Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə27/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   23   24   25   26   27   28   29   30   ...   340

75 

 

biri  də  budur  ki,  "xolde-bərin"  ifadəsi  həmin  ibrətamiz  hadisənin 



[əbcəd  hesabı  ilə]  tarixidir.*  Bəli,  neysan  buludundan  düşən  yağış 

qətrəsi**  əgər  uca  asimandan  düşməyərək  sədəfin  köksündəki 

zülmətin məhbusu olmazsa, dünya şəhriyarlarının taclarındakı dürrə 

çevrilə  bilməz,  tikanın  cövrünü  çəkməyən  heç  bir  gül  iqtidarlı 

padşahların çalmasına (dəstar) sancılmaz. Sınaqdan çıxmış bu misal 

həqiqətə çevrildi, hümayün fal sahibi həzrət  Süleyman şanlı xaqan 

Əbülbəqa Şah İsmayıl Bahadır xan  kiçik yaşlarında ikən o  məlalla 

dolu  zindanda  Yusif  kimi  giriftar  oldu,  nəhayətdə  taxta  çıxdı,  az 

vaxt  müddətində  həşəmət  və  kamranlıq  qapılarını  dövlət 

övliyalarının üzünə açdı. Xülasə,  Mənsur bəy Pornak  fərmana tabe 

olub,  o  xilafət  dudmanının  övladlarına  qalada  yer  verdi,  əqidə  və 

sədaqəti  üzündən  həmin  ali  məqam  sahiblərinə  öz  ehtiramını 

göstərdi,  hər  məsələdə  onlarla  məsləhətləşməyi  vacib  bildi.  Ali 

gövhərli şahzadələr bir  müddət sədəf içərisindəki dürr kimi qalada 

qaldılar,  ruzigarın  təcrübəsindən  çıxdılar,  zəmanənin  pərvərişi  ilə 

böyüdülər.  Etdiyi  hörmətsizliyə  görə  Sultan  Yaqubun  həyat  ağacı 

əcəlin  gəlişi  ilə  yıxıldı,  Qarabağda  ikən  axirət  mənzilinə  yollandı. 

Tarix kitablarında yazılmışdır: Türkman əmirləri iki dəstəyə ayrıldı. 

Onların bir dəstəsi [Sultan Yaqubun] qardaşı Məsih Mirzənin, başqa 

dəstəsi  isə  oğlu  Baysunqur  Mirzənin  padşahlığını  istədi.  İş 

tərəflərarası hərblə nəticələndi və Baysunqur səltənət taxtına əyləşdi. 

Rüstəm Mirzə ibn Maqsud Mirzə ibn mərhum padşah Həsən bəy öz 

əmisinin  tərəfdarı  kimi  "Məsihçilər"  silkinə  mənsub  olmuşdu.  O, 

Məsih  Mirzənin  qətlindən  sonra  həbs  edilib  Ələnciq  qalasına 

göndərildi,  qala  kutvalı*  Qırıq(?)  Seydi  Əliyə  tapşırıldı. 

Baysunqurun  padşahlığından  bir  müddət  ötdü.  Əbih  Sultan** 

Ələnciqə  gedərək,  Qırıq  Seydini  hiyləgərliklə  özünə  müttəfiq  etdi, 

Rüstəm  Mirzəni  qaladan  çıxarıb  padşah  etmək  fikrinə  düşdü. 

Qarabağ  döyüşündə  məğlub  olan  adamlar  və  başqaları  onlara 

qoşulub  Təbrizə  getmək  və  Baysunqurla  hərb  etmək  niyyətinə 

düşdülər. Onlar Ərəşin*** kənarına gələrək orada dayandılar. Mirzə 

Rüstəm  fitnəsini  dəf  etməkdən  ötrü  Mirzə  Baysunqur  Təbrizdən 

çıxaraq  Mərəndə  çatdı.  Qaravuli**'*  etmək  üçün  göndərdiyi 

adamlar  ona  bifəfalıq  edib  Mirzə  Rüstəmə  birləşdilər.  Get-gedə 

bütün orduya təfriqə düşdü  və Mirzə Baysunqurun ordusu elə hala 

düşdü ki, o, ordunu bir yerə toplamaqdan aciz qaldı, zərurət üzündən 

padşahlıq  imtiyazlarından  keçib,  az  miqdar  xidmətçiləri  ilə  fərar 

vadisinə üz tutdu, Qaraca dağın Əhər yolu ilə Şirvana  getdi, dayısı 




76 

 

(xal) olan şirvanşaha birləşdi*. Mirzə Rüstəm isə dövlət başçılığına 



nail  olub  zəfərlə  Təbrizə  gəldi,  səltənət  taxtına  əyləşdi.  Türkman 

əmrlərinin hamısı itaət kəmərlərini bellərinə çəkdilər, Rüstəm qoşun 

və  rəiyyətin  işləri  ilə  məşğul  olmağa  başladı.  Amma,  şirvanşah  öz 

bacısı  oğlu  və  damadının  köməyinə  başlayıb  Mirzə  Baysunqurun 

səltənətinin  davamı  üçün  çalışırdı.  Mirzə  Rüstəm  isə  Mirzə 

Baysunqurun  işini  bitirmək  fikrinə  düşərək,  onun  dəf  olunması 

barədə  bayanduri"  əmir  və  dövlət  başçıları  ilə  məsləhətə  başladı. 

Nəhayət xeyrxah düşüncəli adamların məsləhətləri ilə o, qərara gəldi 

ki,  xilafət  asimanının  parlaq  ulduzlarını  (yəni,  həbsdəki  Səfəvi 

qardaşlarını - Ş.F.) Estəxr qalasından çıxarıb, sərvərlik və sərdarlığa 

tam  layiq  olan  Sultanəli  Mirzənin  şövkət  bayrağını  şahanə 

təmtəraqla  göyə ucaltsın, onu Baysunqur fitnəsinin dəfi və baba  və 

atasının  qanını  almaqdan  ötrü  Şirvana  yollasın.  Belə  ki,  Sultanəli 

Mirzənin  qalib  gələcəyi,  yaxud  məğlub  olacağının  [Rüstəm 

padşahdan ötrü] fərqi yoxdur və onun zahiri və batini istəyi [hər iki 

halda]  yerinə  yetəcəkdir.  Mirzə  Rüstəm  bundan  ötrü  zahirən 

möhtərəm  bibisinin  (əmmə)  özü  ilə  yaxınlığı,  qohumluğu  və  bu 

məsələdə  razılığından  istifadə  etdi  və  şahzadələrin  yanına 

gətirilmələri  hökmünü  verdi.  Səkkiz  yüz  doxsan  səkkizinci  ildə 

(miladi  1492),  Estəxr  qalasında  dörd  il  yarım  qaldıqdan  sonra 

Sultanəli  Mirzə  yola  düşüb,  izzət  və  cah-cəlalla  Təbrizə  çatdı, 

Rüstəm  Mirzə  o  həzrəti  öz  mehribanlıq  qucağına  çəkdi,  onu 

nəvazişləndirdi.  Özlərinin  şöhrətsizlik  (xəmul)  və  nakamlıq 

zaviyələrinə  sığınmış  olan  bu  müqəddəs  nişan  üzvləri  və  sadiq 

tərəfdarları (yekcəhətan) onun  yanına  gəlməyə başladılar  və həmin 

əqidəli  adamların  sayı  getdikcə  çoxaldı.  Bu  əsnada  Mirzə 

Baysunqurun  Şirvan  qoşunu  ilə  Azərbaycan  səmtinə  gəlmə  xəbəri 

əmirzadə  Rüstəmə  gəlib  çatdı  və  o,  Sultanəli  padşahı  Əbih 

Sultan***  və  bir  dəstə  turkman  əsgəri  ilə  birlikdə  Baysunqurun  və 

şirvanlıların  üzərinə  yolladı.  Onlar  Ərəs  çayı  kənarına  çatıb,  orada 

dayandılar. Hər iki tərəf çayda körpü (cəsr) çəkdi, amma, aralarında 

oxdan başqa get-gəl olmadı. Fəthin çöhrəsini görmək heç bir tərəfə 

qismət  ola  bilmirdi.  Tərəflər  burada  dayanmaqdan  təngə  gəldilər, 

Baysunqur  Şirvana,  Sultanəli  padşah  və  Əbih  Sultan  Təbrizə 

getdilər.  Bu  hadisələrin  baş  verdiyi  vaxt,  İsfahan  hakimi  Kosa 

(Kusə)  Hacı  Bayandur  əmirzadə  Rüstəmə  qarşı  üsyana  qalxdı, 

dövlət xütbəsini Baysunqurun adına oxudu. Bu məsələ Baysunqurun 

yenidən  Azərbaycana  qayıdışına  və  oraya  saysız-hesabsız  ləşkər 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə