Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə51/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   47   48   49   50   51   52   53   54   ...   340

145 

 

dəryasının  içərisinə  ataraq  elə  vuruşdular  ki,  fələkdən  bu  cəngə 



nəzər yetirənlər bu adamlara təəccüb və heyrət gözləri ilə baxırdılar. 

Übeyd  qələbənin  qızılbaş  qoşunu  tərəfindən  ola  biləcəyi 

qorxusundan  özü  ləşkərin  qəlb  hissəsi  ilə  hərəkətə  başladı,  ağır 

dəstəsi ilə özünü qızılbaş səfinə vurdu. Qazilər bacardıqları qədər və 

qüvvələri  çatınca  özbək  bahadırların  hücumlarını  dəf  edirdilər, 

nəhayət  müqavimət  göstərməkdən  aciz  qalaraq  fərar  yoluna 

düşdülər.  Sufyan  Xəlifə  təzə  bir  divanəliyə  başlayıb  özünü 

yanındakı  bir  neçə  nəfər  qazi  ilə  döyüş  meydanının  yaxınlığında 

olan xaraba bir qalaya (hisar) saldı, silah-sürsatsız halda mühasirəyə 

düşdü. Übeyd xan isə gəlib qala ayağında dayandı. 

Qazilər otuz beş gün at əti ilə birtəhər dolanaraq özbəklərə 

müqavimət  göstərdilər.  Özbəklər  isə  şeybələrini

135

  qabağa  çəkib, 



torpaq dolu çuvalları üst-üstə yığdılar  və nəhayət o qalanı tutdular, 

Sufyan  Xəlifəni  tutub  qətlə  yetirdilər.  "Əhsənüt-təvarix"  müəllifi 

yazır: "Xorasanda hakimiyyətdə olduğu az vaxt müddətində Süfyan 

Xəlifə dörd min yeddi yüz nəfər özbəyi qətlə yetirmişdi". 

Xülasə,  bu  xəbər  Herata  çatdıqda  Xəlifənin  vəkili  Xızr 

Çələbi  qızılbaşlarla  birlikdə  şəhərdəydilər.  Onlar  şəhərin  və  ətraf 

yerlərin  adamlarını  qaladarlıq  silahları  hazırlığına  başlamağa 

çağırdılar.  Bu  tapşırıqla  şəhər  ətrafındakı  yerlərin  sakinləri 

razılaşmadılar.  Onlar  Xızr  Çələbi  və  adamlarının  zülmündən  cana 

doyduqları  üçün  şəhərlilərlə  ixtilafa  başladılar,  Übeyd  xanı  şəhərə 

dəvət etmək üçün  məxfi surətdə (48) onun yanını adam  yolladılar. 

Xan şəhər xaricinə çataraq, mühasirə işinə başladı. Qazilər və şəhər 

sakinləri  olduqca  nizam-intizamsız  halda  əlli  günədək  Übeyd  xana 

müqavimət göstərib şəhəri qorudular. Axırda şəhər əyanlarından biri 

Übeyd  xanın  yalan  vədlərinə  inadıb,  bir  gecə  özünün  qoruduğu 

bürcdən üç yüz özbəyi yuxarı çəkdi və özbəklər şəhərə tökülüşdülər. 

Çoxlu  döyüşdən  və  səylərdən  sonra  qazilər  məğlub  olaraq, 

İxtiyarəddin  qalasına  qaçdılar,  özbəklərsə  o  fəxarətli  şəhəri  ələ 

keçirdilər.  Əhali  arasına  bəla  tufanı  düşdü  və  özbəklər 

müsəlmanların mallarına əl uzadaraq, onların xəzinə və dəfinələrini 

işgəncə və zorla əllərindən aldılar. Übeyd xan qalaya adam göndərib 

                                                           

135

    Qeyd:  Seybə  -  Döyüşçülərin  mühasirəyə  aldıqları  qalanı  tutmaqdan  ötrü  qala 



istiqamətinə qazdıqları dərin  xandaq. Onlar  xandaqdan çıxan torpağı, özlərinin qarşı 

tərəfdən atılan oxa, ya qülləyə tuş olmamalarından ötrü, çuvallara doldurur və xandaq 

qalaya çatanadək çuvalları irəli aprırdılar - Ş.F. 



146 

 

onlarla belə şərtləşdi:  "Əgər Xızr Çələbi Sufyan Xəlifənin  varlı  və 



yoxsul  adamlardan  (xacəgan)  yığdığı  var-dövləti  gətirib  təhvil 

verərsə,  o  və  yoldaşları  qətl-qarətdən  uzaq  olacaqlar".  Əhd-

peymandan  sonra  qazilər  qaladan  çıxdılar.  Özbəklərsə  onları  lüt-

üryan  edərək  Buxaraya  rəvan  etdilər,  amma  elə  yoldaca  qətlə 

yetirdilər. Übeyd xan özbəklərə bundan sonra qətl və qarəti qadağan 

etdi  və  məmləkətdarlıq  işlərinə  başladı.  O,  on  dörd  ay  Herat 

darüssəltənəsində  hakimiyyət  taxtında  əyləşərək  kam  almaqdaydı, 

lakin hər gün bir neçə günahsız adamı rəfz və şiəlikdə ittiham edib 

iki  nəfər  cahil  və  nadan  adamın  şahidliyi  ilə  şəhərin  dörd  yol 

ayrıcında (çəharsovq) qətlə yetirirdi. 

 

Şah Təhmasibin Übeyd xanı dəf etmək üçün Xorasana gəlişi: 

 

O



 

zalım adamm zülmü günbəgün artır, qəlbisınıq adamların 

ah-nalələri  və  haqsız  öldürülənlərin  varislərinin  fəryadı  göyə   

ucalırdı.  Bu  xəbərlər  nəhayət  Azərbaycanda  Cəm  məqamlı  şaha 

gedib-çatdı və o, özbəklərin dəf edilməsi qərarına gəldi. Doqquz yüz 

qırx  üçüncü  ildə  (miladi  1536)  adlı-sanlı  əmirlər  və  şüarları  zəfər 

olan  əskərlərlə  yola  düşdü,  [qızılbaşlar]  köç-köç  rəvan  oldular.  Bu 

elə bir  vaxt idi ki, Übeyd xan o  vaxtadək qızılbaşların əlində olan 

müqəddəs  Məşhədi  almaqdan  ötrü  Heratdan  çıxmış  və  məqsəd 

istiqamətinə yollanmışdı. 

 

Übeyd xanın Heratdan fərar etməsi: 

 

Şah  ordusunun  gəlişi  xəbəri  həmin  diyarda  eşidilməyə  



başlayanda, Übeyd xan Baxərzdə idi, eşitdi ki, həzrət şah artıq Nisa 

və  Əbivərdə  gəlib  çatmış  və  tezliklə  onun  hümayun  qəməri  Herat 

darüssəltənəsinin üfüqündə parlayacaqdır. 

Übeyd  xan  elə  həmin  gün  Baxərzdən  Herata  qayıtdı, 

həmrahı olan böyüklü-kiçikli bütün çingiziyyə sultanlarını bir yerə 

topladı,  kənqaş  məclisi  çağırdı,  getmək  ya  qalmaq  barədə  onlarla 

məsləhətləşdi,  belə  dedi:  "Qızılbaşlar  bu  qış  fəslində  səfər 

məşəqqətinə  dözə-dözə  uzaq  yoldan  gəlmişlər  və  bərk  əziyyət 

çəkmişlər.  Biz  say  etibarilə  onlardan  çox  və  üstünük.  Əgər 

döyüşsək,  etimal  ki,  bu  dəfə  onlara  qalib  gələ  bilərik".  Özbək 

sultanlarının və böyük adamlarının hamısı birlikdə dedilər ki, bizim 

həzrət  şahla  hərb  etmək  taqətimiz  yoxdur.  Bu  haqda  Übeyd  xanın 




147 

 

çox  danışmağına  baxmayaraq  irəli  sürdüyü  təklif  keçmədi,  zərurət 



üzündən qışın ortasında, günəşin dəlv bürcündə* olduğu vaxt giryan 

və  nalan  halda  Pole-Malan  ilə  vidalaşdı,  Bəlx  yoluyla  Buxaraya 

yollandı,  dünya  xosrovunun  günəş  şüalarının  kölgəsi  isə  Herat 

sakinlərinin  üzərinə  düşdü.  Şah  gələrək,  əzəmət  və  cah-cəlalla  o 

irəm  (cənnət  -  Ş.F.)  timsallı  şəhərdə  dayandı.  Ölkənin  məlal  və 

çarəsizliyə qərq olmuş biçarə adamları onun ədalət  və cahanbanlıq 

kölgəsi  altında  aram  oldular,  özbək  hücumuna  dözməkdən 

qurtuldular. 



 

Şah Təhmasibin Qəndəharı tutmaqdan ötrü yürüşə başlaması 

 

Sam Mirzə Təbəsə gedərək orada qalaya    sığındığı üsün, 



Şahqulu  Xəlifə  Möhrdar  Zülqədər  ədalətli  şəhriyarın  fərmanına 

əməl  edərək,  bəzi  əmirlərlə  oraya  getdi  və  onu  tutub  aləmpənah 

dərgaha  gətirdi.  Sam  Mirzə  şahın  yanında  öz  xəcalət  başını  aşağı 

dikib  gözlərindən  peşimanlıq  yaşları  yağdırmağa  başladı.  Həzrət 

Cəm  məqamlı  cənnətməkan  şah  onun  taxsırlarını  padşahanə  əfv 

etdisə də, bəzi mülazimlər, fitnə küləyi və fəsad sahibi olduğu üçün, 

onu  qətl  etdilər,  Xorasan  hakimliyi  cavanbəxt  şahzadə  Sultan 

Məhəmməd Mirzəyə  verildi, Məhəmmədxan Şərəfəddinoğlu Təkəli 

onun lələsi və əmirül ümərası oldu. 

Qış  fəsli  sona  çatdığı  üçün  ürəkaçan  bahar  öz  təravəti  və 

yaşıllığı  ilə  cilvələndi.  Şam  Mirzənin,  xilaf  səhrasına  düşərək, 

özbaşına  Qəndəhara  gedib  bir  iş  görə  bilmədiyinə  baxmayaraq, 

qardaşına görə o həzrətin üzündə qeyrət (həmiyyət) təri görünməyə 

başladı.    [Şah]  qızılbaşlarla  cəngdə  qorxmazlıq  nümayiş  etdirmiş 

cığatay əskərlərinə qarşı intiqam məqamında dayandı, Qəndəhara və 

Zəmindəvarə  yürüşə  keçdi,  Hirmənd*  çayı  kənarında  Əmir  Sultan 

Rumlunu çoxlu əskərlə irəli göndərdi. Qəndəhar hakimi Xacə Kəlan 

hümayun  şəhriyarın  hücumundan  xəbərdar  olduqda,  onun  səbat 

kökü  əsməyə  başladı,  öz  qohumlarından  olan  Gənci  Xacə  adlı  bir 

adamı  qalada  saxladı  və  özü  Sində  tərəf  getdi.  Başı  fələyə  ucalan 

hümayun  şah  çətirinin  günəşi  Qəndəhar  diyarının  üfüqündə 

göründükdə,  Gənci  Xacə  şahənşahın  hücum  qorxusundan  (nəhib) 

itaət və tabeçilikdən başqa çarə tapmayıb, cahanpənah dərgaha gəldi 

və şəhərlə qalanın açarlarını şah     sarayının xidmətçilərinə təhvil 

verdi.  Həzrət  şah  o  vilayətin  idarə  olunmasını  Budaq  xan  Qaraca 

tapşıraraq, yürüş cilovunu zəfərlə Herat səmtinə döndərdi. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə