Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə18/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

 
67 
çasarayda dünyaya gözlərini yuman İsmayıl bəy Qas-
piralı  otuz  ildən  çox  yaşatdığı  və  Rusiya  türklərinin 
ümumi  mətbu  orqanına  çevirdiyi  qəzeti  öz  işinin  la-
yiqli  davamçılarından  saydığı  şagirdi  və  qələm  dos-
tuna  vəsiyyət  etmişdi.  “Tərcüman”ın  sahiblik  hüququ 
Qaspiralı  ailəsində  qalsa  da,  Asan  Səbri  1917-ci  il 
fevral  inqilabına  qədər
1
  baş  redaktor  kimi  fəaliyyət 
göstərmişdi. Onun rəhbərliyi altında qəzet siyasi möv-
qeyində müəyyən dəyişikliklər edərək solçu təmayülə 
yönəlmişdi.  Siyasi  proseslərə  maraq  nisbətən  güclən-
mişdi. Bütün bunlar qəzetin populyarlığına da təsirsiz 
qalmamışdı  –  abunəçilərin  sayı  16  minə  çatmışdı. 
Təkcə  yerli  tatarlar  arasında  “Tərcüman”ın  on  min 
nəfərdən çox oxucusu vardı
2

Çarizmin süqutu əksər milli ucqarlar kimi, Krımda 
da  azadlıq  hərəkatına,  müstəqillik  uğrunda  mübari-
zəyə təkan vermişdi. Təbii ki, iyirmi ilə yaxın mətbuat 
səhifələrində  Krım  türklərində  milli  yaddaş  hissi 
oyatmağa, onları tarixi vətənə sahib çıxmağa səsləyən 
Asan  Səbri  həmin  prosesdən  kənarda  qala  bilməzdi. 
Fevral  inqilabından  sonra  o,  mücadilənin  əsas  tribu-
nası  sayılan  “Millət”  qəzetinə  rəhbərlik  edirdi.  Qəzet 
Rusiya  və  Ukraynanın  öz  tərkibində  görmək  istədiyi 
yarımadanın taleyini bu torpaqların həqiqi sahiblərinin 
–  Krım  türklərinin  müəyyənləşdirməsi  ideyasına  qə-
tiyyətlə tərəfdar çıxırdı. 
                                                 
1
  Şengül  və  Necib  Heblemitoğlu.  Şefika  Gaspralı  ve  Rusiya`da  Kadın 
Hareketi (1893-1920), Ankara, 1998, s. 165. 
2
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, с. 20. 


 
68 
 Asan  Səbri  Krım  tatarlarının  nümayəndə  heyəti-
nin tərkibində 1917-ci ilin mayında Moskvada Rusiya 
müsəlmanlarının qurultayında iştirak etmişdi. Keçmiş 
imperiyanın gələcək dövlət quruluşunun və idarəçilik 
prinsiplərinin  müzakirəyə  çıxarıldığı  mötəbər  məclis-
də  Əlimərdan  bəy  Topçubaşov  və  Məhəmməd  Əmin 
Rəsulzadənin  irəli  sürdükləri  federal  demokratik  res-
publika forması üstünlük qazanmışdı. Gərgin müzaki-
rələr  və  səsvermə  zamanı  Krım  heyəti  də  ümumən 
azərbaycanlı  həmkarlarının  mövqeyinə  tərəfdar  çıx-
mışdı
1
.  
Baş redaktor isə Krımda  müstəqil tatar dövlətinin 
qurulması  məsələsində  ardıcıl,  prinsipial  mövqeyi  ilə 
seçilirdi. 1917-ci il noyabrın 26-da Bağçasarayda top-
lanan  “Krım  Tatarlarının  Qurultayı  Parlamenti  milli-
azadlıq hərəkatının lideri, Milli Firqənin
2
 sədri Numan 
Çələbi  Cahanı (1885-1918)  yeni  dövlətin başçısı  elan 
                                                 
1
  Daha  geniş  məlumat  üçün  bax.  İhsan  İlqar.  Rusiya`da  Birinci  Müslüman 
Konqresi Tutanakları, Kültür ve Turizm Bakanlıqı, Ankara, 1988. 
2
  Bu  siyasi  qurum  Krım-tatar  ziyalıları  tərəfindən  1917-ci  ilin  iyul  ayında 
“Tatar partiyası” kimi təsis edilmişdi. Milli Firqə adını rəsmən iki il sonra 
almışdı.  Partiyanın  qurulmasında  və  təşkilatlanmasında  əsas  ağırlıq  Nu-
man Çələbi Cihan və Cəfər Seyidəhmədin üzərinə düşmüşdü. Asan Səbri 
isə  partiyanın  rəsmi  mətbu  orqanı  kimi  fəaliyyət  göstərən  “Millət”  qəze-
tinin baş redaktoru idi. Krımda bolşevik hakimiyyəti elan olunandan sonra 
Milli  Firqə  qeyri-leqal  fəaliyyət  göstərmişdi.  Sovet  xüsusi  xidmət  orqan-
ları  millətçi  və  əksinqilabi  təşkilat  kimi  Milli  Firqəyə  qarşı  total  müba-
rizəyə  1928-ci  ilin  payızında  başlamışdı.  63  nəfərə  qarşı  ittiham  irəli  sü-
rülmüş, onların 58 nəfəri cinayət məsuliyyətinə cəlb edilərək sərt şəkildə 
cəzalandırılmışdı.  Krım  MİK  sədri  Vəli  İbrahimov  da  daxil  olmaqla  11 
nəfər  barəsində  ölüm  hökmü  çıxarılmışdı.  Milli  Firqə  kartından  1937-ci 
ilin  böyük  terrorunda  da  istifadə  olunmuşdu.  Ətraflı  məlumat  üçün  bax. 
А.К.Бочагов.  Милли  Фырка:  Национальная  контрреволюция  в  Кры-
му, Симферополь, 1930. 


 
69 
etdi
1
.  Qurultay  səlahiyyətlərini  Parlamentə  verdi, 
Asan  Səbri  isə  qanunverici  quruma  ilk  sədr,  habelə 
Rusiya  Müəssislər  Məclisinə  nümayəndə  seçildi.  Cə-
fər  Seyidəhməd,  Əhməd  Şükrü,  Əhməd  Özənbaşlı, 
Seyid  Cəlil  Xəttat  kimi  tanınmış  ictimai-siyasi  xa-
dimlər  yeni  Krım  Xalq  Cümhuriyyəti  hökumətinin 
tərkibinə  daxil  oldular
2
.  Müstəqillik  uğrunda  ağır, 
qanlı mücadilə başlandı.  
Yarımadada siyasi hakimiyyət  uğrunda mübarizə-
nin şiddətləndiyi dövrdə Asan Səbri digər həmkarları 
ilə  birlikdə  Krımın  müstəqilliyi  və  tatarların  aparıcı 
qüvvəyə çevrilməsi məsələsində qətiyyət nümayişinin 
tərəfdarı  kimi  çıxış  edirdi.  Parlamentə  rəhbərlik  döv-
ründə  ağ  və  qırmızı  Rusiyanın  işğalçılıq  niyyətlərin-
dən  qorunmaq  üçün  Almaniya  himayəçiliyinin  təmin 
olunması  xahişi  ilə  alman  hökumətinə  və  imperator 
İkinci  Vilhelmə  21  iyul  1918-ci  il  tarixli  müraciət 
məktubunu  da  sədr  kimi  o  imzalamışdı
3
. Əslində heç 
nəyi  dəyişməyən  sənəd  1920-ci  illərin  sonunda,  milli 
firqəçilərə  qarşı  siyasi  təzyiqlər  başlayanda  keçmiş 
parlament sədri üçün böyük başağrısına çevrilmişdi.  
 Krım  Xalq  Cümhuriyyəti  hökuməti  Almaniya, 
Polşa,  Türkiyə  kimi  güclərin  himayəsi  altında  müs-
                                                 
1
  Daha  geniş  məlumat  üçün  bax.  В.Е.Возгрин.  Исторические  судьбы 
крымских татар. М., Мысль, 1992. 
2
  Эльведин  Чубаров.  Курултай  крымскотатарского  народа  и  созыв 
национального съезда. Официальный сайт Меджлиса крымскотатар-
ского народа. hhtp/qtmm.org. 
3
  Протоколы  заседаний  Таврической  Ученой  Архивной  Комиссии, 
Приложения  к  57  выпуску  Известий  ТУАК,  Симферополь  (nəşr  ili 
göstərilməyib – V.Q.), s. 6. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə