Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə48/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   44   45   46   47   48   49   50   51   ...   340

136 

 

və Nişapur hakimi Ağzıvar xan Şamlı bir-birləriylə birləşib, Qamuş 



Oğlanın  və özbəklərin üstünə yeridilər  və aralarında kiçik bir cəng 

oldu,  qazilər  müxaliflərin  bir  neçə  nəfərini  öldürdülər.    Özlərində 

müqavimət  gücü  görməyən  özbəklər  hərbdən  əl  çəkərək  geriyə, 

əmirlərsə öz məkanlarına qayıtdılar. 

 

Übeyd xanın Herat qalasını mühasirə etməsi: 

 

Doqquz yüz otuz səkkizinci  ildə (miladi 1531/32) Ubeyd 



xan  yenidən  saysız-hesabsız  döyüşçü  yığıb  Xorasana  üz  tutdu.  O, 

Herat  şəhərinin  xaricində  dayanıb  mühasirə  işinə  başladı,  Xorasan 

vilayətinin  hər  yerinə  öz  əmirlərini  göndərdi.  Oğlu  Əbdüləziz 

Sultanı  müqəddəs  Məşhədə,  Qamış  Oğlanı  Astrabada,  Xangəldi 

bahadırı Səbzvara və başqa bir dəstəni Bəstam vilayətinə yola saldı. 

Müntəşa  Sultan,  Ağzıvar  xan  və  başqa  Xorasan  əmirləri  öz 

yerlərində  qalmağı  məsləhət  bilməyib,  hakimlik  yerlərini 

(hökümətgah)  boş  qoydular  və  kənara  çəkildilər.  Amma  Damğan 

hakimi  Zülqədər  Sultan  özbəklərin  gəlişindən  xəbərdar  olaraq 

gəraylı  tayfasının  Miyanə  adlı  yerinə  bir  adam  göndərdi,  kömək 

xahiş etdi. Gəraylı hakimi Mirzə Əli xan Xəlifə çoxlu qoşunla gəlib 

ona birləşdi. Onlar Bəstamın kənarında özbəklərlə qarşılaşıb cəngə 

başladılar, qazilər qalib, özbəklərsə məğlub oldular, bir dəstə özbək 

öldürüldü, başqa dəstə isə əsir alındı. Amma, Astrabada göndərilən 

Qamış  Oğlan  özünün  cəsarət  və  bahadırlıq  addımını  irəliyə  atıb 

Savucbulağın Məhur adlı yerinədək çoxlu  döyüşçü  ilə  yola  düşdü,  

orada  Məhəmməd  xan Zülqədəroğlunun ordusu üzərinə tökülüşüb 

onun əgrəqini* qarət edərək geri qayıtdı. Übeyd xan isə Herat qalası 

ayağında dayanıb qalaalma vəsaitinin hazırlığına başladı. 

Qazilər  bacardıqları  qədər  özbəklərdən  müdanə  olunmağa 

başladılar.  Azərbaycanda  [qızılbaşlara]  yağı  olan  Əllamə  Təkəli 

Ruma  gedərək  orada,  fitnəkarlıq  etdi  və  həmin  sərhəddə  üsyan  və 

qarışıqlıq odu şölələndi. Buna görə də cənnətməkan şah üçün böyük 

bir iş başlandı və onun Xorasan yasaqına başlamaq imkanı olmadı. 

Elə  buna  görə  də  Übeyd  xan  arxayınlıqla  qala  [ayağında]  əyləşib, 

qaladakılara təzyiq etməyə başladı. 

Mühasirə  müddəti  il  yarım  çəkdi.  Mühasirədə  qalanlar 

azuqə  çatışmazlığından  cana  doydular,  qazilərsə  şəhər  əhalisini 

şəhərdən  eşiyə  qovdular,  onların  olub-qalan  azuqələrini  əllərindən 

alıb bir qədər də dolandılar. O müddət ərzində təkəli tayfası rəiyyətə 




137 

 

olmazın  zülm  edərək,  onların  əlindəki  pul  və  mallarını  götürdülər, 



özlərini  isə  eşiyə  qovdular,  sonra  gizlətdikləri  şeylərin  də  axtarıb-

tapılmasına  başladılar.  Təkəlilər  [hətta]  şəhərlilərin  çölə 

qovulmalarından  sonra  onların  ev  və  məskənlərini  də  dağıdıb, 

topladıqları xəzinələri də mənimsədilər. 

Xülasə,  ərzaq  get-gedə  tükəndi,  qazilər  it  və  pişik  ətini 

yeməyə başladılar ki, bunlar da qurtardı. 

Söyləyirlər ki, Qazi xanın iki mötəbər ağası bir itin üstündə 

dalaşmağa  başladılar  və  isbat  üçün  Qazi  xana  üz  tutdular.  Onların 

hər biri deyirdi ki, it onun tərəfindən yaralanmışdır və onun əti ona 

düşür. Qazi xan nəhayət həmin itin leşini iki hissəyə bölərək, onların 

hərəsinə bir pay verdi. 

Bəhram Mirzə və Qazi xan üçünsə hər gün bir boşqab düyü 

və  [bir  tikə]  at  əti  ayrılır,  bu  xörəyin  də  yarısı  məclisdə  mötəbər 

ağalara  qaşıq-qaşıq  paylanırdı.  Ağalar  isə  özlərinə  çatan  yeməyin 

yarısını xidmətçiləri arasında bölürdülər. 

Azuqə    azlığından  elə    zəiflədilər    ki,    adamlar    əsa    ilə 

gəzməyə  başladılar.  Übeyd  xan  [vəziyyəti  bilərək]  qalaya  adam 

göndərdi, sülh barədə danışıq aparmağa başladı. 

 

Şah Təhmasibin Xorasan səmtinə hücumu: 

        


Qazi xan bu şərtlə razılaşdı ki, qoy Übeyd xan bir neçə köç 

geri çəkilsin və o, Bəhram Mirzə və qızılbaş döyüşçüləriylə birlikdə 

sağ-salamat  çıxıb  şəhəri  [özbəklərə]  təhvil  versin.  Übeyd  xan  isə 

razılaşmayıb  deyirdi:  "Qoy  onlar  gələrək,  mənim  xeyməmim 

kəndirinin  (tənab)  altından  keçsinlər  və  sonra  getsinlər".  Bəhram 

Mirzə  və  Qazi    xansa  bu  təkliflə  razılaşmırdılar.  Bir  neçə  gündən 

sonra  Səmərqəndin  padşahı  olan  Əbu  Səidxan  ibn  Kucəm  xanın 

atalığı  sülhə  razılıq  almaqdan  ötrü  şəhərə  gəldi,  amma,  sülh  baş 

tutmadı.  Qazi  xan  öz  gücsüzlüyünə  baxmayaraq,  din  və  dövlət 

düşmənləri  ilə  vuruşub,  qalanı  qorumaqdaydı.  Bu  xəbərin 

dürüstlüyü  və  yaramaz  (nabekar)  özbəklərin  hücum  xəbəri 

Azərbaycanda cah-cəlal sahibinin (Şah Təhmasibin - Ş.F.) qulağına 

çatdıqda,  artıq  Əllamənin  fitnəsi  tamamilə  yatırıldığından, 

cənnətməkan  şah  Xorasana  tərəf  getmək  fikrinə  düşdü  və  doqquz 

yüz otuz doqquzuncu ildə (miladi 1532/33) müzəffər ordu hərəkətə 

başladı.  Şah  bu  xəbəri  çatdırmaqdan  ötrü  dərhal  bir  qasidi  Herata 

yolladı.  Qasid  Heratın  ac-yalavac  adamlarının  ah-nalə  alovunun 



138 

 

ruzigar  xırmanını  yandırdığı  bir  vaxtda  şəhərə  çatıb  müzəffər 



ordunun  yola  düşmə  müjdəsini  çatdıraraq,  onlara  yemək,  ürəklərə 

qüvvət  verdi,  şadmanlıq  səsləri  asimana  ucaldı,  şənlik  nağaraları 

çalınmağa başladı. Übeyd xan şair təbiətli bir adamdı. O həmin bir 

neçə  gün  ərzində  bu  beytləri  yazıb,  Qazi  xanın  vəziri  məşhur 

möhrdar Xacə Əmir bəyə göndərdi: 

 

Beytlər 



 

Getsən Xorasan səmtinə hərgah, ey nasim,  

Çatsın Xorasan əhlinə bizdən salamımız. 

 

Lütf eylə, bizim fikrimizi bildir onlara,  



Bildir ki, sizə yoxdu bizim ehtiramımız. 

 

Cahilsiniz deyə yazırıq biz bu sözləri,  



İmza elədi naməyə izzətli namımız. 

 

Ey Xacə, bu gündən belə sağ qalma dünyada,  



Təsbit olunubdur deyə xanlıq məramımız.

132


 

 

Xacə [Əmir bəy] söz deməyə qabil və zəmanənin istedadlı 



adamlarından idi. O, [xanın] cavabında bu beytləri yazıb göndərdi. 

 

Beytlər 



 

Ey iddialı adam, bilmədinmi sən 

                                                           

132


 Beytlərin farscası: 

Ey bad, əgər bər əhle -Xorasan gozər koni,  

Zinhar, ərze deh bərayeşan səlame-ma. 

 

Vangəh ze ruye-lotf begu an goruh-ra  



K-y dəste kinexahe-şoma xas-o ame-ma. 

 

Kelke-qoruro-cəhle-şoma kərdeəst səbt  



Dər roqeyi ke bude dər an roqe name-ma. 

 

Key Xace, bəd əz in təməəz zendegi bebər  



Z-an ru ke, gəşt sekkeye-xani bename-ma.  

 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə