Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə42/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   38   39   40   41   42   43   44   45   ...   340

118 

 

şeyxlərinin  -  "Allah  onların  sirlərini  arındırsın"



117

  -  ziyarəti  ilə 

şərəfləndilər,  oradan  çıxıb  Təbrizə  rəvan  oldular.  Cəm  məqamlı, 

cənnət  məkanlı  şah  bunu  bilərək,  Div  Sultanı,  Cuhə  Sultanı  və 

Məhəmməd  xan  Zülqədəroğlunu  səkkiz  min  əskər  və  min  nəfər 

əzəmətli  qorçi  ilə  onları  dəf  etməyə  yolladı.  Köpək  Sultan  və 

yoldaşları  Div  Sultanın,  əmirlərin  və  şah  qorçilərinin  gəlişlərindən 

xəbər tutaraq Çuxur-Sədə tərəf getdilər. [Amma] əmirlər və qorçilər 

Şəmrda onlara çatıb döyüş səfi bəzədilər. Ustaclı əmirləri o gün elə 

vuruşdular  ki,  Samın*  ruhu  onlara  "afərin"  söylədi.  Vurhavur 

əsnasında  Məhəmməd  xan  Zülqədər  ustaclı  teypinin**  arxasından 

onlara həmlə etdi, Köpək Sultan ağır yaralanıb öldü, Cuhə Sultan isə 

təkəli döyüşçüləri ilə ön hissəyə at sürdü. Köpək Sultan öldüyündən

ustaclı  tayfası  məğlubiyyətə  uğrayaraq  fərar  yolunu  önə  tutdu. 

Müntəşa  Sultan  və  Faruq  onların  qoşun  səfini  yarıb,  o  mərəkədən 

mərdanəliklə  çıxdılar,  böyük  əziyyətlə  özlərini  Gilana  çatdırdılar. 

Diyarbəkr hadisələrində ustaclılara məğlub olub, atası Kor Şahruxun 

və  qardaşlarının  qətlə  yetirildiyi  Zülqədəroğlu  bu  döyüşdə  onların 

qarşısına çıxmadı. 

 

Şamlı və təkəlilərin cəngi: 

 

Xülasə, ustaclıların sağ qalan hissəsi Gilanda bir qədər vaxt 



keçirdilər.  Doqquz      yüz      otuz      dördüncü  il  (miladi  1527)  olan 

sonrakı  ildə  isə  Cuhə  Sultanın  təhriki  (əngiz)  ilə  Div  Sultan 

öldürüldü  və  vəkalət  mənsəbi  ona  çatdı.  Ustaclıların  Gilanda 

qalmalarından iyirmi ilədək  vaxt keçən doqquz yüz otuz altıncı ildə 

(miladi 1529/30) zəfər ayəli şah ordası Üheyd xan Özbəyin fitnəsini 

dəf  etməkdən  ötrü  ikinci  dəfə  Xorasana  yollandı.  Gilanda  olan 

Müntəşa Sultanın atası, Faruq Sultan, Qazaq Sultan və başqa ustaclı 

əyanları fələk şöhrətli dərgaha öz istəkləri və sədaqət hissi ilə gəlib, 

əllərində  qılınc  və  kəfən  tutaraq,  dünya  şəhriyarının  yanına 

cumdular.  Şah  onlara  qarşı  rəğbət  məqamında  olmadı,  amma 

düşmənçilik  və  inad  mövqeyində  də  dayanmadı.  Onlar  da  şahla 

barışıq  şəraitində  yaşamağa  başladılar.  Amma,  şah  Cuhə  Sultandan 

razı  idi  və  onun  rəftar  tərzi  şahın  xoşuna  gəlirdi.  [Buna  görə  də] 

Cuhə  Sultanın  ixtiyar  və  iqtidarı  get-gedə  çoxalırdı.  Təkəli 

tayfasının  isə  xüdpəsəndlikləri  həddən  aşmaqdaydı.  Bunu  görən 

                                                           

117

 İfadənin ərəbcəsi: "Qəddəsə-l-lahu əsrarəhum". 




119 

 

şahın  mübarək  qəlbində  onlara  qarşı  təşviş  (ğobar)  yaranmağa 



başladı.  Doqquz  yüz  otuz  yeddinci  ildə  (miladi  1530/31)  Hüseyn 

xan  Şamlı  Şirazdan  gələrək  İsfahanın  Kəndoman  adlı  yerində 

səltənət sarayına daxil olub, şahanə nəvazişlərə layiq görüldü. [Bunu 

görən]  Cuhə  Sultan  ona  qarşı  inad  məqamında  duraraq  onu 

öldürmək  fikrinə  düşdü.  Bunu  bilən  təkəlilər  bir  gecə  özlərinin 

qoşununu  yaraqlandırıb,  Cuhə  Sultanın  çadırına  (xeymə)  hücum 

etdilər.  Cuhə  Sultan  bu  məsələdən  pərişan  olub,  özünü  hümayun 

divanxana xeyməsinə çatdırdı, mübarək dövlətxana hərəmxanasında 

şamlılar  və  təkəlilər  arasında  cəng  başlandı.  Keşikdə  dayanan 

zülqədər qorçilərindən Misir adlı quroğlu [tayfasının bir üzvü] Cuhə 

Sultanı  yaralayıb  öldürdü,  [amma]  təkəlilər  onun  öldüyünü  məxfi 

saxlayıb,  yenə  də  özlərini  müdafiə  etməkdəydilər.  Hüseyn  xan 

həmin qaranlıq gecədə çox çalışdı, amma sübh dəstə-dəstə və qoşun-

qoşun gələn təkəli əmirlərinin hücumundan  məğlub olub fərar etdi, 

məqsədinə  yetməyərək  məyus  halda  İsfahana  qayıtdı.  O  mərəkədə 

şamlı  cavanlarının  çoxu  qətlə  yetirildi.  Təkəli  əmirləri  Cuhə 

Sultanın  Şahqubad  adlı  böyük  oğlunu  atasının  yerinə  vəkil  etdilər. 

[Amma]  bütün  şamlı,  ustaclı,  zülqədər  və  əfşar  oymaqları  inad  və 

intiqam  məqamına  gəldilər,  onunla  düşmənçiliyə  başladılar. 

İmamzadə  Səhl  Əli  əleyhüssalamın  məzarı  yaxınlığında  aralarında 

cəng  vaqe  oldu.  Təkəli  əmirləri,  Cuhə  Sultanın  vəkilliyi  vaxtında 

olduğu kimi, özlərinin müstəqil hökmranlıqlarını (istiqlal) istədikləri 

üçün bir yerə toplaşdılar  və dövlətxanaya  gəldilər ki, cənnətməkan 

şahı özləri ilə aparıb, düşmənlərin dəfi ilə  məşğul olsunlar. Cahanı 

bəzəməyinin başlanğıc dövrünü keçirən cənnətməkan şah o tayfanın 

bəyənilməz  hərəkətlərindən  bərk  bezdi  və  özbaşınalıq  və 

xudpəsədnlik  edən  təkəlilərin  dəf  olunmaları  xüsusunda  fərman 

verdi,  əzəmətli  qorçilər  də  hümayun  dövlətxanada  onları  oxa 

tutdular  (tirbaran).  [Vəziyyəti  belə  görən]  təkəlilər  Cəm  məqamlı 

şahın  narazılığından  məyus  olaraq  fərar  etdilər,  bəxtlərinin 

dönüklüyündən  onların  dövləti  üstünə  məzəllət  tozu  qondu  və 

əksəriyyəti qətlə yetirildi. Bu ibrətli hadisənin maddeyi-tarixi "afəte-

təkəliyan" ("təkəlilərin bəlası") sözləri oldu. 

O  vaqiədən  sonra  həsrət  onlara  qalib  gəldi  və  Bağdad 

yolunu üzə tutdular. Bağdad hakimi Məhəmməd xan Şərəfəddinoğlu 

Təkəli  Qunduz  Sultanı  (Quduz  Sultan  olmalıdır  -  Ş.F.),  Hüseyn 

Sultanı  və daha bir neçə təkəli fitnəkarını qətlə  yetirərək, başlarını 

aləmpənah  dərgaha  göndərdi.  Bu  vaqiədən  sonra  o  həzrət  (Şah 




120 

 

Təhmasib - Ş.F.) Hüseyn xan Şamlıya lütfkarlıq məktubu yollayaraq 



onu  yanına  çağırdı,  qızılbaş  tayfalarının  uca  əmirülüməralıq 

mənsəbini ona  və  Abdulla xan  Ustaclıya  verdi ki, onların hər ikisi 

həzrət Süleyman şanlı xaqanın bacısı oğlanları idilər. 

[Beləliklə]  oymaqların  savaş  və  söz-sovları  bitdi.  İxlas 

ərbabları kamil mürşidin (Şah Təhmasibin - Ş.F.) mübarək razılığını 

öz  mətləblərinə  uyğunlaşdıraraq,  ayaqlarını  ədəb  ətəyində 

gizlətdilər. O həzrət şəxsən səltənət və cahandarlıq işlərini yüksəltdi. 

Amma,  ali  mərtəbəyədək  tərəqqi  edən  və  o  zaman  Azərbaycan 

əmirülümərası  olan  Əllamə  Təkəli  (Həsən  bəy  Rumluda  "Ölmə 

Təkəli"  -  Ş.F)  Cuhə  Sultanın  əvəzinə  vəkil  və  səltənətin  ixtiyar 

sahibi (muxtarüs-səltənə) olmaq istədi, boş xəyala qapılaraq qoşunla 

birlikdə hümuyun orduya doğru yollandı. 

Cənnətməkan  şah  Əllamənin  fitnəkar  istəyindən  agah 

olaraq onun üstünə hücuma keçdi, o da o həzrətin qorxusundan işıq 

və külək sürətiylə Azərbaycana tərəf götürüldü, özünü Van qalasına 

çatdırdı,  oraya  sığındı.  Vanda  olduğu  vaxt  bu  dövlətdən  üz 

döndərərək  Rum  padşahı  Sultan  Süleymanın  çağırışı  ilə  İstanbula 

rəvan  oldu.  O,  orada  Sultan  Süleymanı  fitnə-fəsada  təhrik  etdi  və 

Rum padşahı Əcəm diyarına (burada: Azərbaycana - Ş.F) dörd dəfə 

qoşun çəkdi, saysız-hesabsız döyüşçülərlə gəldi və hər dəfə də qeyb 

qoşunlarından  və  Allahın iltifatından  mədəd alan  cənnətməkan şah 

onun  fitnəsini  dəf  etdi.  [Sultan  Süleyman]  birinci  dəfə  Əllamənin, 

ikinci  dəfə  Qazi  xan  Təkəlinun  və  Zülqədəroğlunun,  üçüncü  dəfə 

Əlqas  Mirzənin  yalan  vədlərinin,  dördüncü  dəfə  Ərzrum  hakimi 

İsgəndərpaşanın  təhrikləri,  düşmənçilikləri,  şeytanlıqları  və 

fitnəkarlıqları  ilə  hücuma  keçməli  oldu.  Bu  hadisələr  barədə 

həqiqətlər  Xorasan  hadisələrinin  şərhindən  sonra  xülasə  şəklində 

bəyan olunacaqdır. 

dular. Bu xəbər Übeyd xana çatdıqda söhbət büsatı pozuldu və onlar 

elə  çaş-baş  oldular  ki,  Sevincək  Məhəmməd  Sultan  çaya  düşdü, 

Übeyd xan isə özünü bir yabıya çatdırıb əsgərləri ilə qaçdı. 

Xülasə, Übeyd xan  mühasirə əyyamının uzanmasından  və 

döyüşdən,  həmçinin  qalanı  tutmaq  uğursuzluğundan  məyus  olaraq 

öz diyarına getdi. 

 

 

 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə