Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə50/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   46   47   48   49   50   51   52   53   ...   340

142 

 

özünümüdafiəyə  və  qaladarlığa  başladı,  onların  arasında  həngamə, 



döyüş,  mərəkə, hərb  və qətl bir neçə ay davam etdi, qala xaricində 

onların  arzu  əlləri  içəridəkilərin  məqsud  ətəyinə  çatmadı.  Mirzə 

Kamran  Lahurda  iyirmi  min  nəfər  döyüşçü  toplayaraq  Qəndəhara-

mühasirədə  olanların  köməyinə  gəldi.  Sam  Mirzə  və  Ağzıvar  xan 

Mirzə Kamranın yaxınlaşdığını görüb, qala ayağından bir-iki mənzil 

geriyə çəkildilər. Mirzə Kamrana məlum oldu ki, ali nəsəbli şahzadə 

şahdan icazəsiz Qəndəhar qalasının fəthinə gəlmişdir. Buna gönə də

onlarla  hərb  etmək  fikrinə  düşərək,  hərb  meydanına  yollandı.  Sam 

Mirzə  və  Ağzıvar  xan  yanlarındakı  iki-üç  min  adamla  Mirzə 

Kamranın  önündə  döyüş  səfi  bəzədilər  və  onların  arasında  qızğın 

döyüş  başlandı.  Qızılbaşlar  igidlik  və  mərdanəliklə  cığatay 

qoşununun  bərəngar  və  cəvangarını  (şağ  və sol qol) tarmar  etdilər. 

Vuruş  əsnasında  Ağzıvar  xanın  atının  ayağı  bir  çökəyə  düşdü,  atı 

kəlləsi  üstə  yıxıldı  və  Ağzıvar  xan  da  yerə  sərildi.  Cığatay 

qoşunundan bir şəxs vaxtlı-vaxtında özünü ona yetirərək tutdu, onun 

Ağzıvar olduğunu bilən kimi dərhal qətlə yetirdilər. Cığatay ləşkəri 

ürəkləndi,  qızılbaşlarsa  əldən  düşdülər.  Buna  görə  də  Sam  Mirzə 

hərbdən  çəkilib  Gərmsirə  tərəf  gəldi,  etdiyi  əməldən  peşman  olub, 

orada onu Cəm məqamlı şaha qarşı müxalif olmağa təhrik etmiş bir 

neçə  fitnəkar  adamı  qətl  etdi,  başlarını  cahanpənah  dərgaha 

yollayaraq, etdiyi günahın əfvini şahdan xahiş etdi. 

Sam  Mirzə  qoşununun  pozulması  (extelal)  və  Ağzıvar 

xanın  qətli  Buxarada  Übeyd  xana  çatan  kimi,  əvvəlcə,  Seyyidəm 

Mirzəni  bəzi  özbək  əmirləri  və  beş-altı  min  döyüşçü  ilə  Xorasana 

hücuma göndərdi. Seyyidəm Mirzə dörd-beş yüz döyüşçü ilə Cam, 

başqa döyüşçülərsə özbək sərdarları ilə Xaf istiqamətinə yollandılar. 

Müqəddəs  Məşhədin  hakimi  Sufyan  Xəlifə  Rumlu  ağır  qoşunla 

Seyyidəm Mirzənin dəfinə getdi və Camda iki dəstə arasında güclü 

döyüş  oldu.  Özbəklər  məğlub  edildilər.  Sufyan  Xəlifə  onların 

məğlubiyyəti  və  fərarından  sonra  Xafa  gələn  özbəklərin  üzərinə 

hücuma keçdi, onları da məğlubiyyətə uğratdı. 

[Beləliklə] çoxlu özbək qətlə yetirildi. Kəskən Qara Sultan 

ibn  Canı  bəy  Sultan  tərəfindən  Ğorcestanda  hakim  olan  Bayram 

Oğlan  yürüşlə  Herata  gəldi.  Sam  Mirzə  və  Ağzıvar  xan  tərəfindən 

Heratın müdafiəsi üçün şəhərdə saxlanılan həştad yaşlı Xəlifə Sultan 

Şamlı  şəhər  sakinlərini  və  ətrafa  səpələnmiş  döyüşçüləri  başına 

yığaraq özbəklərin qarşısına cumdu. 

 



143 

 

Xəlifə Sultan Şamlınun öldürülməsi: 

 

Onlar on fərsəxə qədər yol getdikdən sonra gəlib özbəklərə 



çatdılar və aralarında döyüş başlandı. Əksəriyyəti taciklərdən (tazik) 

və  hərcayı  adamlardan  ibarət  olan  və  sərdarla  da  bir  o  qədər  də 

hesablaşmayan  Herat  ləşkəri  heç  bir  iş  edə  bilməyib  məğlub  oldu. 

Təhlükəli vaxtda sağ-salamat aradan çıxmaq imkanı olmayan Xəlifə 

Sultanı  qətlə  yetirdilər.  Qalan  adamlarsa  qaçmağı  qənimət  bilərək, 

şəhərə gəldilər. Bol qənimət ələ keçirən Bayram Oğlan oradan geri 

qayıtdı.  Heratda  qalan  qızılbaşlar,  şəhər  sahibsiz  qaldığı  üçün, 

çöldəki  adamların  məsləhəti  ilə  özbəklərin  qorxusundan  müqəddəs 

Məşhədə adam  göndərib, Sufyan Xəlifəni  Herata çağırdılar. Xəlifə 

oğlunu  müqəddəs  Məşhəddə  qoyaraq,  özü  Herata  gəldi.  Sufyan 

Xəlifə şücaətli, igid, mərdanə və bu müqəddəs sülalənin xalis  sufisi 

idi.  Amma  təbiətində  cünunluq  vardı  və  onun  xasiyyətində 

divanələrə xas bir çox xüsusiyyətlər  görünürdü. Bəzi ağıllı adamlar 

onu  əbləh  kimi  tanıyırdılar.  O,  Heratda  bir  dəstə  şərəşur  adamın 

sözləriylə  əhalinin  üzünə  cövr  və  zülm  qapılarını  açdı,  kömək 

(estesfa)  və  xahiş  qapılarını  isə  bağladı.  Azacıq  varlı  olan  hər  bir 

şəhərli,  yaxud  ətraf  yerlərin  təbəəsi  onun  müsadirə  və  cəzasına 

giriftar  oldular.  Cünunluğunun  çoxluğundan  hiyləgərcəsinə  və 

əbləhliklə  söyləyirdi:  "Dünən  on  iki  imam  əleyhüssəlam  həzrətləri 

mənə  dedilər  ki,  filan  şəxsdən  bir  məbləğ  pul  al,  qazilərə  ver  və 

düşmənlərimizi  dəf  et.  İmam  hökmünə  əməl  etməkdən  başqa  çarə 

yoxdur". Onu şəhərə hakim vəzifəsinə gətirmiş dostlarına isə hökm 

edərək, məclisdə ağlaya-ağlaya belə söyləyirdi: "Hərçənd ki, həzrət 

imamlardan  filan  şəxsin  mənim  dostum  olduğu  üçün  ondan  pul 

alınmamasını xahiş etdim, razılaşmayıb dedilər ki, imamların sözləri 

birdir və dəyişilməzdir". 

 

Übeyd xanın müqəddəs Məşhədi mühasirə etməsi: 

 

Xülasə,  o  belə  hiyləgərlik  və  cünunluqla  xeyli  qızıl  (zər) 



yığdı. Camaat onun zülmündən cana doymuşdu. Bu əsnada Übeyd 

xan çoxlu döyüşçü ilə Amu çayından keçərək doqquz yüz qırx ikinci 

ildə  (miladi  1535/36)  müqəddəs  Məşhədin  yaxınlığına  çatdı,  o 

şərafətli  şəhərin  mühasirəsinə  başladı.  Sufyan  Xəlifənin  adamları 

Məşhəd  əhalisi  ilə  şəhərin  bürc  və  barılarını  möhkəmlədib, 

mərdanəliklə  qorunurdular.  Özbəklərin  qalanı  tutmaqdan  ötrü 




144 

 

etdikləri böyük səylərə baxmayaraq, bunun nəticəsi az oldu və onlar 



şəhərə girə bilmədilər. Məşhədin mühasirəsindən agah olan Sufyan 

Xəlifə  öz  adamlarına  belə  yazdı:  "Mərd  olun,  tezliklə  çataraq, 

Übeyd xanı tutacağam, onun dərisini soyub, içinə saman dolduraraq

şaha göndərəcəyəm". 

Xülasə,  tamahkarlıqda  (tamee)  özündən  üstün  olan  Xızır 

Çələbi adlı vəkilini Heratda qoyub, adamlarına bacardıqca çoxlu pul 

yığmaları əmrini  verdi  və üç  min  adamla  divanəcəsinə  (divanəvar) 

özbək  padşahı  ilə  cəng  etməkdən  ötrü  müqəddəs  Məşhədə  rəvan 

oldu. Yolda ikən onun gözünə bir saman topası dəydi. Elə özü oraya 

gedib,  bir  çuvalı  samanla  doldurdu,  "Übeyd  xanın  dərisinə 

doldurmaq  üçün  lazımdır"  deyib,  özü  ilə  götürdü.  Məşhəd 

yaxınlığında isə özbəklər tapdağından saman qalmamışdı. Xəlifənin 

gəlişindən agah olan Übeyd xan təfəkkür bəhrinə girdi, çünki ona ar 

gəlirdi ki, belə əzəmətli padşah ikən, o, şah əmirlərinin biri ilə qarşı-

qarşıya  dayanıb  döyüşəcəkdir.  Ona  belə  söylədilər:  "Döyüş  vaxtı 

xəlifəyə dəlilik üz  verir  və o, qarşısındakı ləşkərin çoxluğu barədə 

heç fikirləşmir də. Belə ki, o, özünü dəfələrlə az saylı qızılbaşlarla 

çoxlu  özbək  dəstəsinə  çatdırmış,  qalib  gəlmiş,  özbəklərlə  cəng 

etməkdə igidlik göstərmişdir. Məbadə yenə belə olsun". 

Özbək  əmirlərinin  heç  biri  xansız  onunla  döyüşə  girmək 

istəmirdi.  Übeyd  xan  zərurət  üzündən  hərbə  hazırlaşıb  bir  dəstə 

adamı qarovul kimi irəli göndərdi, oğlu Əbdüləziz Sultanı, Xarəzm 

valisi  Əli  Sultanı,  habelə  Ulus  Sultanı  və  Sevincək  Məhəmməd 

Sultanı  qoşuna  münqəlay  edib,  özü  də  onların  ardınca  hərəkətə 

başladı.  

 

Sufyan Xəlifənin öldürülməsi: 

 

Sufyan  Xəlifə  özbəklərin  ön  dəstəsinin  hücumuna  düçar 



oldu və döyüşərək qələbə çaldı, özbək dəstəsinin sərdarı isə qazilər 

tərəfindən  tutuldu.  O,  Sufyan  Xəlifəyə  dedi:  "Sən  hansı  ağılla  üç 

min  nəfər  ilə  ən  azı  otuz  min  adamı  olan  özbək  padşahının 

müqabilinə  gedirsən.  Yaxşısı  budur:  Sən  indi  geri  qayıt  və  özünü 

Herat  qalasına  çatdır".  Xəlifə  qürurunun  çoxluğundan,  istəyinin 

böyüklüyündən  və  divanəliyi  üzündən  hərb  etməyi  məsləhət  bildi, 

həmin  gecə  döyüşə  hazırlaşdı.  Sübh,  özbəklərin  münqəlayı 

göründükdə Sufyan Xəlifə də döyüş səfini bəzədi.  Tərəflər əllərini 

cəng  alətlərinə  uzatdılar.  Həqiqətən  də  qızılbaşlar  özlərini o  ləşkər 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə