Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 
55 
əsasən müəllifin publisist yazılarında əks olunan fikir 
və mülahizələr təkrarlanır. Obrazların fərdi keyfiyyət-
ləri  nəzərə  çarpmır.  Didaktika  bəzən  yorucu  təsir 
bağışlayır.  Pyesin  tamaşaya  qoyulacağı  təqdirdə  bu 
qüsurlar özünü daha bariz göstərəcəkdi. Dram janrının 
bir sıra digər tələbləri də pozulmuşdu.  
Əsər  Krımın  tarixi  taleyi  və  gələcəyi  ilə  bağlı 
düşüncələr üzərində qurulmuşdu. Vətəninin indiki acı-
nacaqlı  vəziyyətə  düşməsinin  səbəblərini  araşdıran 
Asan  Səbri  qəhrəmanlarının  dili  ilə  hər  şeyin  daha 
yaxşı  göründüyü  dünən  üçün  nostalgiyanı,  milli-dini 
ənənələri  yaşatmağı  bacaran  keçmiş  nəslin  tərənnü-
münü  ön  plana  çəkirdi.  Mövcud  gerçəkliyi  dəyişmək 
üçün  heç  nə  edə  bilməyən,  yaxud  buna  can  atmayan 
şikayətçi ruhlu insanlar  əvvəllər hər şeyin indikindən 
yaxşı olması, cəmiyyətdə həqiqi harmoniya və ədalə-
tin hökm sürməsi illüziyası ilə özlərinə təsəlli verirlər. 
Bu illüziyanın əsasında isə Krımın bir zamanlar müs-
təqil  dövlət  –  xanlıq  şəklində  yaşaması,  yadelli  asılı-
lığın  olmaması  dayanırdı.  Məişətdən,  dildən,  mənə-
viyyat  və  əxlaqdan  tutmuş  təsərrüfatın  bərbad  vəziy-
yətə  düşməsinə  qədər  bütün bəlalar sadəcə  milli döv-
lətçiliyin itirilməsi, bölgənin rus əsarəti altına düşməsi 
ilə əlaqələndirilirdi.  
Ana  dili  məsələsi  pyesin  ideya  istiqamətinin  əsas 
xətlərindən  birini  təşkil  edir.  Köhnə  Krımın  təmsil-
çiləri  ilə  rus  universitetlərində  təhsil  alan  yeni  krım-
lılar  bir-birlərini  anlamırlar.  Qarşılıqlı  etimadsızlıq 
təkcə  keçmişə  fərqli  münasibətdə  özünü  göstərmir. 
Sonuncuların  dilini  də  türk  dili  adlandırmaq  çətindir. 


 
56 
Əslində  o,  rus  və  türk  dillərinin  eybəcər  hibrididir. 
Həm  də  eyni  bəla  yalnız  Krım  tatarları  deyil,  Rusiya 
idarəçiliyi  altında  türk  xalqlarının  əksəriyyəti  üçün 
səciyyəvi  idi.  Bu  hibrid  dil  daşıyıcıları  “Molla  Nəs-
rəddin”  jurnalının  bir  sıra  felyetonlarında  kəskin  is-
tehza hədəfinə çevrilmişdi. Təbii ki, həmin felyetonlar 
Bakı mətbuatını diqqətlə izləyən Asan Səbri Ayvazo-
vun diqqətindən yayına bilməzdi.  
Rus  alimi,  professor  P.A.Falev  1918-ci  ildə  dərc 
etdirdiyi  “Krım  tatar  ziyalılarının  ideologiyasından” 
adlı məqaləsində
1
 “Nədən bu hala qaldıq?” pyesi üzə-
rində  geniş  dayanmışdı.  Çox  ehtimal,  rus  türkoloqu-
nun  diqqətini  ilk  növbədə  Asan  Səbrinin  əsərində  ki-
fayət qədər aydın və təsirli ifadə olunan antirus möv-
qeyi  çəkmişdi.  Dramaturqun  fikrincə,  yüz  ildən  çox 
davam  edən  Rusiya  ağalığı  Krım  türklərinə  yeni  bir 
şey verməmiş, mədəniyyət və tərəqqiyə qovuşdurma-
mışdı.  Əksinə,  xalq  onu  ayaqda  saxlayan,  dirəniş  və 
müqavimət  ruhunu  mühafizə  edən  bir  sıra  mühüm 
xüsusiyyətlərini həmişəlik qeyb etmişdi. Eyni zaman-
da  haqqında  idillik  duyğularla  söz  açılan  keçmişə 
qayıdış  da  mümkün  deyildi.  Krım  Rusiyanın  bir  his-
səsi  idi,  metropoliyanın  taleyini  paylaşmaqdan  başqa 
yol qalmırdı. Tatarlar vətəndaşlıq hüquqlarının təmini 
üçün  Rusiyada  genişlənən  siyasi  mübarizəyə  fəal  qo-
şulmalı  idilər.  Lakin  hər  hansı  bir  ideologiya  onları 
dillərindən,  dinlərindən  və  milli  varlıqlarından  uzaq-
laşdırmamalı idi. Asan Səbrinin publisistikasında daha 
                                                 
1
  П.А.Фалев. Из идеологии крымскотатарской интеллигенции,  «Известия 
Таврической Ученой Архивной Комиссии», 1918, № 54, с. 282-287. 


 
57 
bariz  şəkildə  üzə  çıxan  bu  amillər  professor  P.A.Fa-
levi əslində bədii məziyyəti və ictimai dərinliyi ilə se-
çilməyən  pyesi  Krım-tatar  millətçiliyinin  manifesti 
kimi  dəyərləndirməyə  sövq  etmişdi.  Heç  şübhəsiz, 
burada  məqalənin  yazıldığı  1918-ci  ilin  siyasi  şəraiti 
və milli mübarizə də öz rolunu oynamışdı.  
 
*** 
 
Türkiyədə  Sultan  İkinci  Əbdülhəmid,  Rusiyada 
Stolıpin  istibdadının  təzyiqi  ilə  “Füyuzat”ın  nəşri  da-
yandıqdan  sonra  da  Asan  Səbrinin  böyük  dostu  və 
xeyirxahı saydığı Əli bəy Hüseynzadə və bütünlükdə 
Azərbaycan  mətbuatı,  Bakı  ədəbi-ictimai  mühiti  ilə 
əlaqələri kəsilməmişdi. 1909-1910-cu illərdə Krımdan 
və  Moskvadan  Əli  bəyə  göndərdiyi  məktublar
1
  onun 
əvvəlki vaxtlarda olduğu kimi, Bakı qəzetlərini ardıcıl 
izlədiyini,  yeni  meydana  çıxan  nəşrlərlə  işbirliyi  qur-
maq  üçün  yollar  axtardığını  göstərməkdədir.  Bu  ba-
xımdan bir neçə il öncə fəal müəllifi olduğu məcmuə-
nin baş redaktoru yenə də bələdçisi, yol göstərəni idi.  
“Füyuzat”ın  bağlanması  nəticəsində  həm  Əli  bəy 
Hüseynzadə,  həm  də  Asan  Səbri  əsas  tribunalarını 
itirərək  mətbuatdan  qismən  uzaq  düşmüşdülər.  1907-
1910-cu  illərdə  hər  ikisi  müvafiq  şəkildə  Bakı  və 
Krım mətbuatında ara-sıra çap olunsalar da, daha çox 
pedaqoji  sahədə  fəaliyyətləri  ilə  fayda  gətirməyə 
çalışmışdılar.  Əslində  bu  istiqamətdə  də  əməkdaşlıq 
                                                 
1
  Omer  Özcan.  Hasan  Sabri  Ayvazof`un  Huseyinzade  Ali`ye  Mektupları. 
“Yeni Türk Edebiyatı”, Mart, 2010, say 1, s.233-244. 


 
58 
üçün  kifayət  qədər  imkanlar  vardı.  Bir  neçə  il  əvvəl 
mətbuat  xadimi  kimi  Bakıya  üz  tutan  Asan  Səbri  bu 
dəfə  şöhrəti  bütün  türk  dünyasına  yayılmış  Əli  bəy 
Hüseynzadənin  mahir  pedaqoq  kimi  vətəni  Krıma 
dəvət edilməsi təşəbbüsünü qaldırmışdı.  
O,  yerli  müəllimlərin  türkcənin  incəliklərinə  ye-
tərincə  bələd  olmadıqlarını  nəzərə  alıb  müvəqqəti  dil 
kursları  açmaq  niyyətinə  düşmüşdü.  Kurslarda  türkcə 
tədrislə  bağlı  mühazirə  oxumaq  üçün  isə,  təbii  ki,  ilk 
ağlına  gələn  ziyalı-pedaqoq  Əli  bəy  olmuşdu.  Alup-
kadan göndərdiyi 21 may 1909-cu il tarixli məktubda 
fikrini “Miri-irfanpərvərim əfəndim həzrətləri” – söz-
ləri  ilə  müraciət  etdiyi  böyük  dostu  ilə  bölüşərək 
yazırdı:  “Məlumi-aliləri  olduğu  üzərə  burada  bizim 
Krım rus lisanı müəllimləri kaç sənədən bəri ana lisa-
nımızı təhsil üçün Zemstvo idarələrindən para istiyor-
lardı. Zemstvo isə onların bu ricalarını isaf etdi. Fəqət 
türk lisanını əsaslı olaraq öyrədəcək burada bir lektor 
bulunmadığından  zati-alilərinizə  müraciət  edilməsini 
Krım Müəllimləri İttihadı Cəmiyyəti və Zemstvo ida-
rəsi baş əzası bəni vəkil etdilər. İştə bən sizə müraciət 
ediyorum”
1

Ana dili kurslarının açılması 1909-cu il mayın 15-
nə  təyin  edilmişdi.  Lakin  Əli  bəydən  vaxtında  cavab 
alınmadığından  kursların  avqust  ayında  təşkili  qərara 
alınmışdı.  “Rus  dili  müəllimlərimizin  ana  lisanımızı 
bilmədiklərinin  millətimizə,  maarifin  tərəqqisinə  nə 
qədər  zərərləri  olduğu  məlumi-alilərdir.  Bunun  üçün 
                                                 
1
  Omer  Özcan.  Hasan  Sabri  Ayvazof`un  Huseyinzade  Ali1ye  Mektupları, 
s.240-241. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə