Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə57/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   53   54   55   56   57   58   59   60   ...   340

163 

 

bəxt ulduzunun köməyi ilə dəf olundu, onun üsyan və tüğyan şöləsi 



də İlahinin qüdrətiylə söndü. Həmd olsun Allaha! 

 

SULTAN SÜLEYMANIN DÖRDÜNCÜ DƏFƏ 



AZƏRBAYCANA GƏLİŞİ, BAŞ VERƏN HADİSƏLƏR  

VƏ O ALIŞAN İKİ PADŞAH ARASINDA SÜLHÜN  

BAŞ TUTMASININ ZİKRİ 

 

Əlqasın  fitnəkarlığından  beş  illik  bir  müddətin  keçdiyi 



doqquz  yüz  altmış  birinci  ildə  (miladi  1554)  artıq  bütün  narahatlıq 

(şureş  və  enqelab)  aradan  götürüldü.  [Amraa]  Ərzrum  bəylərbəyi 

İsgəndər  paşa  fitnəkarlıq  edib  Sultan  Süleymanı  bir  daha  əcəm 

diyarına  ləşkər  çəkməyə  təhrik  etdi.  Əhvalat  belə  olmuşdur:  Rum 

xandgarı üçüncü dəfə, Əlqas Mirzənin xahişi ilə, yuxarıda yazıldığı 

kimi,  gəlmiş  və  geri  qayıtmışdı.  Cənnətməkan  şah  da  bəhr  kimi 

qaynayan  və  dərya  kimi  dalğalanan  qızılbaş  ləşkəri  ilə  onu  təqibə 

başlamış,  Diyarbəkr  və  Ərzincana  qədərki  torpaqlar  bu  kinli 

qoşunun  tapdağı  altında  qalmışdı.  [Qızılbaşların  başlarından]  bir 

dəqiqə  belə  intiqam  almaq  fikri  yox  olmurdu.  Sultan  Süleyman 

buraya  gəlişindən  bir  neçə  dəfə  vaz  keçib  geriyə  çəkilmiş,  firəng 

(Avropa  -  Ş.F.)  qəzasına  getmişdi.  Cənnətməkan  şah  da  islam 

ölkələrinə  ləşkər  çəkməkdən  çəkinmiş  və  Gürcüstan  qəzasına 

yollanmışdı. Əhali [buna görə də] dörd-beş il arxayınlıqla yaşamış, 

sərhədlərdə  tam  sakitlik  yaranmışdı.  Kürd  inadkarlarının  bir  qədər 

ləyaqətsiz  hərəkətlər  etmələrinə  baxmayaraq,  onlar  asanlıqla  dəf 

olunmuş,  fitnə-fəsad  törənməmişdi.  [Cənnətməkan  şah]  xandgara 

dostanə bir məktub yazaraq, əhalinin vəziyyətinin aramlığından ötrü 

sülh  danışıqlarından  bəhs  etmiş,  həmin  məktubu  "Şəmse-

fələkdəvvar" ("Dünyanın başına dolanan  günəş") ləqəbi ilə  məşhur 

olan  rum  seyidlərindən  Mir  Şəms  Vəlixani  ilə  göndərmişdi. 

Fəsadkar  və fitnəkar adam olan İsgəndər paşa əvvəllər Van hakimi 

idi  və  etibarı  çox  deyildi.  O,  qəflətən  Vandan  Xoya  gəlib,  bu 

dudmanın  adamlarından  olan  Hacı  bəy  Dünbülini  bir  dəstə  Xoy 

rəiyyəti  ilə  birlikdə  qətlə  yetirdi.  Buna  görə  də,  paşa  [xandgar 

tərəfindən] mükafatlandırıldı və Ərzrum bəylərbəyisi oldu. O, istədi 

ki, elə həmin il o sərhədlərdə cəngə başlasın va buna görə də İrəvana 

-  Hüseynxan  Sultan  Rumlunun  üzərinə  yürüş  etdi,  bir  neçə  adam 

öldürüb  geri  döndü.  Ondan  baş  verən  bu  iki  yaramaz  hərəkətdən 

başqa qeyri bir hərəkətin olmaması səbəbindən, bu tərəfdən heç kəs, 




164 

 

rəiyyətin  rahatlığı  naminə,  onun  tənbeh  olunmasına  və 



cəzalandırılmasına  cəhd  etmədi.  [Buna  görə  də]  o,  ayağını  ədəb 

dairəsindən  kənara  çıxarıb,  qürurlanaraq  sərhəd  əmirlərinə  ədəbsiz 

sözlər yazıb, həddindən artıq cəsarət göstərir və fitnəkarlıqla məşğul 

olurdu. 


Məsələn, cənnətməkan şah bəzi qacar əmirlərini Gürcüstan 

qəzasına  -  Dadyana  tərəf  göndərəndə  [İsgəndər  paşa]  ağır  ləşkərlə 

hücuma  keçdi,  əmirlər  basqın  üçün  yollanan  vaxt,  özü  onların 

ordusu  üzərinə  basqın  edərək,  qacar  qazilərinin  əksəriyyətini  qətlə 

yetirdi,  onun  özbaşınalığı  və  yekəxanalığı  həddini  aşdı.  Elə  bu 

əsnada Sultan Süleymandan şahın məktubuna cavab gəldi. İsgəndər 

paşanın  təhriki  ilə  [şahı]  hədələyən  sultan  əcəm  diyarına  yürüşə 

keçəcəyini bildirirdi. Buna görə də, şəhriyarın cahanı yandıran hirs 

atəşi  alovlandı  və  o,  qoşunların  toplanışı  haqda  fərman  verdi.  Az 

vaxt ərzində çoxlu qızılbaş tayfası zəfər nişanlı ordunun toplantı yeri 

olan,  Ağmisqal  yaylağında  cəmləndi.  [Şahın]  caham  bəzəyən  rəyi 

belə oldu ki, rum ləşkərlərinin hərəkətə başlamasından qabaq ləşkəri 

sərhədlərə  aparıb,  yerlərdə  abadanlıqdan  əsər-əlamət  qoymasınlar, 

İsgəndər  paşaya  qulaqburması  versinlər  və  onu  qəflət  yuxusundan 

bidar  etsinlər.  Qələbə  nişanlı  əskərləri  dörd  dəstəyə  ayıraraq,  hər 

dəstəyə  məşhur  əmirlərin  birini  sərkərdə  təyin  etdilər,  onların 

hərəsini müəyyən yerlərə yolladılar. Qələbə ayəli ordu Əxlata getdi, 

Əxlat  qalasını  mühasirəyə  aldı.  Öz  yerlərinə  gedib  çatan  adlı-sanlı 

əmirlər  Van,  Bidlis,  Masis  və  Adilcovazi  (mətndə  Adilcur  -  Ş.F.) 

Muş səhrasınadək yandırıb, qarətə yetirdilər. Qızılbaşların qarşısına 

çıxan  hər  bir  rumi  və  kürd  ilə  güclü  vuruşma  baş  verdi  və  cəng 

qələbə  ilə  nəticələndi.  Rumi  və  kürd  əmir  və  mötəbər  adamlarının 

əksəriyyəti  qətl  olundu,  əsir  götürüldü,  bol  qənimətlərlə  hümayun 

orduya qayıtdılar. 

 

İsgəndər paşanın məğlubiyyəti: 

 

Geriyə  dönən  əmirlər  İsgəndər  paşanın  cəzalandırılmasına 



yollandılar.  Adlı-sanlı      əmirlərdən  Bədr  xan  Ustaclı,  Çuxur-Səd   

hakimi      olmuş  Şahqulu  Sultan  Ustaclı,  Məhəmməd  xan  Mosullu  

Türkman, Qarabağ hakimi  Şahverdi Sultan Ziyadoğlunu   və  başqa  

əmirləri,  həmçinin  bir  dəstə  əzəmətli  qorçini  kamkar  şahzadə 

İsmayıl  Mirzənin  sərkərdəliyi  ilə  Ərzruma  göndərdilər.  Qızılbaş 

ləşkərinin  gəlişindən  agah  olan  İsgəndər  paşa  yanına  yığışmış 




165 

 

Ərzincandan,  Bayburddan,  Kaxdan,  Mərəşdən,  Trabzondan, 



Gürcüstandan,  Dadyandan  və  Kuryaldan  olan  rum  əmirləri  və 

sancaqbəyiləri  ilə  cəngə  girmək,  yaxud  qaladarlıqla  məşğul  olmaq 

haqda  məsləhətə  başladı.  Rum  əmirləri  cəng    etməyi    məsləhət  

bilməyərək  dedilər:  "Padşahzadə  [İsmayıl  Mirzə]  çoxlu  tayfa  və 

ləşkərlə  gəlmişdir  və  bizim  onlarla  müharibə  etmək  taqətimiz 

yoxdur". Xeyli kürd və rumi ləşkərindən ibarət ordusu olan İsgəndər 

paşanın şücaət və dilavərlik avazı həddini keçdiyi, qürur buxarınınsa 

beynini  doldurduğu  üçün  o,  ağıllı  və  tədbirli  adamların  sözlərinə 

qulaq asmadı və hərbə qərar verdi, bir dəstə təcrübəli adamı qoşuna 

münqəlay  təyin  edərək  irəli  yolladı,  özü  isə  şəhərin  yarım 

fərsəxliyində  döyüş  səfi  bəzədi,  səfin  önünə  tüfəngli  beş  yüz 

yeniçəri, iyirmi  ədəd top arabası  və firəng zərbzəni düzdü, döyüşə 

başladı. Bu tərəfdənsə, iqbal qoşunlarının çərxçiləri irəliyə çıxdılar. 

Düşmən  qarovulları  göründükdə  igidlər  o  sıx  dəstəyə  doğru  at 

sürdülər, onların işini lazım olduğu kimi bitirdilər. Rum ləşkərinin 

qalan  hissəsi  [isə]  rumilərin  qol  ləşkərinə  birləşdi.  Qızılbaş 

döyüşçülərinin bu qələbəsindən rumilər qorxuya düşdülər. Müzəffər 

ordunun  çərxçiləri  rumilərin  qol  ləşkərinin  üstünə  tökülüşdülər. 

Onlar  öndən,  meymənə  və  meysərə  sərdarlan  isə  sol  və  sağdan 

cəngə  girdilər,  hərb  bazarı  qızışdı.  Qızılbaş  dəstələrinin 

mübarizlərində qələbə və iqtidar əsər-əlamətləri zahir oldu və onlar 

müxaliflərin  çoxunu  ölüm  torpağına  yuvarlatdılar.  Qızılbaş 

döyüşçülərinin  igidlik  və  dilavərliyini  müşahidə  edən  İsgəndər 

paşanın  qəlbində  qeyrət  atəşi  şölələndi  və  o,  ağır  qoşunla  qoldan 

çıxıb,  çərxçilərə  hücum  etdi,  tərəflər  arasında  olduqca  qızğın  cəng 

başlandı. Döyüş əsnasında, kamkar şahzadənin ehtişam və əzəmətlə 

(fər)  bəzənmiş  qələbə  şüarlı  böyük  qol  hissəsi  göründü.  İsgəndər 

paşa  həmin  saysız-hesabsız  ləşkəri  və  rum  qoşunundakı  acizlik 

əlamətlərini  müşahidə  etdikdə,  əli  işdən  və  döyüşdən  soyudu, 

qaçmağı  qənimət  sayıb,  hərbdən  çəkildi,  özünü  çaşqınlıqla  qalaya 

atdı.  Qalibiyyətli  ordu  dilavərləri  [isə]  rum  ləşkərini  qala 

darvazasınadək  təqib  edərək,  təxminən  üç  min  rumini,  kürdü  və 

yeniçərini  kəskin qılıncların  yemi  etdilər.  İsgəndər  paşanın  qardaşı 

Ramazan  bəy,  xandgar  qulamlarının  qullar  ağası  olan  Məhəmməd 

bəy  və  bir  neçə  rum  əmiri,  xüsusiylə  Mərəş,  Məlatiyyə,  Masis 

hakimləri, sancaq əmirləri, həmçinin kürdlərin bir dəstəsi əsir alındı. 

Qalibiyyətli  qızılbaş  dəstələri  o  vilayətin  bütün  ətrafını  qarət 

atəşləriylə  yandırıb-yaxdılar,  qalibiyyət  və  saysız-hesabsız 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə