89
Hüsaməddinin də bəyənilməz hərəkətlərindən qəzəblənən şah
doqquz yüz on birinci ildə (miladi 1505/06) onu cəzalandırmaqdan
ötrü qoşun göndərdi. Hümayun ordunun özü də Taromdan Rəştə
gəldi. Həmin əmir ona əl açıb tərcüman rəsmi** üzrə layiqli töhfə
və hədiyyələr göndərdi, Əmir Nəcməddin Məsud Rəştinin köməyi
sayəsində onun taxsırını əfv edib geri qayıtdı. Elə o il hökm olundu
ki, Sultan Heydərlə cəngə getmiş hər hansı bir müxalif adamı qətlə
yetirsinlər. O vaxt qorçibaşı*** olan Abdal bəy Dədə bu işi yerinə
yerilməyə göndərildi və buna görə də türkman və başqa tayfalardan
çoxlu adam cəzalandırıldı.
MİR ƏLAÜDDÖVLƏ ZÜLQƏDƏRİN DƏFİ ÜÇÜN
YOLLANAN HÜMAYUN YÜRÜŞ, DİYARBƏKR
HADİSƏLƏRİ VƏ ALLAHIN KÖMƏYİ İLƏ O
DİYARIN FƏTH OLUNMASININ ZİKRİ
Ertəsi il hümayun [şah] eşitdi ki, Sultan Murad Mərəş və
Əlbostan hakimi olan Əlaüddövlə Zülqədərin yanına getmiş,
Əlaüddövlə onu öz damadı etmiş, o isə zülqədər və Mosul
türkmanlarından, habelə o ətrafdakı başqa adamlardan ibarət ləşkər
hazırlayaraq, Diyarbəkr vilayəti və ətrafdakı qalaların zəbti ilə
məşğul olmuş, həmin vilayətdə istibdad və istiqlaldan dəm vurmağa
başlamışdı. Süleyman şanlı xaqanın məğrur qeyrəti belə tələb etdi
ki, həmin səmtə bayraq qaldırsın və öz hümayun ürəyini həmin
mülkün o fitnəkar adamları sarıdan arxayınlaşdırsın. Məmləkət
ləşkərlərinin çağırılması üçün iti sürətli qorçilər* göndərildi. Onlar
doqquz yüz on üçüncü ildə (miladi 1507) fəth ayəli bayraqlarını
Azərbaycana tərəf qaldırdılar. Elə ki, ordu öz kölgəsini o diyarın
üstünə saldı, Əlaüddövlə qızılbaşların yaxınlaşmalarından xəbər
tutdu, özünün döyüşkən ləşkəri ilə Əlbostana tərəf gedərək Kuhi-
Dumabad (?) adı ilə tanınan uca bir qalaya sığındı, cəngə hazırlaşıb
gözləməyə başladı. "Həbibüs-siyər" və "Fətuhate-Yəməni"
kitablarının məlumatlarına görə, Süleyman şanlı xaqanın hümayun
fallı ordusu Əlbostana tərəf hərəkətə gəldi. Tərəflər qarşılaşanda hər
iki tərəf səf bəzəməyə başladı. Hərb atəşi elə şölələndi ki, qılınc və
oxların parıltısından göydə ülkər ulduzunun (pərvin) quyruğu od
tutub yanır, Əlbostan torpağı öldürülən adamların qanından
Bədəxşan ləli kimi qızarırdı. O qorxulu mərəkədə zülqədər tayfası
öz səbat ayağını yerə möhkəm basaraq, hərbin birinci günü sübhdən
90
axşamadək vuruşdu. Hər iki tərəf arasına zülmət pərdəsi çökən vaxt
döyüşçülərin hər iki hissəsi öz aramgahlarına qayıdıb, sübhədək ön
(təlaye) və arxa qoşun dəstələrinin hazırlığı ilə məşğul oldular.
Üçüncü gün Süleyman şanlı xaqan özünün bənzərsiz bədəninə
zirehli libas geyinib, qızılbaş ləşkərinin dilavərlərinə düşmənlə
döyüşməkdən ötrü ürək-dirək verərək, meydana qədəm atdı və
döyüşə başladı. Qarşı tərəfdən də çaş-baş qalmış zülqədərlilər şah
ordusunun müqabilinə çıxarıldı. Oluqca qızğın hərb başlandı.
Vəziyyətlərində acizlik və süqut halını müşahidə edən zülqədər
düşmənləri fərar etmək qərarına gəldilər, fəth və qələbə nəsimləri isə
qızılbaşların fələyə ucalan bayraqlarını dalğalandırdı, onlar o
tayfanın kələyini kəsdilər. Zülqədərlərin əlinə keçən Diyarbəkr
qalası qəhr və qələbə ilə alındı və o vilayət həmin il Xanməhəmməd
Ustaclıya verildi.
O vaxtlarda Gülabi bəy Mosullu Türkmanın oğlu Əmir bəy
Mosul Diyarbəkrindən aləmpənah dərgaha gəlib iltifata yetişdi.
Süleyman şanlı xaqan o vilayətin işlərini tənzimləyərək geri qayıtdı.
Amma "Əhsənüt-təvarix"in müəllifi Həsən bəy Süleyman şanlı
xaqanla onların arasında hərbin olmadığını yazmışsa da, o zaman
sağ olan "Həbibüs-siyər"in müəllifi buna etiraz etmişdir. Buna görə
də bu həqir zərrə (yəni İsgəndər bəy - Ş.F.) hər iki fikri [öz əsərində]
bəyana gətirdi: Allah bilən məsləhətdir
102
.
Xülasə,
bu
hadisənin
baş
verməsindən
sonra
Xanməhəmməd Diyardəkrə gəldi. Həmid şəhərində olan Çülabi bəy
Mosullunun oğlu Qayıtmaz bəy [ona qarşı] müxalifətə başlayaraq
qalanı bağladı və onun şəhərə girməsinə mane oldu, Xanməhəmməd
isə məcbur olaraq səhrada dayandı. O yerlərin kürdləri qızılbaş
ordusuna qarşı çox əluzunluq etdilər, buna görə də Xanməhəmməd
onların üzərinə yollandı və aralarında güclü hərb baş verdi.
Kürdlərdən yeddi min nəfər qətl olundu və Xanməhəmməd kürdlərlə
döyüşdən qalib çıxaraq geri qayıtdı. Qayıtmaz bəyin də ona
müqavimət etmək tabı yox idi, [buna görə də,] o, Əlaüddövlə
Zülqədərin yanına bir adam yollayaraq, ondan kömək xahiş etdi, söz
verdi ki, şəhəri alıb ona verəcək. [Bir az əvvəl] böyük məğlubiyyətə
uğrayan Əlaüddövlə Həmid şəhərinə sahiblənmək həvəsi ilə
102
İfadənin ərəbcəsi: "Əl-ilmu ində-l-lahi" (Hərfi tərcüməsi: "Elm Allaha məxsusdur"
- Ş.F.)
91
Qayıtmaz bəyin xahişini qəbul etdi, elə həmin qış yenidən döyüşkən
bir ləşkər toplayıb onları "Sarı Qaplan" kimi tanınan oğlu Qasım bəy
və Ərdəvanə bəylə Xanməhəmmədin üstünə Diyarbəkrə yolladı.
Qoşununun azlığına baxmayaraq Xanməhəmməd Ustaclı zavalsız
şah iqbalına güvənib, ustaclı tayfasıyla birlikdə o ulduz saylı
döyüşçülərin önündə qətl səfi bəzədi, yenilməz dövlətin iqbal gücü
sayəsində döyüşdən qalib çıxdı. Öz şücaəti və dilavərliyinə görə
Əlaüddövlənin başqa övladlarından seçilən Sarı Qaplan və qardaşı
Ərdəvanə bəy çoxlu adamla ələ keçirilib qətlə yetirildilər,
Xanməhəmməd isə zəfər qazanaraq, əzəmətlə Qayıtmaz bəy
Türkmanın üstünə yollandı. O, şəhərin darvazalarını bağlayaraq,
qaladarlıq məqamında dayandısa da, bir iş görə bilmədi. Həmid
şəhərinin əhalisi ondan dönüb, şəhərə girmələrindən ötrü qazilərə
yol verdi, Qayıtmaz bəy tutulub qətl edildi. Diyarbəkr hakimliyini
ələ gətirən Xanməhəmmədin şöhrət və həşəmət xəbəri o ətrafa
yayıldı.
Oğlanlarının başına gələn hadisədən rahətliyini itirən
Əlaüddövlə özünün pərakəndə hala düşmüş ləşkərlərini bir daha
toplayaraq, onları oğlanları Kor Şahruxun və Əhməd bəyin
sərdarlıqları altında qardaşlarının qanını almaqdan ötrü
Xanməhəmmədin üzərinə göndərdi. Xanməhəmməd də mərd-
mərdanə müdafiə olunmaq məqsədi ilə şəhərdən çıxdı, zülqədər
ləşkəri ilə döyüşə başladı. Onun min nəfər adamı vardı. Deyilənə
görə səflərin düzülüşündən sonra tazi və tula itlər Zülqədər
qoşunundan çıxaraq ustaclı itləri ilə davaya başladılar.
Xanməhəmməd o itlərinin qapışmasına baxıb fal açdı. Təsadüfən
ustaclıların itləri üstün gəlib zülqədərlərin itlərini qaçırtdılar. Bu
vəziyyəti müşahidə edən Xanməhəmməd ürəklənərək qaziləri zəfər
çalacaqları xəbəri ilə müjdələdi. Aralarında güclü döyüş başlandı.
Xanməhəmməd bu dəfə də hümayun şahın zavalsız iqbal gücü
sayəsində o çoxsaylı ləşkərə qalib gəldi. Əlaüddövlənin övladları
Kor Şahrux və Əhməd bəy əsir alındılar, onun çoxlu qohumu,
təbəələri və əmirləri həmin mərəkədə öldürüldü. Baş vermiş qəribə
hadisələrdən biri də budur: Ustaclıların arasında döyüşə gəlmiş bir
kor da var idi. Yoldaşlarının məzəmmətinə qarşı deyirdi: "Allah-
təaladan diləyirəm ki, nə olaydı dinpənah şahın iqbalı o koru
(Əlaüddövlənin oğlu Kor Şahruxu - Ş.F.) bu korun (yəni özünün -
Ş.F.) əlinə verəydi". İlahidən gələn qəzavüqədər sayəsində Kor
Şahrux onun əlində giriftar oldu, düşmənlərin yerdə qalan
Dostları ilə paylaş: |