Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə56/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   52   53   54   55   56   57   58   59   ...   340

160 

 

rumi  əskərləri  ilə  Tərcanda  olması  və  [hal-hazırda]  Ərzruma 



yollanması  xəbəri  şaha  gəlib-çatdıqda,  o,  bir  dəstə  yel  sürətli 

döyüşçünü  həmin  səmtə  göndərdi,  qalibiyyətli  əskərlər  də  dəstə-

dəstə  arxadan  gəlib  çatmaqdaydılar.  Əllamə  və  yanındakı  rumi 

əskərləri  kamkar  xosrovun  hücumundan  xəbərdar  olduqda,  onların 

qoşununa və sərdarlarına qorxu üz verdi, can qorxusundan silah belə 

işlətməyərək, Tərcandan çıxıb fərar yoluna düşdülər. Hümayun fallı 

ordu  isə  qələbə  və  iqbal  ilə  gələrək  Tərcana  çatdı.  Rumilər  fərar 

etdiklərindən  qazilər  bir  neçə  gün  onların  arxasınca  gedərək 

axtərmə*  gətirirdilər.  Yürüş  bayrağı  Tərcandan  Ərzincana  tərəf 

qaldırıldı  və  az  vaxtdan  sonra  həmin  vilayət  iqbal  xeymələri  ilə 

doldu.  Hər  yana  göndərilən  məşhur  əmirlər,  [həmçinin]  Şahqulu 

Sultan  Əfşar  və  yoldaşları  Əxlatın  ulus  və  mal-qaralarını  (əhşam) 

tarac və qarət etdilər, təxminən beş min beş at, yüz min qoyun, əlli 

min  inək  ələ  keçirərək,  sağ-salamat  geri  qayıtdılar.  Kuh-Giluyə 

hakimi  Mahmudxan  Əfşar,  Keçəl  Şahverdi  Ustaclı  və  qarovuliyə 

gedən  başqa  əmirlər  xandgarın  bir  dəstə  qapıqulu  və  qarovulu  ilə 

qarşılaşdılar  və  cəng  eldilər.  Rumilər  məğlubiyyətə  uğradılar. 

Adilcəvaza  və oranın ətraf yerlərinə on  min nəfər  müzəffər əskərlə 

basqın  edən  Əli Sultan  Tatioğlu  Zülqədər  Gözəl  dərəsi  adlı  yerdə, 

xandgar  ordusundan  ayrılmış  rumiyyə  paşaları  və  əzəmətli 

adamlarla  qarşılaşaraq,  onların  üzərində  zəfər  çaldılar.  Döyüş 

meydanının  bir  dəstə  dilavəriylə  Bayburda  tərəf  gedən  kamkar 

şahzadələr  Bəhram  Mirzə  və  İsmayıl  Mirzə  Məhəmməd  Paşa 

Məkoğluya  (?)  çatıb  hərbə  başladılar  və  Bəhram  intiqamlı 

döyüşçülər  Bayburd  torpağını  rumi  mübarizələrinin  qanı  ilə 

qızartdılar, çoxlu adam qətlə yetirdilər. 

Xülasə,  qızılbaş  ləşkərinin  sərdarlarının  hamısı  zəfərlə 

dünyanı  tutan  orduya  qayıtdılar,  çoxlu  baş,  axtərmə  və  döyüşlərdə 

ələ keçirdikləri başqa şeyləri Ərzincanda kamkar xosrovun nəzərinə 

yetirdilər,  onların  hər  biri  də  göstərdikləri  xidmət  müqabilində 

şahanə  nəvazişlərə  yetirildi.  [Beləliklə]  Sultan  Süleymanın  əcəm 

diyarına  gəlişi  ilə  üz  vermiş  xəsarətin  əvəzi  on  dəfə  artıq  alınmış 

oldu. Bu yürüşdə iyirmi min nəfərədək rumiyyə döyüşçüsü qazilərin 

müzəffər  intiqam  qılıncı  ilə  ədəm  yoluna  göndərildi  və  şah 

Ərzincandan  geri  qayıdıb  İrəvana  gəldi,  oradan  da  Qarabağa  tərəf 

yollandı. O, oradan İsmayıl Mirzəni, Abdullah xan və Göycə Sultanı 

Şirvana  göndərdi, Sevindik bəy Qorçibaşını isə əzəmətli qorçilərin 

dəstəsi  ilə  Şəki  vilayətini  çapıb-talamağa  yolladı.  Bu  əsnada  xəbər 




161 

 

gəldi  ki,  xandgarın  İraqi-Ərəbə  yolladığı  Əlqas  Mirzə  Şəhrizur 



yoluyla  gələrək,  orada  olan  Bəhram  Mirzə  fərzəndlərini  tutmuşdur 

və onun gəlişiylə  İraq  mülkündə fitnə atəşi baş qaldırmışdır. Buna 

görə də,  İsmayıl Mirzə  və qorçibaşı zəfər nişanlı orduya qayıtdı və 

zəfər  ayəli  ordu  Əlqasın  fitnəsini  dəf  etməkdən  ötrü  İraqa  tərəf 

hərəkətə başladı. 

 

ƏLQAS MİRZƏNİN RUM [ÖLKƏSİNİN] KÖMƏYİ İLƏ 



İRAQA GƏLİŞİ, QAYIDIŞI VƏ ONUN AQİBƏTİNİN ZİKRİ 

 

Əlqas  Mirzə  əhvalatı  belə  olmuşdur:  O  Həmədana  gəlib 



Bəhram Mirzənin xanəköçünü ələ keçirdi, oradan Quma rəvan olub, 

oranı da tutdu, Qumdan bir dəstə bəd mayalı kürdü Rey vilayətinin 

qarətinə  yolladı,  Kaşana  gələrək,  oraya  da  əl  uzatdı,  Kaşandan 

İsfahan  arzusu  ilə  o  cənnət  nişanlı  diyara  rəvan  oldu.  [Amma] 

İsfahanın əhalisi və böyük adamları dostluq qapılarını onun üzərinə 

bağladılar,  şəhərin  bürc  və  barılarını  möhkəmləndirdilər  və  cəng 

etməkdən  ötrü  irəli  gəldilər.  Həzrət  cənnətməkan  şah  Xalxal  və 

Tarom yolu ilə Qəzvinə təşrif gətirdi və oradan Bəhram Mirzəni və 

Şiraz  hakimi  İbrahim  xan  Zülqədəri  Əlqasın  üzərinə  yolladı.  O 

haqbilməz  şahzadə  müzəffər  şah  məiyyətinin  gəlişi  xəbərini  eşidib 

və Bəhram Mirzə ilə İbrahim xanın artıq gəlib çatdığından agah olub 

pərişan  oldu,  isfahanlıların  münasibətindən  qəmginləşdi  və  Fars 

diyarına  yollandı.  Yolüstü  İzədxast  qalasına  əl  uzatdı,  rəiyyətin 

qalanı  onun  üzünə  bağlamasından  ötrü  qətliam  törətdi,  çoxlu  aciz 

adamı və rəiyyəti intiqam qılıncından keçirdi. 

Buna baxmayaraq Bəndi-Əmir darvazalarını Əlqasın üzünə 

qapadılar  və onun Şiraza gəlməyinə  yol  vermədilər. Ərdəkanın Əli 

adlı  kəndindən  (?)  keçərək,  Qəleyi-Seyidin  ayağına  getdi.  İbrahim 

xanm  qardaşı  Güneyd  bəyin  və  zülqədərlərin  xanəköçü  həmin 

qalada idi. O qalanın fəthi imkansız olduğundan, orada da bir iş görə 

bilməyib, Şulestan və Bəhbəhan yoluyla Şüstərə tərəf  getdi, oranın 

əhalisi  və  Mir  Əbdülvəhhab  Şüştəri  şəhər  və  qala  qapılarını  onun 

üzünə qapayıb, döyüş qapılarını açdı. Əlqas onlardan da məyus olub 

Dizfula  getdi,  [amma]  orada  da  uğura  yetişmədi,  hədsiz  yas  və 

ümidsizliklə  Bağdada  üz  tutdu,  bir  neçə  vaxt  orada  qaldı.  Doqquz 

yüz  əlli  altıncı  ildə  (miladi  1549)  onun  gələn  il  qayıtması  barədə 

Sultan Süleymandan hökm gəldi. Hər tərəfdən əli üzülən Əlqas onun 

ordusuna  tərəf  üz  tutdu,  amma  xandgarla  da  hiyləgərlik  və 




162 

 

şəbədəbazlıq  oyunu  oynayaraq,  Ruma  getməkdən  imtina  etdi, 



yanında  saxladığı  Bəhram  Mirzə  xanəköçünü  geri  qaytardı.  Rum 

böyükləri  başa  düşdülər  ki,  onun  əlindən  heç  nə  gəlmir  və  onun 

Rum  ölkəsində  qalması  üsyana,  fitnə-fəsada,  əmniyyətsizliyə, 

şəhərin narahatlığına və əhalinin narazılığına səbəb olacaqdır. [Buna 

görə  də]  ona  qarşı  çıxdılar  və  Sultan  Süleymanı  onu  dəf  etməyə 

təhrik etdilər. Əlqasın tutulmağından ötrü xandgar böyük bir ləşkər 

yolladı və rumilər qəfildən onun ordusu üzərinə tökülüşdülər. 

Əlqas  Mirzə  halı  pərişan  vəziyyətdə  özünü  o  vilayətdən 

kənara  çıxarıb,  az  adamla  Ərdəlan  ülkasına  gəldi.  Bu  işlər  barədə 

xəbərlər  cah  və  cəlal  sahibinin  (Şah  Təhmasibin  -Ş.F.)  qulağına 

çatdıqda  o,  Bəhram  Mirzəni,  Şahqulu  Xəlifə  Möhrdarı  və  İbrahim 

xan  Zülqədəri  iyirmi  min  adamla  onun  üstünə  yolladı.  Onlar 

Mərivan  qalası  yaxınlığına  çataraq,  onun  qoşununu  əzdilər.  Əlqas 

Mirzə  avara,  heyran  və  etdiklərindən  peşiman  halda  Ərdəlan 

qalasına  -  Sürxab  Ərdəlanın  yanına  gəldi.  Əlqasın  tutulub 

[qızılbaşlara]  verilməsi  barədə  Sürxabın  adına  hümayun  hökm 

göndərildiyi  üçün,  onun  padşah  hökmünə  itaət  etməkdən  başqa 

çarəsi qalmadı. O xahiş etdi ki, qoy gəlib onu bacısının əri olan Şah 

Nemətullah Yəzdi aparsın. Cənab mortəzəvi (Şah Nemətullah Yəzdi 

-  Ş.F.)  kamyab  xosrovun  fərmanına  əməl  edib,  Sürxabın  yanına 

gəldi, [Əlqas] Mirzəni ondan götürdü, şahın yanına gətirdi. 

Əlqas Mirzə hümayun hüzura gəldikdə həzrət cənnətməkan 

şah  gövhərlər  yağdıran  dili  ilə  buyurdu:  "Ey  mənim  namehriban 

qardaşım. Mən nə pislik etdim ki, sən öz ata evindən üz döndərdin 

və  özünü  izzət  zirvəsindən  dəhşət  və  məzəllətə  atdın,  düşmənlə 

birləşərək,  bu  qədər  fitnə-fəsada  və  qan  tökülməsinə  bais  oldun?". 

Əlqas  Mirzə  xəcalət  üzündən  cavab  vermədi,  peşimançılıq  başını 

aşağı  əyərək  dimnədi.  Cənnətməkan  şahdan  qardaşlıq  təri  axmağa 

başladı,  ona  rəhm  etdi  və  qanından  keçdi.  Amma,  [Əlqas  Mirzə] 

qızılbaş  tayfaları  arasında  fəsada  səbəb  olduğundan,  onun  heç  bir 

etibarı  qalmamışdı.  Ali  sufi  ağsaqqalları  da  onun  xilas  edilməsi  ilə 

razılaşmırdılar. [Buna görə də] cənnətməkan şah hamının razılığına 

əsasən  onu  yaşamaq  üçün  Qəhqəhə  qalasına*  göndərdi.  Qərara 

alındı ki, Sultan Əhməd Mirzə də atası ilə birlikdə o qalada qalsın. 

Axırda  Sam  Mirzənin  və  oğlunun  da  yeri  həmin  qala  oldu  və  hər 

dörd  padşahzadənin  örnrü  Qəhqəhədə  tamamlandı.  Xülasə,  o  əqli 

dar və Haqq tanımaz adamın böyük fitnəsi iqbalın gücü və xoş fallı 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə