Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə53/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   49   50   51   52   53   54   55   56   ...   340

151 

 

qızılbaşlarla olan əhvalatını xatırladı, Burun Sultan Təkəli və başqa 



adamlarla  şahdan  döndü,  gedib  müxaliflərə  qoşuldu.  Cənnətməkan 

şah elə onsuz da bir dəstə nifaq əhli olan  Hüseyn xan Şamlı, Qazi 

xan  Təkəli  və  Məlik  bəy  Cüveyni  kimi  bəd  əməlli  əmirlərin 

hərəkətlərini  müşahidə  etməkdə  və  onlara  qarşı  etimadsızlıq 

göstərməkdəydi.  Buna  görə  də  canlarından  keçən  mübarizələri 

toplamaqdan  ötrü  bir  neçə  gün  döyüşü  yubatmaq  qərarına  gəldi, 

"göylərin  və yerin qoşunları Allahındır"

137 


kimi kəramətli sirr zahir 

oldu  və  birdən-birə  sanki  qeybdən  zahir  olan  döyüşçülər  rum 

qoşununun  dəfinə  başladılar.  Əqrəb  bürcünün*  on  üçündə 

Sultaniyyəyə  qalın  qar  yağdı.  Elə  qar  ki,  Kamal  İsmayıl  belə 

demişdi: 

 

Beyt: 



 

Pambıq içində gizli qalan pənbədanətək

138  

Qaldı qarın altında yenə dağ cismləri.



139

 

 



Sultaniyyədə  rumi ləşkərinin çadırları qar altında qaldı  və 

rumi  döyüşçülərdən  çoxlu  adam  qarın  içərisində  görünməz  oldu, 

şaxtadan dondular. Bir şair həmin hadisə haqqında belə demişdir: 

 

Beytlər: 

 

Sultaniyə səmtinə səfər eylərikən  



Gördüm iki min cəsəd, nə gor var, nə kəfən.  

Sordum ki, "Kim öldürüb bu osmanlıları?"  

Dilləndi səhər yeli, cavab verdi ki, "Mən!"

140 


 

                                                           

137

 İfadənin ərəbcəsi: "...və lillahi cünudu-s-səmavati və-l-ardi". 



138

 Pənbədanə - pambıq toxumu, çəyirdəyi - Ş.F. 

139

 Beytin farcası: 



Manənde-ponbedane ke dər pənbe təbiyəst  

Əcrame-kuhhast nehan dər miyane-bərf. 

140

 Beytlərin farscası: 



Rəftəm ço be Sultaniye-an torfe çəmən,  

Didəm do hezar morde bi gur-o kəfən. 

Goftəm "Ke bekoşt inhəme osmani-ra?  

Bade-səhər əz miyane bərxast ke: "Mən!".  




152 

 

[Daha]  İraqda qalmağa Sultan Süleymanın imkanı olmadı. 



Azuqə  qıtlığından  Azərbaycan  yolu  ilə  geri  qayıtmaq  mümkün 

olmadığı  üçün,  abadan  yer  olan  Şəhrizura  getdi  ki,  bu  qışı  Mosul 

yaxınlığında  qışlasın.  O,  Əllaməni  Zülqədərlə  Təbrizə  yolladı, 

cənnətməkan şah da onlara hücum etdi. Qazi xan Təkəli duz-çörəyi 

unudub  hümayun  ordudan  qaçdı,  Təbrizə  getdi,  Əllaməni  və  onun 

yoldaşlarını  şəhriyarın  hücumundan  xəbərdar  etdi,  [nəticədə]  onlar 

Vana qaçdılar, həmin qalaya sığındılar. 

Sam  Mirzə  ilə  dost  olduğu  üçün  cənnətməkan  şahın 

Hüseyn  xan  Şamlıdan  xoşu  gəlmirdi.  O  bu  arada  fərar  etdi  və  şah 

tərəfindən  qətlə  yetdi.  Şah  [sonra]  Van  qalasına  hücuma  keçdi  və 

onları  (Əllaməni  və  yoldaşlarını  -  Ş.F)  qalada  mühasirəyə  aldı, 

həmin qışı qala ayağında dayandı. 

Sultan  Süleyman  Mosula  rəvan  olan  vaxt  İbrahim  paşa 

Bağdad  hakimi  Məhəmməd  xan  Şərəfəddinoğlunun  və  təkəli 

əmirlərinin  yanına  bir  adam  yolladı,  onların  xandgara  tabe 

olmalarını  və  Bağdad  qalasını  təhvil  vermələrini  məsləhət  gördü. 

Məhəmməd xan onun məsləhətinə əməl etmədi. Amma, böyüklər və 

ağsaqqallar Cuhə Sultanın qətli və təkəli əmirləri olan Əllamənin və 

Qazi  xanın  fərarı  səbəbindən,  həmçinin  cənnətməkan  şahdan 

qorxduqları  üçün,  xandgara  itaət  etməyi  özlərinə  məsləhət  bildilər, 

qalanın açarını xandgara göndərib onu qalaya dəvət etdilər. Xandgar 

Mosul  qışlağından  qayıdıb  Bağdada  yollandı.  Sufi  və  dövlətxah 

adam  olan  Məhəmməd  xan  Şərəfəddinoğlu  şahın  əmrinə  əsasən 

şəhər  və  qaladan  əl  üzüb,  çay  üzərindəki  körpünü  (cəsr)  kəsdi, 

"şahısevən" olan özünün təxminən üç yüz nəfər qohum-əqrabası ilə 

Bəsrə  yoluyla  Düzfula  gəldi,  oradan  da  Şiraza  gəlib-yetişdilər. 

Başqa  təkəlilər  isə  Sultan  Süleymanı  istiqbal  edib  Bağdada 

gətirdilər. Sultan həmin qışı Bağdadda qışladı. 

 

SULTAN SÜLEYMANIN AZƏRBAYCANA İKİNCİ GƏLİŞİ 

 

Doqquz yüz qırx birinci il (miladi 1535) olan sonrakı ildə 

Sultan Süleyman ikinci dəfə Bağdaddan əcəm diyarına ləşkər çəkdi, 

İraq mülkünə qədəm basdı, Dərczinədək gəlib çıxdı. Buna görə də, 

cənnətməkan  şah  Van  qalası  ayağından  ayağını  çəkib  Təbrizə 

yollandı.  Orada  mötəbər  əmirlər  silkindən  olan  və  sonralar  nifaq 

əhlinə  çevrilən  Məlik  bəy  Cuveyni  qətlə  yetirildi.  [Şah]  orardan 



153 

 

çıxaraq qəzəbli ləşkərini rumlu əskərlərin meydanına tərəf hərəkətə 



gətirdi. 

Müzəffər ləşkərin çərxçiləri Dərczində xandgar ordusunun 

münqəlayına  çataraq  döyüşdülər  və  qalib  gəldilər.  Qızılbaşların 

qələbəsi, rumilərin isə məğlubiyyətindən agah olan Sültan Süleyman 

öz əmirlərini həyəcana düşmələrinə (aşofte) görə danlayıb dedi: "Siz 

hərgah  çorxçi  döyüşçüləri  və  qarovul  tərəfindən  məğlub 

olmuşsunuzsa,  bəs  qızılbaş  padşahı  ilə  necə  döyüşəcəksiniz?".  O, 

kədərləndi,  qızılbaşlarla  qarşılaşmaqdan  daşındı,  Dərczindən  çıxıb, 

qayıdış, bəlkə də məğlubiyyət cilovunu Ruma tərəf yönəltdi. 

 

Rum sultanının geri çəkilməsi: 

 

Şahın zəfər ayəli ordusu isə onun ardınca hərəkətə başladı. 



Van  qalasına  çatdıqları  vaxt  Bəhram  Mirzəm  və  bəzi  əmirləri 

rumilərin  təqibinə  göndərdilər,  hümayun  qoşun  isə  Van 

çəmənliyində  dayandı.  Van  qalasındakı  rumilərsə  şahın  əzəməti 

(şokuh)  və  qüvvəsi  (setvət)  qarşısında  tab  edə  bilməyərək,  orada 

qalmadılar  və  fərar  etdilər.  Bu  əhvalatdan  əvvəl  rum  xandgarı 

Diyarbəkr əmirülümərası Məhəmməd paşanı Əllamə, bəzi rum əmir 

və  paşaları,  habelə  iki  min  nəfər  yeniçəri  ilə  Van  qalası  əhalisinin 

köməyinə  yollamışdı.  Vəstana  çatdıqları  vaxt  onların  gəlmə  xəbəri 

cənnətməkan şaha çatdı  və şah bir neçə  cəngavərlə birlikdə onlara 

hücum  etdi.  Rum  qoşununun  qaraltısı  gözə  göründüyü  zaman 

qızılbaş  ləşkərinin  əksəriyyəti  gecə  yuxuda  idi.  Hücumun  şiddətli 

vaxtı qalibiyyətli məiyyətdə iki mindən çox adam qalmamışdı. 

Əllamə  şah  bayraqları  arasında  (Şah  Təhmasibin  -  Ş.F.) 

parıltılı  (foruq)  "bükürük"  adı  ilə  məşhur  olan  xüsusi  bayrağını 

gördükdə tanıdı  və Məhəmməd paşaya dedi:  "Həzrət şahdır ki, özü 

şəxsən  buraya  təşrif  gətirməkdədir.  Cəngə  girməyimiz  məsləhət 

deyildir,  çünki  biz onun  əzəmət  və  qüdrətinə    tab   edə    bilmərik".  

Məhəmməd paşa  [isə]  öz ləşkərinin böyüklüyünə  və qızılbaşların 

azlığına  qürurlanıb,  qoşun  səfini  bəzədi.  Amma,  rumilər  Şiraz 

zülqədərlərindən  olan  Qazi  xanın  və  bir  dəstə  müzəffər  qorçinin 

birgə  həmləsi  ilə  məğlub  olub,  geri  çəkildilər,  göz  müşahidəsinə 

görə  onların  əksəriyyəti  qətl  olundu,  xandgarın  bir  neçə  mötəbər 

adamı əsir alındı, yerdə qalanları isə Ərciş qalasına tərəf getdilər və 

adam yollayıb xandgardan kömək istədilər.  

 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə