Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

 
82 
olub. Alupkada bağ sahibidir, xüsusi ağlı ilə fərqlən-
mir. Amma təmkinlidir, həm də bir az qorxaqdır. Ha-
zırda Krımın aclıqdan əziyyət çəkən əhalisinə yardım 
toplamaq məqsədi ilə Anqoraya (Ankara) Türkiyə Hö-
kumətinin  yanına  göndərilmişdir.  Təhsilini  Konstan-
tinopol və Smirnada alıb”
1
.  
Sonrakı  illərdə  bu  sənəd  yeni  fakt  və  müşahidə-
lərlə “zənginləşdirilmişdi”. Buraya Asan Səbrinin keç-
miş  silahdaşları ilə  əlaqələri,  Krımı  ziyarət  edən türk 
nümayəndələri ilə görüşləri, sovet idarəçiliyi, ilk növ-
bədə  sovxoz  quruluşu  haqqında  qaralayıcı  söhbətləri, 
həbsə  alınan  “Milli  Firqə”  üzvlərinin  müdafiəsinə 
qalxması,  proletar  beynəlmiləlçiliyinə  şübhə  ilə  ya-
naşması  və  s.  barəsində  məlumat  və  arayışlar  əlavə 
olunmuşdu. 15 avqust 1929-cu ilə aid bir qeyd sovet 
çekistlərinin  saymazyanalıqla  “dərin  ağıl  sahibi”  say-
madıqları  Asan  Səbrinin  siyasi  uzaqgörənliyi  barədə 
daha ciddi düşünməyə əsas verir. Həmin gün o, Alup-
kada,  həmşəhərlisi  Bəkir  Sadlayevlə  söhbət  zamanı 
məşhur  Paris  Kommunasının  aqibətini  misal  gətirib 
Sovet  quruluşunun  da  uzun  müddət  yaşamayacağını, 
təsadüfi  adamların  dövləti idarə  etmələrinin cəfəng  iş 
olduğunu  sübuta  çalışmışdı
2
.  Təbii  ki,  məlumatı  “la-
zımi yerə” və təcili şəkildə elə həmsöhbətinin özü çat-
dırmışdı... 
Dövrün sovet gerçəkliyi şəraitində, hətta ayrılıqda 
bu  ittihamların  hər  biri  cinayət  işi  açmağa  və  yad 
                                                 
1
 А.В.Ефимов. Тюремные записки Асана Сабри Айвазова, «Ватаным», 
2005, № 4, с. 68. 
2
 Orada. 


 
83 
ünsürü  həbs  etməyə  yetərli  idi.  Sadəcə,  hələlik  siyasi 
repressiyaların  kütləvi  şəkil  almaması  qəti  addım  at-
mağı  təxirə  salırdı.  Sonda  rejimin  də  səbir  kasası 
doldu  və  1930-cu  ildə  artıq  həmin  vaxta  qədər  bir 
neçə  dəfə  şahid  qismində  istintaqa  çağırılan  Asan 
Səbrinin həbsi ilə bağlı qərar verildi.  
Düzdür, onu həbs etdilər, amma zindanda çox sax-
lamadılar.  İki  aydan  sonra  gözlənilmədən  azadlığa 
çıxdı
1
. Səbəbi başa düşmək olardı: məhbus inadkarlığı 
faydasız  saymış,  təzyiq  və  işgəncələrdən  qorxub 
NKVD  ilə  əməkdaşlıq  yolunu  tutmuşdu.  1937-ci  il 
dekabrın  27-də,  təkrar  həbsindən  sonra  istintaqa  ifa-
dəsində  Asan  Səbri  özü  də  ilk  həbsi  zamanı  gizli 
agenti olmağa razılıq verdiyini, müvafiq sənəd imza-
ladığını etiraf etmişdi
2
. Aradakı “centlmen sazişi” çe-
kistlərin  işinə  çox  yarayırdı.  Milli  hərəkatın  tanınmış 
simalarından  biri  və  geniş  əlaqələrə  malik  ictimai-
siyasi xadim kimi ondan mümkün qədər çox məlumat 
almağa  çalışırdılar.  Eyni  zamanda,  yeddi  il  ərzində 
keçmiş  mübarizə  yoldaşları  ilə  bağlı  ifşaedici  mate-
rialları  çekistlərə  ötürməsi  də  istisna  olunmamalıdır. 
Əks-təqdirdə, 1930-cu ildə salındığı zindandan çıxma-
sı qeyri-mümkün idi... 
Bəlli  şərtlər  daxilində  canını  müvəqqəti  qurtarsa 
da,  Asan  Səbri  tələyə  salındığını, tələnin  isə  istənilən 
an  qapana  biləcəyini  yaxşı  başa  düşürdü.  Çekistlər 
hələlik centlmensayağı davranırdılar: həbsxanadan çı-
                                                 
1
 А.В.Ефимов. Тюремные записки Асана Сабри Айвазова, «Ватаным», 
2005, № 4, c. 68. 
2
 Orada, s. 70. 


 
84 
xan  kimi  pozulmuş  səhhətini  düzəltmək  üçün  Kislo-
vodsk  sanatoriyalarından  birinə  müalicəyə  göndəril-
mişdi.  Özü  dövlət  hesabına  istirahətdə  olduğu  müd-
dətdə  xanımı  da  unudulmamışdı  –  Olqa  Vasilyevna 
Ayvazova 1959-cu ildə ərinin işi üzrə əlavə istintaqda 
ailənin mütəmadi şəkildə az tapılan ərzaqla – peçenye, 
şokolad, kakao, yağ və s. təmin edildiyini bildirmişdi
1

Bütün  bunların  müvəqqəti  xarakter  daşıdığını,  tələ-
dəki pendirdən başqa bir şey olmadığını anlamaq üçün 
xüsusi müdrikliyə lüzum yox idi. Odur ki, Asan Səbri 
vəziyyətdən  çıxış  yolu  axtarır,  getdikcə  daha  dözül-
məz şəkil alan sovet cəhənnəmindən qurtulmağa çalı-
şırdı. Əlaqələrindən istifadə edib Türkiyə, yaxud Pol-
şada  sığınacaq  tapmaq  məsələsi  üzərində  ciddi  düşü-
nürdü.  
1932-ci ildə onu Pedaqoji İnstitutdakı işindən uzaq-
laşdırmışdılar.  Mətbuata  yolu  bağlanmışdı.  Hər  tərəf-
dən  təcrid  olunmuşdu.  Yaşamaq  imkanları  tükənmiş-
di.  Ən  pisi  isə  ünsiyyət  saxlaya  biləcəyi  kimsənin 
qalmaması idi. Ətrafındakı adamların, ilk növbədə fi-
kir  və  əməl  dostlarının  sürətlə  seyrəldiyini,  yoxa  çıx-
dığını görmək bir vaxtlar ədəbi-mədəni həyatın, siyasi 
proseslərin mərkəzində dayanan yaradıcı şəxsə xüsusi 
ilə  ağır  gəlirdi.  Təbii  ki,  yaxın  çevrəsindəki  insanlar 
da ondan şübhələndiklərindən məsafə saxlamağa çalı-
şırdılar.  
Belə  vəziyyətdə  yeganə  ümidi  keçmiş  əqidə  yol-
daşlarına  –  Türkiyədəki  Krım  mühacirəti  nümayən-
                                                 
1
 А.В.Ефимов. Тюремные записки Асана Сабри Айвазова, «Ватаным», 
2005, № 4, с.71. 


 
85 
dələrinə,  bir  vaxtlar  türkçülük  idealları  ilə  bağlandığı 
insanlara  qalırdı.  Şəraitin  təsiri  altında,  məcburiyyət 
üzündən  bu  adamları  dəfələrlə  ləkələməyə,  böhtan 
atmağa  məcbur  olsa  da,  həyatının  təhlükə  qarşısında 
qaldığı məqamda onlardan başqa ümid yeri görmürdü. 
Ankarada  münaqişə  edib  ayrıldığı  Krım  tatarlarının 
mühacirətdəki lideri Cəfər Seyidəhmədə 8 iyun 1934-
cü  il  tarixli  məktubu  Asan  Səbrinin  iztirab  və  üzün-
tüləri  haqqında  təsəvvür  yaradır:  “Cəfər!  Xahiş  edi-
rəm, Yunus Nadi, Aka Gündüz, Əli bəy Hüseynzadə, 
Akçuraoğlu  Yusif,  Köprülüzadə  Fuad  bəy  və  digər 
tanışların  yardımı  ilə  hansısa  bir  elmi  müəssisənin, 
yaxud  universitetin  rəhbərliyi  adından  məni  türkoloq, 
Şərq dilləri və dialektləri üzrə mütəxəssis kimi rəsmi 
şəkildə Türkiyəyə dəvət edin”
1
.  
Daha sonra şübhə doğurmamaq üçün ölkədən çıx-
masının  leqal  yolla  həyata  keçirilməsinin  zəruriliyini 
vurğulayırdı.  Bunun  üçün  bütün  işlər  rəsmi  kanallar 
vasitəsi  ilə,  diplomatik  xətlə  görülməli  idi:  “Dəvəti 
təhsil  nazirliyi  adından  türk  səfirliyi  vasitəsi  ilə 
Moskva  hökumətinə,  bir  nüsxəsini  isə  mənə  göndər-
mək  lazımdır.  Dəvətlə  birlikdə  vizanın  da  açılması 
zəruridir.  Buradan  getmək  üçün  ayrı  heç  bir  imkan 
yoxdur.  Daha  qalmağım  mümkün  deyil.  Artıq  dörd 
ildir  ki,  maddi  və  mənəvi  cəhətdən  zillət  içindəyəm. 
Nə hüququm, nə də vəzifəm var. Öhdəmə düşən işləri 
son  imkanıma  qədər  yerinə  yetirmişəm.  İndi  məni 
                                                 
1
 “Kırım” jurnalı, 1994, say 6, s. 31. Məsələ ilə bağlı əlavə məlumat almaq 
üçün bax. Ayşe Aktaş. Tarihi Önemi Haiz İki Bez Mektup, “Kırım”, say 
6, 1994, s. 30-31. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə