Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə35/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   31   32   33   34   35   36   37   38   ...   340

98 

 

özbəklərin  zəbt  və  işğalı  altına  keçdi.  Əhali  arasında  "Şahi  bəy" 



kimi  tanınan  Məhəmməd  xan  Şeybani  Türküstan  qəzalarından 

başlayaraq İraqa qədər olan yerləri fəth etdi, onun əzəmət və iqtidar 

bayrağı zirvəyə (oyuq) ucaldı, qürur buxarı beyin qəsrini elə bürüdü 

ki, o, heç bir şövkətli ixtiyar sahibini saya salmadı  və fələyə ucalan 

şah  sarayının  xidmətkarları  ilə  xilaf  məqamına  gəldi.  Ölkolər  alan 

ordunun  ikinci  dəfə  Şirvana  tərəf  yürüşü  vaxtı  özünün  bir  dəstə 

əsgərini biyaban yolu ilə Kirman üzərinə yolladı və həmin vilayətdə 

onlar cürbəcür dağıntılar, qətl-qarət işləri törətdilər. Süleyman şanlı 

xaqan  buna  görə  də,  dövranın  bacarıqlı  (mostəed)  məşhurlarından 

Şeyxzadə Lahıcının başçılığı ilə özünün dilli-dilavər elçilərini iki-üç 

dəfə  onun  yanına  göndərdi,  onu  fitnəkarlığı  və  savaşı  tərk  etməyə 

çağırdı.  O,  isə  bəxtinin  dönüklüyündən  [şaha]  cavab  məktubunda 

xoşa gəlməz  mənasız (gəzaf) laf sözlər  yazıb fikrini belə izah etdi: 

"İslamın  Həccini  ürəyə  salmaq  fikri  o  qədər  də  nüfuzlu  (rosux) 

deyildir.  De  görək  harada  qarşılaşacağıq?".  Süleyman  şanlı  xaqan 

onun  məktubunun  cavabında  belə  yazdı:  "İmam  əl-cin  və  -l-ünsün 

("cinlər  və  adamlar  imamının",  yəni  İmam  Rzanın  -  Ş.F.)  nurlu 

qəbrini  ziyarət  etmək  fikri  bizim  qəlbimizdə  özünə  möhkəm  yer 

tutmuşdur.  Allah  qoysa,  görüş  yerimiz  müqəddəs  Məşhəddə 

olacaqdır". Doqquz  yüz on altıncı ildə (miladi 1510) şah Xərrəqan 

yaylağında  qalibiyyət  nişanlı  əsgərlərin  toplanması  barədə  əmr 

verdi,  güclü  niyyət  və  geniş  (fəsih)  istəklə  Xorasana  yürüş  etdi, 

Semnandan  keçərək,  Xorasan  vilayətinə  igidliklə  qədəm  basdı. 

Xorasan vilayətindəki özbək hakimləri duruş gətirməyib hər biri öz 

dövlətinin  mərkəzini  boş  qoyaraq  Heratda  yığışdı.  Həzarə* 

yürüşündən  qayıdıb,  Heratda  olan  Şahi  bəy  xan  Süleyman  şanlı 

xaqanın  cürət  və  qorxmazlığından  və  onun  qorxu  bilmədən 

Xorasana  gəlməyindən  bərk  qorxuya  düşüb,  fikir-xəyal  dəryasına 

qərq oldu. Süleyman şanlı xaqanın qorxusu onun qəlbində günbəgün 

çoxalmaqda  idi.  Zəfər  ayəli  ordunun  müqəddəs  Məşhəd  hüduduna 

gəlib-çatma  xəbərini  eşidən  [Məhəmməd  xan  Şeybani]  özündə  o 

həzrətlə  heç  bir  qarşılaşma  qərarı  tapa  bilmədi,  qohumu  olan 

Canvəfa Mirzəni Herat qalasında qoyub, özü Şahican Mərvinə tərəf 

hərəkət  etdi. Canvəfa Mirzə də  müqavimətə tab  gətirə bilməyərək, 

onun  ardınca  Mərvə  yollandı.  Süleyman  şanlı  xaqan  şadimanlıqla, 

asudə  ürəklə  və  xatircəmliklə  müqəddəs  Məşhədə    gəlib,    yeri  

mələk  aşiyanlı  Xorasan  sultanının (İmam Rzanın - Ş.F.) ziyarətinə 

getdi, dua etmə  mərasimini keçirdi, Kəbə  mərtəbəsi misalında olan 




99 

 

həmin məzar yerinin (ətəbə) seyid və mücavirlərini nəvazişlərə layiq 



gördü, o vəlilik və imamət sarayının sultanının müqəddəs ruhundan 

kömək  istəyib  Şahi  bəy  xanın  təqibincə  Mərvə  yollandı.  Müzəffər 

ləşkərinin  münqəlayındakı  (ordunun  ön  hissəsi  -  Ş.F.)  əzəmətli 

qazilər  elə  ki,  Mərvin  cəng  meydanına  çatdılar,  Canvəfa  Mirzə 

çoxlu ad-sanlı Özbək bahadırları ilə birlikdə onların qarşısına çıxdı, 

Mərvin  Tahirabad  adlı  yerində  aralarında  çətin  müharibə  başlandı. 

Qızılbaş  ləşkərinin  sərdarı  Danə  Məhəmmədin  o  hərb  zamanı 

öldürülməyinə  baxmayaraq,  Canvəfa  Mirzə  böyük  məğlubiyyətə 

uğradı, fərar etdi. Qızılbaş ləşkəri qala ayağınadək özbəkləri qovub, 

onların böyük hissəsini həlak etdi. Bu hadisə baş verən  vaxt xaqan 

özünün  hümayun  fallı  çadırım  Mərvin  kənarında  tərk  edərək  gəldi 

və  öz  bargahını  qalanın  qarşısında  qurdu.  Şahi  bəy  xan  bu 

məsələdən  bərk  qorxuya  düşüb,  Mərv  qalasına  sığındı,  şəhər  və 

qalanın 


mühafizəsini 

gücləndirdi, 

Mavərənnəhrə 

adamlar 


göndərərək,  özbək  tayfa  sultanlarının  çağırılması  haqqında  fərman 

verdi.  Tərəflər  arasında  hər  gün  döyüşlər  gedir,  hər  iki  tərəfdən 

adamlar  qırılırdı.  Bu  minvalla  bir  neçə  gün  ötsə  də,    fəth  

görsənmədi.    Dost-düşmənlə  üzbəüz    döyüşməyi  qala  ayağında 

dayanıb  döyüşməkdən  üstün  bilən  Süleyman  şanlı  xaqan  istədi  ki, 

Şahi  bəy  xanı  şirdən  qaçıb  deşiyə  girən  tülkü  kimi  oradan  eşiyə 

çıxarsın.  Buna  görə  də  köçmə  təbilini  çalaraq  qala  ayağından 

çəkildi, Məhəmməd xana bir  məktub  göndərdi:  "Sən  mənimlə  İraq 

və  Azərbaycanda  döyüşməyi  vəd  etsən  də,  sözünə  əməl  etmədin. 

Biz  isə  öz  vədimizə  sadiq  qalıb,  Xorasana  gəldik.  Sən  orada  da 

bizim  qarşımıza  çıxmadın.  Hazırda  Azərbaycanda  baş  verən  bəzi 

hadisələr səbəbindən geri qayıtmağımız vacib olmuşdur ki, biz buna 

görə  buradan  gedirik.  Siz  haçan  döyüşə  hazır  olsanız  və  Allah 

istərsə,  bizim  görüşümüz  baş  tuta  bilər".  Şahi  bəy  xan  Süleyman 

şanlı xaqanın geriyə qayıdışını acizlik əlaməti kimi düşündü, istədi 

ki,  fərar  edib  qalaya  sığınmaqla  özünü  bir  müddət  qızılbaş 

qoşununun hücumundan xilas edə bilmək arından təmizləsin. Buna 

görə  də  o  vaxt  yanında  olan  otuz  min  nəfər  özbək  döyüşçüləri, 

məşhur  əmirləri  və  sərdarları  ilə  şəhərdən  çıxdı.  Verilən  fərmana 

görə üç yüz nəfərlə ləşkərin arxasında olan Əmir xan Mosullu özbək 

döyüşçülərinin  qaladan  çıxdıqlarını  müşahidə  edib,  hümayun 

xaqanın  işarəsi  ilə  fərar  etdi  və  gəlib  müzəffər  orduya  qoşuldu. 

Məhəmməd  xan  [Şeybani]  fərarı  qızılbaş  ləşkərinin  zəifliyi  kimi 

anlayıb  onları  izləməyə  ürəkləndi.  Xanın  hücumundan  xəbər  tutan 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə