Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə58/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   54   55   56   57   58   59   60   61   ...   340

166 

 

qənimətlərlə geri qayıtdılar, oradan çıxıb dünyanı tutan orduya tərəf 



üz  tutdular,  cənnətməkan  şahın  Əxlat  qalasını  tutması  və  Ərciş 

qalasını  mühasirə  etməsi  zamanı  gəlib  orduya  qoşuldular,  şahla 

görüş  səadəti  ilə  şərəfləndilər.  Böyük  mərdanəliklər  göstərmiş  bir 

dəstə  adam,  xüsusilə  Ziyadoğlu  nəvazişləndirildi,  əsir  tutulmuşları 

isə şahın nəzərinə çatdırdılar, onların çoxunu qətlə yetirdilər. 

Əxlat qalasının fəth olunması belə baş vermişdir: Hümayun 

ordu qala ayağına gəlib çatdıqda oranı mühasirəyə aldı. Mühasirədə 

qalanlar  isə  müdafiyəyə  və  qaladarlığa  başladılar,  bir  neçə  gün 

bacardıqları  qədər  qalanı  qorudular.  Nəhayət  şəhər  və  qalanı 

qorumaqda  aciz qalaraq təhvil  verdilər, qalanın dağıdılması barədə 

hökm  verildi,  o  möhkəmlikdə  hasar  [qala  -  Ş.E]  bir  yürüşlə  yerb 

yeksan  olundu.  Oradan  yürüş  cilovunu  Ərcişə  tərəf  döndərdilər  və 

qalanı  mühasirəyə  aldılar.  Qalanın  alınmazlığına  və  hasarın 

möhkəmliyinə güvənən qala hakimi qürurlandı və rumi topçular və 

tüfəngçilər  hümayun  əskərlər  üzərinə  güllə  yağdırmağa  başladılar. 

Mühasirədəkilər 

qaladarlıq 

işində 


mərdanə 

cəhdlər 


göstərməkdəydilər.  Bu  tərəfdənsə,  igid  qazilər  öz  mərdanə 

qədəmlərini  irəli  ataraq  seybələri  qala  ayağına  gətirib-çatdırdılar. 

Xasseye-şərifənin  topçusu  Dərviş  bəy  qala  ayağına  böyük  topunu 

gətirdi  və  onun  güllələlərini  bürclərə  və  barılara  istiqamətləndirdi, 

qala içərisində çaxnaşma yaratdı. 

Xülasə,  qala  camaatı  qaladarlıq  qabiliyyətlərini  üç  ayadək 

davam  etdirdi,  amma  dördüncü  ay  onlar  artıq  dözə  bilmədilər. 

Qalada  bir  dəstə  kürd  vardı.  Kürdlərin  belə  adətləri  var  ki,  onlar 

müəyyən  işlər  görərkən  hamı  ilə  məsləhətləşir,  zəmanə  ilə  yar, 

ruzigarla sazgar  (yəni  yola  gedən, razılaşan  - Ş.E) olurlar.  Kürdlər 

bir-birləriylə ittifaqa girərək, qala hakimini qətlə yetirib, qızılbaşları 

[divarlardan]  yuxarı  çəkdilər,  qəhrli  dövlətin  gücü  ilə  Ərciş  qalası 

ələ  keçdi  və  ali  əşrəfin  (yəni  şahın  -  Ş.E)  əmri  ilə  dağıdıldı.  Fəth 

ayəli  ordu  bayrağını  oradan  Nargiri  qalasına  tərəf  dalğalandırdı,  o 

möhkəm  qalaya  yürüşə  keçdilər,  cəng  alət  və  vəsaitləri  hazırlığına 

başladılar.  Qalada  mühasirəyə  alınanlar  da  qala  müdafiəsinə 

mərdliklə  qalxdılar  və  bir  neçə  gün  onların  arasında  cəng  atəşi 

şölələndi.  Nəhayət,  mühasirədə  qalanlar  bərk  qorxuya  düşərək, 

əllərini  aman  ələyinə  uzatdılar.  Qalanın  hakiminə  aman  verildi  və 

[günahı] bağışlandı. 

Nargiri qalasının fəthindən sonra İsmayıl Mirzəni Sevindik 

bəy  Qorçibaşı  ilə  Kürdüstana  bəzi  əmirlərin  qətli  və  mahmudi* 




167 

 

dikbaşlarının  qarət  olunmasından  ötrü  göndərdilər.  Zəfər    şüarlı 



əskərlər  bədxasiyyətli  kürdlərin  qətl  və  qarət  olunmaları 

əməliyyatını  yerinə  yetirərək,  bol  qənimətlərlə  qayıdıb  hümayun 

orduya qoşuldular. Azərbaycan yürüşünü qarşısına məqsəd qoymuş 

Sultan Süleyman  Hələbə  gəldi.  O  bu  il  azuqə  qıtlığından  bir  daha 

[Azərbaycana]  gələ  bilməyərək,  Hələbdə  qışladı,  gələn  ilin  yürüşü 

üçün silah və vəsait hazırlığı ilə məşğul oldu. 

Qışlaq  vaxtı  yetişdiyindən  zəfər  ayəli  ordu  böyük  əzəmət 

və cah-cəlal ilə həmin iqbal yürüşündən qayıdıb Naxçıvana gəldi, o 

il hümayun qışlaq orada oldu. Doqquz yüz altmış birinci il (miladi 

1554)  olan  ertəsi  ildə  Sultan  Süleyman  qoşunla  Hələb  qışlağından 

hərəkətə  başlayaraq,  bu  diyara  üz  tutdu.  Cənnətməkan  şah  [isə] 

Naxçıvandan  Bazarcahi  (Bazarçay  -  Ş.E)  yaylağına  getdi, 

qalibiyyətli  əskərlərin  bir  dəstəsini  İsmayıl  Mirzə,  əmir-divan* 

Məsum bəy Səfəvi və Şahqulu Xəlifə Möhrdar Vana, Vəstana və bu 

şəhərlərin yaxınlığındakı yerlərə (və  an hodud), başqa dəstəsini isə 

Bəhram  Mirzənin  oğlu  Sultan  Hüseyn  Mirzə  və  Şahverdi  Sultan 

Ziyadoğlunun köməyi (kardani) ilə başqa tərəfə göndərdilər ki, rum 

qoşununun  gəldiyi  yolları  yandırsınlar  və  o  yerlərdə  abadlıqdan 

əsər-əlamət qoymasınlar. Müzəffər dəstələr əmrə əməl edərək, sağ-

salamat qayıdıb  gəldilər  və Bazarcahi  yaylağında hümayun orduya 

birləşdilər. 

Sultan  Süleyman  yaylaq  fəslini  başa  vuraraq,  yağış 

qətrələri  kimi  çox  olan  ordu  ilə  sərhədə  yaxınlaşdığı  vaxt, 

cənnətməkan şah iqbal dəstələrinin bir neçə mübarizini təcrübəli və 

cənglər görmüş igidlərlə qarovuliyə  yolladı ki, qoy gedib rumilərin 

dörd-bir tərəfindən xəbərdar olsunlar, fürsət ələ düşərsə, vuruşsunlar 

və  üstünlüyü  əldən  verməsinlər.  [Beləliklə,]  qızılbaş  dəstələrinin 

köhnə  dilavərləri  və  haramzada  (qollaş)  döyüşçüləri  [hətta] 

rumilərin mallarına da tamah dişi qıcıyaraq, yol boyu hücuma keçir, 

müxalifləri  əsir  götürürdülər.  Elə  bir  gün  olmurdu  ki,  onlar 

tərəfindən şahın nəzərinə silahlar, əxtərmələr və əsir tutulan rumilər 

gətirilməsin.  [Belə  ki,]  sultan  Naxçıvana  çatana  qədər  rum 

dəstələrinin  bir  çoxu  müzəffər  qazilərin  intiqam  qılıncları  ilə  fəna 

yoluna göndərildilər. 

Xandgar  Naxçıvana  gələn  vaxt  cənnətməkan  şah  zəfər 

nişanlı  əskərlərin  rəsmi  keçidinə  (san)  başladı.  Qırx  min  döyüşkən 

muzdlu (məvacibxar) süvari külək surətli tazı atların üstündə  gəlib 

şahın  qarşısından  keçdi.  Hümayun  orduda  olan  başqa  adamlar  da 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə