Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

 
101 
işıq salır.  
“1926 və 1930-cu illərdə mən Bakıya səfər etmiş-
dim.  Lakin  o  zaman  Vəzirov  Azərbaycanda  deyildi. 
Görünür,  1930-cu  ildən  sonra  qayıtmışdır”
1
  –  deyə 
nədənsə digər müasirləri ilə müqayisədə Yusif Vəzirin 
şəxsiyyəti və ömür yolu üzərində daha geniş dayanan 
müəllif  fikrinə  davam  edərək  yazırdı.  Əslində  isə 
burada  faktlara  nabələdlik, yaxud  yazıçısını daha  çox 
qaralamaq  niyyəti  göz  önündədir.  Doğrudur,  Asan 
Səbrinin  I  Türkoloji  qurultaya  qatıldığı  1926-cı  ilin 
fevralında Yusif Vəzir hələ vətənə dönməmişdi. Azər-
baycan hökumətinə müraciətindən sonra yalnız həmin 
ilin  aprelində  Bakıya  qayıda  bilmişdi.  Təbii  ki,  hər 
şeylə  belə  yaxından  maraqlanan  Asan  Səbrinin  mət-
buatdan, yaxud Bakıda olduğu günlərdə ünsiyyət sax-
ladığı  dairələrdən  hər  hansı  məlumat  almaması  inan-
dırıcı görünmür.  
Nəhayət, krımlı müəllif Yusif Vəzirlə bağlı xeyir-
xahlığı ilə seçilməyən, əksinə, əqidə və qələm yolda-
şının  üzərinə  kölgə  salmağa  xidmət  edən  fikirlərinə 
yekun  vuraraq  yazırdı:  “Bir  neçə  il  bundan  əvvəl 
Azərbaycan  türk  mətbuatında  dəfələrlə  Vəzirov  barə-
sində məlumatlar yayılmışdı. Onun proletar yazıçıları 
cəmiyyətinin  üzvü  olduğu  qeyd  edilirdi.  Yusif  bəy 
Vəzirovun  proletar  yazıçısına  çevrilməsi  məni  xeyli 
təəccübləndirdi. Qatı millətçi – müsavatçı, ittihadçı və 
Antantanın casusu (! – V.Q.) Vəzirov indi gözlənilmə-
dən  proletar  yazıçısı  olmuşdu!  Onun  xaricdən  nə  za-
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, 47-48. 


 
102 
man  və  hansı  tapşırıqlarla  qayıtdığı  təbii  ki,  bəlli  de-
yil, lakin fransız agenti olması faktdır!”
1
 
Asan  Səbrinin  şəxsiyyət  və  yaradıcılığına,  habelə 
ideallarının  səmimiliyinə  və  gerçək  türk  sevgisinə, 
Krım-tatar  xalqına  məhəbbətinə  yaxşı  bələd  olduğu 
azərbaycanlı  həmkarı  barədə  belə  qəzəb  və  hiddətlə 
danışmasının səbəbləri qaranlıq qalır. Lakin sadəcə bir 
məsələni unutmaq olmaz ki, sitat gətirdiyimiz sətirlər 
NKVD  zindanında  yazılmışdı.  Burada  isə  yalnız  bir 
janr  –  donos  keçərli  sayılırdı.  Amma  istənilən  halda, 
müəllifin  fəaliyyətinə  xüsusi  diqqət  yönəltdiyi  Yusif 
Vəzir  işi  başından  aşan  Krım  ÇK-sı  üçün  o  qədər  də 
zəruri  obyekt  deyildi.  Lazımlı  sayıldığı  təqdirdə 
Azərbaycan çekistləri məsələ ilə özləri məşğul ola bi-
lərdilər.  
Elə isə yersiz canfəşanlığın səbəbi nə idi? Fikrim-
cə,  əslində  münasibətlərin  gerçək  mənzərəsi  Krım-
tatar jurnalistinin təsvir etdiyindən fərqli səciyyə daşı-
yırdı. Asan Səbri ilə Yusif Vəzir biri-birlərini yaxşı ta-
nıyırdılar. Müstəqil Krım-tatar dövlətinin mövcudluğu 
uğrunda  birgə  mübarizə  aparmışdılar.  Həmkar  və 
həmfikir  olmuşdular.  Mövcudluğu  bir  neçə  ay  çəkən 
kiçik  türk  dövlətinin  qurucuları  sırasında  yer  almış-
dılar.  Bolşevik  zindanında  mübarizə  yoldaşlarından 
imtina  etmək,  yaxud  günahı  onların  üzərinə  atmaq 
perspektivsiz  də  olsa,  çıxış  yollarından  biri  sayılırdı. 
Donosun  yazılmasını  zərurətə  çevirən  əsas  amil  də 
yəqin  özünüqoruma  instinkti  olmuşdu.  Azərbaycanlı 
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, 47-48. 


 
103 
həmkarını  sərt  ittiham  etməklə,  Asan  Səbri  müəyyən 
mənada  özünü  sığortalamaq,  ehtimali  zərbələri  ney-
trallaşdırmaq istəmişdi.  
Əslində hadisələrin təsvir olunan məcrada cərəyan 
etmədiyini,  əksinə,  tam  fərqli  xarakter  daşıdığını  sü-
buta yetirmək üçün yetərincə dəlil-sübutlar vardı. Bu-
rada  həmin  qəbildən  olan  maraqlı  bir  mənbəyə  də 
diqqəti  çəkmək  istərdim:  1919-cu  ildə  Yusif  Vəzir 
Azərbaycan Cümhuriyyətinin İstanbuldakı diplomatik 
nümayəndəsi  təyin  olunanda,  rusdilli  “Tavriçeskiy 
qolos”  qəzeti  Asan  Səbrinin  redaktorluğu  ilə  çıxan 
“Millət”ə istinadən “Krımlı diplomatın karyerası” adlı 
məqalə  çap  etmişdi.  Bu  barədə  Yusif  Vəzirin  xarici 
işlər naziri M.Y.Cəfərova 12 iyul 1919-cu il tarixli 32 
saylı məktubunda məlumat verilirdi
1
. Mətni bütünlük-
də  məktuba  daxil  edilən  yazıda  əsasən  azərbaycanlı 
diplomatın  həmin  dövrə  qədərki  fəaliyyətindən  söz 
açılırdı:  “Millət”  qəzetinin  məlumatına  görə,  xarici 
işlər naziri Cəfər Seyidəhmədin keçmiş müavini Yusif 
bəy Vəzirov Azərbaycan Respublikasının Krım, Polşa 
və  Ukrayna  hökumətləri  yanında  diplomatik  nüma-
yəndəsi  təyin  olunub.  Yusif  bəy  Vəzirov  indi  Simfe-
repoldadır, Tatar Direktoriyasının ədliyyə müşaviri və 
milli siyasətə rəhbərlik edən üç şəxsdən biridir”
2
.  
                                                 
1
  Азербайджанская  Демократическая  Республика  (1918-1920).  Внешняя 
политика (Документы и материалы). Изд. »Азербайджан», Баку, 1998, 
с. 293. 
2
  Карьера  крымского  дипломата,  «Таврический  голос»,  1919  г.,  №  17 
(sitat  Азербайджанская  Демократическая  Республика  (1918-1920). 
Внешняя политика  (Документы  и материалы)  kitabından (s. 293-294) 
götürülüb. 


 
104 
Bir  müddət  sonra  Yusif  Vəzir  yeni  təyinatı  ilə 
əlaqədar Ağməsciddən ayrılanda Asan Səbri da daxil 
olmaqla  Tatar  Direktoriyasının  rəhbərliyi  onun  şərə-
finə  qəbul  düzəltmişdi.  Tədbir  yerli  mətbuatda,  eləcə 
də “Millət” qəzetində işıqlandırılmışdı. M.Y.Cəfərova 
yuxarıda  istinad  etdiyimiz  məktubda  bu  barədə  deyi-
lirdi:  “Krımdan  ayrılmadan  əvvəl  tatarlar  şərəfimə 
təntənəli  vida  yeməyi  verdilər.  Ziyafətdə  parlamentin 
sədri  S.C.Xəttatov,  müavini  S.Özənbaşlı,  parlament 
üzvü  Şəfiqə  xanım  Qasprinskaya,  Tatar  Direktoriya-
sının başçısı A.Misgərli, Hərbi Nazirliyin rəhbəri ge-
neral  A.Milkovski,  “Millət”  (bir  daha  vurğulamağa 
ehtiyac var ki, baş redaktor Asan Səbri idi – V.Q.) və 
“Krım”  qəzetlərinin  redaktorları,  Şəhər  Dumasının 
qlasnıları  və  başqa  şəxslər  iştirak  edirdilər.  Nitqlər 
söyləndi  və  müstəqil  Azərbaycan  Respublikasının  çi-
çəklənməsi  şərəfinə  badə  qaldırıldı.  Cavab  nitqimdə 
mən  Krım  tatarlarının  və  digər  soydaşlarımızın  gə-
ləcək  mədəni  tərəqqisində  bizim  respublikanın  vacib 
rolunu qeyd etdim”
1

Göründüyü  kimi,  milli  müstəqillik  və  türk  birliyi 
eyforiyasının  yaşandığı  1919-cu  ilin  yayında  Asan 
Səbri Ayvazovun nəzərində Yusif Vəzir qətiyyən “qa-
tı millətçi, müsavatçı, ittihadçı və Antantanın casusu” 
deyildi. Hətta sonradan duyuq düşdüyü kimi, “fransız 
casusu” da deyildi, sadəcə sadiq və səmimi mübarizə 
yoldaşı  idi.  Onları  birləşdirən  kifayət  qədər  ümumi 
cəhətlər,  ortaq  dəyərlər  vardı.  Lakin  nəzərə  alaq  ki, 
                                                 
1
  Азербайджанская  Демократическая  Республика  (1918-1920).  Внешняя 
политика, с. 294. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə