Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə55/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   49   50   51   52   53   54   55   56   57

 
207 
Əhməd Kamalı hər kəsə tərcihən və təqdimən yanına 
çağırır, əlini öpdürür və dizinin dibində oturdurdu”
1

 Hacı Zeynalabdinin ölümü münasibəti ilə 1925-ci 
ildə  “İctihad”  məcmuəsində  minnətdarlıq  və  şükran 
dolu məqalə
2
 çap etdirən müəllim Mehmet Cövdət bu-
rada da “millət atasının” Türkiyədən dəvət olunan zi-
yalılara xoş münasibətini xatırlayaraq: “O vaxta qədər 
Bakı  ilə  İstanbul  arasında  heç  bir  nevi  münasibəti-
fikriyyə  və  elmiyyə  yoxdu.  Bu  münasibəti  ilk  dəfə 
vücuda  gətirən  Hüseynzadə  Əli  bəy,  fəqir  və  şair 
Əhməd Kamal bəydir. Hər üçümüzü də himayə edən 
mərhum Hacı idi”
3
 – yazmışdı. 
İstanbula  döndükdən  sonra  Əhməd  Kamal  həm 
Qafqazda,  həm  də  İstanbulda  yaşayan  azərbaycanlı-
lardan  eyni  diqqət  və  hörmət  görmüşdü.  Bakılı  tələ-
bələrin  Osmanlı  paytaxtında  nəşr  etdikləri  və  fəal 
müəlliflərindən birinin Məhəmməd Hadi olduğu “Mah-
tab”  məcmuəsi  onu  “türk  üdəbasının  ən  güzidələrin-
dən biri” kimi yüksək qiymətləndirmişdi. “Kafkasiya-
dakı nəşriyyati-intibah-pərvəranəsindən dolayı Rusiya 
hökuməti-zaliməsi tərəfindən” həbsə atılması türk bir-
liyi,  hürriyyət  və  istiqlal  uğrunda  mübarizənin  parlaq 
səhifəsi adlandırılmışdı
4
. Məcmuə “ustad” deyə müra-
ciət  etdiyi  Əhməd  Kamalı  türk  gəncliyinin  milli 
mücadiləni gələcəkdə daha da əzmlə davam etdirməsi 
                                                 
1
 Osman Ergin. Adıçəkilən əsəri, s. 100. 
2
 Muallim M.Cevdet. Sahibul-Hayrat Hacı Zeynalabdin Merhum. “İctihad”, 
1925, № 177, s. 3541-3547. 
3
 Osman Ergin. Adıçəkilən əsəri, s. 94. 
4
 Məhtab məcmuəsi, 25 iyul 1911-ci il, say 3. 


 
208 
üçün  baş  redaktor  olmağa,  artıq  Bakıdan  yaxşı  tanı-
dığı  azərbaycanlı  qələm  adamları  ilə  əlbir  çalışmağa 
çağırmışdı:  “İştə  biz  də  sizin  kibi  hürr  yaşamaq  isti-
yoruz. Və sizin kibi oradan-buradan kovuluyoruz. De-
mək,  məsləkən  sizə  doğru  bir  əlaqə  var.  İştə  bu  əla-
qəyə  istinadən  sizdən  rica  ediyoruz:  Məcmuəmizi 
təhti-himayənizə  alınız.  Bizim  baş  mühərririmiz  olu-
nuz”
1

Yalnız  aradan  iki  ay  keçəndən  sonra  Əhməd  Ka-
mal  daha  çox  yaşlılarla  gənclərin  yollarının  müxtə-
lifliyi,  birinin  keçmişə,  o  birinin  isə  gələcəyə  üz  tut-
ması  barədə  ümumi  sözlərdən  ibarət  yayğın  məktubu 
ilə  İstanbul  mühitində  özlərinə  rəhbər  axtaran  azər-
baycanlı gənclərin xahişini rədd etmişdi
2

Məlumdur  ki,  Əli  bəy  Hüseynzadə  1910-cu  ilin 
dekabrında  Bakı  ilə  həmişəlik  vidalaşıb  İstanbula 
köçmüşdü.  Düşünmək  olardı  ki,  bir  zamanlar  onun 
yardımı  ilə  müşküllərini  çözən,  Bakının  mətbuat, 
maarif aləmində özünə yer tutan Əhməd Kamal ustadı 
axtarıb tapacaq. Azərbaycanda gördüyü hörmət və eh-
tiramın  əvəzini  vətənində  çıxmağa  çalışacaq.  Amma 
əksi olmuşdu. Yenə də Əli bəy böyüklük göstərmişdi. 
Əhməd  Kamalın  “Bir  az  da  mən”  adlı  şeiri  çap 
olunanda Salonikdən 21 noyabr 1911-ci il tarixli kiçik 
bir  məktub  göndərib  müəllifə  təbrik  sözlərini  çatdır-
mışdı: “Bir az da mən”i kəmali-zövq və ləzzətlə oxu-
dum. Böylə “bir azlar” çoxaldıqca bir çox qeylü-qallar 
                                                 
1
 Məhtab məcmuəsi, 6 avqust 1911-ci il, say 5. 
2
 Orada, 15 avqust 1911-ci il, say 6. 


 
209 
həll  olunar”
1
.  Yaradıcılığına  eyni  diqqətli  və  həssas 
münasibəti nisbətən yaxın münasibət saxladığı Əhməd 
Ağaoğlundan da görmüşdü
2

Azərbaycanın başqa bir görkəmli şəxsiyyəti – Mə-
həmməd  Əmin  Rəsulzadə  də  Əhməd  Kamalın  milli 
mətbuatımız qarşısındakı xidmətini qədirşünaslıqla qiy-
mətləndirmişdi.  1922-ci  ildə  İstanbulda  nəşr  olunan 
“Azərbaycan  Cümhuriyyəti”  əsərindəki  aşağıdakı  sə-
tirlər  bunu  bir  daha  sübut  edir:  “Hüseynzadə  Əli  bəy 
tərəfindən  təsis  olunub  Əhməd  Kamal  bəy  kimi  jon 
türk  mühərrirlərin  təhrir  müavinəti  ilə  çıxan  ədəbi 
“Füyuzat”  məcmuəsi  Kafkasiya  mühitində  yeni  bir 
zövqi-ədəbi  tərbiyə  edir,  Azəri  Türkcəsinin  qərbləş-
məsinə şaik oluyordu”
3

Əhməd  Kamal  1911-ci  ilin  martında  tutulandan 
sonra Bayıl həbsxanasında “Müsavat” partiyasının qu-
rucularından biri, Məhəmməd Əminin yaxın silahdaşı 
Abbasqulu Kazımzadə ilə eyni kamerada saxlanmışdı. 
Və  təbii  ki,  özü  üçün  hər  cəhətdən  qeyri-adi,  göz-
lənilməz olan bu şəraitdə istər artıq bəlli bir təcrübəyə 
malik  Abbasqulu  bəyin,  istərsə  də  ətrafındakı  digər 
azərbaycanlıların  yardımlarından  faydalanmış,  daim 
qayğı və himayələrini hiss etmişdi.  
Düşünmək  olardı  ki,  həbsxanada  yaranan  dostluq 
(həm  də  hansısa  cinayətkar  ünsürlərlə  deyil,  əqidəsi 
uğrunda məhbəsə düşən insanlarla!) azadlığa çıxandan 
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 84. 
2
 Orada, s. 84, 250. 
3
  Resulzade  Mehmet  Emin.  Azerbaycan  Cümhuriyyeti.  “Türk  yılı”,  İstan-
bul, 1928, s. 503. 


 
210 
sonra da davam edəcək. Amma belə olmamışdı. Həm 
də  ən  qəribəsi  budur  ki,  etibarsızlıq  əslində  şükranlıq 
və  minnətdarlıq  bildirməli  tərəfdən  –  Əhməd  Kamal-
dan gəlmişdi. Əli bəyin nümunəsində gördüyümüz ki-
mi, İstanbula dönəndən sonra onu axtaran, soraqlayan 
yenə sədaqətli azərbaycanlı tanışı olmuşdu. Bunu Ba-
kıdan  “Tənin”  qəzeti  redaksiyasına  göndərilən  aşağı-
dakı  2  may  1912-ci  il  tarixli  məktub  da  sübut  edir. 
“Əfəndim  Əhməd  Kamal,  –  deyə  Abbasqulu  Kazım-
zadə yazırdı: – Dörd dəfə sizə məktub yazıb cavabını-
za nail olmamışam. İki dəfə məktubu “Tənin” qəzetə-
sinə göndərmişəm, sizə versinlər, əfəndim. Bizim həbs-
xanada  danışdıqlarımız  böyləmi  oldu,  əfəndim?  Hər 
halda yoldaşlarımız sizdən müəyyən vaxtlarda məktub 
almağa  müntəzir  olurlar.  Əcələ  məktub  yazın.  Sonra 
müfəssəl yazarız”
1

Ehtimal  etmək  olar  ki,  türk  qəzetçisi  dörd  divar 
arasında  saxlandığı  günlərdə  gənc  azərbaycanlı  siya-
sətçilərə özünün İstanbuldakı geniş əlaqələrindən, zən-
gin siyasi keçmişindən danışmış və yəqin hansısa əla-
qələrin  qurulması  ilə  bağlı  vədlər  vermişdi.  Əks-təq-
dirdə  həbsdən  çıxandan  sonra  Bakıda,  öz  evində  ya-
şayan  və  hər  hansı  bir  maddi  ehtiyacı,  yaxud  digər 
çətinliyi  olmayan  “Müsavat”  funksionerinin  Əhməd 
Kamalla  əlaqə  yaratmağa  çalışmasına başqa  izah tap-
maq mümkün deyil.  
Gətirdiyim  bu  misallar  istər  həyatının  Bakı  döv-
ründə,  istərsə  də  sonralar  həmvətənlərimizin  Əhməd 
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 84. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə