıdakı  sətirlər  də  aydın 
göstərməkdədir:  “Hüseynzadə  Əli  bəylə  Əhməd  Ka-
mal  Azərbaycanda  ittihadçılıq  ideyası  yayır  və  azər-
baycanlılarda  milli  şüur  formalaşdırırdılar.  “Həyat” 
qəzeti panislamist və pantürkist, “Füyuzat” məcmuəsi 
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, с. 14. 


 
96 
isə  pantürkist  mətbuat  orqanı  idi.  İmperialist  müha-
ribəsi dövründə də gənc türk yazıçıları və müəllimləri 
Bakıda “Salam” (çox güman ki, müəllifin xətti həbs-
xana  makinaçısı  tərəfindən  düzgün  oxunmayıb  və 
söhbət  “Şəlalə”  jurnalı  barədə  gedir  –  V.Q.)  və 
“Məktəb”  jurnallarını  nəşr  edir,  Azərbaycan  məktəb-
lərində  türk  dili  və  ədəbiyyatı  (burada  Osmanlı  türk-
cəsi  və  ədəbiyyatı  nəzərdə  tutulur  –  V.Q.)  tədris  olu-
nurdu”
1
.  
 
Əsərinin  “Pantürkist-panturanistlərin  rəhbərləri” 
adlı  XXXIV  bölümündə  Asan  Səbri  diqqəti  Azər-
baycan  və  Krım  arasında  milliyyətçilik  zəminində 
meydana çıxan əlaqələrə çəkirdi: “Cəfər Seyidəhməd-
lə  birlikdə  “Saqqız”  adlı  türk  gəmisində  pantürkist-
panturanistlərin  rəhbərləri  –  tarixçi  Əhməd  bəy  Ağa-
yev  və  İstanbul  Tibb  məktəbinin  professoru  Əli  bəy 
Hüseynzadə də Sevastopola qədər getmişdilər.  
Hər iki keçmiş azərbaycanlı (? – V.Q.) ali təhsillə-
rini Rusiyada almışdılar. Onlar Krımda gəmidən düş-
mədilər.  Ağayevlə  Hüseynzadə  Azərbaycandan  gəlir-
dilər  və  özləri  ilə  pantürkist  əqidəli  türkləri  gətir-
mişdilər.  “Saqqız”  onları  Batuma  qədər  aparmalı  idi. 
Heç şübhə yoxdur ki, Ağayevlə Hüseynzadə Azərbay-
cana  əliboş  getmirdilər.  Onlar  azərbaycanlılar  üçün 
müxtəlif təlimat və maliyyə ehtiyatları ilə təmin olun-
muşdular. Rəhbərlər Bakıda bir həftəyə qədər qaldılar 
və  dərhal  da  geri  qayıtdılar”
2
. Burada faktların qarış-
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, s. 15. 
2
 Orada, s. 16. 


 
97 
dırıldığı göz önündədir. Əli bəylə Əhməd Ağaoğlunun 
Azərbaycana  getmələri,  yaxud  geri  dönmələri  bəlli 
olmur.  Hər  hansı  konkret  tarix  də  göstərilməmişdir. 
Çox  güman  ki,  söhbət  1918-ci  ilin  baharından  gedir. 
Digər  tərəfdən, öz-özlüyündə  də  aydındır  ki,  adıçəki-
lən  şəxslərin  Krımdan  keçmələri  onların  hansısa  ha-
disə  və  proseslərdə  iştirakı  anlamına  gəlməməlidir. 
Əlbəttə, hər iki görkəmli həmvətənimizin yerli tatarlar 
üzərindəki təsiri həqiqətən də böyük idi. Lakin nəzər-
dən  keçirdiyimiz  konkret  təsadüfdə  çox  güman  ki, 
Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadəni Krım hadi-
sələri  ilə  bağlamaqla,  Asan  Səbri  əslində  istintaqın 
istədiyi ssenariyə – geniş pantürkist və panturanist şə-
bəkənin  mövcudluğu  məsələsinə  sadəcə  yeni  ştrixlər 
əlavə etməyə çalışmışdı.  
Qeydlərin  yazıldığı  dövrdə  Əli  bəy  Hüseynzadə, 
Əhməd  Ağaoğlu  və  Əhməd  Kamalın  Türkiyədə 
yaşadıqlarını, NKVD üçün əlçatmaz olduqlarını, Hacı 
Zeynalabdin  Tağıyevin  isə  haqqın  rəhmətinə  qovuş-
duğunu nəzərə alsaq, müəllifin bol-bol işlətdiyi “pan-
türkist”,  “panislamist”  “ittihadçı” siyasi  damğalarının 
o  qədər  də  təhlükəli  səslənmədiyi  ilə  razılaşmaq  la-
zımdır.  Eyni  sözləri  1927-ci  ilin  dekabrına  qədər 
Bakıda, müxtəlif ali məktəblərdə, xüsusən də Pedaqoji 
İnstitutda çalışdıqdan sonra vətəninə dönən, Azərbay-
can  ədəbiyyatı  tarixi  haqqında  ikicildlik  fundamental 
əsəri ilə milli mədəniyyət tariximizdə iz buraxan tür-
kiyəli  professor  İsmayıl  Hikmət
1
  haqqında  da  söylə-
                                                 
1
  İsmayıl  Hikmət  Ərtaylan  (1889-1967)  –  Azərbaycan  SSR  Xalq  Maarif 
Komissarlığının dəvəti ilə 1923-cü ilin aprel ayında Bakıya gəlmiş, Bakı 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə