Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

 
35 
dur”
1

Bəs  vəziyyətdən  necə  çıxmaq  olardı?  Asan  Səbri 
“Füyuzat”dakı publisist yazılarında yalnız ritorik sual-
lar  qoymaqla  kifayətlənmirdi.  Həm  də  öz  düşüncəsi, 
intellekti  çərçivəsində  həyatın  ortaya  atdığı  suallara 
cavab  tapmağa  çalışırdı.  Türk-müsəlman  dünyasının 
düşdüyü, yaxud salındığı acınacaqlı vəziyyətdən çıxış 
yolu  ümumiləşdirilmiş  şəkildə  yuxarıda  adını  çəkdi-
yim  “Bəşər  və  səy”  məqaləsində  göstərilmişdi.  İlkin 
orta  əsrlərdən  başlayaraq  ərəblərin,  ardınca  isə  türk-
lərin  bəşər  sivilizasiyasına  böyük  töhfələr  verməsin-
dən  bir  qədər  də  pafosla  söz  açılan  yazıda  çağdaş 
dövrdə müsəlman dünyasının keçmiş şanlı ənənələrini 
unutması  ətalətin,  durğunluğun  təsiri,  həyatı  yaxşıya 
doğru dəyişmək istiqamətindəki səylərin çatışmaması 
ilə  izah  edilirdi.  Həm  də  hər  şeyi  yenidən  yaxşıya 
dəyişmək  üçün  təkcə  keçmiş  günlərin  şöhrəti  kifayət 
deyildi  –  şanlı  tarixlə  bugünkü  acınacaqlı  mövcudluq 
arasında  mütləq  canlı  körpü  salmaq,  keçmişin  ənənə-
lərini  çağdaş sivilizasiyaya  söykənərək  dirçəltmək  tə-
ləb olunurdu.  
Asan  Səbrinin  “Füyuzat”  səhifələrində  toxunduğu 
mühüm məsələlərdən biri də dillə, daha doğrusu, türk 
toplumunun  müştərək  dil  problemi  ilə  bağlı  idi.  İlk 
dəfə  İsmayıl  Qaspiralının  ictimai  fikrin  gündəliyinə 
gətirdiyi  bu  məsələ  türkçülük  mövqeyində  dayanan 
ziyalıların demək olar ki, heç birini laqeyd buraxma-
mışdı. Bu baxımdan Asan Səbri də istisna deyildi. Bir 
                                                 
1
 Asan Səbri Ayvazov. Həyati-əqvam, “Füyuzat”, 1906, sayı 4, s. 60. 


 
36 
çox  həmkarları  kimi  o  da  türk  dünyasının  üzləşdiyi 
problemlərin  həll  yolunu  onların  vahid  dil  ətrafında 
birləşmələrində, ünsiyyət qurmalarında görürdü.  
Müəllifin  fikrincə,  dünyanın  üç  qitəsinə  yayılan, 
qüdrətli dövlətlər  quran və  çeşidli  imperiyalar arasın-
da  bölünüb-parçalanan  türk  qövmləri  daha  yüksək 
inkişaf  səviyyəsinə  yüksəlmiş  Osmanlı  türkcəsini 
ümumi dil olaraq qəbul etməli idilər. Göründüyü kimi, 
əslində Asan Səbrinin “ortaq türkcə” ilə bağlı mülahi-
zələrində  yenilik,  məsələyə  orijinal  yanaşma  tərzi 
mövcud  deyildi.  O,  sadəcə  “Tərcüman”ın  ideya  plat-
formasının  əsasında  dayanan,  1905-1907-ci  illərdəki 
türk  qurultaylarında  müzakirəyə  çıxarılan  və  ziyalı-
ların  böyük  bir  qismi  arasında  isti  münasibət  görən 
məlum  tezisi  təkrar  edirdi.  Mənbəyini  İsmayıl  Qas-
piralıdan  alan  “dildə  birlik”  mövqeyi  “Füyuzat”  sə-
hifələrində daha ardıcıl və qətiyyətli şəkildə Əli bəyin 
“Turani”  imzası  ilə  yazdığı  məqalələrdə  irəli  sürülür 
və əsaslandırılırdı.  
Məsələn,  məcmuənin  1907-ci  il  saylarından  bi-
rində  yer  alan  “Türk  dilinin  vəzifeyi-mədəniyyəsi” 
məqaləsində  baş  redaktor  yazırdı:  “Ərəb  dili  din  və 
məzhəb dili oldu. Fars dili şeir və ədəb dili oldu. Türk 
dili  isə  dövri-cədid  üçün  tərəqqi  və  mədəniyyət  dili 
olur.  Bu  həm  zamanın,  həm  də  məkanın  iqtizaatın-
dadır”
1
.  Özlüyündə  aydındır  ki,  “türk  dili”  dedikdə, 
“Füyuzat”ın  da  üstünlük  verdiyi  və  Azərbaycanda 
konkret  nümunəsini  ortaya  qoyduğu,  ortaq  ədəbi  dil 
                                                 
1
  Turani.  Türk  dilinin  vəzifeyi-mədəniyyəsi,  “Füyuzat”,  1907-ci  il,  say  9, 
s.140. 


 
37 
səviyyəsinə  yüksəltməyə  çalışdığı  “osmanlı  türkcəsi” 
nəzərdə tutulurdu.  
“Krım türklərində milli kimlik və milli hərəkətlər” 
kitabının  müəllifi  Hakan  Krımlı  Asan  Səbrinin  dil 
məsələsini  “Füyuzat”la  yanaşı,  “Vətən  xadimi”  qəze-
tində  də  qaldırdığına  diqqəti  çəkərək,  onun  türklər 
üçün  müştərək  dillə  bağlı  aşağıdakı  mülahizələrini 
xatırladır:  “Lisan  məsələsi  məsaili-sairənin  ən  əhəm 
və  əlzəmi,  ittihad  və  ittifaqın  yeganə  səbəbidir...  Ru-
siyada iyirmi milyonluq bir heyəti-əzimeyi təşkil edən 
müsəlmanların  qismi-əzəmi, bəlkə də  kaffəsi türkdür. 
Qanı, nəsli, cinsi, əxlaqı, adəti birdir. Bu gün təkəllüm 
etdiyimiz  lisanın  da  əsli,  kökü  birdir.  Mərəz  və  dər-
dimiz,  ehtiyac  və  zərurətimiz  birdir.  Bu  halda  qulla-
nılacaq  lisan  və  şivəmizin  də  bir  olması  iqtiza  edər. 
Zira  lisanımız  birləşməyincə,  biri-birimizi  anlamaq, 
yek  digərimizə  məlhəm  olmaq  mümkün  olmayacağı 
kimi  aramızda  ittifaq  və  ittihadın  təməl  tutması  da 
mümkün  olmayacaqdır.  Millətimiz  ən  cahil  bir  za-
manında iyirmi sənə qədər bir müddət lisani-ədəbimiz 
olan  türkcəyi  oxuduğu  və  istifadə  etdiyi  halda,  hali-
hazırda  maarifi-milliyəmizin  az  və  ya  çox  təmim  və 
intişar etdiyi bir zamanda nədən türkcəyi anlamasın?”
1
  
Nəzəri  cəhətdən  yuxarıdakı  mülahizələrin  ümu-
mən  pozitiv  xarakter  daşıdığını  və  gələcəyə  yönəl-
diyini  etiraf  etmək  lazımdır.  Amma  burada  bir  incə 
məsələni də diqqətdən qaçırmaq olmaz. Asan Səbrinin 
nümunəsində  də  göründüyü  kimi,  Osmanlı  türkcəsini 
                                                 
1
  Hakan  Kırımlı.  Kırım  Türklerinde  Milli  Kimlik  və  Milli  Hareketler. 
Ankara, 1996, s. 73. 


 
38 
ortaq dil elan etmək  ideyasının  tərəfdarları  məsələnin 
mühüm  bir  cəhətini  unudurdular  –  türk  xalqları  ara-
larındakı  mövcud  tarixi,  mədəni  və  mənəvi  bağların 
möhkəmliyinə  baxmayaraq,  kütləvi  şəkildə  osmanlı-
laşmaq  fikri  qətiyyən  birmənalı  qəbul  edilmirdi.  Os-
manlı dövlətinin  Rusiya  əsarətindəki  türklər  üçün  bir 
arxa, cazibə mərkəzi və ümid yeri olması həqiqəti heç 
kimdə  şübhə,  yaxud  etiraz  doğurmurdu.  Lakin  həyati 
əhəmiyyətə  malik  bu  amillər  də  ana  dilindən  imtina 
üçün yetərli sayılmırdı. Üstəlik, yüksək Osmanlı türk-
cəsi Anadolu türklərinin özləri üçün də anlaşılmaz idi. 
Azərbaycanda  osmanlılaşmaq  ideyasının  tərəfdar-
ları ilə bir sırada qatı əleyhdarları da az deyildi. “Mey-
munların  ədədi  günü-gündən  artmaqdadır”  –  deyə 
anasından  öyrəndiyi  dili  bir  tərəfə  buraxıb  lüğət  tər-
kibi  ərəb-fars  tərkibləri  ilə  dolu  Osmanlı  türkcəsini 
təqlid  edənlərə  sərt  münasibətini  bildirən  Firidun  bəy 
Köçərli  şəxsiyyət  və  fəaliyyətinə  bəslədiyi  hörmətə 
baxmayaraq,  Əli  bəy  Hüseynzadəni  də  tənqid  hədə-
finə  çevirməkdən  çəkinməmişdi.  “Kaş  o  alicənab  İs-
tanbulda  rahət  əyləşib  bizim  şumbəxt  Qafqaza  təşrif 
gətirməyəydi”  –  sözləri  ilə  “Füyuzat”ın  dil  siyasətinə 
mənfi  münasibətini  ifadə  etmişdi.  Məcmuənin  dilinin 
mürəkkəbliyi,  klassik  Osmanlı  türkcəsinə  hədsiz 
önəm verilməsi, hətta “dildə birlik” ideyasının banisi, 
böyük  fikirləri  açıq,  aydın  türk  dilində  ifadə  etməyi 
bacaran İsmayıl Qaspiralının də haqlı narazılığını do-
ğurmuşdu
1

                                                 
1
  Məsələ  ilə  əlaqədar  bax.  İsmayıl  Qaspiralı.  Bakı  qəzetələri,  “Tərcüman”, 
1910, say 37. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə