Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Rum ləşkərinin məğlubiyyəti və Sinan paşanın öldürülməsi



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə54/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   50   51   52   53   54   55   56   57   ...   340

154 

 

Rum ləşkərinin məğlubiyyəti və Sinan paşanın öldürülməsi: 

 

Xandgar  Sinan  paşanı  əmir,  paşa  və      sancaqbaşılardan   



ibarət  böyük bi qoşunla  onların köməyinə yolladı. Qızılbaş ləşkəri 

dilavərlərindən  Budaq  xan  Qacar  döyüşkən  ləşkərlə  onlarla 

qarşılaşdı  və  böyük  qələbə  əldə  etdi,  Sinan  paşa  o  mərəkədə 

öldürüldü, rumilərin böyük bir dəstəsi qətl edildi, əsir götürüldü. 

Sinan paşanın öldürülmə xəbəri Sultan Süleymana çatanda 

İbrahim paşanı rum ləşkərinin qalan hissəsilə oraya yolladı, İbrahim 

paşa da Ərciş üzərinə gedən Bəhram Mirzə və onunla həmrah olan 

əmirlərin  üstünə  böyük  bir  qoşun  göndərdi.  Hər  iki  tərəfin 

qarovulları  arasında  cəng  oldu,  nəticədə  rumilər  məğlub  edildilər, 

İbrahim  paşa  isə  bir  daha  qızılbaşlarla  hərbə  yollanmadı.  O,  Ərciş 

qalasındakı  bütün  camaatı  özüylə  götürüb  xandgarın  ordusuna 

yollandı. [Beləliklə] bu zavalsız dövlətin gücü ilə Ərciş qalası da ələ 

keçdi, oranın kutvallığı Əhməd Sultan Sufioğluya verildi. 

 

ƏLQAS MİRZƏNİN TƏHRİKİ İLƏ RUM  

XANDGARI SULTAN SÜLEYMANIN ÜÇÜNCÜ  

DƏFƏ BU DİYARA HÜCUMUNUN ZİKRİ 

 

Söz  qoşunu  meydanının  sərkərdələri  (sipəhdaran)  bu 



hücum tarixini belə tərzdə (nəmət) bəzəmişlər: Əllamə Təkəli əcəm 

məmləkətinin  ən  gözəli  (şahed)  olan  [Azərbaycanı]  rum  sultanının 

nəzərində elə [gözəl] bəzəmişdi (tərifləmişdi - Ş.F.) ki, sultan bircə 

gün  də  olsun  bu  arzudan  yayına  bilmir,  bircə  gecə  də  olsun  onu 

ağuşa  almaq  xəyalından  yuxuya  gedə  bilmirdi.  Bu  arzu  [sultanı] 

nadan  və haqtanımaz Əlqas Mirzəni ağlının gödəkliyi  və ondan da 

artıq  nadan  olan  bir  neçə  nəfərin  təhrikiylə  hücuma  keçməyə 

yönəltdi.  Belə  ki,  Əlqas  Mirzə  onu  böyüdən  və  cahanın  ən  adil 

(dadar) adamlarından olan belə mehriban qardaşın (Şah Təhmasibin 

- Ş.F.) xidmətindən yayınıb Rum  [diyarına]  getdi. Sultan Süleyman 

onun  vücudunu  əcəm  mülkünü  fəth  etmək  yolunda  qənimət  və 

sərmayə  bilərək,  elə  boş  xəyala  və  yalan  sözlərə  uydu  və  cahil 

adamlar  qoşununun  başında  durub,  bu  tərəfə  yürüşə  yollandı. 

Məsələ belə baş vermişdir: 

Həzrət 

cənnətməkan  şah  Əlqas  Mirzəni  başqa 



qardaşlarından daha çox istəyir, ona onlardan daha artıq mehribanlıq 

göstərirdi.  Belə  ki,  Şirvan  vilayətinin  fəthindən  sonra  o,  Əlqas 




155 

 

Mirzəni  başqa  qardaşlarından  üstün  tutaraq,  ona  şirvanşah  olmaq 



imtiyazı verdi, həmin vilayət hakimliyini və oranın mülkiyyətini ona 

tapşırdı.  Əlqas  Mirzənin  şahanə  məhəbbətlərə  (əvatef)  yetişməsinə 

başqa qardaşları həsəd aparırdılar. O nadan  mirzə bəzi fitnəkarların 

təhrikiylə o həzrətin onu böyütmə haqqını unutdu  və üsyanla  əvəz 

etdi.  Əlqas  Şirvanda  çoxlu  qoşun-ləşkər,  həmçinin  səltənət  və 

padşahlıq  əsasları  (movəccəbat)  gördüyündən,  ayağını  tabelik 

dairəsindən  kənara  çıxartdı,  müxalifət  qapılarını  açaraq,  o  həzrətin 

razı olmadığı işlərlə məşğul olmağa başladı. [Buna görə də] şərafətli 

şahın mübarək xatiri ondan döndü, onun fitnəsini dəf etmək fikrinə 

düşdü.  Əlqas  o  həzrətin  yürüşünü  bilib  qəflət  yuxusundan  azacıq 

oyandı, öz yersiz hərəkətlərindən peşman oldu, oğlu Sultan Əhməd 

Mirzə  ilə  birlikdə  anasını  cənnətməkan  şahın  yanına  göndərdi,  söz 

verdi  ki,  [bundan  sonra]  bütün  ömrü  boyu  ayağını  [bir  daha]  itaət 

yolundan  kənara  çıxarmayacaqdır.  Cənnətməkan  şah  onun  üzrünü 

qəbul  və  təqsirlərini  əfv  etdi,  dövlətin  Seyid  Məhəmməd  Kəmunə, 

Sevindik  bəy  Qorçibaşı,  Məsum  bəy  Səfəvi,  Şahqulu  bəy  Xəlifə 

Möhrdar  və  Bədr  xan  Ustaclı  kimi  əzəmətli  əmirləri  və 

ağsaqqallarını,  həmçinin  anasını  onun  yanına,  bundan  sonra  bir  də 

xilaf  çıxmayacağı  barədə  and  içməkdən  ötrü,  göndərdi.  Əmirlər 

göstərişə əməl edərək geri qayıtdılar. Qərara alındı ki, elə həmin qış 

hər  tərəfdən  kafirlər  diyarına  qoşun  çəkib,  qəzaya  və  cahada 

başlasınlar.  Buna  görə  də  cənnətməkan  şah  Gürcüstan  qəzasına, 

Əlqas  Mirzə  isə  Çərkəs  qəzasına  getdi,  amma  Əlqas,  əmirlərin 

qayıdışından  sonra  sikkə  və  xütbəni  öz  adıyla  bəzəyərək, 

əvvəlkindən daha artıq müxalifət və üsyan yoluna düşdü. Gürcüstan 

qəzasından  geri  dönən  cənnətməkan  şah  o  əhd-peymanı  süst  olan 

[Əlqasın]  ədəbsizliyindən  xəbər  tutdu  və  onun  cəzalandırılmasını 

vacib  bildi.  Əlqas  hələ  Çərkəs  [diyarında]  ikən  şah  İbrahim  xan 

Zülqədəri,  Göycə  (Kukcə)  Sultan  Qaçarı,  Şahverdi  Şultan 

Ziyadoğlunu bir neçə müzəffər döyüşçü ilə hücumla Şirvana yolladı, 

ki,  həmin  vilayəti  zəbt  etsinlər.  Gedənlər  Gülüstan  qalasını 

mühasirəyə  aldılar.  Bu  xəbəri  eşidən  Əlqas  Mirzə  Çərkəs 

vilayətindən  geri  qayıdıb,  Dərbəndə  gəldi.  Əlqasın  ləşkərinə  qarşı 

iki  dəfə  ləşkər  göndərildi  və  hər  dəfə  əmirlər  onun  ləşkərinə  qalib 

gəldilər, bu döyüşlər vaxtı bir dəstə fitnəkar və tərbiyəsiz (bədamuz) 

qızılbaş  öldürüldü.  Bu  əhvalat  şaha  ərz  olunduqda,  o,  əmirlərin 

bəzilərini  köməyə  göndərdi  və  əzəmətli  əmirlər  Əlqasa  hücum 

eldilər. 




156 

 

Əlqas Mirzənin fərar etməsi və Rum sultamna birləşməsi: 

 

Elə  zəfər  ayəli  ordu  da  o  istiqamətə  hərəkətə  başladı. 



Hümayun  şah  məiyyətinin  yollanma  və  o  məşhur  əmirlərin  gəlib 

çatma  xəbərlərindən  xəbərdar  olan  Əlqas  Mirzə  hədsiz  qorxu  və 

çaşqınlıqla  Xınalıqa  tərəf  qaçdı,  amma  döyüşçüləri  ondan  dəstə-

dəstə  ayırıb  müzəffər  əskərlərlə  birləşdilər.  Əlqası  təqib  edən 

əmirlər Samur çayı kənarında ona çatdılar. Əlqas elə çaş-baş oldu ki

heç  çəkmə  geyməyə  də  macal  tapa  bilmədi,  qırx-əlli  nəfərlə 

Dağıstana-qohumu olan Şamxalın (yaxud şamxal tayfasının  - Ş.F.) 

yanına gəldi, oradan da gəmiyə oturub Kəffəyə* yollandı, Kəffədən 

də çıxıb İstanbula rəvan oldu, çatıb Sultan Süleymana qoşuldu. 

Dərbənd  və  Gülüstan  qalaları  bir  müddət  Əlqas  Mirzə 

adamlarının  əllərində  qalmaqda  idi.  Qalibiyyətli  əskərlər  həmin 

qalaları  mühasirəyə  aldılar,  nəhayət  o  yerlər  bu  qəhrli  dövlət 

övliyalarının  əlinə  keçdi,  Mehtər  Dövlətyar  və  o  dövlətsizlərin 

bəziləri  cəzalandırıldılar.  Cənnətməkan  şah  Şirvan  vilayətini  adlı-

sanlı  şahzadə  İsmayıl  Mirzəyə  (gələcək  padşah  II  İsmayıla  -  Ş.F.) 

inayət etdi, Göycə Sultanı şahzadənin yanında qoyaraq geri qayıtdı. 

Bir  neçə  gün  İstanbulda  qalan  Əlqas  Mirzənin  yalan  və 

batil vədləri Sultan Süleymanın beynini dumanlandırdı, doqquz yüz 

əlli  beşinci  ildə  (miladi  1548)  o,  Rum,  Şam,  Misir,  Qaraman, 

Diyarbəkr  və  İraqi-Ərəbdən  topladığı  ağır  ləşkərlər,  bol  top,  araba 

və zərbzənlər, habelə saysız-hesabsız yeniçərilərlə İstanbuldan çıxdı, 

əcəm  vilayətinə üz tutdu. Alicah şah da Qəzvin darüssəltənəsindən 

döyüş əzmi ilə  yola düşərək, qoşun toplamaqdan ötrü bir ay Şənb-

Qazanda  dayandı.  Orada  İsmayıl  Mirzə  Şirvan  qoşunu  və  ətraf 

yerlərin  əmir  və  hakimləri  ilə  birlikdə  gələrək,  hümayun  orduya 

birləşdi.  Yüksək  məqamlı  şah  tərcrübəli  adamları  yollayaraq, 

müxaliflərin  gələcəkləri  yolları  Təbrizdən  Rum  sərhəddinədək 

yandırdı,  ət  və  taxıldan  əsər-əlamət  qoymadı.  Təbriz  camaatı 

kəhrizləri  elə  bağlamışdı  ki,  içməli  su  və  başqa  ərzaq  artıq 

tapılmırdı. Əzəmətli əmirlərdən Abdullaxan Ustaclını şah Bədr xan 

Ustaclı,  Hüseyn  xan  Sultan  Rumlu,  Şahverdi  Sultan  Ziyadoğlu  və 

başqa  əmirlərlə  birlikdə  qoşunlara  münqəlay  təyin  edib  Mərəndə 

tərəf  göndərdi. Müzəffər ordu isə Təngiz  yaylağına  getdi  və dünya 

şəhriyarı o yaylağın otlaqlarında dayandı. 

Elə ki, Rum sultanı gəlib yetişdi, Əllamə Təkəlini bir dəstə 

rumlu döyüşçüylə Van qalasının mühasirəsinə göndərdi. Xoydan isə 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə