Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


ÜBEYD XANIN XORASANA İKİNCİ GƏLİŞİ



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə43/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   39   40   41   42   43   44   45   46   ...   340

121 

 

ÜBEYD XANIN XORASANA İKİNCİ GƏLİŞİ 



 

Doqquz  yüz  otuz  birinci  ilə  (miladi  1525)  müvafiq  gələn 

ertəsi  il  Durmuş  xan  vəfat  etdi,  təkəlilər  və  ustaclılar  arasındakı 

cəngdə  isə  müqəddəs  Məşhədin  hakimi  Burun  Sultan  Təkəli  qətlə 

yetirildi.  Bu  xəbərlər  Məşhədə  gəlib  çatdıqda,  Xorasana  pərişanlıq 

yol  tapdı.  Artıq  orada  düşmənlərlə  vuruşa  biləcək  bircə  sərdar  da 

qalmamışdı. Ali orduda isə dərgah əmirləri arasında savaş başlandı 

və qətllərlə nəticələndi. Bu xəbər Mavərənnəhrə çatdıqda, Xorasan 

mülkünün  məftunu  (şifte)  olan  Übeyd  xan  heç  vəchlə  oradan  əlini 

üzmək istəmədi. Aşağıdakı beytlər onun mövzun təbinin nəticəsidir: 

 

Beytlər 

 

Yenə də can həvəse-mülke-Xorasanə düşüb,  

Bədənimdə yox ikən can təzədən canə düşüb.  

Dəmi-Ruhullah olubdur Xorasanın küləyi,  

Küləyin meyli də sanki Poli-Malanə

118


 düşüb.

119


 

 

[Buna görə də o,] fürsəti qənimət bilərək  yenidən  vilayəti 



fəth etməkdən ötrü belinə himmət kəməri bağladı, doqquz yüz otuz 

ikinci ildə (miladi 1526)  "Cəharcu"  ("Dörd  arx"  - Ş.F.)  keçidindən 

keçib  Mərvə  gəldi,  oradansa  özbək  sultanları  və  bahadırları  ilə 

birlikdə  gəlib  müqəddəs  Məşhədə  çatdı,  həmin  şərafətli  şəhəri 

mühasirəyə  aldı.  [O  zaman]  Burun  Sultanın  ev  əmlakı  (xanəköç) 

şəhərdə qalmışdı. Qəribə işdir ki, qızılbaş qaziləri bir yerə toplaşmış, 

bir  müddət  oranı  qorumaqla  məşğul  olmuş,  mərdanəlik 

göstərmişdilər.  [Amma]  azuqə  qıtlığından  mühasirəyə  alınan 

adamlar  artıq  cana  doymuşdular.  Vəziyyət  pisləşmişdi  və  heç 

yandan  imdad  nəsimi  əsmirdi.  Übeyd  xan  o  şəhəri  alıb,  özünün 

etibarlı bir adamını orada saxlayaraq,  Astrabada  rəvan oldu. Oraya 

çatdıqda Astrabad hakimi olan  Zeynalxan Şamlı  bir dəstə sınaqdan 

çıxmış  və  təcrübəli  adamı  qarovul  (kəşfiyyatçı  -  Ş.F)  kimi  onun 

                                                           

118

  Pole-Malan Heratın böyük körpülərindən biridir - Ş.F. 



119

 Beytlərin farscası:  

Baz canəm həvəse-molke-Xorasan darəd,  

Təne-bicanşodeye-mən həvəse-can darəd.  

Ruhbəxşəst şemaləş ço dəme-Ruhullah  

Məgər u niz həvaye-Pole-Malan darəd?  




122 

 

önünə yolladı. Qorçilər və onlardan zəif özbək qarovulları arasında 



bərk  döyüş  baş  verdi.  Qızılbaş  döyüşçüləri  müxalif  dəstənin 

qələbəsini müşahidə edib fərara başladıdar,  "dözülməz  vəziyyətdən 

qaçmaq lazımdır"

120


 [ifadəsinə uyğun olaraq] dörd fərsəng (24 km - 

Ş.F.) yolda cəng edə-edə geri qayıtdılar. 

Zeynal  xan  və  qazilər  xanəköçlərini  götürərək,  Rey 

vilayətinə gəldilər, Übeyd xan [isə] Astrabadı oğlu  Əbdüləziz xana 

verdi, özü Bəlxə tərəf getdi. Özbəklərin tüğyanı və onların Astrabad 

vilayətini istila etmələri xəbəri fələk ehtişamlı orduya yetişəndə Əxi 

Sultan  Təkəli,  Ağzıvar  xanın  atası  Dəmri  Sultan  Şamlı  və  Şahəli 

Sultan  Ustaclını  bir  dəstə  qızılbaşla  Zeynal  xanın  köməyinə 

yolladılar.  Onlar  Reydə  birləşərək  Astrabada  üz  tutdular. 

Qızılbaşlara  müqavimət  gücü  olmyan  Əbdüləziz  xan  Astrabaddan 

çıxdı  və  gedib  atasına  qoşuldu,  əzəmətli  əmirlərsə  şəhərə  daxil 

oldular.  Qeyrət  tüstüsü  beyin  qəsrini  tərk  edən  [motəsaed]  Übeyd 

xan  Bostama  tərəf  qayıtdı.  Əxi  Sultan,  Domri  Sultan  və  Şahəli 

Sultan  [isə]  münqəlay  dəstəsi  kimi  Astrabaddan  çıxdılar,  Bəstam 

çəmənində  Übeyd  xanın  hücumuna  düçar  oldular.  Qızılbaş 

döyüşçülərinin  sayı  üç  min  nəfər  olmazdı,  özbək  ləşkərində  isə 

iyirmi  mindən  çox  əsgər  vardı.  O  az  dəstənin,  ağır  qoşunu  olan 

özbək padşahı ilə döyüşməyi ağıl qanunundan kənar bir hərəkət idi, 

amma  özbəklərin  onları  haxladıqlarına  görə  əmirlər  hərbdən  başqa 

çarə  görməyərək,  zərurət  üzündən  döyüş  səfi  bəzədilər,  onların 

arasında  bərk  döyüş  başlandı.  Həqiqətən  də,  o  gün  qorxubilməz 

dilavərlər  həmin  qorxulu  meydanda  elə  vuruşdular  ki,  zəmanənin 

heyrət  barmağı  təəccüb  dişində  qaldı.  Elə  indi  də  özbəklərlə  olan 

Bəstam  cəngi  hamının  dilindən  düşə  bilmir.  Əxi  Sultan  özünü 

dəfələrlə  Übeyd  xan  ordusunun  qəlb  hissəsinə  vurdu,  amma  bu 

qəlbin darmadağın olmasına az qalmış qol hissə bahadırları yetişib 

vuruşmağa  başladılar.  Əxi  Sultan  təkəli  mübarizlərinin  əksəriyyəti 

ilə birlikdə atılan oxlara tuş gəlib yerə sərildi, qələbə Übeydin oldu. 

Dəmri Sultan ələ keçirilib öldürüldü. 

Zeynal  xan,  bu  xəbər  çatan  kimi  şəhərdə  qala  bilməyərək 

Firuzkuha  getdi.  Übeyd  xan  isə  Astrabadı  özbəklərin  məşhur 

əmirlərindən  olan  Turmuş  xana  verib  Herata  rəvan  oldu,  hər  yanı 

özünün  rəhmsiz  adamlarıyla  doldurdu  və  o  ili  Guryanda  qışladı. 

                                                           

120

 İfadənin ərəbcəsi: "Nitaq-əl-fərar mimmə lə yutaqu" 




123 

 

Doqquz  yüz  otuz  dördüncü  ilə  (miladi  1528)  bərabər  olan  ertəsi 



ildəsə o, Herat qalasına hücuma keçdi. 

Qardaşı Durmuş xanın vəfatından sonra Herat hakimi olan 

Hüseyn 

xan 


Şamlı  qalanın  təmirinə  və  bürc-barılarının 

möhkəmləndirmə  işlərinə  başlayıb,  qaladarlıq  silahları  hazırladı, 

tərəflər  arasında dəfələrlə  mərdanə döyüşlər baş  verdi  və  mühasirə 

yeddi ay çəkdi. [Nəticədə] qaladakı ehtiyat azuqə tamamilə tükəndi. 

Hüseyn  xan  şəhərin  qalada  olan  bütün  rəiyyətini  oradan  çıxardı, 

qazilər bir neçə  gün onların azuqələri ilə dolandılar. Elə bu əsnada 

özbəklər  arasında  Zeynal  xanın  qətli  xəbəri  yayıldı.  Xan 

Damğanda* Səbzvar** hakimi Çəgurkə (Çəyirtkə ? - Ş.F.) Sultanla 

birlikdə  Turmuş  bahadıra  hücum  edərək  döyüşmüş  və  İlahinin 

əmriylə, məğub olmağa başlayan Turmuş [birdən-birə] qalib gəlmiş, 

Zeynal  xan  və  Çəgurkə  Sultan  qətlə  yetirilmişdilər.  Bu  hadisədən 

fərəhlənən  Übeyd  xan  elə  həmin  gün  özünün  əmirülümərası  olan 

Yari bəy ibn Canvəfa Mirzənin təhrikiylə böyük hücuma başlayaraq

hər  tərəfdən  qalaya  yürüşə  keçdi.  Şamlı  qaziləri  özbəklərin 

həmlələrini  igidlik  və  mərdanəlik  pəncələri  ilə  dəf  edərək  qala 

yaxınlığındakı  çoxlu  adamı  ölüm  torpağına  yıxdılar.  Yari  bəyə  bir 

güllə dəydi və məchul bir tüfəngçi onun başını kəsib, Hüseyn xanın 

yanına gətirdi. Yarinin öldürülməsindən olduqca kədərlənən Übeyd 

xan  öz  şadlığını  qəm  və  ələmlə  əvəz  etdi.  O,  bunu  da  bildi  ki,  nə 

qədər  çalışsa  da  Heratın  fəthi  müyəssər  olmayacaqdır.  Bu 

hadisələrin  baş  verdiyi  vaxt  ona  ayəsi  qələbə  olan  şah  ordusunun 

Xorasana  yürüşü,  Turmuş  bahadırın  müzəffər  qoşunun  münqəlay 

hissəsi  ilə  döyüşü  və  Turmuşun  öldürülməsi  xəbəri  də  gəlib  çatdı, 

bol  ələm  və  sonsuz  qəm  ilə  "Pole-Malan”dan  keçərək  Buxara 

yolunu önə tutdu ki, orada çingiziyyə xanlarından kömək xahiş etsin 

və təzədən Xorasan mülkünə vəlvələ salsın. 

 

 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə