Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə44/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   40   41   42   43   44   45   46   47   ...   340

124 

 

ÜBEYD XANIN ÖZBƏK XAQANLARI İLƏ XORASANA 



ÜÇÜNCÜ GƏLİŞİ, HUMAYUN ŞAH ORDUSUNUN  

YÜRÜŞÜ, ONUN CAM (VİLAYƏTİNİNl XOSROVSƏRD 

ADLIYERİNDƏKİ HƏRBİ VƏ CAH-CƏLALIVƏ 

KƏRAMƏTLİ HƏZRƏT ALLAH-TAALANIN İMDADI  

İLƏ HƏZRƏT ŞAHIN QƏLƏBƏSİNİN ZİKRİ 

 

Qələm bülbül kimi eyləyib səda,  



Yazmağa başladı bu dastanı da

121


 

 

Cəm  məqamlı  cənnətməkan  şah  özünün  əbədiyyət  əsaslı 



səltənəti  əyyamında  bütün  din  və  dövlət  işlərini  həzrət  Allahın 

iradəsinə (məşiyyət) həvalə edib İlahi iltifatlara bel bağladı (vaseq). 

Buna görə də əta dərgahından onun bütün mətləb və məramı yerinə 

yetdi,  döyüş  meydanlarında  düşmənlər  üzərində  zəfər  çaldı.  Onun 

əbədiyyətlə peyvənd olan hakimiyyəti  vaxtı baş  vermiş Cam cəngi 

aləmdə  məşhurdur  və  bu  vaxtadək  bəni-adəmin  dilindən  düşmür. 

Belə ki, o həzrətin Übeyd xan  və özbək xaqanları ilə etdiyi həmin 

döyüş  onun  hümayun  cülusunun  əvvəllərinə  düşmüş  və  qələbə  ilə 

nəticələnmişdi.  Həmin  əhvalatın  bəyanı  qısa  şəkildə  aşağıdakı 

kimidir: 

Xorasan  qasidləri  ardı-ardınca  səadət  nişanlı  dərgaha 

gələrək yalvarırdılar (esteğase) ki, o diyarda bəla tufanı tüğyan edir, 

həmin  yerlərin  əhalisi  özbəklərin  fitnə  sellərinin  burulğanına 

düşərək, iztirab dəryasına qərq olunmaqdadırlar. Buna görə də, Cəm 

qədirli  həzrət  şah  əmirlər  və  dövlət  başçıları  ilə  məsləhətləşdi, 

hamının fikri Xorasana yürüş və özbəkləri dəf etmək oldu. 

Müzəffər  döyüşçülər  zəfər  nişanlı  orduda  toplaşdılar  və 

cahangirlik  bayraqları  Xorasan  səmtinə  hərəkətə  başladı.  Cuhə 

Sultan  Vəkil,  Əllamə  Sultan  Təkəli  və  Məhəmməd  xan 

Zülqədəroğlu bir dəstə zəfərpənah qazilərlə qoşuna  münqəlay olub, 

öncə  getdilər,  Zəmeş  (?)  bahadır  isə  Damğan  qalasına  sığındı. 

Əzəmətli  əmirlər  o  qalanı  əhatələdilər,  çuvalları  üst-üstə  yığıb 

özbəkləri  tüfəng  atəşinə  tutudular.  Hər  gün  qaladan  çıxan  döyüş 

                                                           

121

  Beytin farscası: 



Qələm çon əndəlibe-nəğmepərdaz  

Çenin dəstansərayi mikonəd saz. 

 



125 

 

meydanının  bahadırlar  dəstəsi  qazilərlə  vuruşurdu.  [Beləliklə] 



tərəflər arasında hərb atəşi bir neçə gün şölələndi, o vaxta qədər ki, 

məşhur bahadırların çoxu güllə yarasından və qantökən şəmşirlərdən 

həlak  oldu.  Mühasirədə  qalanların  işi  çətinə  düşdü,  hümayun 

ordunun  gəlib-yaxınlaşması  isə  özbəkləri  çaş-baş  etdi.  Nicat  yolu 

hər tərəfdən bağlanmışdı. [Buna görə də] onlar fərar yolu axtarmağa 

başladılar. Zəmeş bahadır bir neçə adamla bir gecə qaçış məqsədiylə 

bellərinə  kəndir  bağlayaraq  qaladan  endilər.  Qazilər  və  qalanı 

güdənlər bundan xəbərdar olub, onların hamısını tutdular, elə həmin 

ləhzə qətlə yetirdilər. Ertəsi gün isə qala bir həmlədə fəth edildi və 

bütün  özbəklər  qazilərin  şəmşirlərinə  yem  oldular.  Aləm 

xosrovunun  günəş  parıltılı  bayraqlarını  [rayat]  əllərində  tutmuş 

bəhrlər  yandıran,  dəryalar  coşduran  ləşkərlər  Kalpuş  yoluyla 

müqəddəs  Məşhədə  çatdılar  və  onlar  həzrət  İmaməl-çinn  və-l  insi 

(İmam  Rzanı  -  Ş.F.)  ziyarət  etdilər  və  Rza  rövzəsi  sultanının  pak 

ruhundan  kömək  xahişində  oldular,  Herat  darüssəltənəsinə 

getməkdən  ötrü  müzəffər  bayraqları  Cama  tərəf  dalğalandırdılar. 

Amma, yuxarıda yazıldığı kimi, Übeyd xan [artıq] Heratdan çıxaraq, 

Buxaraya  gəlmişdi.  O,  Kucəm  xandan  və  çingiznejad  sultanlardan 

kömək 

xahiş 


edərək, 

Dəşti-Qıpçağadək 

yerləşən 

bütün 


Mavərənnəhr,  Türküstan,  Əxsi,  Əndican,  Otrar,  Qılmaq,  Kaşğər, 

Qırğız  və  Qazaq  vilayətlərindən  olduqca  qalın  bir  ordu  topladı, 

Kucəm xan, Yəraq xan, Fulad Sultan, Əbdüləziz Sultan, Əbdüllətif 

Sultan, Canıbəy Sultan, Gəldi Məhəmməd Sultan, Əbu Səid Sultan, 

Sevincək  Məhəmməd  Sultan,  Kəskən  Qara  Sultan  və  sair  özbək 

sərdarları  və hər qəbilənin  mötəbər  əmirləri ilə birlikdə dalğalanan 

dərya kimi dəstələr təşkil edərək dəmir və poladdan bərk olan ürək 

möhkəmliyi ilə Xorasana yürüş etdi. 

 

Beytlər 

 

Onların hamısı yırtıcı qurd tək,  

Ağılları isə tükdən də kövrək.  

Hamı bədxasiyyət, bədrəftar idi,  

Hirsli, qaradinməz adamlar idi.

122


 

                                                           

122

 Həme gorgzadane-dərzəndexuy 



Səbokrəueşan comle əz bore-muy  

Ze əture-işan betər xuye-şan  




126 

 

 



Xülasə, Çingiz xanın xürucunun əvvəlindən bu vaxta qədər 

Amu  çayından  belə  çoxsaylı  və  izdihamlı  ləşkər  hələ  keçməmişdi. 

Hümayun şah ordusu Camın Xosrovsərd adlı yerinə çatanda,  özbək 

xanları  da  qarşı  tərəfdən  gələrək        Zurabada  çatdılar.  Qızılbaş 

əskərlərinin qarovulları bir neçə özbəyi tutub gətirdilər. 

 

Şah Təhmasibin özbək padşahı Übeyd xan ilə cənginin zikri: 

 

Özbək    sultanlarının      sayı    və    saysız  özbək  ordusunun 



keyfiyyət  və  kəmiyyəti  məlum  oldu.  Həmin  ordunun  sayı  heç  bir 

etibarlı  kitabda  az  miqdar  göstərilməmişdir.  "Lübbət-təvarix" 

[əsərinin]  müəllifi  Mir  Yəhya  Seyfi  onların  yüz  iyirmi  min  nəfər 

olduğunu  yazmışdır.  Amma  əhali  arasında  danışılır  ki,  özbək 

əskərlərinin  miqdarı,  pornavol  və  əlmançilərdən*  (?)  başqa  həştad 

min  döyüşkən  bahadırlardan  ibarət  olubdur,  amma  qızılbaş 

ordusundasa muzdlu (məvacibkar) süvarilərin sayı, xurcunlulardan* 

savayı iyirmi dörd min nəfər idi. 

Xülasə,  doqquz  yüz  otuz  beşinci  ilin  məhərrəmül-həram 

ayının  doqquzuna  (miladi  1528,  23  sentyabr)  düşən  tasuva  (tasua) 

günü özbək sultanları Camın Sarıqamış adlı yerində fələk ehtişamlı 

xosrovun (Şah Təhmasibin - Ş.F.) ordusunun yaxınlığına yetişdi. O 

gecə  heç  bir  tərəf  cəngə  başlamadı,  aşura  günü  sübh  çağı  isə 

tərəflərin döyüş səfləri bəzəndi. 

Qızılbaş  əmirlərinin  başçısı  Cuhə  Sultan  Təkəli  Vəkil, 

Əllamə  Sultan  Təkəli,  Hüseyn  xan  Şamlı,  Şiraz  hakimi  Həmzə 

Sultan  Xamuslu  (Xunuslu  olmalıdır  -  Ş.F)  Zülqədər,  Məhəmməd 

xan  Zülqədəroğlu,  Əhməd  Sultan  Ustaclı,  Yaqub  Sultan  Qacar,  o 

vaxtlarda  sultan  [titulu  daşıyan]  Məhəmməd  xan  Şərafəddinoğlu 

Təkəli,  Həsən  Sultan  Rumlu,  Əhməd  Sultan  Əfşar  və  həzrət 

cənnətməkan şahın başqa əzəmətli əmirləri  və qorçiləri  mükəmməl 

yaraqlanaraq,  iti  sürətli  ağ-qara  atlara  (əbləq)  suvar  oldular, 

müzəffər  qorçilərlə  birlikdə  ordunun  qəlbində  qərar  tutdular. 

Xoşbəxt  ordunun  meymənə  və  meysərə  (sağ  və  sol  -  Ş.F)  hissələri 

məşhur  və  bacarıqlı  əmirlərlə  bəzəndi.  Firəngi  zərbzənlərlə 

(Avropadan gətirilmiş kiçik toplar - Ş.F.) dolu arabalar ustad Şeyxi 

bəy  Topçubaşının  başçılığıyla  səfin  önündə  dayandı.  Onlar  uca 

                                                                                                               

Por əz çin həme ruy-o əbruye-şan. 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə