Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə62/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   58   59   60   61   62   63   64   65   ...   340

177 

 

ordusunun  yaxınlığından  keçdi.  Şüarları  igidlik  olan  qazilər  xanın 



fərar etməsindən xəbərdar olaraq, təqibinə başladılar, azacıq məsafə 

qət  etdikdən  sonra  o  dəstəyə  çatdılar.  Dərviş  Məhəmməd  xanın 

camaatı  çarəsiz  hərəkət  (hərəkətül-məzbuhi)  etdilər  və  onların 

əksəriyyəti qazilərin iti qılıncları və qanlar tökən xəncərləri ilə qətlə 

yetdi.  Dərviş  Məhəmməd  xan  Çərəndab  Sultan  Rumlunun  Kosa 

Pirqulu adin mülazimi ilə vuruşdu və Kosa Pirqulu gözəl xistətli və 

tərifəlayiq xasiyyətli padşahın iqbal gücü sayəsində ona qalib gəldi, 

başını  bədənindən  ayırıb  ali  dərgaha  gətirdi,  onu  o  həzrətin 

səadətmənd səməndinin (atının) ayağı altına atdı və mükafatlanaraq 

sərəfraz oldu. 

 

Beyt 

 

Bir baş ki, etməyə şaha itaət,  

Bədəndən ayrıla gərək nəhayət

147


 

 

Şəki vilayəti tamamilə qüvvətli dövlət övliyaları tərəfindən 



zəbt  olundu,  oranın  hər  yeri  düşmənlərdən  təmizləndi  və  şərafətli 

şah torpaqlarına qatıldı. 



 

HƏZRƏT CƏNNƏTMƏKAN ŞAHIN QƏZAVATININ ŞƏRHİ, 

İMANSIZ GÜRCÜ KAFİRLƏRİNİN MƏHV OLUNMALARI 

VƏ GÜRCÜSTANIN FƏTHİ HAQQINDA SÖHBƏT 

 

Dindar  [və]  şəriətpərvər  padşahın  Həqqpərəst  fikri  daim 



cəhad  işlərinə  başlamaq  olduğundan,  anıma  Şərq  və  Qərb 

ölkələrinin  qüvvətli  düşmənləri  ilə  əlaqədar  məsələlərlə  məşğul 

olduğu  üçün,  istəyi  təxirə  salınırdı.  Amma,  [o,]  fürsət  tapan  kimi 

xristian  (nəsari)  Gürcüstanın  qala  və  başqa  yerlərinin  qəzasına

148

 

yollanırdı.  Hökmranlığının  və  cahanı  bəzəməyinin  səadətli 



günlərində  həmin  diyara  dörd  dəfə  ləşkər  çəkdi,  bir  neçə  dəfə  də 

ləşkərlər  yolladı.  Pak  din  mücahidlərinin  (yəni  qızılbaşlarının  — 

                                                           

147


 Beytin farscası: 

Səri k-u tovqe-fərmanəş nəxahəd  

Əgər əz tən ceda oftad şayəd. 

148


 Qəza - dini müharibə, müqəddəs yürüş - Ş.F. 

 



178 

 

Ş.F.)  qılıncı  ilə  Gürcüstanın  yeddi  ölkəsi  şahın  hakimiyyəti  atına 



keçdi və o yerlərin hakimləri o həzrətə tabe olan və həzrət tərəfindən 

təyin olunan adamlar oldular. Onlar cizyə* və xərac verməyə boyun 

olub  xütbə  və  sikkələrini  o  həzrətin  şöhrətli  adı  və  yüksək  (sami) 

ləqəbi ilə bəzədilər. Kaxet, Kartil (Kartli - Ş.F.) və Mesq (Mesxeti - 

Ş.F.) vilayətləri barədə yığcam şəkildə bunları demək olar: 

Şirvan  və  Şəki  vilayətləri  Gürcüstan  vilayətlərinə 

(Gürcüstanın)  yaxın  olduğundan,  o  yer  hakimlərinin  qüvvəti 

olmadığı üçün bəzi  vaxtlarda  gürcü kafərləri həmin  mülklərin ətraf 

yerlərinə  ləşkər  çəkir,  müsəlmanlara  zərər  yetirirdilər.  [Buna  görə 

də]  həmin  yerlərin  sultanları  özlərini  müdafiə  edir,  arada 

düşmənçilik  və  dava-dalaş  başlayırdı.  Şahın  zavala  uğramayan 

iqlalının  təntənəsi  xəbəri  o  vilayətdə  (Gürcüstanda  -  Ş.F)  yayılan 

vaxt,  yuxarıda  yazıldığı  kimi,  Ləvənd  xan  Gürcü,  padşahın  iltifat 

kölgəsinə  müraciət  edərək,  itaət  və  xərac  ödəmək  (xəracgozari) 

məsələlərinə başladı. 

[Həmçinin]  Gürcüstan  valilərindən  Qərqərənin  (mətndə 

səhvən "Fərfərə" - Ş.F) oğlu Keyxosrov da bir qul kimi (bəndevar) 

özünü ali şah mülazimləri silkinə mənsub etdi. O, daim bu səltənətə 

xidmət  etməklə  o  həzrətin  (Şah  Təhmasibin  -  Ş.F)  köməyinə  belə 

bağlayırdı. Amma, Kartil valisi Luvarsab, Başıaçıq valisi və Dadyan 

valisi  dəfələrfə  müxalifət  edərək,  lazımi  qədər  itaət  göstərmir,  ali 

hümayun şaha müti olan yuxarıda adı çəkilən Keyxovrovun ölkəsinə 

dəxalət  edirdilər.  Bir  neçə  dəfə  onlara  qarşı  igid  əsgərlər 

göndərilmiş,  Başıaçıq  və  Dadayeli  valiləri  tənbeh  olunmuş  və 

başlarını  öz  ədəb  ciblərinə  qoymuşdular.  Luvarsabdan  da,  bəzi 

vaxtlarda,  yöndəmsiz  hərəkətlər  görünmüş  və  o,  İslam  diyarının 

kənar  yerlərinə  əl  uzatmışdı.  Buna  görə  də,  gürcü  azğınlarının  şah 

tərəfindən  cazalanmaları  lazım  bilinərək,  qəzaya  qərar  verildi  və 

qəzavat savabına yetmək arzusu bu istəyi həyata keçirdi. 

 

ALLAHIN KÖMƏYİ İLƏ HÜMAYUN MƏİYYƏTİN  



BİRİNCİ DƏFƏ GÜRCÜSTANA YÜRÜŞÜNÜN ZİKRİ 

 

Doqquz  yüz  qırx  yeddinci  ildə  (miladi  1540)  ədalətli  şah 



tərəfindən qəza və cəhad niyyəti qərara alındı, o nişat, seyr və şikar 

məqsədilə  Qarabağa  tərəf  yollandı,  oradansa  döyüşlər  sınağından 

çıxmış  bir  dəstə  igid  döyüşçü  ilə  Gürcüstana  hücuma  keçdi. 

Qaranlıq ürəklərdən də qara olan bir gecə vaxtı onlar  Tiflis şəhərinə 




179 

 

hücuma keçdilər və qaranlıq (zülmətabad) gecə vaxtı kafərlərə qarşı 



qarət və qətl alovu yandırıldı. Belə ki, onların kişiləri iti qılınca yem, 

qadın  və  qızları  isə  müzəffər  qazilərə  əsir  oldular.  Luvarsab 

tərəfindən  Tiflis  hakimi  olan  Kolbad  Gürcü  bir  dəstə  gürcü  ilə 

qalaya  sığınsa  da,  o,  islam  döyüşçülərinin  qorxusundan  aman 

istəyərək  oradan  çıxdı,  müsəlman  olmaq  səadətinə  yetişdi.  Bəzi 

gürcü əmirləri isə qələbə nişanlı əskərlərin qorxusundan olduqca uca 

və  möhkəm  olan  Berəbs  (?)

149


  qalasına  pənah  apardılar,  amma 

həmin qala fələk  məqamlı  və dünya  ehtişamlı padşahın fərmanı ilə 

islam  qoşununun  mübarizləri  tərəfindən  mühasirəyə  alındı. 

Qaladakılara  bərk  qorxu  üz  verdiyindən  onların  qalanı  təslim 

etməkdən başqa  çarələri qalmadı, qalibiyyətli qazilər də o  məkanda 

sakin  olan  kafirlərin  (gebran)  bütün  yerlərini  zəbt  etdilər.  Bəxtləri 

yar olan və kəlmeyi-şəhadətlərini deyən hər adam nicat tapdı, başqa 

kafərlərsə qətlə yetirildilər. Ləvarsab isə özünü başqa bir dəstə ilə o 

zəlalətli  (zəllal)  qaladan  Bumədkur  (?)  adlanan  bir  dağa  çatdırdı. 

Həmin dağ ucalıqda Əlborz dağı ilə bərabərlik iddiası edirdi. Dağın 

qülləsinə çıxmaqsa təsəvvürə belə  gəlmirdi. Mücahid bir qazi olan 

padşah  tam  şövkət  və  sərəfrazlıqla  öz  himmət  şahbazını  o 

zülmkarların  başçısına  (Luvarsaba  -  Ş.F.)  doğru  havaya  qaldırdı. 

İqbal əskərləri o dağa gedərək, Əlvənd dağına bənzər həmin qalanın 

qülləsinə  çətinliklə  qalxdılar  və  düşmənləri  ələ  keçirdilər.  Alçaq 

kafərlərin çoxu həmin çətin keçilən (məzayeq) dağda qətlə yetirildi, 

qalan  adamlarsa  öz  idbar  diyarlarında  sərgərdan  oldular.  Oradan 

qaçan  Luvarsab  özünü  sərt  dağlarla  və  ağaclarla  örtülü  meşələrə 

salmaqla  döyüş  meşəsi  şirlərinin  caynaqlarından  qurtardı. 

Gürcülərin  (64)  hamısına  qulaqburması  (gusmalı)  verildiyi  üçün, 

müzəffər  hümayun  ordu  Tiflisə  tərəf  hərəkətə  gəldi,  o  yerlər 

üsyankar  kafirlərin  çirkin  vücudlarından  təmizləndi,  qələbə  cilovu 

geriyə tərəf istiqamətləndi. 

 

HÜMAYUN CƏNNƏTMƏKAN ŞAHIN İKİNCİ  



DƏFƏ GÜRCÜSTANA YÜRÜŞÜNÜN ZİKRİ 

 

Əlqas  Mirzədən  müxalif  hərəkətlərin  baş  verdiyi  doqquz 



yüz əlli üçüncü ildə (miladi 1547) baş vermiş dövr hadisələri barədə 

[yuxarıda] məlumat verildi. [Yazıldı ki,] onu cazalandırmaqdan ötrü 

                                                           

149


 Qalanın adı düzgün yazılmamışdır, oxuya bilmədim - Ş.F.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə