Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə59/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   55   56   57   58   59   60   61   62   ...   340
    Bu səhifədəki naviqasiya:
  • Beyt

168 

 

rəsmi-keçid  qurtardıqdan  sonra  Bazarcahi  yaylağından  çıxaraq, 



müxaliflərlə döyüşməkdən ötrü tam dəbdəbə ilə hərəkətə gəldilər. 

Sultan  Süleyman  azuqə  qıtlığından  Naxçıvanda  qala 

bilməyərək  şəhəri  yandırdı,  geriyə  qayıdıb,  təbilini  döyərək 

Ərzruma  tərəf  qayıtdı.  Hümayun  şah  ordusu  da  onun  təqibinə 

başladı və beləliklə hər yerdə qızılbaş qarovullarının əllərinə keçən 

rumilər qətlə məruz qaldılar, yaxud əsir alındılar. 

O bir neçə gün ərzində, Sultan Süleymana yaxın adam olan 

Sinan  bəy  qarovuli  məqsədi  ilə  ordudan  yola  çıxdı  və  qızılbaş 

qarovulları  ilə  rastlaşdı,  döyüşdü  və  əsir  götürüldü.  Sinan  bəyin 

tutulmasından pərişan olan və faydasız bu yürüşlərdən bezən Sultan 

Süleymanı nəfsi tox və xeyirxah adam olan baş  vəzir* Məhəmməd 

paşa  daim  sülhə  rəğbətləndirir  və  sülh  danışıqlarına  başlamağı 

məsləhət görürdü. 

 

Sultan Süleymanın Şah Təhmasiblə sülhünün bəyanı: 

 

Məhəmməd  paşa  sərhəd  əmirlərinə  məktublar  yazaraq,  



sülhü  (mosalehe) izhar  və şahdan Sinan bəyin azad olunmasını  və 

geri  qaytarılmasını,  Sinan  bəylə  birlikdə  bir  adamını  da  sülh 

şərtlərinin  hazırlanmasından  ötrü  (cəhəte-təmhide-əmre-mosalehe) 

göndərilməsini  təvəqqe  etmişdi.  Cənnətməkan  şah  Məhəmməd 

paşanın bu xahişi və bu tərəfdən xeyirxah adamların arzusu ita Sinan 

bəyi  azad  etdi.  Sultanların  düşmənçilik  və  savaşları  məmləkətlərin 

viranlığına, ədalətli hökmdarların müsalehəsi (sülh istəyi - Ş.F.) isə 

əskərlərin və rəiyyətin əmniyyətinə səbəb olduğundan, həmçinin hər 

iki tərəfin aciz adamları və rəiyyəti hadisələrin tapdağı, atların ayağı 

altında qaldığından, hamı  müsalihəyə rəğbət  göstərirdi. [Buna görə 

də]  müzəffər  qorçilər  zümrəsindən  və  qaçar  ağsaqqallarından  olan 

Şahqulu  bəy  adlı  bir  şəxsi  Sinan  bəylə  birlikdə  [sultanın  yanına] 

göndərdilər. Qarşı tərəfdən də Sultan Süleyman sülhə rəğbətənərək 

Şahqulu bəyi ənam və hədiyyələrlə geri qaytardı. Cənnətməkan şah 

buna  görə  də  rumilərin  təqib  olunmalarından  əl  çəkdi,  qələbə 

bayrağı altında toplaşan  və döyüşə hazır olan qalibiyyətli əskərləri 

Gürcüstan qəzasına göndərdi ki, o həzrətin qəzavatı və Gürcüstanın 

fəthi  haqqında  tezliklə  bu  dəftərin  ardında  (zeyl)  məlumat 

veriləcəkdir. 

Xülasə,  baş  vəzir  Məhəmməd  paşanın  məsləhətiylə 

Şahqulu  bəyin  geri  qaytarılmasından  sonra  xandgara  məhəbbət 



169 

 

məzmunlu  və  bəyənilən  bir  məktub  yazıldı  və  onu  Fərruxzad  bəy 



Eşikağası  Qəraroğluya  (Qarabağlu  ?  -  Ş.F)  verib  xandgara 

göndərdilər,  sədaqət  (mosadeqət)  və  dostluq  təklif  etdilər.  Sultan 

Süleyman  tərəfindən  də  etibarlı  elçilər  məhəbbətamiz  namələrlə 

gəlib-yetişdilər,  tərəflər  arasındakı  razılaşma,  dostluq  və  əhd-

peyman  münasibətləri  səmimiyyət  nişanlı  (movəddət)  məktublar, 

töhfə  və hədiyyələr  göndərilməsi  yoluyla həyata keçdi. Mübahisəli 

torpaqların bəzisi o tərəfə, bəzisi isə bu tərəfə verildi, sərhədlərə dair 

sənəd  (dəstur)  sərhədləri  müəyyənləşdi,  hər  iki  tərəf  əskərlərinin 

gediş-gəlişlərindən  əzab-əziyyətə  düçar  olmuş  müsəlmanlar  asudə 

nəfəs  aldılar.  Əcəm  diyarının  istedad  sahibləri  bu  müsalihənin 

maddei-tarixini  "əs-solh-xeyr"

142


  sözləri  ilə  yazdılar  və  onu  bəlağət 

ipinə belə düzdülər: 

 

Beyt 

 

Carçı mələk də hu qoca dunyada  

Eylədi ''əs-solh-xeyr''lə səda.

143


 

 

Hər  iki  hökmdarın  bu  həyatda  olduqları  vaxt  ərzində 



tərəflər  arasında  dostluq  bərqərar  oldu.  Doqquz  yüz  yetmiş 

dördüncü ildə (miladi 1566) Sultan Süleyman bəqa aləminə köçdü, 

oğlu  Sultan  Səlim  taxt-tac  sahibi  oldu,  arada  ata-oğul  məhəbbəti 

yarandı, yazışmalar, mötəbər elçi gediş-gəlişləri, töhfə və hədiyyələr 

göndərilməsi  həyata  keçdi.  Sultan  Səlim  səkkiz  il  hakimiyyətdə 

qaldı, doqquz yüz həştad ikinci ildə (miladi 1574) isə əbədi cahana 

tərəf üz tutdu. O da cənnətməkan şahın sağlığı və İsmayıl Mirzənin 

cülusu  dövründə  süni  və  dostluğun  möhkəmlənməsinə  sadiq  qaldı. 

Amma,  İsmayıl  Mirzədən  və  İsgəndər  şanlı  nəvvab  Sultan 

Məhəmməd  paşanın  cülusundan  sonra  ataların  əhd-peymanları 

pozuldu,  asudə  həyat  lərzəyə  düşdü,  rəiyyətin  üzünə  bəla  qapıları 

açıldı  ki,  o  hadisələrin  şərhi  yerli-yerində  qələmimizlə  bəyan 

olunacaqdır. İndi isə, müşk-ənbər qoxulu qələm kəhəri Gürcüstanın 

ayrı-ayrı  məmləkət  və  şəhərlərinin  fəthi  və  həmçinin  azğın 

                                                           

142


 "Əs-solh-xeyr", yəni sülh-xeyir-bərəkət deməkdir. 

143


 Beytin farscası: 

Monhiye-eqbal dər in kohne deyr  

Qolqole əndaxt ke "əs-solh-xeyr". 

 



170 

 

(zəlalətnişan)  kafirlər  üzərindəki  qəza  və  cəhadın  şərhindən  ötrü 



cövlana gələcəkdir. 

 

CAHAN ŞƏHRİYARININ İQBALI SAYƏSİNDƏ ŞİRVAN 

VİLAYƏTİNİN FƏTH OLUNMASI, O MƏNFƏƏTLİ VƏ 

GÖZƏL MƏMLƏKƏTİN ƏLƏ KEÇİRİLMƏSİNİN ŞƏRHİ 

 

Cənnətməkan şahın fəth etdiyi  məmləkətlərin birincisi bol 



mənfəətli (kəsirül-mənfəət) Şirvan  məmləkətidir. O diyarın  valiləri 

(vəllat)  Ənuşirəvan  Kəsranın  (Xosrovun  -  Ş.F.)  nəslindəndirlər  və 

"şirvanşah"  adı  ilə  məşhurdular.  Ata-babadan  o  vilayətdə  hökmran 

olanlar zümrəsindən biri Fərrux Yəsar ibn Fəraməz ibn Gəştasb ibn 

Fərruxzad  ibn  Əmir  Xəlilullah  ibn  Sultan  İbrahim,  ibn  Sultan 

Məhəmməd  ibn  Fərruxzad  ibn  "Xaqan"  adı  ilə  məşhur  olan 

Mənuçöhrdür* ki, Xaqani Mənuçöhrün məddahı (madeh) olmuş" elə 

buna  görə  də  "Xaqani"  təxəllüsünü  özünə  götürmüşdür.  Fərrux 

Yəsar yüksək səfəviyyə sülaləsi ilə inad mövqeyində dayandı ki, bu 

haqda yerli-yerində danışılacaqdır. [Şirvanşahlar] Sultan Güneyd və 

Sultan Heydərlə cəng edib onları şəhadətə yetirdilər. Amma, Fərrux 

Yəsar  nəhayət  Süleyman  şanlı  xaqanın  intiqam  qılıncı  ilə 

cəzalandırıldı  və  o  sülaləyə  lərzə  düşdü.  Sultan  Xəlil  ibn  Şeyxşah 

ibn Fərrux Yəsar incəlikləri  görən əqlinin gücü ilə Süleyman şanlı 

xaqanın  dərgahına  gələrək  ona  tabeliyini  bildirdi,  nəvazişə  layiq 

görüldü,  şahanə  iltifat  nəticəsində  uca  "şirvanşah"  rütbə  və 

mərtəbəsinə  yetişməklə  şərəfraz  oldu.  O  həzrətin  (Şah  İsmayılın  - 

Ş.F.)  vəfatından  sonra  o,  cənnətməkan  şahın  iltifat  və  şəfəqqəti 

altındaydı  və  bir  neçə  il  şan-şöhrət  və  iqballa  ömr  sürdü.  Ali 

hümayun  cülusdan  (Şah  Təhmasibin  cülusundan  -  Ş.F)  on  iki  il 

keçdikdən  sonra  doqquz  yüz  qırx  ikinci  ildə  (miladi  1535)  Sultan 

Xəlil fani aləmə əlvida edərək, ölməz (cavidan) cahana yollandı, və 

[sonsuz  olduğu  üçün]  ondan  nəsil  qalmadı.  Şirvan  əmirləri  hələ 

kiçik olan onun qardaşı oğlu Şahrux ibn Sultan Fərrux

 

ibn Şeyxşahı 



səltənət  taxtına  əyləşdirdilər.  Şirvan  əmirlərinin  özbaşınalığı 

nəticəsində  o  sülalənin  (şirvanşahların  -  Ş.F.)  qayda-qanunu 

pozuldu,  nizam-intizamdan  əsər-əlamət  qalmadı,  diyarda  hərc-

mərclik  başlandı.  O  əsnada  qələndər  bir  oğlan  iddia  edərək  dedi: 

"Mən  Sultan  Məhəmməd  ibn  Şeyxşaham".  [Buna  görə  də,]  onun 

başına  çoxlu  ləşkər  yığıldı  və  o,  Salyanı  tutdu,  oradan  Şamaxıya 

gəldi.  Şahruxun  adamları  (əshab)  əmirlərin  süstlükləri  və  ləşkərin 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə