Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

 
86 
buradan  xilas  edin.  “Yadellilərə”  münasibətdə  bunu 
etmək sənin borcundur”
1
.  
Rahat, təhlükəsiz şəraitdə yaşadıqlarından bəlkə də 
onun  Krımda  çəkdiyi  iztirab və üzüntülərinin  miqya-
sını  təsəvvürə  gətirməyən  keçmiş  həmfikirlərini  riq-
qətləndirmək  üçün  Asan  Səbri  əsla  dəyişmədiyini, 
əski inanclarında qaldığını da diqqətə çatdırırdı: “Mən 
yenə əvvəlki adamam, amma çox qocalmışam. Həya-
tımın  sonunu  Türkiyədə  keçirmək  istəyirəm.  Burada 
məni türkçülükdə, türkpərəstlikdə ittiham edirlər. Ün-
vanımı sənə deyərlər. Əczaçı Bəkir bəy ünvanımı bi-
lir.  Ümid  edirəm  ki,  iyulun  sonuna  qədər  müsbət  ca-
vab ala biləcəyəm”
2
.  
Parça  üzərində  kimyəvi  karandaşla  yazılmış  mək-
tubu inanılmış şəxs vasitəsi ilə göndərdiyini bir daha 
vurğulayan  Asan  Səbri  onunla  bütün  məsələlər  barə-
sində  açıq  danışmağın,  fikir  mübadiləsi  aparmağın 
mümkünlüyünü  bildirir  və  təkidlə  xəbərdarlıq  edirdi: 
“Əgər məsələyə laqeyd yanaşsan, bil ki, sonum çatıb. 
Mən  bütün  hadisələrin  canlı  şahidiyəm.  Tarixə  lazı-
mam.  Türkiyədə  tanışlar  çoxdur.  Onların  köməyi  ilə 
məni rəsmi yolla buradan çıxara bilərsiniz”
3
.  
Cəfər Seyidəhmədin reaksiyası bəlli deyil. O, mü-
barizələrinə arxa çevirən əski dostu xilas etməyə cəhd 
göstərmişdi, yoxsa ümumən əlini ağdan-qaraya vurma-
                                                 
1
 “Kırım” jurnalı, 1994, say 6, s. 31. Məsələ ilə bağlı əlavə məlumat almaq 
üçün bax. Ayşe Aktaş. Tarihi Önemi Haiz İki Bez Mektup, “Kırım”, say 
6, 1994, s. 30-31. 
2
 “Kırım” jurnalı, 1994, say 6, s. 32. 
3
 Orada. 


 
87 
mışdı – bu barədə mənbələrdə məlumata təsadüf edil-
mir.  Böyük  ehtimalla  hər  hansı  təşəbbüs  göstərilmə-
mişdi.  Digər  tərəfdən,  sovet  xüsusi  xidmət  orqanla-
rının çoxdan nəzarətə götürdükləri təhlükəli potensial 
“cinayətkarın” hansısa elmi cəmiyyət xətti ilə ölkədən 
çıxmasına  imkan  yaradacaqları  da  inandırıcı  görün-
mürdü.  Bu,  sadəcə  suda  boğulanın  saman  çöpündən 
yapışması idi... 
Dairənin  qapandığını  anlayan  Asan  Səbri  isə  hə-
yəcan təbili çalmaqda davam edirdi. Vəziyyətin çıxıl-
mazlığı onu ehtiyat hissini itirməkdən də çəkindirmə-
mişdi.  Birincinin  ardınca  İstanbula  çox  güman  ki, 
etibarlı  dənizçi  dostu  (Mehmet  əfəndi)  vasitəsi  ilə 
ikinci məktub göndərmək mümkün olmuşdu. Eyni hə-
yəcan, qorxu, təlaş, gərginlik və ümid bu məktubun da 
hər sətrində, hər sözündə sezilməkdə idi.  
“Əzizim Cəfər, Həmdi Bəkir, qardaşlar, dostlar! – 
deyə Asan Səbri daha sonra yazırdı: – Mehmet əfəndi 
ilə  göndərdiyim  məktuba  indiyə  qədər  cavab  alma-
mışam. Vəziyyətim çox ağırdır. Burada bir müddət də 
qalmaq ölmək, ya da öldürülmək deməkdir. Ölümdən 
qorxmuram,  gizlində  it  kimi  gəbərdilməkdən  qorxu-
ram.  Ölümdən,  əzab-əziyyətdən  qorxsaydım,  getmə-
yin asan olduğu vaxt aradan çıxa bilərdim. Amma tək-
başına  qalsam  da,  35  il  əvvəl  başladığım  işi  davam 
etdirdim. Daha  belə şəraitdə  yaşamaq  mümkün  deyil. 
Həyatım  təhlükədədir.  Ömrümdə  ilk  dəfədir  ki,  yar-
dım istəyirəm  –  məni bacardığınız qədər tez buradan 
aparın.  
Məni  ümidsiz  vəziyyətdə  atıb  getməklə  ölümümə 


 
88 
səbəb olmayın. Qardaşım, dostum olduğunuzu əməldə 
sübuta  yetirin.  Tarix  üçün  yazmalı,  deməli  sözlərim 
çoxdur. Onları məndən başqa kimsə eləyə bilməz”
1
.  
Səfərin  mütləq  leqal,  qanuni  xarakter  daşımasının 
vacibliyi  bu  məktubda  da  xüsusi  vurğulanırdı:  “Əv-
vəldə də yazdığım kimi, məni universitet, Türk Ocaq-
ları,  Maarif  Nazirliyi,  ya  da  başqa  bir  rəsmi  təşkilat 
tərəfindən  türk  səfirliyi  vasitəsi  ilə  etnoqraf,  yaxud 
türkoloq kimi dəvət etmək olar. Bunun üçün sovet hö-
kumətinə  müraciət  etmək  lazımdır.  Məni  yaxşı  tanı-
yan  türklər  kifayət  qədərdir.  Siz  bu  işi  Yunis  Nadi, 
Tofiq Rüştü, Köprülüzadə Fuad, Nəcib Asim və baş-
qalarının  yardımı  ilə  görə  bilərsiniz.  Məni  də  Çələbi 
Cihan kimi tək qoymayın”
2
.  
Tələsik  yazılmış  məktub  həyəcanlı  xəbərdarlıqla 
başa çatırdı: “Əziz qardaşlar, əgər bir ay ərzində təd-
bir  görməsəniz,  məhvim  labüddür.  Araqarışdıranlar 
hər cür fırıldaqlara  əl atırlar. Amma sizin mənə inan-
dığınıza əminəm. 
Ah, bilsəydiniz  ürəyimdə  nələr çəkirəm!  Sevgi və 
salamlarla: qardaşınız... 
Mümkün  qədər  tez  hərəkət  edin!  Məhvin  astana-
sındayam. 
                                                 
1
 “Kırım” jurnalı, 1994, say 6, s. 32. 
2
 “Kırım” jurnalı, 1994, say 6, s. 32. Krımı işğal edən bolşevik qüvvələri – 
Qara  dəniz  donanmasının  matrosları  1918-ci  il  yanvarın  26-da  Numan 
Çələbi Cihanı həbs etmiş, fevralın 23-də isə mühakiməsiz güllələmişdilər. 
1917-ci  ilin  iyununda,  birinci  həbsi  zamanı  minlərlə  Krım  tatarı  öz  lide-
rinin  müdafiəsinə  qalxıb  onun  azadlığına  nail  olmuşdusa,  ikinci  həbsi 
zamanı bolşevik terrorunun dəhşətləri qarşısında başını itirmiş xalq, eləcə 
də mübarizə yoldaşları onun xilası üçün heç bir iş görə bilməmişdi. Asan 
Səbri məktubunda bu məsələyə işarə edirdi. 


 
89 
Aclıq,  ehtiyac  içində  yaşayıram,  amma  vicdanım 
təmiz,  üzüm  ağdır.  Tariximiz  mənə  yardım  əli  uzat-
mağınızı tələb edir.  
Məni xilas etmək – vəzifənizdir! Gözləyirəm”
1

Lakin  “xaric”  heç  bir  yardım  göstərə  bilməmiş, 
yaxud sadəcə bunu istəməmişdi. Bəlkə öz növbəsində 
mühacirətdəki  keçmiş  həmkarlarının  da  əlində  Asan 
Səbrinin  çekistlərlə  əməkdaşlığı  barəsində  müəyyən 
məlumatlar vardı. 1933-cü ildə SSRİ-Türkiyə münasi-
bətlərinin  mülayimləşməsi,  Stalinin  xahişi  ilə  türk-
əsilli siyasi mühacirlərin əksəriyyətinin ölkədən çıxa-
rılması,  bütün  Sovetlər  İttifaqı  miqyasında  “böyük 
terrorun”  başlanması  da  hadisələrin  gedişinə  təsirini 
göstərmişdi.  Nəticədə,  on  altı  ildən  bəri  davam  edən 
təqib  və  təzyiqlər  məntiqi  sonluğuna  yetişmişdi  – 
1937-ci  ilin  aprelin  5-də  Krım-tatar  ədəbiyyatının 
canlı  klassiki  Asan  Səbri  Ayvazovun  həbsi  ilə  bağlı 
qərar  verildi.  Aprelin  6-dan  7-nə  keçən  gecə  yazıçını 
Simferopolda,  yaşadığı  mənzildə  həbs  etdilər
2
.  İrəli 
sürülən ittiham kifayət qədər ağır və qorxunc idi: onu 
türk  və  fransız  kəşfiyyat  orqanları  ilə  əməkdaşlıqda, 
casusluqda,  həmin  orqanların  göstərişi  ilə  Krım  yarı-
madasında  əksinqilabi  fəaliyyətlə  məşğul  olmaqda 
təqsirləndirirdilər.  Yeganə  təsəllisi  həbsə  tək  getmə-
məsi  ola  bilərdi.  Onunla  bir  sırada  Krım-tatar  mədə-
niyyətinin  qaymağı,  Krım  türklərinin  cövhəri  sayıla 
biləcək bütün görkəmli ziyalılar da həbs ounmuşdu... 
                                                 
1
 “Kırım” jurnalı, 1994, sayı 6, s. 32. 
2
 А.В.Ефимов. Тюремные записки Асана Сабри Айвазова, «Ватаным», 
2005, № 4, с. 72. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə