Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

 
28 
dir...  “Həyat”ın  vidanaməsini  oxuduğumda  şiddəti-
təəssürümdən  acı-acı  ağladım.  Axıtdığım  göz  yaşları 
nə  üçün  idi?  Altı-yeddi  milyonluq  bir  cəmaəti-isla-
miyyənin iki qəzetəyi (həmin dövrdə Bağçasarayda və 
Bakıda çıxan “Tərcüman” və “Həyat” nəzərdə tutulur 
– V.Q.) maddətən (maddi baxımdan) idarə və müntə-
zəmən  davam  etdirəcək  qədər  müavinət,  qeyrət,  hə-
miyyət  ibraz  edəmədikləri,  daha  doğrusu,  əsrlərdən 
bəri  xaki-məzəllət  içərisində  dalmış  olduqları  xabi-
qəflətdən hənuz oyanmadıqlarına idi”
1

Özünü  yetim  qalmış  hiss  edən,  səsini,  sədasını, 
fəryad  və  fəğanını  insanlara  çatdırmaq  imkanını  itir-
diyindən,  hüzn  və  ələmə  qapılan  Asan  Səbri  belə 
üzücü  ab-havada  gələcəyə  ümidlə  baxa  bilmək  üçün 
bir  səbəb,  vəsilə  tapıldığına  sevinirdi.  Həmin  səbəb 
“Həyat”ın yerinin boş qalmaması, onun ardıcılı, varisi 
kimi ədəbi-bədii və fəlsəfi ağırlıqlı “Füyuzat”ın mey-
dana çıxaraq əvvəlki dəsti-xətti, əski milli maarifçilik 
missiyasını davam etdirməsi, üstəlik, bəzi məsələlərdə 
ortaya daha güclü və səbatlı mövqe qoyması ilə bağlı 
idi. Asan Səbri Azərbaycan mətbuatındakı yeniliyi, bu 
yeniliyə  vüsət  verən  Əli  bəyin  yenilməzliyini  obrazlı 
şəkildə,  bədii  təsir  gücü  ilə  təsvir  edərək  yazırdı: 
“...paslanmış, cənglənmiş qəlblərə ruh və həyat saçan 
“Həyat” son nəfəsində qarelərini yetim buraxmamaq, 
onları ağlatmamaq üçün kəndi meydanında buraxdığı 
“Füyuzat”ın qəribən tülu edib oxucuların iktisabi-feyz 
edəcəklərini  təbşir  edərək  “Füyuzat”  salamını  təbliğ 
                                                 
1
  Asan  Səbri  Ayvazov.  “Həyat”ın  qürubundan...”,  “Füyuzat”,  1906,  say  2, 
s.25. 


 
29 
etmiş  idi.  Bu  təbşir,  bu  salam  bəni  təsəlli  etmiş  və 
“Həyat”ın  ölməyəcəyini  anlatmış  idi...  Zatən  bu  təb-
şiri  görməsəm,  anlamasam  belə,  “Həyat”ın  öləcəyinə 
qane  deyildim.  Zira  “Həyat”ı  “Həyat”  edən  zatın 
ömrünün  axırına  qədər  olmasa  da,  uzun  bir  müddət 
guşeyi-inzivaya,  aləmi-tənhayiyə  çəkilib  durması  ilə 
vicdanı qarşısında müttəhim və məhcub olacağını pək 
gözəl  bildiyini  anlıyor  idim...”
1
  Vətən,  millət  və  söz 
qarşısındakı  məsuliyyətin  təzahürü  kimi  qısa  zaman 
içərisində  susqunluq  dövrünün  arxada  qalması  və  ye-
ni, daha fundamental nəşrin meydana çıxması müəlli-
fin qürur mənbəyinə çevrilmişdi: “On beş, iyirmi gün 
müqəddəm vidası ilə bağrımızı yaxıb guşeyi-inzivaya 
çəkilən  “Həyat”  bu  gün  başqa  bir  əlbisəyə  bürünərək 
ətrafi-əknafə tülu ediyor – “Füyuzat” doğuyor!”
2
 
Əli bəy Hüseynzadəni yaxşı tanıdığı, bacarıq, istək 
və  məramına  yaxından  bələd  olduğu  üçün  Asan 
Səbrinin  “Füyuzat”dan  gözləntiləri  də  böyük  idi.  Bü-
tünlükdə  o,  türk  ruhunun  oyanışını  yalnız  İstanbulda 
deyil,  getdikcə  daha  artıq  şəkildə  Qafqazda  arayırdı. 
Bütün  təqib  və  sıxıntılara  baxmayaraq,  Azərbaycan 
türklərinin hər zaman aparıcı mövqe tutduqları qədim 
tarixə,  güclü  milli  ənənələrə  malik  bölgənin  mütləq 
dünyaya  səsini  duyuracağına,  mübarizənin  önündə 
gedəcəyinə  ürəkdən  inanırdı.  Müsəlman  ümmətindən 
türk millətinə çevrilmə prosesinin bayraqdarının Azər-
baycan  olacağına  inanırdı.  Bu  sarsılmaz  inamın  təsiri 
                                                 
1
  Asan  Səbri  Ayvazov.  “Həyat”ın  qürubundan...”,  “Füyuzat”,  1906,  say  2, 
s.25-26. 
2
 Orada, s. 26. 


 
30 
altında  “Həyat”ın  süqutu  ilə  ruh  düşkünlüyünə  qapı-
lanları “Füyuzat”ın meydana atılması ilə müjdələyirdi. 
Məcmuənin  ictimai-siyasi  fikir  burulğanında  yol  tapa 
bilməyənlərə  doğru-düzgün  istiqamət  verəcəyinə  ina-
nırdı.  Və  bu  nikbin,  inanclı  hisslərin  təsiri  altında 
gəncliyə  xas  coşqunluqla  yazırdı:  “Qafqaz  qiteyi-
mübarəkəsi  heç  mücahidsiz  qalırmı?  Cahanın  ən  qa-
ranlıq, aləmi-bəşəriyyətin ən vəhşi zamanlarında belə 
Qafqaz əqtari-ərzə nur saçıyordu. 
Millətimizin  bugünkü  gündən  bəlkə  də  yüz  dərə-
cədə  cahil  bulunan  bir  zamanında  Rusiya  müsəlman-
ları  arasında  mətbəəyi-islamiyyə  ilk  Qafqazda  açıl-
mışdır.  “Əkinçi”lər,  “Kəşkül”çülər  Qafqaz  övladları, 
Qafqaz  qəhrəmanlarıdır.  Tarixi-ümumun  türklər  üçün 
müzlim  nöqtələrini  kəşf  və  tənvir  edən  və  bunların 
ədəbiyyatlarına xidmətlər edən Murad bəy həzrətləri
1
 
yenə  Qafqaz  qəhrəmanlarından  deyilmidir?  Bunun 
üçün  Qafqaz  qitəsi  boş  qalmayacaqdır.  Orası  bir 
                                                 
1
  Söhbət  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərindəki  türk  ədəbi  və  ictimai-
siyasi  fikir  tarixinə  Mizançı  Murad  bəy,  Murad  Dağıstani  adları  ilə  daxil 
olan fikir adamı, yazıçı, tarixçi və jurnalist Hacı Murad Əmirovdan (1854-
1917)  gedir.  O,  Dağıstanın  Huraki  aulunda  dünyaya  gəlmişdi.  1873-cü 
ildə  Stavropol  gimnaziyasını  bitirdikdən  sonra  İstanbula  gəlmiş,  dövrün 
maliyyə  naziri  Şirvanzadə  Rüştü  bəyin  himayəsini  qazanaraq  yanında 
çalışmağa  başlamışdı.  1886-cı  ildən  etibarən  nəşr  etməyə  başladığı  “Mi-
zan” qəzeti ilə türk ictimai fikrinə yeniliklər gətirməyə çalışırdı. İttihad və 
Tərəqqi  cəmiyyəti  ilə  yaxınlığı  ilə  seçilmiş  və  cəmiyyətin  Avropa  ölkə-
lərindəki  fəaliyyətində  yaxından  iştirak  etmişdi.  Bir  neçə  il  Cenevrə  itti-
hadçılarının faktiki rəhbəri olmuşdu. Sonralar II Sultan Əbdülhəmid höku-
məti ilə razılıq əldə edərək İstanbula dönmüş, bir sıra dövlət qurumlarında 
çalışmışdı.  “Mücahideye-milliyyə”  adlı  memuarların  (1908),  “Turfan-
damı? Turfamı?” romanının (1892), çoxsaylı tarixi əsərlərin müəllifidir. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə