133
onların var-dövlətlərini qarət etdi, oradan Kəbç (?) və Mokrana (?)
yollandı, xeyli qarətkarlığa başladı, sonra Şiraza gəldi. Onun bu
işlərinin şərhi tezliklə [tərəfimizdən] yazılacaqdır.
Xülasə, Übeyd xan bütün Xorasan mülkünü istila edib,
həmin məmləkətdə yenidən çövr və tüğyana başladı, özbək
döyüşçüləri Xorasan əhlinə çox zülm etdi. Übeyd xan [hətta]
mallarını əllərindən almaq tamahı ilə əsl sünnü camaatının çoxunun
guya rəfz* olmaları və şiəlikləri bəhanəsi ilə qətlə yetirdi ki, zülmlə
öldürülənlərin biri də şair Hilali idi, onu Heratın dörd yol hissəsində
öldürdülər, çünki Übeyd xana demişdilər ki, cənab movlana xanı
həcv edərək, bu rübaisini onun barəsində yazmışdır:
Qarətçilik etməkdə olan xansansa,
Taraçgəri-mülki-Xorasansansa,
Yığdın yetimin malını da sən, ey
Übeyd, Vallah ki, kafərəm müsəlmansansa.
129
Yaxud, o, Übeyd xanın mədhində bir gözəl qəsidə də
yazmışdı ki, bu iki beyt həmin qəsidədəndir:
Bilən varmı Xorasan torpağı canə haçan gəldi? –
Ona can gəldi ol dəm ki, Übeydullah xan gəldi.
Qızıl nallı səmənd at ki, xanındır, bənzəyir şəmsə,
Ki, məşriqdən gedih məğribə, döndü, nagəhan gəldi.
130
Bu mədhin şair Hilaliyə heç bir faydası olmadı, məlum
səbəbdən qətlə yetirildi.
129
Rübainin farscası:
Ta çənd, Ubeyd, əz peye-talan başi?
Taracgəre-molke-Xorasan başi?
Qarət koni-yo male-yətiman bebəri,
Kafər başəm əgər [mən to] mosəlman başi*.
* Qeyd: Rübainini 4-cü misrası naqisdir. Mötərizəyə alınmış sözləri özüm artırdım -
Ş.F.
130
Beytlərin farscası:
Xorasan sineye-mye-zəmin əz bəhre-an aməd,
Ke can aməd dər-u, yəni Übeydullah xan aməd.
Səmənde-tondzərrin nə'le-u xorşid-ra manəd
Ke əz məşreq be məğreb rərf-o yek şəb dər miyan aməd.
134
Elə ki, özbəklərin Xorasanı istila etmələri xəbəri cənnət-
məkan şahın hümayun qulağına çatdı, o din və ədalət sahibi artıq
Bağdad işlərini öz işlərinə uyğun həll etdiyindən doqquz yüz otuz
altıncı ilin (miladi 1529) əvvəlində özbəklərin fitnəsini aradan
qaldırmaqdan ötrü, qələbəsi əyan olan yürüş cilovunu Xorasana
çevirdi, sürətlə hərəkət edən qorçiləri ölkəsinin bütün yerlərinə
(qələmrov) göndərdi ki, döyüşçülər özlərini müzəffər orduya
çatdırsınlar. Az günlər ərzində məğlubedilməz döyüşçü dəstələri
hissə-hissə gəlib hümayun toplantı yerinə (məəskər) toplaşdılar.
Tarixçi Həsən bəy belə yazmışdır: "O səfərdə müzəffər orduda
yetmiş min əskər cəmləndi".
Şah Təhmasibin özbək padşahı Übeyd
xanı cəzalandırmaqdan ötrü Xorasana gedişi:
Amma Übeyd xan fəxarətli Herat şəhərini artıq tutduğu
üçün özünü Xorasan mülkünün maliki kimi görürdü. O Fərəh
qalasının [da] fəthinə yollanaraq Əhməd Sultan Əfşarın üstünə
qoşun çəkdi və qalanı mühasirəyə aldı. Oranı tutmaqdan ötrü çox
cidd-cəhd edən Übeyd xan heç bir iş görə bilməyib, mühasirədən əl
çəkdi və Herata qayıtdı. Elə ki, iqbal ordusu günəşinin görünmə
xəbəri (yəni şah ordusunun Xorasana gəlməsi - Ş.F.) o vilayətə gəlib
çatdı, Übeyd xanın səbat kökünə zəlzələ düşdü və o, Heratdan
Mərvə tərəf getdi, dilləri yağlı elçilərini çingiziyyə xanlarının yanına
yollayıb təcili olaraq onun köməyinə yetişmələrini xahiş etdi.
Xan elə oradan həzrət cənnətməkan şaha kobud (nahəmvar)
məktublar yazıb göndərdi, Mərvdə əyləşib kömək gözləməyə
başladı. Turan sultanları [tezliklə] Mərvdə toplaşaraq qızılbaş
padşahı ilə yeni hərbə başlamaq barədə hər sülalənin aqilləri və
atalıqları* ilə kənqaş** keçirdilər, amma onların əksəriyyətinin fikri
cəng etməmək oldu. Sultanların ən yaşlısı və Səmərqənd hökmdarı
olan Kucəm xan elə həmin il ölmüş, oğlu Əbu Səid xan onun
qaimməqamı olmuşdu. O, Übeyd xana qəti etirazla dedi: "Biz bu
müddət ərzində Xorasana [dəfələrlə] gəlib, qızılbaşlarla cəng
etmişiksə də, xəsarətdən başqa heç bir fayda görməmişik. Yox, əgər
sən onlara müqavimət göstərmək istəyirsənsə ixtiyar sahibisən,
amma biz qızılbaşlarla cəngdə [daha] səninlə yoldaşlıq etmirik.
Məsləhətdir ki, sən də öz məmləkətinlə kifayətlənib bu faydasız
cəhddən əl çəkəsən".
135
Cuci [xan] pejadlı* sultanların çoxu onun sözünü
dəstəkləyib köməyinə getmədilər. Übeyd xan sultanlar köməyindən
məyus oldu. Onun göndərdiyi elçi isə şahın yanına yetişib, ləşkərin
toplanması və kəmiyyəti barədə məlumat verdi, ondan şaha
yazdıqları üslubda kobud tərzli cavab məktubu aldı. Həmin namədə
bu beyt [də] yazılmışdı.
Beyt
Ey özil kar, bəxti kor insan, bəli,
Kar və korun güclü olarmı əli?
131
Nəticədə [Übeyd xan] həsrətli könül və naləli xatir ilə
Xorasanla əlaqəsini kəsərək, Buxaraya rəvan oldu. Cənnətməkan
şah isə səadət və iqballa Xorasana gəldi və həmin vilayətin bütün
yerlərinə sahibləndi. O, Herat darüssəltənəsində əyləşib, o diyarın
ürəkləri şikəst və narahat adamlarının yaralarına rahətlik məlhəmi
çəkdi, Xorasan hakimliyini öz əyan qardaşı Bəhram Mirzəyə inayət
etdi, Qazi xan Təkəli mirzənin lələsi və Xorasanın əmirülümərası
oldu. Şah o vilayətin hər yerinə əmirlər və hakimlər təyin edib,
bütün təbəələrinin işlərini yenidən nizama saldı. Özbək qarətçi
qoşunun gediş-gəlişindən Xorasana dəymiş dağıntını sahmana
salmaq və zəfərli əsgərlərin maaş qıtlığını (zeyqi-məaş), həmçinin o
diyar əhalisinin vəziyyətini nəzərə alaraq, İraqa qayıtmağı məsləhət
bilən müzəffər dünya şəhriyarı atının cilovunu o səmtə yönəltdi.
ÜBEYD XANIN XORAŞANA BEŞİNCİ
GƏLİŞİ VƏ FƏRAR ETMƏSİNİN ZİKRİ
Cənnətməkan şahın geri qayıtmaq xəbəri Buxarada Übeyd
xana çatdı. O, doqquz yüz otuz yeddinci il (miladi 1530/31) olan
ertəsi il Qamış Oğlanı bəzi özbək əmirləriylə bu xəbərin
dəqiqləşdirilməsindən ötrü Xorasana göndərdi. Onlar Amu çayını
keçib Sərəxs yoluyla müqəddəs Məşhədə gəldilər. Məşhəd hakimi
Müntəşa (mətndə səhvən "Müsənna" yazılıb - Ş.F.) Sultan Ustaclı
131
Beytin farscası:
To kəri-vo həst tora bəxte-kur,
Kur-o kəri-ra ce bovəd dəste-zur?
Dostları ilə paylaş: |