Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

 
98 
mək mümkündür.  
Asan Səbrinin “sovet hakimiyyəti qurulandan son-
ra  uzun  müddət  “Kommunist”  qəzetinin  redaktorla-
rından  biri,  1918-ci  ildə  Gürcüstanı  və  Azərbaycanı 
tutan  işğalçı  türk  ordusunun  zabiti,  sonuncu  dəfə 
1930-cu  ildə  Bakıda  görüşdüyü  Əhməd  Vedi  Tırni” 
(əslində isə Əhməd Bədi Triniç – V.Q.) ilə bağlı yaz-
dıqları  da  bu  mənada  əhəmiyyətli  sayılmaya  bilərdi. 
Çünki  həqiqətən  də  qəzet  redaktoru,  “Azərnəşr”in, 
hətta  Bakı  Konservatoriyasının  direktoru  vəzifələrini 
tutan, Bakı şəhər partiya təşkilatı təftiş komissiyasının 
üzvü  seçilən  alban  əsilli  keçmiş  türk  zabiti  Əhməd 
Triniç  Mir  Cəfər  Bağırovla  yaxın  münasibətlərinə 
baxmayaraq, 1936-cı ildə həbs edilmiş, bir il sonra isə 
rəsmən  elan  edildiyinə  görə  Bayıl  həbsxanasında  hə-
yatına  intiharla  son  qoymuş,  yaxud  sadəcə  öldürül-
müşdü
1

Müəllifin  fikrincə,  1918-ci  ildə  Antantanın  zərbə-
ləri  altında  İttihad  və  Tərəqqi  partiyası  siyasi  səh-
nədən  uzaqlaşdırılandan  sonra  Bakı  əvvəlki  dövrlərlə 
müqayisədə  daha  artıq  dərəcədə  türkçülüyün  mərkə-
zinə çevrilmişdi. Hərəkatın başında Məhəmməd Əmin 
Rəsulzadənin  “Müsavat”  partiyası  dayanırdı.  Məhbus 
türk  xalqları  arasındakı  milli  oyanışın incəliklərindən 
o  qədər  də  baş  çıxarmayan  istintaqın  nəzərinə  çatdı-
                                                                                                        
Universitetində,  Bakı  Teatr  Məktəbində,  Pedaqoji  İnstitutda  və  Darül-
müəllimatda türk dili və ədəbiyyatı, Qərb ədəbiyyatı fənlərini tədris etmiş, 
bir sıra tədqiqat əsərləri qələmə almışdı.  
1
 Daha ətraflı məlumat almaq üçün bax: Aslan Kənan. “Əhməd Triniç xalq 
düşmənidirmi?”,  XX  əsrdə  repressiyaya  məruz  qalanlar.  Bakı,  Azərnəşr, 
2011, s. 160-171. 


 
99 
rırdı  ki,  “Milli  Firqə”  (Krım),  “Milli  Şura”  (Qazan), 
“Azad Türküstan” (Türküstan) siyasi hərəkatları kimi 
“Müsavat” da ilkin mərhələdə “gənc türklərin” İttihad 
və  Tərəqqi  partiyasının  filialı  şəklində  fəaliyyət  gös-
tərmiş,  lakin  zaman  keçdikcə  təsir  qüvvəsini,  xalq 
içində nüfuzunu artırıb adıçəkilən bölgələrdə həlledici 
mövqeyə  yüksəlmişdi.  “Bütün  bu  təşkilatların  əsas 
hədəfi türk-tatar  tayfalarını  birləşdirib  vahid  türk, ya-
xud tatar dövləti yaratmaq idi”
1
 – deyə fikirlərinə ye-
kun  vuran  Asan  Səbri  yenə  bilərəkdən,  yaxud  bilmə-
yərəkdən  çekistlərə  geniş  fəaliyyət  meydanı  açmış, 
Volqaboyundan  tutmuş  Daşkəndə  qədər  böyük  bir 
ərazidə  türk  əsilli  ziyalıların,  ictimai-siyasi  xadimlə-
rin,  mətbuat  nümayəndələrinin,  bir  sözlə,  namuslu 
adamların həyatını təhlükədə qoymuşdu.  
Bu sırada tatar həmkarından ən sarsıdıcı zərbə alan 
yazıçı-diplomat,  Krımda  Milli  Direktoriya  tərkibində 
birgə  fəaliyyət  göstərdikləri  Yusif  Vəzir  Çəmənzə-
minli  olmuşdu.  Asan  Səbri  əsərinin  (təbii  ki,  “əsər” 
sözü  burada  çox  yumşaq  səslənir,  çünki  krımlı  müs-
təntiqlər milli hərəkat tarixini məhbus müəllifə sadəcə 
mütaliə üçün yazdırmamışdılar, əksinə, ondan istintaq 
materialı, müttəhim və şahid ifadəsi kimi yararlanaraq 
yeni cinayət işləri açmışdılar) “Azərbaycan nümayən-
dələri  Krımda”  adlı  bölümünü  başdan-başa  ona  həsr 
etmişdi. O yazırdı: “Almanların Ukrayna və Krımı iş-
ğal etməsi və Tatar Milli Direktoriyasının bərpasından 
sonra  müsavatçıların  təmsilçisi  Yusif  bəy  Vəzirov 
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, s. 47 


 
100 
Krıma gəldi. Artıq 1917-ci ildən o, Kiyevdə, Ukrayna 
Radası  yanında  Azərbaycan  federalistlərinin  daimi 
nümayəndəsi idi. Vəzirovun Krıma hansı tapşırıqlarla 
gəlməsi, burada bir neçə ay qalması mənə bəlli deyil, 
çünki  həmin  vaxt  İstanbulda  idim”
1
  –  deyə  iz  azdır-
mağa  çalışan  Asan  Səbri  əvvəlcə  hətta  Yusif  Vəzirlə 
tanışlığını  da  danmağa  çalışmışdı.  Lakin  sonrakı  sə-
tirlər  bu  fikirlə  dissonans  yaradır,  vəziyyətin  fərqli 
olduğunu  üzə  çıxarır:  “Almanlar  Krımı  işğal  etməz-
dən  əvvəl  Vəzirov  Azərbaycana  çağırılmış,  dərhal  da 
məşhur türk ictimai xadimi, Dövlət Dumasının keçmiş 
deputatı  Əlimərdan  bəy  Topçubaşovun  rəhbərlik  et-
diyi  Azərbaycan  nümayəndə  heyətinin  sərəncamına 
göndərilmişdi. Antanta donanması İstanbulu  ələ keçi-
rəndən və gənc türklər hakimiyyəti süquta uğrayandan 
sonra Topçubaşov Antanta qüvvələri ilə əlaqə yaratdı. 
Bir  müddət  sonra  Vəzirovu  öz  yerində  qoyub  Parisə 
getdi.  İstanbuldan  çıxarılana  qədər  Vəzirov  da  İstan-
bulda  idi  (mətndə  belədir  –  V.Q.),  amma  sonradan  o 
da  Parisə,  Topçubaşovun  yanına  yollandı”
2
.  Məlu-
matda  səhvlərə  yol  verilsə  də  (Yusif  Vəzir  Versal 
konfransına  göndərilən  nümayəndə  heyətinin  üzvü 
deyildi,  İstanbula  isə  artıq  Sülh  nümayəndə  heyəti 
Parisə  yola  düşəndən  bir  neçə  ay  sonra  Azərbaycan 
Cümhuriyyətinin diplomatik təmsilçisi kimi gəlmişdi) 
bütünlükdə  Yusif  Vəzirin  1918-1920-ci  illərdəki 
fəaliyyəti və milli mübarizədə tutduğu mövqe üzərinə 
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, 47-48. 
2
 Orada, s. 48. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə