Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə52/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   48   49   50   51   52   53   54   55   ...   340

148 

 

Özbək padşahı Übeyd xanın vəfatı: 

 

O  həzrətin  Qəndəhar  yürüşündən  qayıtması  xəbəri   



Buxaraya      çatdıqda,  Übeyd  xan  və  özbək  sultanları  bərk  qorxuya 

düşdülər, özlərinin dilli-dilavər elçilərini töhfə və hədiyyələrlə Bəlx, 

Səmərqənd  və  Buxaradan  uca  məkanlı  xosrovun  dərgahına 

yolladılar,  ona  Qəndəharın  fəthi  münasibətilə  öz  təbriklərini 

(təhniyət) göndərdilər. 

O  həzrət  bir  neçə  gün  ehtiyacı  olan  adamların  mətləb  və 

istəklərini  həll  etməklə  məşğul  oldu,  o  vilayətin  zəruri  işlərini 

məğlubedilməz  dövlətin  məsləhətinə  uyğun  tənzimlədi  və  doqquz 

yüz  qırx  dördüncü  ildə  (miladi  1537/38)  "İlahini  (malikül-mülk) 

hidayəti ilə" İraqa tərəf rəvan oldu. Məhəmməd xan Şərəfəddinoğlu 

[isə]  məşhur  şahzadənin  (Məhəmməd  Mirzənin  -  Ş.F.)  xidmətində 

duraraq, Xorasanın  məhzun və qəlbisınıq adamlarının işləriylə tanış 

oldu,  rəiyyətin  vəziyyətinin  yaxşılaşmasına  çalışdı.  Übeyd  xan  bu 

hadisədən  sonra  ayağını  ədəb  ətəyinə  qoyub,  bir  daha  faydasız 

yürüşlərə  çıxmadı,  ondan  bir-iki  il  heç  bir  hərəkət  görünmədi. 

Doqquz  yüz  qırx  altıncı  ildə  (miladi  1539/40)  məzlum  və  dərdli 

adamların etdikləri ahların təsirindən xəstəlik yatağına düşdü və ağır 

(səb)  xəstəliyə  düçar  oldu,  Herat  arzusu  və  Pole-Malanın  seyrinə 

getmək diləyi ilə can verib üqba aləminə yollandı, Xorasan əhalisi o 

imansız  adamın  cövr  və  tüğyanından  xilas  oldu.  Bu  səhifədə 

Xorasan  hadisələrindən  bir  neçəsi  yazıldığından,  Xorasanda  baş 

vermiş  başqa  əhvalatlardan  danışılmadı.  İndisə,  Azərbaycan 

sərhədindəki  qəribə  hadisələrdən,  Rum  sultanının  o  yerlərə  qoşun 

çəkməyindən yazmaqla Xorasan əhvalatlarının şərhini tamalayaq. 



 

RUM XANDGARI SULTAN SÜLEYMANIN ƏCƏM 

DİYARINA LƏŞKƏR ÇƏKMƏYİ VƏ ONUN XOSROV VƏ 

CƏM TAXTINI BƏZƏYƏN [ŞAH İLƏ] HƏRBİNİN ZİKRİ 

 

Yuxarıda  deyildi  ki,  Cəm  qədrli  hümayun  şah  Sultan 



Süleyman  padşah  öz  hakimiyyəti  zamanı  alçaq  fitnə-fəsadlı 

adamların təhriki ilə dörd dəfə əcəm diyarına (Azərbaycana  - Ş.F.) 

ləşkər  çəkərək  Cəm  məqamlı  cənnətməkan  şahla  döyüşə  başladı. 

Birinci  yürüş  Əllamə  Təkəlinin  təhriki  ilə  baş  verdi.  Bu  hadisənin 

icmalı  belədir:  Əllamə  Təkəli  Süleyman    şanlı    xaqanın  dövründə 

yasovullar  silkinə  mənsub  idi.  Tədricən  nökərlik  (hərbi  xidmət 




149 

 

nəzərdə  tutulur  -  Ş.F.)  mərtəbələrini  keçdi  və  qoşunundakı  yaxşı 



xidmətlərinə  görə  əmirlik  (əmarət)  rütbəsinə  yüksəldi,  Cuhə 

Sultanın  iqtidarı  dövründə  Azərbaycanın  əmirülmərası  oldu.  Cuhə 

Sultanın  öldürülməsindən  sonra  təkəbbür  (nəxvət)  və  qürur  onun 

beynini  dumanlandırdı  və  Cuhə  Sultanının  yerinə  qüdrət  sahibli 

vəkil və dövlət işlərinin nizamlayıcısı olmaq fikrinə düşdü. Məqsədi 

yerinə yetmədiyindən, yuxarıda yazıldığı kimi, bu xanədanın təlim-

tərbiyəsini  unudub  bu  əbədi  dövlətdən  üz  döndərdi  və  Rum 

[ölkəsinə]  getdi,  orada  fitnəkarlığa  qurşanaraq  xandgarı  əcəm 

vilayətinə 

yürüş 


etməyə 

qızışdırdı. 

Xandgar 

məsələnin 

başlanğıcında  Fil  paşanı  əlli  min  döyüşçü  ilə  bu  diyara  yolladı. 

Təblis  hakimi  (Bidlis  olmalıdır)  Şərəfxan  Ruzəki  Kürd  bu  səadətli 

dudmanın  təbəələrindəndi.  Fil  paşa  əvvəlcə  onun  üzərinə  hücuma 

keçdi, onu həmin vilayətdən çıxardı və Van bölgəsinə ləşkər çəkmək 

istədi.  Cənnətməkan  şah  bir  neçə  qəhrli  qoşunla  onun  üstünə 

yürüdü. Fələk həşəmətli şəhriyarın qorxusundan Fil paşa müqavimət 

göstərə bilmədi, toplarını ataraq qaçdı. Onun fərar etməsindən sonra 

zəfər  ayəli  ordu  Übeyd  xan  Özbəkin  fitnəsini  dəf  etməkdən  ötrü 

Xorasana tərəf hərəkət etdi, Herat darüssəltənəsindən Mavərənnəhrə 

yollandı.  [O  vaxtlarda]  Əllamə  xandgarın  yanına  ardıcıl  olaraq 

elçilər yollayıb, ona belə ərz etdi: "Qızılbaşların padşahı Xorasandan 

Mavərənnəhrə  ləşkər  çəkmişdir,  orada  özbək  döyüşçüləri  ilə 

savaşmaqda,  moğol  və  tatarlarla  döyüşməkdədir.  [Buna  görə  də,] 

Azərbaycan  və  İraq  boşalmışdır".  Sultan  Süleyman  onun  sözlərinə 

əməl  edərək,  saysız-hesabsız  ləşkərlərlə  İstanbuldan  Azərbaycana 

hücuma  keçdi.  Baş  vəzir  İbrahim  paşanı  həştad  min  döyüşçü  ilə 

münqəlay  edərək,  özü  onların  arxasınca  hərəkətə  başladı.  İbrahim 

paşa  Əllaməyə  qoşulub,  onu  Ərdəbilə,  başqa  paşaları  isə 

Azərbaycanın başqa şəhərlərinə yolladı. Onlar əksər yerləri tutdular. 

Bu  xəbər  Ələngneşində  o  Keyxosrov  (əzəmətli)  şəhriyara 

çatdıqda  Mavərənnəhrə  yürüşünü  dayandırıb,  Xorasandan  İraqa 

yollandı,  iyirmi  bir  köç  məsafəni  arxada  qoyaraq,  Reyin 

Kəbudgünbəd  adlı  yerinə  gəlib  çatdı.  Hümayun  şah  ordusunun 

[Mavərənnəhr  yürüşündən]  geri  qayıtması  xəbəri  İbrahim  paşaya 

çatdıqda ləşkərin çoxluğuna və döyüşçülərin bolluğuna baxmayaraq

lərzəyə  düşdü  və  Sultan  Süleymana  yazdı:  "Qızılbaş  padşahı 

Xorasandan iyirmi bir köç məsafəni qət edərək Reyə gəlmişdir, [hal-

hazırda]  mənim  üzərimə  hücum  etməkdədir.  Biz  nökərlərin  isə 

padşahlar əzəmətinə (şokuh) tab etmək gücümüz yoxdur". 



150 

 

Beyt 



 

Özün gəlməlisən şəhriyar kimi,  

Özün olmalısan onun qənimi.

136


 

 

Sultan  Süleyman  sürətlə  Təbrizə  çataraq,  İbrahim  paşaya 



birləşdi. 

Uzun  yol  keçdikləri  üçün  qazilərin  atlarının  əksəriyyəti 

işdən  düşmüşdü.  Xorasan  yasaqından*  [təzəcə]  qayıtdıqlarından 

ləşkərdə  nizam-intizamsızlıq  vardı.  Buna  görə  də  qazilər 

Azərbaycan  yasağını  təşkil  etmək  və  rumilərlə  hərbə 

hazırlaşmaqdan  ötrü  öz  yerlərinə  qayıtmışdılar,  belə  ki,  Qəzvində 

hümayun  orduda  yeddi  min  nəfərdən  artıq  əskər  yox  idi.  Bəhram 

Mirzə  və  Əlqas  Mirzəni  Hüseyn  Şamlı  və  bəzi  əmirlərlə  birilikdə 

münqəlay təyin etdilər və Təbriz tərəfə göndərdilər. Zəfər ayəli ordu 

isə  onların  ardınca  gedərək  Əbhərə  çatdı.  [Bu  vaxt]  xandgarın 

Təbrizdən  İraqa  yollanması  xəbəri  gəldi.  Qızılüzən  çayının  bu 

tərəfində  Bəhram  Mirzə  və  qızılbaş  əskəri  ilə  rum  ləşkərinin 

münqəlayı olan İbrahim paşa arasında döyüş oldu. Bəhram Mirzə və 

əmirlər  döyüşə-döyüşə  özlərini  dağa  çatdırdılar,  amma  saysız-

hesabsız rumlu ləşkəri hücumla dəstə-dəstə gəlməkdəydi. Bu xəbəri 

eşidən müzəffər əskərlərin canına bərk qorxu düşdü, [əlbəttə] sadiq 

adamlar  öz  iqballarının  gücü  ilə  bu  dövlətin  zavalsız  olduğuna 

inanırdılar, nifaq əhli isə artıq başqa cür düşünürdü. 

Bu əsnada Kuh-Giluyə hakimi  Əlvəndxan Əfşar  döyüşkən 

qoşunla  çataraq  səf  bəzədi  və  şahın  yanına  gəldi,  hər  tərəfdən  də 

qoşun dəstələri gələrək hümayun orduya qoşuldu. Cənnətməkan şah 

Bəhram  Mirzə  və  əmirlərin  köməyinə  getmək  istəyirdi  ki,  Sultan 

Süleymanın 

saysız-hesabsız 

əskərlə 

Miyanədən 

keçərək, 

Sultaniyyəyə yetişməsi xəbəri gəlib çatdı. Bəhram Mirzə və əmirlər 

də  geri  qayıtdılar  və  hümayun  orduya  birləşdilər.  Bu  vaxt  şahın 

yanında  boya-başa  çatmış  və  oğulluq  mərtəbəsinə  yüksəlmiş 

Əlaüddövlə  Zülqədərin  oğlu  Kor  Şahruxun  oğlu  Məhəmməd  xan 

Zülqədər  özünün  batinindəki  inadını  zahirə  çıxarıb,  atasının 

                                                           

136


 Beytin farscası: 

Məgər həm to ayi benavərde-u,  

Bemeydan to başi həmavərde-u. 

 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə