Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə41/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   37   38   39   40   41   42   43   44   ...   340

115 

 

həqir  zərrədə  (zərreyi-həqir,  yəni  İsgəndər  Münşi  özünü 



təvazökarlıqla belə adlandırır - Ş.F) elə yazmaq qabiliyyəti yoxdur. 

 

Nəzm 

 

Yol tapım mən necə şah məclisinə?  

Qapıçı timsalı yoxdur qədrim.  

Necə tərif eyləyim elmi ki, var  

Məndə vəsfiyçün onun az təlim.

115


 

 

Mənim  niyyətim  əlahəzrət  zilləllah  şahın  (Şah  Abbasın  - 



Ş.F.)  dövründə  baş  vermiş  hadisələri  yazmaq  olduğundan,  sözümü 

uzatdığıma (ətnab) görə üzr istəyirəm. Bu aləmi bəzəyən "Aləmara" 

kitabı  (nosxe)  o  cahan  şəhriyarının  başına  gələnlərin  tam  şərhinə 

həsr olunduğu üçün "Abbasinamə"ni yazan qələmim (xame) gücüm 

çatana qədər söz bəzəməkdən uzaqlaşmayacaqdır. 

Cah-cəlal dairəsinin mərkəzi olan o şahın (Şah Təhmasibin 

-  Ş.F)  hümayun  cülusu  şadlıq  və  xoşbəxtliklə  baş  tutduğundan, 

hökmranlıq  taxtı  onun  mələk  sifətli  zatı  ilə  bəzəndi.  O  zaman 

vəkalət  işi  Div  Sultan  Rumlunun  əlində  idi.  O,  Bəlxdən  gələrək, 

Çayan Sultan Ustaclının

116

 vəfatından sonra əmirül-üməra oldu. Bir 



il ötdü və dərgah əmirlərinin əzəmətlisi və qoşun başçısı olan Köpək 

Sultan vəkalət  mənsəbi  və səltənət işlərini idarə etmək (qət'-o fəsle-

mohhame-səltənət)  üstündə  Div  Sultanla  rəqabətə  başladı,  onların 

arasında  mübarizə  getdi.  Elə  bu  əsnada  Kucəm  xan  və  Übeydulla 

xanın  Xorasana  gəlmələri  xəbəri  orduya  yayıldı.  Div  Sultan 

zəmanəyə  görə  Köpək Sultanla danışaraq,  vəkalət  vəzifəsinin onda 

qalması  ilə  razılaşdı.  Köpək  Sultan  özbəklərə  qarşı  çıxmaq 

məqsədilə Xorasana getməyi bəhanə edib, həmin səmtə rəvan oldu. 

Əslindəsə, o, Farsın və  İraqın əzəmətli əmirləriylə belə razılıq əldə 

etdi  ki,  Div  Sultana  qarşı  birləşərək  düşmənə  qarşı  hərəkətə 

başlasınlar.  Lar  yaylağında  dayandığı  bir  neçə  gündə  xüsusən 

                                                           

115

  Nəzmin farscası: 



Çe şetabəm be məfhele-şahi  

Ke, dər u nist qədre-dərbanəm  

Çe nevisəm sənaye-daneş ra  

Ke, yeki əz hezar nətvanəm. 

 

116


  Kitabın bu yerində "Çayan" əvəzinə səhvən "Xanan" yazılmışdır - Ş.F. 

 



116 

 

məşhur  əmirlərdən  İsfahan  hakimi  Cuhə  Sultan  Təkəli,  Qaraca 



Sultan Təkəli,  Şiraz hakimi  Əli Sultan  və başqaları saysız-hesabsız 

döyüşçülərlə gələrək onun başına yığışdılar. 

Div  Sultan  əzəmətli  ləşkər  başçılarının  bəzilərini  danışıq 

yoluyla,  bəzilərini  isə  onlara  ehsanlar,  hədiyyələr  və  başqa  şeylər 

verməklə özünə ram etdi, vəkalət mənsəbini Köpək Sultandan almaq 

üçün onların razılığını aldı. Xorasanın işləri iqbalın gücü və asiman 

qüvvələri  vasitəsi  ilə  sona  çatdıqda,  Div  Sultan  qələbəylə  ali  şah 

ordusu  səmtinə  rəvan  oldu.  Ustaclı  əmirlərinin  Köpək  Sultana 

düşməni  dəf  etmək  və  mübarizə  alovunu  yandırmaq  təklifini 

etmələrinə baxmayaraq o, [bu təklifi] qəbul etməyib dedi: "Heyfdir 

ki, bir dərgah mülazimləri və həzrət şahın dostları olan iki döyüşkən 

ləşkər arasında saxta dünya vəzifələri üstündə dava-dalaş başlasın". 

Köpək  Sultan  Div  Sultanın  vəkil  olması  ilə  razılaşıb,  Təbrizdən 

çıxdı  və  onu  qarşılamaq  üçün  Türkmankəndiyə  gəldi.  Onlar  bir-

biriylə dostanə tərzdə görüşdülər, birlikdə ali dərgaha rəvan oldular, 

Təbrizin  Çərəndab  adlı  yerində  kamyab  şəhriyarın  səcdəsinə 

yetişməklə  şərəfləndilər,  vəkalət  vəzifəsi  Div  Sultana  verildi.  Div 

Sultan isə fitnə-fəsad mayası güman etdiyi Qarınca Sultanı və başqa 

bir  neçə  nəfəri  qətlə  yetirərək,  Köpək  Sultanı  bütün  ustaclı  el  və 

oymağı  ilə  birlikdə  Gürcüstan  qəzasına  yolladı,  onu  saraydan 

uzaqlaşdırdı.  Bununla  da  kifayətlənməyərək,  onların  orada 

olmadığından  istifadə  edib  tiyullarını*,  təkəli  əmirlərini  razı 

salmaqdan  ötrü,  əllərindən  aldı,  onların  cəzalanmalarını  istədi. 

Əlbəttə, bu iş dövlətçiliyə və ağsaqqallığa yaraşan iş deyildi və qarşı 

tərəfdən  də  nifaq  qapılarının  açılmasına,  ittifaq  qapılarının 

bağlanmasına  bais  oldu.  Doqquz  yüz  otuz  ikinci  ildə  (miladi 

1525/26) o, qoşunla Sultaniyyəyə gəldi, orada başqa ustaclı əmir və 

əyanları,  o  cümlədən  Müntəşa  Sultan  (mətnin  bu  yerində  səhvən 

Mosənna  Sultan  yazılmışdır  -  Ş.F.),  Faruq  Sultan,  Qılınc  xan  və 

başqaları  onun  başına  toplaşaraq,  Div  Sultana  və  adamlarına  qarşı 

müharibəyə  başladılar.  Bu  tərəfdən  də  Div  Sultan  və  Cuhə  Sultan 

sülh barədə danışıq aparmaq, onlara nəsihət verməkdən ötrü Qasım 

Xəlifə  Vərsaqı  göndərdilər.  Onun  məqsədi  tərəfləri  şahm  göylərə 

ucalan (fələkfarsa) çətiri altında toplamaq və hərbin qarşısını almaq 

idi,  amma  Qasım  bəy  bu  fitnə  tonqalını  və  savaş  məşəlini 

söndürməyə  çox  çalışdısa  da,  onlar  Div  Sultanın  etibarına  bel 

bağlamadılar.  Allahın istəyi (eradeye-əzəli) onların hərb etmələrinə 

tərəf  olduğundan  Qasım  bəyin  elçiliyinin  heç  bir  xeyri  olmadı, 




117 

 

tərəflər  səf  bəzəməyə  başladılar.  Sadiq  adamlar  qarşı-qarşıya 



dayanan  hər  iki  ləşkəri  qanlı  ürək  və  yaşlı  gözlə  seyr  edir  və 

təəssüflənirdilər  ki,  nə  üçün  hər  iki  dəstə  fələk  əzəmətli  hümayun 

qoşunla bir olub düşmənlərin dəfinə birgə də yollanmayalar? 

Xülasə,  onların  arasında  böyük  hərb  başlandı.  Təkəli 

əmirləri ustaclılara  məğlub oldular,  Burun Sultan  və Qaraca Sultan 

Təkəli öldürüldülər. Köpək Sultan və Müntəşa Sultan hümayun qola 

yaxınlaşdılar.  Onların  gözləri  zərlə  bəzənən  hümayun  çətirin 

asimana ucalan bayrağına  (ləva)  sataşdıqda, döyüşdən əl çəkib geri 

döndülər. Zəfərli şah qoşunundakı əzəmətli əmirlər  və qorçilər Div 

Sultanın əmri ilə onlan təqibə başladılar, böyük-kiçiyə baxmadan bir 

çox  adamı  qətlə  yetirdilər.  Ustaclılar  isə  məğlubiyyətlə  Əbhərə 

gələrək, oradan Gilana getdilər, Rəşt valisi Müzəffər Sultana pənah 

apardılar.  Vali  onların  köməyinə  yeddi-səkkiz  min  piyada  əskər 

yolladı  və  ustaclı  əmirləri  yenidən  döyüş  əzmi  ilə  hümayun  ordu 

üzərinə  yürüşə keçdilər. Bu hərəkət şahm xoşuna  gəlmədi  və onun 

qiyamət  alovuna  bənzər  (qiyamətləhəb)  qəzəb  şöləsi  rəvanə  çəkdi, 

şəxsən özü onların üzərinə hücuma keçdi. [Şah]  Div Sultanı, Cuhə 

Sultanı  və  Məhəmməd  xan  Zülqədəroğlunu  bir  dəstə  döyüşçü  ilə 

irəli  göndərdi.  Müzəffər  (mənsur)  ordunun  münqolay  döyüşçüləri 

Məncil  və  Hərzəvilə  çatdıqda  ustaclı  əmirləri  Gilan  meşəsindən 

(cəngəl)  çıxdılar  və  qətl  alovu  yenidən  şölələndi.  Nəticədə,  zəfər 

nəsimi  şah  əmirləri  qoşununun  bayrağına  tərəf  əsdi,  gilanlıların 

böyük  hissəsi  öldürüldü,  Köpək  Sultan,  Müntəşa  Sultan  və  Qazaq 

Sultan məğlub olub, böyük çətinliklə Gilana getdilər. 

 

Badımcan Sultan Rumlunun öldürülməsi: 

 

Köpək  Sultan  gecə-gündüz  Div  Sultandan  və  Cuhə 



Sultandan intiqam almaq və vəkalət işinə yiyələnmək fikrində idi. O 

doqquz  yüz  otuz  üçüncü  ildə  (miladi  1526/27)  yenidən  Gilandan 

çıxdı,  Ərdəbil  darülirşadına  yollandı.  Doxsan  yaşı  olan  və  yaşının 

çoxluğundan  xərifləyən  Badımcan  Sultan  Rumlu  o  vaxt 

Ərdəbildəydi.  O,  rumlu,  çəkəni  və  talış  tayfalarından  üç-dörd  min 

adam  toplayaraq,  cəng  etmək  üçün  ustaclı  əmirlərinin  qarşısına 

yollandı.  Qaradərədə  onların  arasında  hərb  oldu,  Badımcan  Sultan 

əmirlər  tərəfindən,  qoşununun  çox  olmasına  baxmayaraq, 

məğlubiyyətə uğradı, fərar etdiyi vaxt öldürüldü, ustaclı əmirləri isə 

zəfərlə  şəhərə  gəlib  həzrət  sultanül-övliyanın  və  əzəmətli  səfəvi 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə