Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

 
43 
məxsusluğunu, yerli ziyalılarının həqiqi milli hisslərlə 
yaşadıqlarını, bütün türk dünyasına örnək ola biləcək-
lərini  göstərməyə  çalışırdı.  Fikirlərini  əsaslandırmaq 
üçün  yaxşı  tanıdığı  Əhməd  bəy  Ağayevin  yorulmaz 
fəaliyyətini,  sonsuz  vətən  sevgisini  və  xalqına  dərin 
məhəbbətini  nümunə  gətirərək  yazırdı:  “Fikri-aciza-
namə  görə  Qafqaz  mücahidləri  mühibbi-tərəqqi  ol-
duqları  qədər  millətsevər  və  vətənpərvərdirlər.  Millət 
və  milliyyətləri  uğrunda  fədakarlıq  edən  qəhrəman-
lardır.  Əhməd  bəy  Ağayev  cənabları  min  sənə  Fran-
sada yaşasa da, bütün adab və müşairəti ilə ülfət etsə 
də  kəndi  millətinin,  kəndi  milliyyətinin  xaricində  bir 
hərəkətdə  bulunmaz.  Binaənəleyh  Fransada  kəsb  et-
diyi məlumat və kəmalatı da islamiyyət və milliyyətə 
tətbiqən  ənzari-millətə  vəz  edər.  Əgər  Qafqaz  müca-
hidləri  kəndi  millətinin  ehtiyacatına  aşina  olmayay-
dılar, millət və vətənlərinin səlamətini arzu etməyəy-
dilər,  tərki-vətən  edərək  mütəəddid  təhsili-niyyətlə 
ixtiyari-qürbət etməzdilər”
1
.  
Krımın  Qafqazla  müqayisədə  coğrafi  baxımdan 
Mərkəzi  Rusiyaya  və  Avropaya,  habelə  İstanbula  ya-
xınlığını  xatırladan  Asan  Səbri  mətbuatın,  maarifin, 
mədəniyyətin inkişafı, cəmiyyətdə mütərəqqi, yenilik-
çi  meyillərin  yayılması  baxımından  əslində  vətəni  və 
həmvətənləri  qarşısında  daha  böyük  imkanlar  açıl-
dığını diqqətə çatdırırdı. Həmin imkanlardan yetərincə 
istifadə  edilməməsi  Krım  türklərinin  geridə  qalmala-
rının,  bütünlükdə  dövrün  çağırışlarına  laqeyd  yanaş-
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Krımlılar  nə  üçün  tənqid  edilmiyor?  ,”Füyuzat”, 
1906, say 6, s. 94. 


 
44 
malarının göstəricisi kimi dəyərləndirilirdi. Asan Səb-
ri  XX  yüzilliyin  əvvəllərindən  başlayaraq  Bakıda 
nisbətən  geniş  vüsət  alan  intellektual  oyanışı,  ictimai 
tərəqqinin  önündə  gedən  ziyalıları,  habelə  sərvətini 
xalqından əsirgəməyən xeyirsevər milli burjuaziya nü-
mayəndələrini həmvətənlərinə nümunə göstərərək ya-
zırdı:  “Bu  gün  Krımı  başdan-başa  dolaşır  isək  əvvəl 
və  axırda gözə görünə  biləcək bir  “Tərcüman”  ilə  bir 
“Vətən xadimi”miz vardır. Daha nəyimiz vardır? Ağa-
yev,  Hüseynzadə  və  Şirvani  (“Füyuzat”ın  fəal  müəl-
liflərindən  biri  kimi  tanınan  şair  Məhəmməd  Hadi 
nəzərdə tutulur – V.Q.) kibi müqtədir ədib və şairləri-
mizmi? Müsəlmandan doktor, mühəndis və yuristləri-
mizmi? Avropa Asiyaya bizdən pək uzaq olduğu hal-
da  qafqazlıların  Rusiya,  Fransa,  İstanbul  darülfünun-
larında  təhsili-ali  görüb  bu  gün  mənafeyi-millətə  hər 
cəhətcə  xidmət  edən  mütəəddid  (çoxsaylı)  ziyalıları 
vardır. Biz isə Avropa daxilində ülum və fünun mən-
bəyi  olan  darülfünunlar  yanında  bulunduğumuz  və 
İstanbul burnumuzun ucunda olduğu halda, nə Avropa 
darülfünunlarında, nə də Türkiyə məktəblərində ikma-
li-təhsil etmiş bir əfəndimiz yoxdur”
1

Azsaylı Krım-tatar ziyalılarının başlıca qüsuru isə, 
müəllifin  fikrincə,  onların  ya  ana  dilinı  bilməmələri, 
milli  hisslərdən  məhrum  olmaları,  ya  da  ictimai  fəal-
lıqlarının  çatışmaması  idi:  “Müftizadələrimiz,  Tay-
qanskilərimiz,  Bağırovlar  vardır,  –  deyəcəyiz?  Əvət, 
vardır. Fəqət bunların vücudi ilə ədəmi-vücudları ara-
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Krımlılar  nə  üçün  tənqid  edilmiyor?  ,”Füyuzat”, 
1906, say 6, s. 95. 


 
45 
sında zərrə qədər fərq yoxdur. Bunlardan hankısı ana 
lisanında  ismini  yazmaq  biliyor?  Hanki  yuristimiz 
(vəlov  rusca  olsun!)  rus  qəzətələrində  mənafeyi-müs-
liminə  xadim  bir  məqalə  yazmışdır?  Hanki  advoka-
tımız hüquqi-müslimini müdafiə edəcək bir qüvvət və 
iqtidara haizdir? Hanki natiqimiz, xətibimiz vardır ki, 
bir  cəmiyyəti-islamiyyədə  türkcə  olaraq  fikrini  ifadə 
edə bilsin”
1

Onun  Azərbaycan  ədəbi-ictimai  fikrinin  və  milli 
mətbuatın  inkişaf  yoluna  və  ayrı-ayrı  nümunələrinə 
verdiyi  qiymət  də  müəyyən  heyranlıq  çalarlarına 
baxmayaraq  tarixə  bələdlik  və  qədirşünaslıq  baxı-
mından  maraqlıdır.  “Əlyövm  qafqazlıların  ikitərəfli 
(burada  milli  və  Avropa  təhsili  nəzərdə  tutulur  – 
V.Q.),  hər  ikisinin  də  haqqından  gələ  bilmiş  iki  qa-
nadlı mütəəddid ədibləri, şairləri, qəhrəman və müca-
hidləri,  millət  uğrunda  çalışan  fədakarları  bulunduğu 
kimi,  pək  çox  doktorları,  mühəndisləri,  müəllimləri, 
həqiqətpərəst  molla  və  axundları,  yüzlərcə  milyoner-
ləri, həmiyyətpərvər sənət sahibləri, mükəmməl müəl-
limləri  vardır”
2
.  Yaxud  eyni  qəbildən  olan  başqa  bir 
etiraf: “Hər nasıl olsa da bu gün Rusiyadakı mətbuati-
islamiyyənin  toxumunu  qafqazlılar  əkmişdir.  Nəşvü-
nümasına  da qafqazlılar  çalışıyor”  – deyə  Həsən  bəy 
Zərdabinin  tarixi  hünəri  ilə  bağlı  məlum  həqiqəti  bir 
daha  vurğulayan  Asan  Səbri  bu  sahənin  pionerinin  – 
“Əkinçi”nin zaman baxımından çox qısa sürən, lakin 
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Krımlılar  nə  üçün  tənqid  edilmiyor?,  “Füyuzat”, 
1906, say 6, s. 95-96. 
2
 Orada. 


 
46 
milli  ictimai  şüurda  silinməz  iz  buraxan  mövcudlu-
ğuna  diqqəti  çəkərək  yazırdı:  “...dünyaya  gəlməkdən 
məqsəd  çox  yaşamaq  deyil,  bəlkə  çox  xidmət  et-
məkdir. Altmış sənə yaşayıb baş güdməkdənsə, çox iş 
yapıb az yaşamaq daha övladır, zənn ediyoruz...”
1
 
Krım-tatar  müəllif  XX  əsrin  başlanğıcında  bir 
müddət Qafqazdakı yeganə anadilli mətbu orqan kimi 
“Tərcümana” yol yoldaşlığı edən “Şərqi-rus” qəzetinə 
də müasirlərinin çoxundan fərqli olaraq daha anlaşıqlı 
və isti münasibət bəsləmişdi. Bunu aşağıdakı sətirlər-
dən  də  görmək  mümkündür:  “...müddəti-davamiyyəsi 
az  olsa  da,  xidməti  çoxdur.  Bir  çox  sənələrdən  bəri 
səhrayi-ədəmdə  ədəmi-vücudi  ilə  bəlli  olmayan  bir 
çox  mühərrirləri  meydana  çıxardı,  yazıçılar  doğurdu. 
Ərbabi-qələmə  böyük  bir  yol  açdı.  Bu  az  xidmətdir-
mi?”
2
 
“Həyat” bütün Rusiya müsəlmanlarının ən məşhur 
ədib və mühərrirlərinə bir cövləngah, bir səhneyi-ədəb 
olduğu  kibi,  bizim  kibi  mübtədilərə  (yeni  başlayan-
lara)  də  gerçəkdən  bir  mühərrik  və  müşəvviq  olmuş-
dur.  “Həyat”  həqiqətən  millətə  bir  əsəri-həyat  verib 
getmişdir.  Mətbuati-milliyyəmizin  tərəqqisi  üçün  pək 
çox cığırlar açdı. Ümidsizlərə ümid, qeyrəti, hissiyyatı 
sönmüşlərə  həyat  və  qeyrət  bəxş  etdi.  Əfkari-milləti 
təhrik  etdi,  hər  yerdə  asari-həyat  meydana  gətirdi”
3
 
sözləri isə, göründüyü kimi, türkçülük ruhu ilə yoğrul-
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Krımlılar  nə  üçün  tənqid  edilmiyor?,  “Füyuzat”, 
1906, say 6, s. 94. 
2
 Orada. 
3
 Yenə orada. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə