Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə38/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   34   35   36   37   38   39   40   41   ...   340

106 

 

Sultan Səlimi padşah, Sultan Bayazidi isə səlahiyyətsiz elan etdilər. 



O,  bu  dərddən  xəstələnib  doqquz  yüz  on  səkkizinci  ildə  (miladi 

1512/13)  bəqa  aləminə  yollandı,  Sultan  Səlim  isə  taxtın  bəzəyi 

(sərirara)  və  tac  (deyhim)  sahibi  oldu.  Anadoluda  olan  Sultan 

Əhməd ibn Sultan Bayazid xütbəni öz adına oxutdu, [amma] əmirlər 

və  vəzirlər onu hiyləgərliklə  İstanbula çağırıb qətlə  yetirdilər, oğlu 

Sultan Muradın üstünə ləşkər göndərdilər. O, əmisinin əsgərlərindən 

vahiməyə  düşərək,  şahın  (Şah  İsmayılın  -Ş.F.)  yanına  yolandı, 

İsfahanda onunla görüşərək nəvazişə layiq görüldü, elə o  vaxtlarda 

də  təbii  əcəllə  öldü.  [Amma]  Sultan  Muradın  qüvvətlənməsini, 

Ərzincan hakimi  Nurəli Xəlifə Rumlunun  onunla birləşib rumilərlə 

cəng  etməsini  və  buna  görə  də  Sinanpaşanın  çoxlu  döyüşçüsü  ilə 

qətlə  yetirilməsini  güman  edən  Sultan  Səlim  o  həzrətlə  inad 

mövqeyində durdu və aralarında düşmənçilik başladı. Kax qalası və 

Diyarbəkrin bəzi başqa qalaları da dava-dalaşa səbəb oldu, get-gedə 

onların aralarında bir-birlərinə qarşı  vəhşət  yarandı, [Sultan Səlim] 

yuxarıda  göstərilən  ildə  saysız-hesabsız  döyüşkən  əskərlərlə 

Azərbaycana  yürüşə  keçdi,  Süleyman  şanlı  xaqana  namə  yollayıb 

ona  öz  gəlişini  elan  etdi.  O  həzrət  də  İsfahandan  çıxıb,  Həmədan 

yaylaqlarına  gəlib  çıxdı.  Rumilərlə  hərb  baş  verəcəyi  haqda  fikir 

şahın  xəyalına  belə  gəlmədiyindən  və  sultanın  vaxtsız-vədəsiz 

yürüşündən  yenicə  xəbər  tutduğundan  o,  İran  məmləkətləri 

qoşunlarının toplanması ilə  əməlli-başlı məşğul ola bilmədi, fələyə 

ucalan  bayrağının  kölgəsində  olan  az  miqdar  döyüşçüsü  ilə 

düşmənin  qarşısına  cumdu,  həmin  ilin  rəcəb  ayının  ikisində, 

çəharşənbə günü Çaldıran səhrasında Xoy adamlarından olan iyirmi 

min  döyüşçüsü  ilə  həmin  çoxlu  ləşkərin  qarşısında  döyüş  səfi 

bəzədi.  Rumilərin  döyüş  qaydasına  görə  onlar  özlərinin  ön  və 

arxalarını  ərradələr*  və  zəncirlərlə  çəpərlədilər,  on  iki  min  nəfər 

tüfəngli  yeniçəriyə  arabaların  daxilindən  döyüş  atəşi  açmalarını 

tapşırdılar.  Sultan  Səlim  həmin  atəşli  qalanı  özünə  hasar  düzəltdi, 

ordunun qəlbini (mərkəz hissə - Ş.F.) və hər iki cinahını bəzədi. 

Qarşı  tərəfdənsə  Xanməhəmməd  döyüş  günü  topxananın 

möhkəmləndirilməyini  məsləhət  görməyib  deyirdi:  "Onlarla  gərək 

köç  vaxtı  cəngə  başlanılsın".  Durmuş  xan  isə  qürurlanıb  bu  sözü 

qəbul  etmirdi.  Həzrət  Süleyman  şanlı  xaqan  belə  buyurdu:  "Mən 

karvanbasan  quldur  (hərami)  deyiləm.  İlahi  nə  buyursa,  qoy  o  da 

olsun".  Xanməhəmməd  sakitləşdi,  Süleyman  şanlı  xaqan 

Diyarbəkrdən  münəzzəm qoşunla gəlmiş Xanməhəmmədi  müzəffər 




107 

 

ləşkərə  çərxçi  təyin  etdi  və  Müntəşa  Sultanının  qardaşı  Sarı  Pirə 



Qorçibaşı Ustaclı onunla yoldaş oldu. Əzəmətli əmirlərdən Durmuş 

xan  Şamlı,  Nurəli  Xəlifə  Rumlu,  Xüləfa  bəy,  Hüseyn  bəy  Lələ  və 

Xəlil Sultan Zülqədər  sağ qolda,  ustaclı xanları  və sultanları, Baba 

İlyas  Çavuşlunun  oğlanları  və  bir  dəstə  başqa  adam  sol  qolda 

dayandı,  hümayun  mərkəz  (qəlb)  isə  o  həzrətin  (Şah  İsmayılın  - 

Ş.F.)  vücudu  ilə  bəzəndi.

107

  Əmirlər  silkindən  olan  Seyid 



Məhəmməd Kəmunə, Mir Əbdülbaqi Vəzir, Mir Seyid Şərif Sədr o 

həzrətlə  qolda  dayandılar,  hər  iki  tərəfin  dilavərləri  igidlik 

addımlarını irəli atdılar və hərb atəşi alovlandı. 

 

Şah İsmayıl şücaətinin bəyanı və şəxsən  



onun özündən döyüşə girməyi: 

 

"Tarixi-cahanara"da  yazılmışdır  və  xalq  arasında  da  belə 



deyilir ki, o həzrət özünün döyüş səfləri düzələn vaxt bildirçin ovu 

ilə məşğul idi. O, yalnız hərb qızışandan sonra meydana gəlib-çıxdı. 

Rumiyyənin  adlı-sanlı  dilavərlərindən  və  dövranın  şücaətli 

adamlarından olan Malqoçoğlu rumlu çərxiçiləri zümrəsindən idi. O 

həmişə  rumlu böyükləri arasında özünü tərifləyərək [belə] deyirdi: 

"Qarşı  qoşunda  şahdan  başqa  mənimlə  hərb  edə  biləcək 

başqa bir kimsə yoxdur". Döyüş vaxtı həmin bədxislətli alçaq adam 

Süleyman  şanlı  xaqanla  vuruşmaq  məqsədilə  döyüşkən  rumi 

şücaətlilərinin arasında olub, hümayun qəlbə hücum etdi,  o həzrəti 

döyüşə çağırdı. Həmin hövlnak adamın elə bir alicah padşahla hərbə 

girməsinin  ləyaqətli  olmamasına  baxmayaraq,  o  həzrət  qeyrətinin 

çoxluğu üzündən, dövlətxah əmirlərinin narazılıqlarına baxmayaraq,  

qoşuna imdad etmək naminə onunla döyüşməkdən ötrü qorxmazlıq 

atını irəli sürdü, özünün zülfüqar nisbətli heydəri qılıncını qınından 

sıyıraraq,  o  bədbəxtə  elə  qəzəblə  həmlə  etdi  ki,  [Malqoçoğlu]  bu 

şahanə  hücumdan  sarsıldı    və  hərəkət  etmə  macalı  belə  olmadı. 

[Amma]  o  cəsarət  meşəsinin  şiri  öz  heydəri  qolunun  gücü  ilə 

[Malqoçoğluya]  elə  bir  zərbə  endirdi  ki,  onun  polad  dəbilqəsi  və 

zirehli  geyimi  (xeftan)  birlikdə  ikiyə  bölündü,  xəbis  cəsədi  ölüm 

torpağına sərildi. Hər iki ləşkərdən qışqırtı və fəryad (ğəriv) qopdu, 

yuxarı aləmin mələkləri (kərrubiyan) o ələ və qola "afərin" dedilər. 

                                                           

107

 Mətndə "qəlb" əvəzinə səhvən "qol" yazılmışdır - Ş.F. 



 


108 

 

 



Xanməhəmməd Ustaclının öldürülməsi: 

 

Xülasə,  hər  iki  dəstənin  dilavərləri  bir-birinin  üstünə 



tökülüşdülər.  Toz-torpağın  çoxluğundan  göy  qapqaranlıq  oldu. 

Süleyman  şanlı  xaqan  o  hövlnak mərəkədə şəxsən cəngə başlayıb 

elə döyüşdü ki, "Sam və İsfəndiyar" dastanını* geridə qoydu. 

Rumiyyə arasında məşhurdur ki, həmin döyüşdə alicah şah 

özünün  səadətmənd  atını  bir  neçə  dəfə  ərradə  və  çəpərin 

kənarınacan sürdü və ərradəni şəmşir zərbəsi ilə parçaladı. 

Qızılbaş  dilavərləri  ərradələrə  yaxınlaşıb,  üç  yüzədək 

yeniçərini  ərradələrin  arxasında  parça-parça  doğradılar,  [amma] 

yeniçərilər  və  topçular  atəş  açmağa  başladılar.  Top,  tüfəng 

atəşlərindən  və  zərbzənlərdən*  işıqlı  gündüz  qaraldı.  Qızılbaş 

ləşkərinin  əksər  igidləri  qorxu  bilmədən  özlərini  o  atəş  dəryasına 

vurdularsa da, tüfəng atəşlərinin qarşısında çarəsiz qaldılar, öz həyat 

xırmanlarını yandırdılar. 

Çərxçi  olan  Xanməhəmməd  Ustaclıya  bir  top  mərmisi 

dəydi və o, bir dəstə ustaclı döyüşçüsü ilə birlikdə həmin mərəkədə 

Ədəm yoluna yollandı. 

 

Seyid Məhəmməd Kəmunənin, Mir Əbdülbaqinin  

və Mir Seyid Şərif Sədrin öldürülmələri: 

 

Rumilərə      məlum     olmuşdu      ki, humayun qol aliçah    



padşahsız  qalmışdır.  [Buna    görə    də]  onlar  o  tərətə    hücuma 

keçdilər.  Döyüş  alovun  şöləsindən  və  aramsız  atılan  toplardan, 

zərbzənlərin  döyəclənməsindən  qoldakı  ləşkər  bir-birinə  dəydi, 

nəticədə  Seyid  Məhəmməd  Kəmunə,  Mir  Əbdülbaqi  və  Mir  Seyid 

Şərif  -  hər  üçü  qolda  şəhadət  şərəfinə  yetişdilər.  Əzəmətli 

əmirlərdən  Sarı  Pirə  Qorçibaşı  Ustaclı,  Hüseyn  bəy  Lələ, 

Xanməhəmməd,  Baba  İlyas  Çavuşlunun  oğlanları  və  başqaları  bu 

cəngdə  öldürüldülər.  Sultanəli  Əfşar  da  rumiyyənin  əlində  giriftar 

oldu. Rumilər onu Süleyman şanlı xaqan olduğunu zənn edib, Sultan 

Səlimin  yanına apardılar. O, öz  adını çəkən kimi  elə oradaca qətlə 

yetirdilər. 

Düşmənin  çoxluğunu,  öz  ləşkərinin  pozulduğunu  və 

hümayun qəlb əsgərlərinin dağıdılmasını  müşahidə  edən Süleyman 

şanlı xaqan kərrənay** çalınması əmrini verdi və üç yüz adam onun 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə