Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   2   3   4   5   6   7   8   9   ...   57

 
14 
toxunulub.  Lakin  bütünlükdə,  ədəbiyyat  və  mədəniy-
yətimizə xidmət edən, onu bəlli bir ölçüdə zənginləş-
dirən  həmin  ədəbi  simaların  şəxsiyyət  və  yaradıcı-
lıqlarının  Azərbaycan  ədəbiyyatı  kontekstində  əhatəli 
öyrənilməsinə,  qarşılıqlı  əlaqələrini,  ədəbi  irslərini 
müqayisəli şəkildə araşdırmağa ehtiyac var.  
Asan Səbrinin “Həyat”ın qürubundan, “Füyuzat”ın 
tüluundan  hasil  olan  təəssüratım”  adlı  ilk  yazısı 
məcmuənin  13  noyabr  1906-cı  il  tarixli  2-ci  sayında 
dərc  edilmişdi
1
.  Yeni  nəşrin  ilk  saylarından  etibarən 
əsas  müəlliflər  sırasında  yer  alması  onun  milli  mət-
buatımızın aparıcı nümayəndələri, xüsusən də Əli bəy 
Hüseynzadə ilə kifayət qədər yaxından tanış olduğunu 
söyləməyə  əsas  verir.  Bir  az  aşağıda  görəcəyimiz 
kimi, bu, həqiqətən də belə idi. Adıçəkilən məqalə də 
həmin  qənaəti  möhkəmləndirməyə  əsas  verir.  “Təəs-
süratlar” Azərbaycan mətbuatının təxminən iki ilə ya-
xın davam edən ən son dövrünün təsvirinə həsr olun-
muşdu.  O.Bayramova  adıçəkilən  yazını  “məcmuənin 
nəşrinə sevinən türk ziyalılarının Tatarıstandan”
2
 gön-
dərdikləri məktub kimi dəyərləndirmişdi.  
Əslində  müəllif  Volqaboyundan  –  indiki  Tatarıs-
tandan  deyil,  Krımdan  idi.  Yaradıcılığının,  sonralar 
isə  ictimai-siyasi  fəaliyyətinin  mühüm  dövrü  Azər-
baycanla  bağlı  olan,  ədəbiyyat  və  mədəniyyətimizin 
                                                 
1
 “Füyuzat”, 1906, say 2, s. 25-27 Jurnala bütün istinadlar 2006-cı ildə “Ça-
ğıoğlu” nəşriyyatında çapdan çıxan “Füyuzat” toplusundan götürülmüşdür 
(V.Q).  
2
 Ofeliya Bayramlı. Milli mədəniyyətimizin böyük abidəsi. “Füyuzat”, Bakı, 
2006, s. V. 
 


 
15 
bir sıra məşhur simalarını şəxsən tanıyan, onlarla uzun 
illər əlaqə saxlayan, Bakıya sıx-sıx gəlib-gedən, hətta 
bir müddət burada yaşayan, qədirşünaslığı ilə seçilən, 
mədəniyyətimizin zənginlik və uğurlarından heyranlı-
ğını gizlətməyən Asan
1
 Səbri Ayvazov haqda daha ge-
niş söz açmağa ehtiyac var.  
 
*** 
 
Milli  ədəbiyyat  və  ictimai-siyasi  fikir  tarixinə 
yazıçı,  dramaturq,  publisist,  tərcüməçi,  ədəbiyyat-
şünas alim, dövlət xadimi və diplomat kimi daxil olan 
Asan Səbri Ayvazov (1878-1938) Krım yarımadasının 
Alupka  şəhərində,  məişətini  çətinliklə  təmin  edən 
odunçu  ailəsində  doğulmuşdu.  Yerli  mədrəsədə  bir 
neçə  il  oxuyandan  sonra  qohumlarından  biri  onu  özü 
ilə İstanbula aparmışdı. Tərcümeyi-halında yazdığına, 
lakin  müvafiq  sənədlərlə  təsdiqini  tapmayan  məlu-
mata görə burada pedaqoji təhsil almışdı
2
. Müasir türk 
tədqiqatçısı  Zühal  Yüksel  təhsil  məsələsi  ilə  bağlı 
İstanbul  arxivlərindəki  axtarışlarının  nəticə  vermə-
                                                 
1
  Bu  adın  Krım-tatar,  Azərbaycan,  türk  və  rus  dillərində  müxtəlif  və  fərqli 
variantlarda  –  Asan,  Hasan,  Xasan,  Həsən  kimi  yazılışlarına  təsadüf 
etmək  mümkündür.  Təbii  ki,  bütün  formalar  ərəb  dilindəki  Həsəndən 
götürülüb.  Müəllifin  “Füyuzat”səhifələrindəki  yazıları  da  “Həsən  Səbri 
Ayvazov”  imzası  ilə  verilib.  Lakin  Krım-tatar  qaynaqlarında  bir  qayda 
olaraq Asan variantına üstünlük verildiyindən, burada da orijinala uyğun 
gələn həmin yazılış şəklindən istifadə edilməsi məqsədəuyğun sayıldı. 
2
 Asan Sabri Ayvazov. 25 Yıllık Yubiley, “Yeni Dünya”, 14 iyul 1923-cü il. 
Həmçinin  bax.  А.С.Айвазов.  История  национального  движения  в 
Крыму. “Vatanim» jurnalı, 2005, say 3, s. 12. 


 
16 
diyini iddia edir.
1
 Hər halda gəncliyinin İstanbul döv-
rü Asan Səbri üçün təkcə çağdaş biliklərə yiyələnmək 
yox,  həm  də  ciddi  həyat  məktəbi  olmuşdu.  Osmanlı 
paytaxtında siyasi proseslərlə maraqlanması və ictimai 
fəallığı nəticəsində bir neçə tələbə yoldaşı ilə birlikdə 
polis  təqibinə  uğramış,  hətta  həbs  edilmişdi.  Lakin 
Rusiya  təbəəsi  olduğu  bilindikdən  sonra  haqqındakı 
hökm  dəyişdirilmişdi.  Onu  sadəcə  Osmanlı  hüdud-
larından çıxarmaqla kifayətlənmişdilər.  
Beləliklə, 1898-ci ildə vətənə dönən Asan Səbri az 
sonra  Alupkada  dərslərin  səsli  üsulla  tədris  edildiyi, 
oğlanlarla  qızların  birlikdə  təhsil  aldığı,  proqramında 
türk-tatar dili, coğrafiya, tarix, riyaziyyat kimi çağdaş 
dünyəvi  fənlərin  yer  tutduğu  yeni  tipli  məktəb 
açmışdı.  1923-cü  ildə  Krım  Muxtar  Respublikasında 
onun  ədəbi,  ictimai-siyasi  və  pedaqoji  fəaliyyətinin, 
habelə  qurucusu  olduğu  təhsil  ocağının  dörddə  bir 
əsrlik yubileyi qeyd edilmişdi
2
.  Dördillik  ibtidai  təlim 
verən  məktəbin  ilk  buraxılışı  1902-ci  ildə  gerçəkləş-
mişdi. Yenə də müəllifin etirafına görə, Quran təlimi-
nə  əsaslanan  ənənəvi  tədris  proqramından  imtina  et-
diyinə  görə,  yerli  qaragüruhçuların  təqibinə  məruz 
qalmış, hətta həyatına sui-qəsd cəhdi göstərilmişdi. 
Krım-tatar  ədəbiyyatı  tarixçisi  Hakan  Kırımlı  çar 
rejiminin  hər  vasitə  ilə  ruslaşdırmağa  çalışdığı  ya-
rımadada milli şüurun yayılması, milli mənlik duyğu-
                                                 
1
  Zühal  Yüksel.  Kırım-Tatar  Milli  Hareketi  ve  Hasan  Sabri  Ayvazov,  TC 
Selcuk  Universitesi  Türkiyat  Araşdırmaları  Dergisi.  2003-cü  il,  say  13, 
s.423. 
2
 Asan Sabri Ayvazov. 25 Yıllık Yubiley, “Yeni Dünya”, 14 iyul 1923-cü il. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə