124
ÜBEYD XANIN ÖZBƏK XAQANLARI İLƏ XORASANA
ÜÇÜNCÜ GƏLİŞİ, HUMAYUN ŞAH ORDUSUNUN
YÜRÜŞÜ, ONUN CAM (VİLAYƏTİNİNl XOSROVSƏRD
ADLIYERİNDƏKİ HƏRBİ VƏ CAH-CƏLALIVƏ
KƏRAMƏTLİ HƏZRƏT ALLAH-TAALANIN İMDADI
İLƏ HƏZRƏT ŞAHIN QƏLƏBƏSİNİN ZİKRİ
Qələm bülbül kimi eyləyib səda,
Yazmağa başladı bu dastanı da
121
Cəm məqamlı cənnətməkan şah özünün əbədiyyət əsaslı
səltənəti əyyamında bütün din və dövlət işlərini həzrət Allahın
iradəsinə (məşiyyət) həvalə edib İlahi iltifatlara bel bağladı (vaseq).
Buna görə də əta dərgahından onun bütün mətləb və məramı yerinə
yetdi, döyüş meydanlarında düşmənlər üzərində zəfər çaldı. Onun
əbədiyyətlə peyvənd olan hakimiyyəti vaxtı baş vermiş Cam cəngi
aləmdə məşhurdur və bu vaxtadək bəni-adəmin dilindən düşmür.
Belə ki, o həzrətin Übeyd xan və özbək xaqanları ilə etdiyi həmin
döyüş onun hümayun cülusunun əvvəllərinə düşmüş və qələbə ilə
nəticələnmişdi. Həmin əhvalatın bəyanı qısa şəkildə aşağıdakı
kimidir:
Xorasan qasidləri ardı-ardınca səadət nişanlı dərgaha
gələrək yalvarırdılar (esteğase) ki, o diyarda bəla tufanı tüğyan edir,
həmin yerlərin əhalisi özbəklərin fitnə sellərinin burulğanına
düşərək, iztirab dəryasına qərq olunmaqdadırlar. Buna görə də, Cəm
qədirli həzrət şah əmirlər və dövlət başçıları ilə məsləhətləşdi,
hamının fikri Xorasana yürüş və özbəkləri dəf etmək oldu.
Müzəffər döyüşçülər zəfər nişanlı orduda toplaşdılar və
cahangirlik bayraqları Xorasan səmtinə hərəkətə başladı. Cuhə
Sultan Vəkil, Əllamə Sultan Təkəli və Məhəmməd xan
Zülqədəroğlu bir dəstə zəfərpənah qazilərlə qoşuna münqəlay olub,
öncə getdilər, Zəmeş (?) bahadır isə Damğan qalasına sığındı.
Əzəmətli əmirlər o qalanı əhatələdilər, çuvalları üst-üstə yığıb
özbəkləri tüfəng atəşinə tutudular. Hər gün qaladan çıxan döyüş
121
Beytin farscası:
Qələm çon əndəlibe-nəğmepərdaz
Çenin dəstansərayi mikonəd saz.
125
meydanının bahadırlar dəstəsi qazilərlə vuruşurdu. [Beləliklə]
tərəflər arasında hərb atəşi bir neçə gün şölələndi, o vaxta qədər ki,
məşhur bahadırların çoxu güllə yarasından və qantökən şəmşirlərdən
həlak oldu. Mühasirədə qalanların işi çətinə düşdü, hümayun
ordunun gəlib-yaxınlaşması isə özbəkləri çaş-baş etdi. Nicat yolu
hər tərəfdən bağlanmışdı. [Buna görə də] onlar fərar yolu axtarmağa
başladılar. Zəmeş bahadır bir neçə adamla bir gecə qaçış məqsədiylə
bellərinə kəndir bağlayaraq qaladan endilər. Qazilər və qalanı
güdənlər bundan xəbərdar olub, onların hamısını tutdular, elə həmin
ləhzə qətlə yetirdilər. Ertəsi gün isə qala bir həmlədə fəth edildi və
bütün özbəklər qazilərin şəmşirlərinə yem oldular. Aləm
xosrovunun günəş parıltılı bayraqlarını [rayat] əllərində tutmuş
bəhrlər yandıran, dəryalar coşduran ləşkərlər Kalpuş yoluyla
müqəddəs Məşhədə çatdılar və onlar həzrət İmaməl-çinn və-l insi
(İmam Rzanı - Ş.F.) ziyarət etdilər və Rza rövzəsi sultanının pak
ruhundan kömək xahişində oldular, Herat darüssəltənəsinə
getməkdən ötrü müzəffər bayraqları Cama tərəf dalğalandırdılar.
Amma, yuxarıda yazıldığı kimi, Übeyd xan [artıq] Heratdan çıxaraq,
Buxaraya gəlmişdi. O, Kucəm xandan və çingiznejad sultanlardan
kömək
xahiş
edərək,
Dəşti-Qıpçağadək
yerləşən
bütün
Mavərənnəhr, Türküstan, Əxsi, Əndican, Otrar, Qılmaq, Kaşğər,
Qırğız və Qazaq vilayətlərindən olduqca qalın bir ordu topladı,
Kucəm xan, Yəraq xan, Fulad Sultan, Əbdüləziz Sultan, Əbdüllətif
Sultan, Canıbəy Sultan, Gəldi Məhəmməd Sultan, Əbu Səid Sultan,
Sevincək Məhəmməd Sultan, Kəskən Qara Sultan və sair özbək
sərdarları və hər qəbilənin mötəbər əmirləri ilə birlikdə dalğalanan
dərya kimi dəstələr təşkil edərək dəmir və poladdan bərk olan ürək
möhkəmliyi ilə Xorasana yürüş etdi.
Beytlər
Onların hamısı yırtıcı qurd tək,
Ağılları isə tükdən də kövrək.
Hamı bədxasiyyət, bədrəftar idi,
Hirsli, qaradinməz adamlar idi.
122
122
Həme gorgzadane-dərzəndexuy
Səbokrəueşan comle əz bore-muy
Ze əture-işan betər xuye-şan
126
Xülasə, Çingiz xanın xürucunun əvvəlindən bu vaxta qədər
Amu çayından belə çoxsaylı və izdihamlı ləşkər hələ keçməmişdi.
Hümayun şah ordusu Camın Xosrovsərd adlı yerinə çatanda, özbək
xanları da qarşı tərəfdən gələrək Zurabada çatdılar. Qızılbaş
əskərlərinin qarovulları bir neçə özbəyi tutub gətirdilər.
Şah Təhmasibin özbək padşahı Übeyd xan ilə cənginin zikri:
Özbək sultanlarının sayı və saysız özbək ordusunun
keyfiyyət və kəmiyyəti məlum oldu. Həmin ordunun sayı heç bir
etibarlı kitabda az miqdar göstərilməmişdir. "Lübbət-təvarix"
[əsərinin] müəllifi Mir Yəhya Seyfi onların yüz iyirmi min nəfər
olduğunu yazmışdır. Amma əhali arasında danışılır ki, özbək
əskərlərinin miqdarı, pornavol və əlmançilərdən* (?) başqa həştad
min döyüşkən bahadırlardan ibarət olubdur, amma qızılbaş
ordusundasa muzdlu (məvacibkar) süvarilərin sayı, xurcunlulardan*
savayı iyirmi dörd min nəfər idi.
Xülasə, doqquz yüz otuz beşinci ilin məhərrəmül-həram
ayının doqquzuna (miladi 1528, 23 sentyabr) düşən tasuva (tasua)
günü özbək sultanları Camın Sarıqamış adlı yerində fələk ehtişamlı
xosrovun (Şah Təhmasibin - Ş.F.) ordusunun yaxınlığına yetişdi. O
gecə heç bir tərəf cəngə başlamadı, aşura günü sübh çağı isə
tərəflərin döyüş səfləri bəzəndi.
Qızılbaş əmirlərinin başçısı Cuhə Sultan Təkəli Vəkil,
Əllamə Sultan Təkəli, Hüseyn xan Şamlı, Şiraz hakimi Həmzə
Sultan Xamuslu (Xunuslu olmalıdır - Ş.F) Zülqədər, Məhəmməd
xan Zülqədəroğlu, Əhməd Sultan Ustaclı, Yaqub Sultan Qacar, o
vaxtlarda sultan [titulu daşıyan] Məhəmməd xan Şərafəddinoğlu
Təkəli, Həsən Sultan Rumlu, Əhməd Sultan Əfşar və həzrət
cənnətməkan şahın başqa əzəmətli əmirləri və qorçiləri mükəmməl
yaraqlanaraq, iti sürətli ağ-qara atlara (əbləq) suvar oldular,
müzəffər qorçilərlə birlikdə ordunun qəlbində qərar tutdular.
Xoşbəxt ordunun meymənə və meysərə (sağ və sol - Ş.F) hissələri
məşhur və bacarıqlı əmirlərlə bəzəndi. Firəngi zərbzənlərlə
(Avropadan gətirilmiş kiçik toplar - Ş.F.) dolu arabalar ustad Şeyxi
bəy Topçubaşının başçılığıyla səfin önündə dayandı. Onlar uca
Por əz çin həme ruy-o əbruye-şan.
Dostları ilə paylaş: |