136
və Nişapur hakimi Ağzıvar xan Şamlı bir-birləriylə birləşib, Qamuş
Oğlanın və özbəklərin üstünə yeridilər və aralarında kiçik bir cəng
oldu, qazilər müxaliflərin bir neçə nəfərini öldürdülər. Özlərində
müqavimət gücü görməyən özbəklər hərbdən əl çəkərək geriyə,
əmirlərsə öz məkanlarına qayıtdılar.
Übeyd xanın Herat qalasını mühasirə etməsi:
Doqquz yüz otuz səkkizinci ildə (miladi 1531/32) Ubeyd
xan yenidən saysız-hesabsız döyüşçü yığıb Xorasana üz tutdu. O,
Herat şəhərinin xaricində dayanıb mühasirə işinə başladı, Xorasan
vilayətinin hər yerinə öz əmirlərini göndərdi. Oğlu Əbdüləziz
Sultanı müqəddəs Məşhədə, Qamış Oğlanı Astrabada, Xangəldi
bahadırı Səbzvara və başqa bir dəstəni Bəstam vilayətinə yola saldı.
Müntəşa Sultan, Ağzıvar xan və başqa Xorasan əmirləri öz
yerlərində qalmağı məsləhət bilməyib, hakimlik yerlərini
(hökümətgah) boş qoydular və kənara çəkildilər. Amma Damğan
hakimi Zülqədər Sultan özbəklərin gəlişindən xəbərdar olaraq
gəraylı tayfasının Miyanə adlı yerinə bir adam göndərdi, kömək
xahiş etdi. Gəraylı hakimi Mirzə Əli xan Xəlifə çoxlu qoşunla gəlib
ona birləşdi. Onlar Bəstamın kənarında özbəklərlə qarşılaşıb cəngə
başladılar, qazilər qalib, özbəklərsə məğlub oldular, bir dəstə özbək
öldürüldü, başqa dəstə isə əsir alındı. Amma, Astrabada göndərilən
Qamış Oğlan özünün cəsarət və bahadırlıq addımını irəliyə atıb
Savucbulağın Məhur adlı yerinədək çoxlu döyüşçü ilə yola düşdü,
orada Məhəmməd xan Zülqədəroğlunun ordusu üzərinə tökülüşüb
onun əgrəqini* qarət edərək geri qayıtdı. Übeyd xan isə Herat qalası
ayağında dayanıb qalaalma vəsaitinin hazırlığına başladı.
Qazilər bacardıqları qədər özbəklərdən müdanə olunmağa
başladılar. Azərbaycanda [qızılbaşlara] yağı olan Əllamə Təkəli
Ruma gedərək orada, fitnəkarlıq etdi və həmin sərhəddə üsyan və
qarışıqlıq odu şölələndi. Buna görə də cənnətməkan şah üçün böyük
bir iş başlandı və onun Xorasan yasaqına başlamaq imkanı olmadı.
Elə buna görə də Übeyd xan arxayınlıqla qala [ayağında] əyləşib,
qaladakılara təzyiq etməyə başladı.
Mühasirə müddəti il yarım çəkdi. Mühasirədə qalanlar
azuqə çatışmazlığından cana doydular, qazilərsə şəhər əhalisini
şəhərdən eşiyə qovdular, onların olub-qalan azuqələrini əllərindən
alıb bir qədər də dolandılar. O müddət ərzində təkəli tayfası rəiyyətə
137
olmazın zülm edərək, onların əlindəki pul və mallarını götürdülər,
özlərini isə eşiyə qovdular, sonra gizlətdikləri şeylərin də axtarıb-
tapılmasına başladılar. Təkəlilər [hətta] şəhərlilərin çölə
qovulmalarından sonra onların ev və məskənlərini də dağıdıb,
topladıqları xəzinələri də mənimsədilər.
Xülasə, ərzaq get-gedə tükəndi, qazilər it və pişik ətini
yeməyə başladılar ki, bunlar da qurtardı.
Söyləyirlər ki, Qazi xanın iki mötəbər ağası bir itin üstündə
dalaşmağa başladılar və isbat üçün Qazi xana üz tutdular. Onların
hər biri deyirdi ki, it onun tərəfindən yaralanmışdır və onun əti ona
düşür. Qazi xan nəhayət həmin itin leşini iki hissəyə bölərək, onların
hərəsinə bir pay verdi.
Bəhram Mirzə və Qazi xan üçünsə hər gün bir boşqab düyü
və [bir tikə] at əti ayrılır, bu xörəyin də yarısı məclisdə mötəbər
ağalara qaşıq-qaşıq paylanırdı. Ağalar isə özlərinə çatan yeməyin
yarısını xidmətçiləri arasında bölürdülər.
Azuqə azlığından elə zəiflədilər ki, adamlar əsa ilə
gəzməyə başladılar. Übeyd xan [vəziyyəti bilərək] qalaya adam
göndərdi, sülh barədə danışıq aparmağa başladı.
Şah Təhmasibin Xorasan səmtinə hücumu:
Qazi xan bu şərtlə razılaşdı ki, qoy Übeyd xan bir neçə köç
geri çəkilsin və o, Bəhram Mirzə və qızılbaş döyüşçüləriylə birlikdə
sağ-salamat çıxıb şəhəri [özbəklərə] təhvil versin. Übeyd xan isə
razılaşmayıb deyirdi: "Qoy onlar gələrək, mənim xeyməmim
kəndirinin (tənab) altından keçsinlər və sonra getsinlər". Bəhram
Mirzə və Qazi xansa bu təkliflə razılaşmırdılar. Bir neçə gündən
sonra Səmərqəndin padşahı olan Əbu Səidxan ibn Kucəm xanın
atalığı sülhə razılıq almaqdan ötrü şəhərə gəldi, amma, sülh baş
tutmadı. Qazi xan öz gücsüzlüyünə baxmayaraq, din və dövlət
düşmənləri ilə vuruşub, qalanı qorumaqdaydı. Bu xəbərin
dürüstlüyü və yaramaz (nabekar) özbəklərin hücum xəbəri
Azərbaycanda cah-cəlal sahibinin (Şah Təhmasibin - Ş.F.) qulağına
çatdıqda, artıq Əllamənin fitnəsi tamamilə yatırıldığından,
cənnətməkan şah Xorasana tərəf getmək fikrinə düşdü və doqquz
yüz otuz doqquzuncu ildə (miladi 1532/33) müzəffər ordu hərəkətə
başladı. Şah bu xəbəri çatdırmaqdan ötrü dərhal bir qasidi Herata
yolladı. Qasid Heratın ac-yalavac adamlarının ah-nalə alovunun
138
ruzigar xırmanını yandırdığı bir vaxtda şəhərə çatıb müzəffər
ordunun yola düşmə müjdəsini çatdıraraq, onlara yemək, ürəklərə
qüvvət verdi, şadmanlıq səsləri asimana ucaldı, şənlik nağaraları
çalınmağa başladı. Übeyd xan şair təbiətli bir adamdı. O həmin bir
neçə gün ərzində bu beytləri yazıb, Qazi xanın vəziri məşhur
möhrdar Xacə Əmir bəyə göndərdi:
Beytlər
Getsən Xorasan səmtinə hərgah, ey nasim,
Çatsın Xorasan əhlinə bizdən salamımız.
Lütf eylə, bizim fikrimizi bildir onlara,
Bildir ki, sizə yoxdu bizim ehtiramımız.
Cahilsiniz deyə yazırıq biz bu sözləri,
İmza elədi naməyə izzətli namımız.
Ey Xacə, bu gündən belə sağ qalma dünyada,
Təsbit olunubdur deyə xanlıq məramımız.
132
Xacə [Əmir bəy] söz deməyə qabil və zəmanənin istedadlı
adamlarından idi. O, [xanın] cavabında bu beytləri yazıb göndərdi.
Beytlər
Ey iddialı adam, bilmədinmi sən
132
Beytlərin farscası:
Ey bad, əgər bər əhle -Xorasan gozər koni,
Zinhar, ərze deh bərayeşan səlame-ma.
Vangəh ze ruye-lotf begu an goruh-ra
K-y dəste kinexahe-şoma xas-o ame-ma.
Kelke-qoruro-cəhle-şoma kərdeəst səbt
Dər roqeyi ke bude dər an roqe name-ma.
Key Xace, bəd əz in təməəz zendegi bebər
Z-an ru ke, gəşt sekkeye-xani bename-ma.
Dostları ilə paylaş: |