Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə34/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   30   31   32   33   34   35   36   37   ...   340
    Bu səhifədəki naviqasiya:
  • Nəzm

95 

 

məqamında  olduğunu  (Üluhiyyət)  iddia  edirdilər.  Qəribə 



hadisələrdən  biri  də  budur:  Xalq  arasında  söylənildiyinə  görə, 

müşəşələr  öz  ibadətlərini  icra  etdikləri  zaman  onlara  bıçaq,  ya 

şəmşir  zərbəsi  təsir  etmirdi.  Onlar  şəmşirin  ucunu  öz  qarınlarına 

dirəyərək  "əliyullahlıq"  yəni  "Əli  Allahdır"  və  başqa  batil  sözlər 

söyləyirlər və bu vaxt şəmşir kaman kimi əyilir, amma bədənlərinə 

zərər  dəymirdi.  Həmin  tayfa  hakimi  həmişə  seyidlər  arasından 

seçilirdi. Qızılbaşlar oraya göndərildikləri vaxtda isə Sultan Fəyyaz 

ibn Sultan Möhsün onların hakimi  və öz atasının qayimməqamı idi. 

O tayfa üçün şəriət ehkimlarının icrası qadağandı  və onlar azğınlıq 

yoluna daha çox düşmüşdülər, Fəyyazın üluhiyyətini etiraf edirdilər. 

Cah-cəlallı  ordu  Həvizəyə  yaxınlaşanda,  "Həbibüs-siyər" 

əsəri  müəllifinin  sözünə  görə,  Fəyyaz  müşəşə  təbəqəsi  ilə  iqbal 

qoşununun  müqabilində  səf  bəzəyərək  döyüşə  hazır  oldu.  Həvizə 

kənarında  böyük  hərb  başlandı,  Həvizə  torpağı  müşəşəçilərin  axan 

qanlarından  ləl  rənginə  döndü,  bəd  niyyətli  (sekal)  Fəyyaz  o 

azğınların çoxu ilə birlikdə amalları zəfər olan qazilərin iti qılıncları 

vasitəsilə ədəm yoluna tələsdi: 

 

Nəzm 



 

Qanı müşəşənin o təhər axdı,  

Sanki yer üstünə lalələr çıxdı.  

O qədər töküldü qan o başlardan,  

Fələk qurşağacan oldu qızıl qan.  

Üst-üstə qalandı elə çox ölü,  

O çölə bağlandı küləyin yolu.

104


 

 

 Luristana  getmiş  olan  əzəmətli  əmirlər  əhd-peymanla 



onların  yanına  gələn  Məlik  Rüstəmi  özləri  ilə  ali  saraya  gətirdilər. 

Məlik  əmirlərlə  qarşılaşandan  sonra  fərar  etmiş,  yolları  olduqca 

keçilməz  olan  dağlara  pənah  aparmış,  Bəhram  intiqamlı  əsgərlər 

                                                           

104

 Nəzmin farscası belədir: 



Ze xune-moşəşe dər an sadə dəşt  

To gofti zəmin-o zəman lale gəşt.  

Ze bəs xun dər an sərzəmin kəlle bəst 

Fələk ta kəmərgah dər xun neşəst.  

Ze bəs koşte bər ruy həm uftad,  

Dər an badiye bəste şod rahe-bad. 




96 

 

dağın  ətrafını  əhatəyə  almış,  onun  işi  çıxılmaz  olmuş  və  o  aman 



diləyi,  əhdü  peymanla  əmirlərin  yanına  gəlmişdi.  Məlik  Rüstəm 

sarayda lur dilində şirin sözlər danışaraq şahın iltifat nəzərinə layiq 

oldu. Onun uzun saqqalı vardı. Süleyman şanlı xaqan onun saqqalını 

dürr  və  ləllərlə  bəzədi  və  o,  bir  müddət  hümayun  orduda  qaldı. 

[Sonra]  Luristanın  hakimliyi  ona  verildi  və  məqsədinə  yetərək,  öz 

diyarına rəvan oldu. 

Xülasə,  müşəşəyə  qalib  gəldikdən  sonra  [şah]  Həvizə 

hakimliyini əzəmətli əmirlərin birinə  verib Şüştər  və Disfula  getdi. 

Oranın  hakimi  itaət  yolunu  tutaraq  ali  saraya  gəldi,  şəhərin  və 

qalanın açarlarını təhvil verdi, həmin  məmləkətlər Səlasil qalası ilə 

birgə dərya ürəkli şəhriyarın əlinə keçdi. Süleyman şanlı xaqan başı 

fələyə  dəyən  o  qalanı  etibarlı  adamların  birinə  verib  öz  zəfər 

bayrağını  Fars  vilayətinə  doğru  qaldırdı,  şikar  edə-edə  Şiraz 

darülmülkünə  yetişib,  həmin  darülmülkdə  kamranlıq  və 

rəiyyətpərvərlik  taxtına  qədəm  basdı.  Lar  və  Hörmüz  valilərinin 

elçiləri  xilafət  ehtişamlı  saraya  gələrək,  layiqli  peşkəşlər  təqdim 

etdilər, o məmləkətlərdə xütbəni və sikkəni hümayin şəhriyarın adı 

və  soyadı  ilə  bəzədilər.  Şah  qış  fəslini  cah-cəlal  ilə  (fərr)  Şirazda, 

baharı  isə  Həmədanda  keçirdi,  bir  neçə  vaxt  da  Əlvənd  dağında 

istirahət  etdi,  oradan  yola  düşdü  və  Təbriz  darüssəltənəsi  İran 

hökmdarının  şərafətli  qədəmi  ilə  ətirləndi.  Şirvan  tərəfdən 

Şeyxşahın  yenidən  o  vilayətə  sərvərlik  bayrağı  qaldırması  və 

(ödəyəcək)  bac-xəracı  ləngitməsi  xəbəri  gəldi.  Şahın  qiyamət 

zəbanəli  (qiyamətləhəb)  qəzəb  atəşi  şölələndi,  qışın  oğlan  çağı  və 

soyuğun şiddətli vaxtı yürüş cilovunu Şirvan istiqamətinə yönəltdi, 

Cavadda  körpü  (cəsr)  asıb,  oradan  sağ-salamat  keçdi.  Şiravanşah 

ona  müqavinıət  edə  bilməyərək,  Biğord  qalasına  tərəf  qaçdı,  cəlal 

ordusu zəfər və iqballa Şirvana daxil oldu. [Şah] o vilayəti Lələ bəyə 

verdi  və  gəlib  Şamaxıda  dayandı.  Bakı  (Badkubə)  və  Şabranın 

qoruyucuları  itaətə  gəlib  qapı  açarlarını  təhvil  verdilər.  Qalalarının 

möhkəmliyinə  və  qala  ətəyinin  yüksəkliyinə  (xakrız)  güvənən 

Dərbənd  əhalisi  bir  neçə  gün  əl-ayaq  atdılar,  sonra  əllərini  aman 

ətəyinə  uzadaraq  [şaha]  itaət  mərasimi  təqdim  etdilər.  Süleyman 

şanlı  xaqan  həmin  qış  fəslində  Şirvandan  çıxaraq  Qarabağa  təşrif 

gətirdi, baharın əvvəlində Sultaniyyəyə tərəf hərəkət etdi, Xorasana 

yürüş tiçün yaraq-yasaq hazırlığına başladı. 

 

 



97 

 

XORASAN FƏTHİ DASTANININ BAŞLANMASl 

 

Rəvayətlər  gülşəninin  bülbül  nəvalı  adamları  və  hekayət 



əncuməninin  yeni  xəbərlər    (əxbare-bədaye)  yazan    dastançıları  

Süleyman    şanlı  xaqanın  atəşlər  yağdıran  qılıncının  parıltısı    ilə 

müyəssər olan Xorasan fəthini aşağıdakı kimi bəyan etmişlar: Elə ki, 

ölkələr  alan  xosrovun  şimşək  gurultulu  nağarasının  təntənəli  avazı 

bütün dünyada (ərseye-cəhan) səsləndi, cahan sultanları o şəhriyarın 

cahangirlik  qorxusundan  çıxmaqdan  ötrü,  o  həzrətə  xələtlər 

gətirməyə  və  onunla  yekdil  (vəfaq)    olmağa  başladılar.  Onlar 

müvafiqət və sədaqət yoluyla töhfə və hədiyyələr göndərir, məktub 

və  elçilər  yollayırdılar.  Xorasan,  Şahican  Mərvi,  Xarəzm, 

Təxarıstan,  Zabilistan,  Qəndəhardan  tutmuş  Kabul  və  Bədəxşan 

hüdudunadək hökmran olan, müzəffər hakimiyyəti uzun illər davam 

edən və çoxlu oğlu və nəvələri olan xaqan Əbülqazi Sultan Hüseyn 

Mirzə  Bayqara  əqlinin  və  uzaqgörənliyinin  dəlaləti  ilə  həzrətlə 

sədaqət  və  dostluq  məqamında  durur,  ona  həmişə  məhəbbət  izhar 

edirdi. Süleyman şanlı xaqan da o, uca  məqamlı padşahla oğul-ata 

davranışında  olub,  teymuriyyə  sülaləsinə  və  aralarındakı  sabiq 

əlaqələrə  ehtiramla  yanaşırdı.  Buna  görə  də,  o,  öz  fatehliyinin 

əvvəllərində  müzəffər  şahın  zəbtindəki  məmləkətlərə  hücum 

etmirdi, aralarındakı məktublaşma və gediş-gəliş qapıları daim açıq 

olurdu.  "Həbibüs-siyər"də  yazıldığına  görə,  o  alicah  padşahın 

vəfatından  sonra  fərzəndlərinin  bir-biriləri  ilə  nifaqından,  xüsusilə 

onlardan  iki-üç  nəfərin  -  Bədiüzzaman  Mirzənin,  Müzəffər  Hüseyn 

Mirzənin  və  Köpək  Mirzənin  istiqlal  iddiasından  həmin  sülalə 

arasına  çaxnaşma  düşdü.  Şeybanilər  nəslindən  olan  Mavərənnəhr 

valisi  Sultan  Əhməd  Mirzə  ibn  Sultan  Əbu  Səid  Gurəkanın 

hakimiyyəti  dövründə  nökərlikdən  sultanlığa  qədər  ucalmış 

Məhəmməd  xan  Şeybani  ibn  Budaq  Sultan  ibn  Əbülxeyr  xan  ibn 

Dövlət  Seyxoylu  ibn Cuci  ibn  Çingiz  xan  Özbək  o  məmləkətlərdə 

fərman  sahibi  olan  padşah  oldu.  O,  vəziyyəti  və  teymuri* 

şahzadələri arasındakı ayrı-seçkiliyi eşidib, Xorasan mülkünə tamah 

saldı  və  müzəffər  xaqanın  (Sultan  Hüseyn  Bayqaranın  -Ş.F.) 

övladlarını  aradan  götürmək  fikrinə  düşdü.  Doqquz  yüz  on  altıncı 

ildə  (miladi  1507)  Xorasana  ləşkər  çəkərək  həmin  tədbirsiz 

şahzadələrlə  döyüşlər  keçirdi,  onlara  qalib  gəldi  və  onların  həyat 

iplərini  kəsməyə  başladı.  Xülasə,  tarix  kitablarında  yazıldığı  kimi, 

Bayqara  dudmanından  dud  (tüstü)  çıxardı  və  onların  məmləkətləri 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə