130
Qızılbaş qoşununun qələbəsi və özbəklərin məğlubiyyəti:
Həmin əqidə sahibləri olan və canlarından keçən
döyüşçülərdən əvvəlcə şamlı və zülqədər qorçiləri kamil mürşidin
(Şah Təhmasibin - Ş.F) fərmanını can-başla qəbul etdilər, öz misri
qılınclarını sıyırıb və gen ətəkli qalxanlarını başlarına tutub düzgün
əzmlə "Allaha təvəkkül" deyərək sağ qoldan atlarını irəli sürdülər.
Sol qolun dilavərləri də hərəkətə başladılar. Onların hamısı
birlikdə fədakarlıqla və o qeyb qoşununun köməyi ilə həmin qəddar
və xunxar özbəklərin üstünə at çapdılar. [Belə ki,] onların üç min
şimşək parıltılı şəmşirləri birlikdə işləməyə başladı. Qızılbaşlar,
kamil mürşidin buyurduğu kimi, yaraladıqları hər adamı qətlə
yetirməyib, başqası ilə döyüşə başladılar. Çox miqdarlı özbək
əskərlərinin əksəriyyəti qazilərin almas kimi parıldayan qılınclarının
zərbələrindən yaralandı, yaxud öldürüldü, müdafiə olunmağa fürsət
tapa bilmədi, qoşunlarının qəlb hissəsi parçalandı. Kucəm xan və
Übeyd xan elə çaşdılar ki, fərar etməkdən başqa heç bir çarələri
qalmadı, o saysız-hesabsız ləşkər canlarından keçən fədailərin bircə
mərdanə həmləsi ilə məğlub edildi.
Bir-birilərindən ayrı düşən ulduzlar kimi (bənatən-nəş)
qızılbaş döyüşçüləri isə keçirdikləri kədər və ümidsizlikdən sonra
qələbəyə ümidvar olaraq Sürəyya ulduzları kimi* bir yerə
toplaşdılar.
Elə fəthdən sonra belə məğlubiyyətə uğrayan özbək
sultanları kama yetməyərək, qaçmağa başladılar. Əzəmətli qorçilərin
biri Übeyd xana çatıb ona şəmşirlə arxadan bir zərbə vurdu və xan
bayıldı. [Qorçi] nifrət etdiyindən hətta onun həqarətli bədənini
götürüb-aparmaq belə istəmədi, ondan daha yaxşısını tapıb-
öldürməyə üz tutdu. Bəzi adamların sözünə görə, qorçi [Übeyd
xanın] başına elə toppuz zərbəsi vurdu ki, qulağı (samec) parçalandı.
[Buna görə də] xalq arasında o "Kar Übeyd" kimi də adlanmışdı.
Übeyd xan Mavərənnəhrin və Daşkəndin qırx nəfər əzəmətli
adamını da özü ilə buraya gətirmişdi ki, onlar bayrağın yanında
dayanıb, onun qələbə çalmasından ötrü dua etsinlər. Haqq onlarla
olmadığından, duaları geri qayıtdı və hamısı bayrağın yanındaca
öldürüldü.
Xülasə, Kucəm xan və Übeyd xan yüz təşvişlə həmin qan
dənizindən canlarını qurlara bildilər. O azğınların təxminən iyirmi
min nəfəri ildırım təsirli şəmşirlərin şöləsi ilə yandırıldı, o alçaqları
131
(xaksar) "onları tapdığınız yerdə tutun və öldürün" ifadəsinə uyğun
olaraq öldürdülər
127
. Həzrət cənnətməkan şah haqqında belə
danışılır: Həzrət şahla birlikdə özbək qoşununun qəlb hissəsinə
hücuma keçən üç min nəfər döyüşçüdən başqa, habelə daha min
yeddi yüz qorçi və əmirlər ləşkərinin yerdə qalanları (tətəmme) da
vardı. Özbək sultanlarından Canıbəy Sultan öz təbəələri və özbək
döyüşçüləri ilə birlikdə məğlub olan qızılbaşların təqibindən geri
qayıdarkən, axşam vaxtı, qızılbaş ordusunun çıraqlarının Übeyd xan
ordusunun çıraqları olduğunu zənn edib, hümayun ordunun arxa
tərəfinə gəldi və orada dayandı.
Ertəsi gün, məhərrəmül-həram ayının on birində (24
sentyabr) onların qaraltıları gözə dəydi. Onların Özbəklər olduqları
məlum olduqda hamı yəğma (qarət - Ş.F.) məqsədi ilə atlandı.
Cənnətməkan şah da ata süvar oldu və onlar o bəxti dönmüşlərin
üzərinə yollandılar. Cuhə Sultan onların getmələrinə mane olaraq
deyirdi: "Qızılbaş ləşkəri dağıldığından getmək lazım deyil. Allah
eləməsin, iş əngələ düşə bilər". O həzrət, igidlik və dilavərliyinin
çoxluğundan bu ağıllı təklifə əhəmiyyət vermədi və o rəzillərin
üzərinə hücum etdi, cəsur bir həmlə ilə onların işini bitirdi,
[özbəklərin] əksəriyyəti qazı şəmşirləri üçün yem oldu. Canı bəy
Sultan bir az müqavimət göstərdi və onun adamları mərdanəliklə
döyüşdülər, amma nəticədə fərar yoluna düşdülər.
Beləliklə, bəxtləri uca olduğundan [qızılbaşlar] elə fəthə
nail oldular ki, belə fəth qədim zamanlardan bəri olduqca az
görünmüşdür. Bir nəfərə on nəfər düşdüyü halda özbəklər əzildilər
və özlərinin idbar diyarlarına qayıtdılar. "Əgər aranızda iyirmi
səbirli kişi olsa, iki yüz nəfərə qələbə çalarlar" ayəsi gerçəkləşmiş
oldu.
128
Qızılbaşlar İlahiyə şükr edərək ətraf məmləkətlərə
fəthnamələr* göndərdilər. Şah Xorasan işlərini tənzimləməyə
başladı. Bu cəngdə Hüseyn xan Şamlıdan igidliklər zahir olduğu
üçün Heratın və onun mülkiyyətinin idarə olunması fərmanla ona
tapşırıldı. [Sonra] yürüş İraqi-Ərəb səmtinə oldu ki, bu səfərin şərhi
[tərəfimizdən] yazılacaqdır.
127
İfadənin ərəbcəsi: "... vəqtuluhum heysu vəcədtumuhum".
128
İfadənin ərəbcəsi: "İnyəkun-minkum işrunə sabirinə yəğlibu-mi-ətəyni"
132
ÜBEYD XANIN XORASANA
DÖRDÜNCÜ GƏLİŞİNİN ZİKRİ
Şahın müzəffər ordusunun qayıtması xəbərindən agah olan
Übeyd xan yenə də elə həmin ildə - doqquz yüz otuz beşinci ildə
(miladi 1528/29) Buxaranın ətraf yerlərindən döyüşkən ləşkər
toplayaraq, Xorasana gəldi. Sevincək Məhəmməd Sultanı və
Əbdüləziz Sultanın oğlunu özündən əvvəl müqəddəs Məşhəd
səmtinə yolladı. Qızılbaş əmirlərindən, o vaxtlarda "sultan" olan,
Ağzıvar xan Şamlı, [habelə] Əhməd Sultan Əfşar və Yaqub Sultan
Qacar müqqədəs Məşhəddə idilər. Məşhəd barısının inşası hələ başa
çatmadığı üçün onlar şəhərdə səngər (kuçebənd) quraraq,
qorunmaqla (moharesət) məşğul olmağa başladılar. Onların
aralarındakı hərb atəşi iki ayədək alovlandı. [Sonra] Übeyd xanın
özü də Mavərənnəhrin Bəhram qəzəbli qoşunu ilə şəhər xaricinə
gəlib yetişdi və hücuma keçdi. Səngərlərin ətrafında bərk döyüşlər
başlandı. Bu hərbə davam gətirməyə bundan artıq taqətləri
qalmayan qızılbaşlar döyüşməyi məsləhət görməyərək, bir gecə
Məşhəddən çıxdılar. Əhməd Sultan Əfşar özünün ülkası olan
Fəraha* getdi, Fərah qalasını möhkəmlədib orada qaldı, Ağzıvar xan
və Yaqub Sultan isə Məzinana tərəf yollandılar.
Bir sübh zamanı, özbəklər qızılbaşların gedişlərindən
xəbərdar olaraq, onların təqibinə doğru hərəkət etdilərsə də, gedib
əmirlərə çata bilmədilər. Übeyd xan müqəddəs Məşhədi özünün bir
etibarlı əmirinə tarşırıb Herata yollandı, şəhəri mühasirəyə aldı.
Hüseyn xan və şamlı qazilərinin müdafiə və qaladarlıqla
məşğul olduqları və şəhərdə hərb alətlərinin şölələndiyi həmin il
bütün yerlərdə taxıl yoxa çıxmışdı. [Buna görə də] Hüseyn xan və
şamlı ağsaqqalları, ərzağın və qaladarlıq vəsaitinin olmadığından,
şəhərdən çıxmağı məsləhət bilib [özbəklərlə] sülh danışıqlarına
başladılar. Arada elçi gediş-gəlişi oldu və belə qərara gəldilər: Qoy
Übeyd xan bir neçə mənzil geriyə çəkilsin ki, qızılbaşlar öz uşaqları,
əhl-əyalları və əşyaları ilə şəhərdən çıxa bilsinlər, onları heç bir
özbək sultanı təqib etməsin.
Übeyd xan sülhə rəğbətlənərək, bir neçə mənzil geriyə
çəkildi. Əhd-peymandan sonra Hüseyn xan bütün qazilər və şiə
məzhəbli əhali ilə sağ-salamat şəhərdən çıxıb, Sistana tərəf getdi.
Sistan valisi Məlik Mahmud insanpərvərlik göstərdi. Hüseyn xan
qızılbaşlara yağı olan Pəştzereh (?) quldurlarının üstünə gedərək
Dostları ilə paylaş: |