Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   2   3   4   5   6   7   8   9   ...   57

 
10 
batı kimi də düşündürücü, əhəmiyyətli və qiymətlidir. 
Nəhayət,  «Füyuzat»ın  iki  yazarı»  kitabı  diplomatik 
xidmət  yollarında  fəaliyyətini  uğurla  davam  etdirən 
Vilayət  Quliyevin  həm  də  ədəbiyyatşünaslıq  andına 
sədaqətinin, heç zaman sönməyəcək böyük marağının 
da sanballı bir göstəricisidir.  
 
21 fevral 2017-ci il 
  


 
11 
I HİSSƏ 
 
ASAN SƏBRİ AYVAZOV 
 
Nizami adına Ədəbiyyat İnstitutundakı birgə fəaliy-
yətdən  yaxşı  tanıdığım  mərhum  Ofeliya  Bayramova 
2006-cı  ildə  həyatının  və  elmi  yaradıcılığının  deyər-
dim  ki,  ən  mühüm  işini  başa  çatdırdı  –  milli  mətbuat 
tariximizdə yeni səhifə açan “Füyuzat” jurnalının tam 
mətninin  latın  əlifbasına  transliterasiyasını  əhatəli  ön 
sözlə birlikdə hazırlayıb çap etdirdi
1
. Akademik Bəkir 
Nəbiyev  və  Azərbaycan  MEA-nın  həqiqi  üzvü  Tey-
mur  Kərimlinin  redaktəsi  ilə  işıq  üzü  görən  və  qısa 
müddətdə biblioqrafik nadirəyə çevrilən nəşr “Əkinçi” 
qəzeti  və  “Molla  Nəsrəddin”  məcmuəsinin  müvafiq 
surətdə  kiril  və  latın  əlifbalarına  transliterasiyasından 
sonra Azərbaycan mətbuatının, milli  mədəniyyət tari-
xinin  mühüm  dövrünə  işıq  salan  üçüncü  qiymətli 
mənbə  adlandırıla  bilər.  Obrazlı  desəm,  artıq  XIX 
yüzilliyin  sonlarından  başlayaraq  ölkəmizə  çağdaşlıq 
və  dünyəvilik  gətirən  üç  mühüm  qaynağın,  çeşmənin 
gözü açılıb.  
Adını  xatırlatdığım  digər  nəşrlərdə  olduğu  kimi, 
“Füyuzat”ın  nümunəsində  də  müəllifin  öhdəsindən 
uğurla  gəldiyi  vəzifə  sadəcə  texniki  xarakter  –  yəni 
mətni  bir  əlifbadan  başqasına  çevirmək  səciyyəsi  da-
şımırdı.  Söhbət  Azərbaycan  mədəni-estetik  fikrində 
yeni  mərhələnin  başlanğıcına,  yeni  ədəbi  məktəbin 
                                                 
1
  Füyuzat.  Tərtib,  ərəb  qrafikasından  transliterasiya  və  ön  sözün  müəllifi 
Ofeliya Bayramlı. “Çaşıoğlu” nəşriyyatı, Bakı, 2007, 672 s. 


 
12 
manifestinə  çevrilən  bir  məcmuədən  getdiyi  zaman 
adi  transliterasiya  da  ciddi  elmi  axtarışa,  mühüm 
mənbəşünaslıq  tədqiqatına  çevrilir.  Nəticədə,  biz 
haqqında indiyə qədər yalnız XX əsrin əvvəllərindəki 
ədəbi  mühitə  işıq  salan  tədqiqatlardan  müəyyən  sis-
temsiz, bir sıra hallarda isə hətta qərəzli, qeyri-dəqiq, 
obyektivlikdən uzaq məlumatlar aldığımız ədəbi-tarixi 
abidəni – “Füyuzat” dərgisini ilk sayından son sayına 
qədər  oxumaq,  onun  nəfəsini  və  ruhunu  duymaq  im-
kanı qazanmışıq.  
Lakin  “Füyuzat”ın  biblioqrafik  nadirədən  mütə-
xəssislərin,  bütünlükdə  ədəbiyyatsevərlərin  birbaşa 
müraciət  edə  biləcəyi  mənbəyə  çevrilməsi  hələ  öz-
özlüyündə  nəşrlə  bağlı  bütün  sualları  və  qaranlıq 
məqamları  aradan  qaldırmır.  Əksinə,  mətnin  kütləvi-
ləşməsi, onun yalnız ərəb əlifbasına aşina olan azsaylı 
mütəxəssislərin  inhisarından  qurtarılması  ortaya  yeni 
suallar çıxarır, axtarışların əhatə dairəsini genişləndir-
məyə imkan yaradır.  
Bu əhatə dairəsinə daxil olan ilk məsələlərdən biri 
məcmuənin  müəllif  heyəti  ilə  bağlıdır.  “Füyuzat”, 
əgər belə demək mümkünsə, Azərbaycan mətbuatının 
digər  nümunələri  ilə  müqayisədə  məhz  yaradıcı  kol-
lektivinin  beynəlmiləl  səciyyəsi  və  miqyası  ilə  daha 
çox  seçilirdi.  Nəşrin  coğrafiyası  türklərin  yaşadığı 
etnik-tarixi  arealın  mühüm  bir  qismini  əhatə  edirdi. 
Onun  fəal  müəllifləri  sırasında  baş  redaktor  Əli  bəy 
Hüseynzadə ilə  birlikdə  Azərbaycan və  Osmanlı  ədə-
biyyatını  təmsil  edən,  dövrün  çağdaş  ədəbi  fikrində 
yetərincə  populyarlıq  qazanmış  Həsən  bəy  Zərdabi, 


 
13 
Məhəmməd  Əmin  Rəsulzadə,  Məhəmməd  Hadi,  Hü-
seyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət, Abdulla Sur, 
Tofiq  Fikrət,  Səid  Səlmasi,  Abdullah  Cövdət,  Rə-
caizadə  Mahmud  Əkrəm,  Xalid  Ziya  Uşaqlıgil,  eləcə 
də  nisbətən  az  tanınan  Axund  Yusif  Talıbzadə  (Ab-
dulla  Şaiqin  böyük  qardaşı  –  V.Q.),  İbrahim  Tahir 
Musayev,  İsmayıl  Səfa  kimi  ictimai-siysi  xadimlər, 
yazıçı, şair və filosoflar vardı. Adları sadalanan müəl-
liflərlə  bir  sırada  elə  imzalar  da  var  ki,  onlar  müasir 
azərbaycanlı  oxucusuna  ümumiyyətlə,  heç  nə  demir. 
Yaxud  çox  az  məlumdur.  Belə  müəlliflərin  sırasında 
məcmuə səhifələrində publisist məqalə və tərcümələri, 
şeir və hekayələri ilə ardıcıl çıxış edən Əhməd Kamal, 
Əhməd  Raiq,  Əliağa  Həsənzadə,  Əli  Rza  Krımzadə, 
Bəkir  Əməkdar,  Asan  (Həsən)  Səbri  Ayvazov  və 
başqalarının adlarını çəkmək mümkündür.  
Söhbətimiz sonuncu haqqında olacaq.  
Təbii ki, tanınmamaq anlayışı burada şərti xarakter 
daşıyır  və  daha  çox  günümüzün  Azərbaycan  ədəbiy-
yatşünaslığı və milli mətbuat tarixçiliyinin həmin şəx-
siyyətlərlə  maraqlanması  və  onların  irsini  tədqiq  et-
məsi  nöqteyi-nəzərindən  gerçək  görünə  bilər.  Çünki 
istər krımlı Asan Səbri Ayvazov, istərsə də İttihad və 
Tərəqqi hərəkatının tanınmış isimlərindən olan şair və 
qəzetçi Əhməd Kamal vətənlərində kifayət qədər məş-
hurdurlar. Əsərləri çap edilib, həyat və yaradıcılıqları 
barəsində  kitablar,  məqalələr  yazılıb,  milli  ədəbiyyat 
və  ictimai  fikir  qarşısındakı  xidmətlərinə  qiymət  ve-
rilib. Eyni zamanda, nisbətən səthi və ötəri şəkildə də 
olsa,  hər  ikisinin  Azərbaycanla  bağlılığı  məsələsinə 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə