Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 
90 
 
*** 
 
1920-ci  illərin  sonlarından  etibarən  sovet  həbs 
düşərgələrində  insan  istismarının  özünəməxsus  for-
ması  –  intellektual  istismar  uğurla  həyata  keçirilirdi. 
Nə  qədər  qəribə  səslənsə  də,  “xalqlar  atası”  Stalinin 
rəhbərlik etdiyi SSRİ-də elm və texnikanın son nailiy-
yətləri, uğurlu kəşfləri  bir  sıra hallarda  akademiya  və 
institut  laboratoriyalarında  deyil,  məhbəs  universitet-
lərində  –  “şaraşkalarda”  meydana  çıxırdı.  Doğrudur, 
bu  məcburi  “elm  kontorlarında”  daha  çox  dəqiq  və 
texniki  elmlər  sahələrində  çalışan  fiziklərin, kimyaçı-
ların,  silah  ixtiraçılarının,  aviakonstruktorların  intel-
lekt, bilik və təcrübəsindən istifadə olunurdu. NKVD-
nin  tabeliyindəki  xüsusi  konstruktor  bürolarında  dün-
ya miqyasında tanınan Sergey Korolyov, Andrey Tu-
polev,  Leonid  Kerber,  Nikolay  Timofeyev-Resovski 
və  b.  kimi  onlarla  məhbus  sovet  alimi  çalışmışdı. 
Sonralar QULAQ-ın ilk salnaməçisi kimi məşhurlaşan 
sovet yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı 
Aleksandr  Soljenitsının  yolu  da  riyaziyyatçı  kimi 
“məhbəs akademiyasından” keçmişdi.  
Humanitar  ziyalıların  intellektual  imkanlarından 
istifadə məsələsi isə xüsusi xidmət orqanlarının diqqə-
tini  o  qədər  də  cəlb  etməmişdi.  Bunun  da  səbəbləri 
vardı.  Çünki  yaradıcı  şəxslər  –  yazıçılar,  tarixçilər, 
filosoflar  texniki  kəşflərlə  yox,  ideologiya  və  mənə-
viyyatla  bağlı  idilər.  Onları  rejimlə  üz-üzə  gətirən, 
sürgünlərə  göndərən,  məhbəsə  salan  da  məhz  sovet 


 
91 
ideologiyasını  daxilən  qəbul  etməmələri  idi.  Digər 
tərəfdən, Cavidin,  yaxud  Müşfiqin  zindanda  şeir  yaz-
malarını təsəvvürə gətirmək də imkansızdır. Yəqin ki, 
onlar həbsxana  divarları  arasında  Lenini, Stalini, par-
tiyanı  vəsf  etməyəcəkdilər.  Hətta  etsələr  belə,  buna 
inanan tapılmayacaqdı... Lakin hər yerdə olduğu kimi 
humanitarlara münasibətdə də istisnalara yol verilmiş, 
rejimin  tələblərinə  uyğun  şəkildə  bəzən  onların  da 
xidmətindən  istifadə  edilmişdi.  Məşhur  rus  rəssamı 
Sergey İvaşev-Musatovun, yaxud tənqidçi və ədəbiy-
yatşünas  Lev  Kopelevin  nümunəsini  misal  gətirmək 
mümkündür.  
Həmin istisna 1937-ci ilin aprelində yenidən həbsə 
düşən  Asan  Səbriyə  də  şamil  edilmişdi.  NKVD-nin 
muxtar respublika təşkilatı ona Krımda milli hərəkatın 
tarixi  haqqında  bildiklərini  qələmə  almaq  tapşırığı 
vermiş  və  müvafiq  imkan  yaratmışdı.  Əslində  çekist-
lər üçün geniş fəaliyyət meydanı açan bu əsərin planı 
hələ  1930-cu  ildə,  Asan  Səbrinin  ilk  həbsi  sırasında 
hazırlanmışdı
1
. Hətta bir sıra fəsillər qaralama halında 
yazılmışdı. Lakin nədənsə o zaman, eləcə də əməkdaş-
lığa razılıq verib həbsxanadan çıxdıqdan sonra müəllif 
əsər  üzərində  işini  tamamlamaq  barəsində  düşünmə-
mişdi. Görünür, sadəcə məcbur edən olmamışdı. 
Mətni ilk  dəfə  Krım  tatarlarının  “Vətənim”  jurna-
lında,  Tavriya  Universitetinin  professoru  A.V.Yefi-
movun  “Asan  Səbri  Ayvazovun  həbsxana  qeydləri”
2
 
                                                 
1
 А.В.Ефимов. Тюремные записки Асана Сабри Айвазова, «Ватаным», 
2005, № 4, с. 72. 
2
 Orada, s. 68-74. 


 
92 
adlı  müqəddiməsi  ilə  çap  olunan  əlyazmasında  XIX 
əsrin ortalarından 1930-cu ilə qədər Krım tatarlarının 
ictimai-mədəni və milli-mənəvi inkişaf yolu nəzərdən 
keçirilmişdi. Ötən əsrin birinci yarısında əslində feno-
menal xarakter daşıyan Krım milli hərəkatının tarixini 
öyrənmək  baxımından  bir  sıra  digər  təşəbbüslər  də 
göstərilmişdi
1
. Daha çox ümumiləşdirici, bəzi hallarda 
isə polemik xarakter daşıyan bu  əsərlərlə müqayisədə 
Asan  Səbrinin  qeydləri  avtobioqrafikliyi,  təsvir  olu-
nan  hadisələrin  əksər  hallarda  müəllifin  şəxsiyyət 
prizmasından  keçməsi,  haqqında  söz  açılan  şəxslərin 
böyük  əksəriyyətinin  onun  yaxından  tanıması,  əmək-
daşlıq etməsidir. 
Hadisə  və  şəxslərə  imkan  daxilində  obyektiv  qiy-
mət  verməyə  çalışmaqla  bərabər,  Asan  Səbri  əsərini 
xüsusi şəraitdə – məhbus kamerasında yazdığına görə 
bir  çox  hallarda  “xalq  düşmənləri”  üçün  nəzərdə  tu-
tulan yarlıq və klişelərdən imtina edə bilməmişdir. Bu 
mənada “Krımda milli hərəkatın tarixi” adlı araşdırma 
ilə  istintaqa  verilən  ifadənin  qəribə  bir  simbiozunu 
təşkil etməkdədir. 
 
*** 
 
1905-ci  ildən  etibarən  Asan  Səbrinin  həyatının və 
ədəbi  yaradıcılığının  bir  sıra  səhifələri  Azərbaycanla 
                                                 
1
 Bax. Djafer Seidamet. La Crimee: passe-present, revendications des Tatars 
de  Crimee.  Lausanna,  1921;  В.Елагин.  Националистические  иллюзии 
крымских  татар  в  революционные  годы,  «Революция  в  Крыму», 
1924,  №  3,  с.  39-101;  А.К.Бочагов.  Милли  Фырка.  Национальная 
контреволюция в Крыму, Симферополь, 1930. 


 
93 
sıx  bağlı  olduğundan,  adıçəkilən  əsərində  Bakıda  cə-
rəyan  edən  hadisələr,  türkçülük  hərəkatında  Cənubi 
Qafqazın yeri və rolu, ədəbiyyat və mədəniyyətimizin 
ayrı-ayrı  tanınmış  simaları  barəsində  də  müəyyən  fi-
kir,  mülahizə  və  təəssüratlar  yer  almışdır.  Digər  tə-
rəfdən,  Krım  tatarlarının  milli  hərəkat  tarixi  başdan-
başa panislamizm, pantürkizm kimi ideya  cərəyanları 
kontekstində  nəzərdən  keçirildiyindən  müəllif  hətta 
istəməsə  belə  Osmanlı  imperiyası  və  Azərbaycanın 
üzərindən  sükutla  keçə  bilməzdi.  Nəhayət,  əsərin  av-
tobioqrafik  səciyyəsi,  habelə  sovet  xüsusi  xidmət  or-
qanlarının əlində olan faktlar da onu üzərindən sükutla 
keçməyə  daha  böyük  üstünlük  verdiyi  faktlara  işıq 
salmağa məcbur edirdi. Təbii ki, bizi daha çox maraq-
landıran  keçmiş  füyuzatçının  həyatının  Azərbaycanla 
bağlı  səhifələrini  hansı  rakursdan  işıqlandırması,  bu 
zaman tarixi faktlara, əxlaqi-mənəvi meyarlara nə də-
rəcədə sadiq qalmasıdır.  
Bu suallara cavab axtararkən bir sıra mühüm amil-
ləri  nəzərə  almaq  vacibdir.  İlk  öncə,  qeydlərin  həbs-
xana  şəraitində,  həyatını  xilas  etmək  üçün  çox  şeyə 
hazır olan əzilmiş, iradəsi sındırılmış məhbusun qələ-
mindən  çıxdığını  yadda  saxlamaq  lazımdır.  Təbii  ki, 
o,  bütün  mümkün  vasitələrlə  suçunu  (daha  doğrusu, 
irəli  sürülən saxta ittihamları)  azaltmağa, günah  sayı-
lan əməllərdə özünə şərik, həmfikir tapmağa çalışırdı. 
Bu  səbəbdən  də  həyatlarına  təhlükə  yaratdığının  fər-
qinə varmadan, yaxud buna heç bir əhəmiyyət vermə-
dən  əvvəllər  tanıdığı,  əlaqə  saxladığı  bəzi  şəxslərə 
qarşı  siyasi  təqib  və  ittihamlara  yol  açan  epitetlərdən 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə