Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 
31 
ictihadi-mədəniyyətpərvəranə meydanı olacaqdır”
1
.  
“Qafqaz” dedikdə təbii ki, Asan Səbri ilk növbədə 
Azərbaycanı  nəzərdə  tuturdu.  Çünki  ötən  əsrin  əv-
vəllərində yalnız Bakı deyil, Tiflis, İrəvan və Dağıstan 
da  türk  ruhunun,  türk  varlığının  özünü  güclü  şəkildə 
büruzə  verdiyi  mərkəzlər  kimi  diqqəti  çəkirdi.  Başqa 
bir  yazısında  müəllif  yenidən  Qafqaz  –  Azərbaycan 
türklərinin  son  bir  qərinə  ərzində  maarif  və  mədə-
niyyət  sahəsində  öncül  mövqeyini  imperiyanın  digər 
bölgələrində  yaşayan  türklərə,  ümumən  müsəlman 
əhaliyə nümunə göstərərək yazırdı: “Qafqaz qitəsi Ru-
siya  müsəlmanlarına,  hələ  bəlkə  Osmanlı  türklərinə 
belə hər kəsdən ziyadə xidmət etmişdir, etməkdədir və 
edəcəkdir.  Qafqaz  hər  xüsusda  Rusiya  türklərinə 
müəllim  olmuşdur  və  olacaqdır.  Bu  gün  iyirmi  sənə 
müddəti-davamiyyəsi  ilə  fəxr  etdiyimiz  “Tərcüman” 
Qafqaz “Əkinçi”lərinin əkdiyi toxum deyilmidir? Ke-
çən sənə İsmayıl bəy həzrətlərinin “Yaşa, Həsən bəy, 
yaşa!” namı altında yazdığı xitablar kimə və nə üçün 
idi?”
2
.  
Krım-tatar  müəllifinin  jurnaldakı  debütü  üslubu-
nun gözəlliyi  və  şairanəliyi  ilə də diqqəti  çəkir. Doğ-
rudur,  müəllifi  müəyyən  dərəcədə  ifrat  sentimental-
lıqda  da  qınamaq  olar.  Lakin  nəzərə  almaq  lazımdır 
ki,  “Həyat”ın  sönməsinə  zülmətdə  qalan  gözlərim 
“Füyuzat”ın  doğması  ilə  mənəvi  bir  nura  qərq  oldu. 
“Həyat”ın  getməsi  ilə  mütəəssir  olan  qəlbim  “Füyu-
                                                 
1
  Asan  Səbri  Ayvazov.  “Həyat”ın  qürubundan...”,  “Füyuzat”,  1906,  say  2, 
s.26. 
2
 Orada. 


 
32 
zat”ın dünyaya gəlməsi ilə mütələzziz oluyor”
1
, yaxud 
“Doğrusu,  ya  bu  gün  qəlbimdə  doğan  hissiyyatı-
mənəviyyəyi  fərəh  və  süruri-tərifdən  acizəm.  Zavallı 
“Həyat” xaneyi-inzivayə çəkilməsindən nasıl mütəəs-
sir  olub  ağladım  isə,  “Füyuzat”ın  şöləfəşan  olaraq 
ərzi-didar  etməsindən  oylə  mütəəssir  olaraq  ağlıyo-
rum. Əvət, təəssürati-şədidəmi zəbt edəmiyərək tərcü-
mani-həyat  olan  gözlərimdən  qətrə-qətrə  yaşlar  axıt-
dım.  Fəqət  sürur  ilə  axıdılan  yaşlar  ilə  hüzn  ilə  tö-
külən qətrələr arasında pək böyük bir fərq vardır. Bu-
günkü yaşlar pək sərin idi...”
2
 
Asan  Səbrinin  “Füyuzat”dakı  yazıları  əsasən  icti-
mai-siyasi  səciyyəsi  ilə  seçilirdi.  Toxunduğu  məsələ-
lərin  əksəriyyəti  milli  ziyalıların  mətbuat  səhifələrin-
də,  ictimai  fikirdə  fəal  müzakirə  etdikləri  mövzular 
idi.  Bu  da  hər  şeydən  öncə  dövrün  tələblərindən,  cə-
miyyət  həyatının  irəli  sürdüyü,  gündəliyə  çıxardığı 
şərtlərdən  irəli  gəlirdi.  Çünki  taleyüklü  dəyişikliklər 
məqamında  xalqın  düşünən  kəsimini  səfərbərliyə  al-
maq, ona kimliyini, haradan gəlib hara getdiyini, qar-
şıda  dayanan  təxirəsalınmaz  vəzifələrin  mahiyyətini 
anlatmaq lazım idi. Müəllifin silsiləvi səciyyə daşıyan 
“Həyati-əqvam”
3
,  “Bəşər  və  səy”
4
  məqalələri,  habelə 
sentimentalist üslubda  qələmə  alınan  “Əsarət qurban-
                                                 
1
  Asan  Səbri  Ayvazov.  “Həyat”ın  qürubundan...”,  “Füyuzat”,  1906,  say  2, 
s.26. 
2
 Orada. 
3
 Asan Səbri Ayvazov. Həyati-əqvam nə ilə qaimdir? , “Füyuzat”, 1906, say 
3, s. 41-43, say 4, s. 59-60; 1907-ci il, s. 7, s.106-108, 1907, say 27, s.431-
432, 1907, say 29, s. 456-458. 
4
 Asan Səbri Ayvazov. Bəşər və səy, “Füyuzat”, 1906, say 5, s. 74-76. 


 
33 
ları”
1
  hekayəsi  əsasən  xalqların  və  cəmiyyətlərin  hə-
yatına, bu həyatı daha mənalı, nizamlı qurmaq yolla-
rına,  milli  mübarizəyə,  onun  məqsəd  və  vəzifələrinə, 
çeşidli insan talelərinin təsvirinə həsr olunmuşdu. Bə-
şəriyyətin  keçdiyi  yola  fəlsəfi  nəzər  salmağa  çalışan 
müəllif  ilk  növbədə  türk  xalqlarının  hədərə  getmiş 
illərin  yerini  doldurmaq  üçün  can  atdığı  mübarizənin 
hədəflərini göstərməyə çalışırdı. 
Digər səciyyəvi cəhət isə həmin mübarizənin inqi-
labi  sıçrayışlar  deyil,  təkamül  prinsipi  əsasında  apa-
rılmasının,  yeniliklərə  ilkin  bünövrə  yaradılmasının 
vacibliyi  ilə  bağlı  idi.  Çünki  adıçəkilən  yazılarda  da 
diqqətə  çatdırdığı  kimi,  “qüvvət  ilə  əldə  edilən  bir 
iqbal,  bir  mədəniyyət  nə  qədər  parlaq  olsa  da,  kən-
disini məğlub edəcək digər bir qüvvəti-qalibə ilə məğ-
lub olacağı təbiidir. Cahangir olan millətlərin sərvəti-
müğtənəmə  üzərinə  müəssis  qüvveyi-milliyeyi-həya-
tiyyələri paydar olmadığı kibi şövkəti-əsgəriyyələri də 
qeyb  olub  gedir”
2
.  Ona  görə  də  Asan  Səbri  Rusiya 
türklərini  ilk  növbədə  maarifə  yiyələnməyə,  ardınca 
qəzet  və  nəşriyyatlar  açmağa,  hüquq  və  vəzifələrini 
bilən savadlı vətəndaşlar yetirməyə, nəhayət, belə sağ-
lam  zəmində  siyasi  müstəqillik  uğrunda  mübarizəyə 
səsləyirdi.  
Müəllif  fikirlərini  davam  etdirərək  milli  inkişafın 
əsas şərtlərindən biri kimi insanların əməl və hərəkət-
                                                 
1
  Asan  Səbri  Ayvazov.  Əsarət  qurbanları  (Əbəveynlərə  ibrət),  “Füyuzat”, 
1907, say 17, s. 262-265. 
2
 Asan Səbri Ayvazov. Həyati-əqvam nə ilə qaimdir?, “Füyuzat”, 1906, say 
3, s. 42. 


 
34 
lərini  yönləndirən  ictimai  həyat  şərtlərinin  mövcud-
luğu məsələsi üzərində ətraflı dayanırdı. Çünki yalnız 
ictimai  fəallıq  sayəsində  ayrı-ayrı  fərdlərdən  ibarət 
toplum  millət  kimi  şəkillənib  hürriyyət  və  istiqlalını, 
maddi  rifah  və  mənəvi  tərəqqisini  təmin  edə  bilərdi. 
Yalnız  bu  yolla  digər  millətlər  qarşısında  şərəf  və 
azadlığı  qorumaq  mümkün  idi.  İctimai  həyatı,  yəni 
siyasi institutları, mətbuatı, maarifi, ümumişlək nəza-
rət  mexanizmləri  güclü  olan  millət  zamanın  çeşidli 
dəyişiklik  və  təzyiqlərinə  davam  gətirməyə  qabildir. 
Avropa xalqları mövcud tərəqqini yalnız silah gücünə 
deyil,  daha  çox  ictimai  fəaliyyət  yolu  ilə  əldə  etmiş-
dilər. Türklər də dünyanın qabaqcıl, mədəni millətləri 
arasında  həqiqətən  layiq  olduqları  yeri  tutmaq  istə-
yirdilərsə, eyni yolu keçməli idilər.  
Millətlərin ayaqda qalmasının, eyni zamanda haq-
qında söz açılan ictimai institutlara qovuşmasının əsas 
şərtlərindən  biri  kimi  maddi  imkan  ilə  mənəvi  qüv-
vənin mövcudluğunu ön plana çəkən müəllif birincini 
ticarət,  əkinçilik  (kənd  təsərrüfatı),  sənaye  və  xidmət 
sahəsi adı altında dörd yerə bölür və dərin təəssüf his-
si ilə yazırdı: “Biz müsəlmanlarda əsbabi-məzkurənin 
heç birisi də yoxdur desək, yalan olmaz. Ziraət bilmə-
riz,  bilsək  belə  ziraətçilik  etməyə  torpağımız  qalma-
yıb. Sənət (burada sənaye mənasında – V.Q.) ilə dost 
deyiliz. Ticarətin isə yabançısıyız. Xidmət desək, heç 
yox.  Bu  halda  hali-pürməlalımızın  pək  acınacaqlı  bir 
hal  olduğunu  təsmimdən  başqa  heç  bir  çarəmiz  yox-


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə